çərşənbə axşamı günü, 25 avqust 2026
     

Ermənistan "Zəngəzur dəhlizində" çıxılmaz vəziyyətə düşüb...

Image


Aparılan araşdırmalar göstərir ki, açılacağı təqdirdə Zəngəzur dəhlizi Avropa, Mərkəzi Asiya və Çin arasında ən qısa və təhlükəsiz tranzit marşrut rolu oynayacaq. Lakin məsələ burasındadır ki, Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat xətlərinin açılması rəsmi Bakı və İrəvan arasında hələ də öz həllini tapmayan məsələdir. 

Moskva bu yola Rusiyanın nəzarət etməsini tələb etsə də, Ermənistan bunun əleyhinədir və nəqliyyat xətlərinin təhlükəsizliyini özü təmin etmək istəyir.

Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında yenidən bu mövzuya toxunub. O iddia edib ki, Ermənistan İranla eyni şərtlər əsasında Azərbaycan tərəfinə Naxçıvana nəqliyyat marşrutu verməyə hazırdır. Paşinyan qeyd edib ki, ölkəsi yüklərin, nəqliyyat vasitələrinin və insanların öz ərazisindən keçməsinin təhlükəsizliyini tam təmin etməyə hazırdır: "Bu bizim istəyimiz, öhdəliyimizdir və biz buna zəmanət veririk. Yeri gəlmişkən, Ermənistanın guya öz suveren ərazisində kommunikasiya təhlükəsizliyini hər hansı formada üçüncü dövlətlərin təmin etməsi ilə razılaşdığı və ya hər hansı sənəddə bunun nəzərdə tutulduğu barədə bütün iddialar sadəcə həqiqətə uyğun deyil. Öz ərazisində təhlükəsizliyi təmin etmək hər bir ölkənin suveren borcudur". Onun sözlərinə görə, Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin, kabel marşrutlarının keçidini təmin etməyə hazırdır: "Bizim təkliflərimizə reaksiya verən Azərbaycan vurğulayır ki, Ermənistan regional kommunikasiyaların açılmasını istəməsə, Azərbaycan Naxçıvanla əlaqə yaratmaq üçün İran İslam Respublikasının verdiyi imkanlardan istifadə edər. Biz, əlbəttə ki, etiraz etmirik, çünki bu, iki ölkə arasında suveren münasibətlər məsələsidir. Ancaq bir daha qeyd etmək istəyirəm ki, Ermənistan regional kommunikasiyaların açılmasını istəyir və biz öz ərazimizlə nəqliyyat əlaqələrini İran İslam Respublikasının verdiyi şərtlərlə təmin etməyə hazırıq. Üstəlik, biz qarşılıqlılıq, bərabərlik, suverenlik və tərəflərin yurisdiksiyasına əməl etmə prinsiplərinə hörmət çərçivəsində sərhəd nəzarəti prosedurlarında bəzi sadələşdirmələr etməyə hazırıq". Lakin məsələ burasındadır ki, 2020-ci ilin 10 noyabr tarixli bəyanatına əsasən, Zəngəzur dəhlizinə nəzarəti Rusiya sərhədçiləri həyata keçirməlidir. Hazırda bunu Moskca israrla Ermənistandan tələb edir. Kremlin istəyinin rədd edilməsi isə İrəvan üçün müsbət nəsə vəd etmir. Ermənistanın   "Alternativ layihələr" qrupunun üzvü, ekspert Vahe Ovannisyan bu xüsusda qeyd edir ki, Zəngəzur dəhlizinin açılmasının gecikməsi İrəvan üçün yeni problemlərin olacağı deməkdir: "Rəsmi mənbələrdən məlum olur ki, Zəngəzur vasitəsilə kommunikasiyaların açılması ilə bağlı ciddi problem var və hazırda Ermənistan özünü kifayət qədər destruktiv aparır. Destruktivlik ondan ibarətdir ki, Ermənistan hesablanmış, səriştəli həll yollarını formalaşdırmır, onu beynəlxalq arenada təbliğ etməyə və bununla da müttəfiqlər qazanmağa çalışmır. Bu, kənardan dəstək olmadan həll edə bilməyəcəyimiz məsələdir. Müharibədən sonra bunu müstəqil şəkildə özümüzə uyğun həll etmək üçün çəkimiz və imkanımız yoxdur. Azərbaycanda isə bu resurs var. İndi maksimum mümkün kompromisimizin qırmızı xəttini, bizə sərfəli variantları hesablamalıyıq, tərəfdarlar tapmağa çalışmalıyıq. Bizim etdiyimiz isə bu deyil. Biz özümüzü küsmüş bir yeniyetmə kimi aparırıq, hamını rədd edirik və nəticədə regionda partlayıcı vəziyyət yaranır, buna görə özümüz günahkarıq. "Əliyevin səbri" adlanan bir faktor formalaşır. Biz onunla oynayırıq". O qeyd edib ki, biz müharibədən əvvəl əsassız, aqressiv və dağıdıcı ritorikamızla oynayırdıq: "Biz indi də eyni şeyi edirik. Elə bir vəziyyət yaranacaq ki, ölkələr və regionun əsas oyunçuları bu problemi bizsiz həll edəcəklər. Moskvada baş verənlər Ermənistanın heç kəsi maraqlandırmayan "Sülh qovşağı" ilə çıxdığı həmin serialın növbəti seriyası oldu. Ən azı iki vacib ölkə ondan imtina etdi - Azərbaycan və Rusiya. Onlar deyirlər ki, bu yaxşı ideyadır, lakin sülh deyil, münaqişə mənbəyidir".

