Bazar günü günü, 01 noyabr 2026
     

Azərbaycanın rusdilli mediasının 25 yaşlı gənci - "Novoye vremya"...

Image


Şakir Ağayev: "Dişimizlə-dırnağımızla yaratdığımız  "Novoye vremya"nın  25 yaşına gəlib çatmışıq" 

Çağımızın rusdilli media orqanlarından olan "Novoye vremya" qəzetinin 25 yaşı tamam olur. 

Bu münasibətlə "Novoye vremya" nəşrinin baş redaktoru Şakir Ağayevdən götürüyümüz müsahibəni təqdim edirik.

"Bu özü sübut edir ki, "Novoye vremya" qəzeti təkcə Rusiyada yox, həmçinin də rusdilli ölkələrdə  Azərbaycanın səsinə çevrilə bilib"     

- "Novoye vremya" necə yarandı? 

- 1999-cu ildə " Novoye vremya" qəzetini yaratmaq məqsədini qarşımıza qoymağımıza zərurət vardı. Bu qəzetin yaranması zərurəti dövrün ictimai-siyasi proseslərindən irəli gəlirdi. O zaman sosial media yox idi, çeşidli saytlar yaranmamışdı, çap mediası idi. Bizim düşüncələrimizlə yaratmaq istədiyimiz rusdilli qəzetə bazarda ciddi tələbat vardı. Bilirsiz ki, keçən əsrin 90-cı illərinin sonlarında Azərbaycanda mətbuat iki yerə ayrılmışdı, bir neçə krossvord qəzetini və sairi çıxmaq şərti ilə mətbuat tam siyasiləşmiş mətbuat idi. Əsasən müxalifət və iqtidaryönümlü qəzetlər vardı. Müstəqil siyasət yürüdən, müstəqil yol tutan, nə iqtidarı, nə müxalifəti yeri gəldi-gəlmədi tərifləmək, pisləmək mövqeyində olan belə bir qəzet Azərbaycan bazarında yox idi. Biz qərara aldıq ki, ictimai-siyasi proseslərə tamamilə fərqli düşüncələr, fərqli baxışlar, fərqli yanaşmalar  sərgilənən bir qəzet yaradaq. 1999-cu il senytabr ayının ikinci ongünlüyündə bununla bağlı ovaxtkı Mətbuat və İnformasiya Nazirliyinə müraciət etdik. Oktyabrın 1-də lisenziyamızı aldıq. O vaxt prosedur qaydaları bir az mürəkkəb idi. Bakı Ədliyyə İdarəsi təsdiq etməli idi və sair prosedur qaydaları vardı. Biz 8 gün ərzində bütün bu prosesləri keçdik. Bəlkə də ilk qəzetdir ki, qeydiyyata alınandan 8 gün sonra ilk nömrəsi çapdan çıxdı.

- Qəzetin ilk günləri yadınıza necə gəlir?

- Çox çətin günlər idi. Biz qəzetin ilk nömrəsini üç-dörd adamla buraxmışıq. Çünki redaksiyada üç-dörd adam vardı. İki kompüterlə, bir printerlə işə başladıq. O vaxt yazılar plyonkalara verilirdi. Çox çətinliklə işləyirdik, gecə saat-1-ə, 2-yə qədər işimiz davam edirdi, işçilər redaksiyada qalırdılar. Hətta elə olurdu ki, səhərə qədər işləyirdik. Amma bu çətinliklərə baxmayaraq, indikindən daha çox maraq və həvəs var idi. Bu da çap mediasına ehtiyacdan irəli gəlirdi. Biz bir müddət bu üç-dörd nəfərlə qəzeti buraxdıq, ilk vaxtdan bazara girdik. Təbii ki, sonradan bu üç-dörd nəfər böyük kollektivə çevrildi. İl yarımdan, iki ildən sonra qəzetdə 40-45 adam işləyirdi. Çox sevinirəm ki, bizim redaksiyadan çıxanlar arasında baş redaktorlar, mətbuat xidməti rəhbərləri vəzifəsini tutanlar, başqa strukturlarda işləyənlər var... Ən xoş da odur ki, bütün əziyyətlərin bəhrəsi olan qəzet köşklərdə satılır və sənin əməyinin məhsulu göz qabağındadır. 

- Bu qəzet körpəlikdən gəncliyə qədər böyük bir yol keçib, o yolda çətinliklər çox oldu, yoxsa əlinizdən tutanlar, dəstək olanlar?

- İnanın, çətinliklərimiz daha çox olub. Hamı kimi bizim üçün də çap mediasında çox böyük çətinliklər olub. 2003-2004-cü illər ərəfəsində biz onlarla, yüzlərlə məhkəmə proseslərində iştirak etmişik. Qəzet məhkəməyə verilib, cərmələnib, məhkəmə qərarları verilib. Amma heç nə bizi əqidəmizdən, tutduğumuz yoldan döndərə bilməyib, yolumuza  davam etmişik. Çox çətin, məşəqqətli, enişli-yoxuşlu yollar keçmişik. Bilirsiz ki, Azərbaycan çap mətbuatında reklam həmişə qıt olub. Dişimizlə-dırnağımızla yaratdığımız "Novoye vremya"nın 25 yaşına gəlib çatmışıq.

Təbii ki, əlimizdən tutanlar da olub. 25 il müddətində "Novoye vremya" qəzetinin sədaqətli oxucularına təşəkkür edirəm. Bizim əlimizdən tutan, təbii ki, oxucular olub. 

- Təbii ki, hər bir nəşrin həyatında onun yaradıcı kollektivi, gözəl imzalar xüsusu yer tutur. Rusdilli mediada rəhbərlik etdiyiniz qəzet də məktəb rolunu oynayıb. Kimlər gəldi, kimlər getdi, kimlər qaldı?

- Konkret adlar çəkmək istəmirəm. Çünki ehtiyat edirəm ki, birdən kimlərinsə adını çəkərəm, kimlərinsə adını unudaram, inciyərlər.

25 il müddətində 70-80 adam bizim kollektivdə işləyib. Əməkdaş olduğumuz adamlar arasında müxtəlif vəzifələrdə işləyənlər, jurnalistika ilə məşğul olanlar da var. Qürur duyuram ki, "Novoye vremya" yalnız bir çap mediası olmayıb, həm də bir