Ekspert qeyd edir ki, Zəngəzur dəhlizi böyük nəticəsi olan layihədir: "Biz Zəngəzur dəhlizi deyirik, amma əslində söhbət Cənubi Qafqazın yeni arxitekturasından gedir. Elə vəziyyət yaranıb ki, Qərb yol üçün bir variant, Rusiya başqa variant təklif edir; Ermənistan isə ona sərfəli, Rusiya ilə Qərb arasında münaqişə predmetinə çevrilməyəcək variantı təklif etmir. Hamıya və hər şeyə "yox" deyirik. Bu ona gətirib çıxaracaq ki, bütün məsələlər bizsiz, amma ərazimizdə həll olunacaq". Sərhədlərin dəyişdirilməsini özünün "qırmızı xətti" elan edən İrana gəlincə, Ovannisyan qeyd edib: "Əvvəla, İran çox ciddi münaqişədə iştirak edir və bu hələ mübahisəlidir ki, onun sizi sona qədər qorumaq üçün kifayət qədər resursu və vaxtı olacaqmı? Həm də özün-özünü qorumadığın bir situasiyada. İkincisi, rəqibləriniz İranla daha geniş maraqlarla danışıqlar apara və nədəsə güzəştə getməklə bu məsələdə istədiklərini əldə edə bilərlər. Üçüncüsü, İranla münasibətlərimiz yalnız bəyanatlar səviyyəsindədir, "dəmir zəmanət" deyil. Biz İranla, xüsusilə Zəngəzurda ciddi iqtisadi layihələr işləmirik". Vahe Ovannisyan vurğulayır ki, Ermənistan noyabrın 10-da  imzaladığı sənəddən imzasını geri götürsə, bu, Azərbaycana hərbi əməliyyatlara başlaması üçün birbaşa legitim hüquq verəcək və Azərbaycan bunu edəcək. Əgər Ermənistan öz imzasını saxlasa, ancaq öz öhdəlikləri üzrə işləməsə, heç bir addım atmasa, bu, yenə də Azərbaycana ruslara və digər regional oyunçulara "Mənim məsələni hərbi yolla həll etməyə qanuni haqqım var, bu şəxs öz imzasına hörmət etmir" deməyə qanuni haqq verəcək". Qeyd edək ki, söhbət məhz 10 noyabr bəyanatında Azərbaycanın qərb rayonlarından Naxçıvana maneəsiz yolun təmin edilməsi ilə bağlı Ermənistanın götürdüyü öhdəlikdən gedir. İndi Ermənistan bu xüsusda müvafiq addım atmasa, Azərbaycan və Rusiya gərəkən addımları atmağa məcbur ola bilərlər.

Nahid SALAIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - FOTO

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

24.08.2026 / 11:07
Prezident İlham Əliyev Zelenskini təbrik etdi

24.08.2026 / 10:52
Bakıdan qəti tələb - Moskvadan konkret tədbirlər gözləyirik…

24.08.2026 / 10:10
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi - üstəlik də 35 milyon manatdan çox cərimə...

24.08.2026 / 09:39
DYP sürücü və piyadalara müraciət etdi - "...telefondan istifadə etməyin"...

24.08.2026 / 09:12
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

24.08.2026 / 06:59
Avropa Birliyindən İsrailə kəskin etiraz - “…iki dövlətli həllin davamlılığını sarsıdacaq”

24.08.2026 / 06:33
İtaliya və Almaniya arasında miqrant gərginliyi artır

24.08.2026 / 06:15
Avropanın 100 diplomatından Fələstin etirazı - İsrailə qarşı sanksiyalar tələb olundu

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

23.08.2026 / 23:21
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyuldu - FOTO

23.08.2026 / 23:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO

23.08.2026 / 22:58
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - FOTO

23.08.2026 / 22:47
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - FOTO/YENİLƏNDİ

23.08.2026 / 22:11
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

23.08.2026 / 21:56
İrandan qonşu ölkələrə müharibə elanı kimi təhdid – bütün Fars körfəzində neft ixracı dayanacaq...

23.08.2026 / 21:18
Prezidentin Özbəkistan səfəri: Azərbaycanı Xəzərdən Qərbə, Özbəkistanı Mərkəzi Asiyadan Xəzərə bağlayan perspektivlər

23.08.2026 / 21:01
Prezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

23.08.2026 / 20:58
"Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir" - Prezident

23.08.2026 / 20:56
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - FOTO

23.08.2026 / 20:54
"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir" - Prezident

23.08.2026 / 20:32
Prezident İlham Əliyev Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

23.08.2026 / 20:30
"Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var" - Prezident

23.08.2026 / 20:27
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

23.08.2026 / 20:25
"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub" - Prezident

23.08.2026 / 20:22
Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

23.08.2026 / 20:19
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

23.08.2026 / 20:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

23.08.2026 / 20:05
İran BƏƏ-dən bütün ərazisini müharibə təzminatı kimi Tehrana verməsini istədi…

23.08.2026 / 19:30
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - FOTO

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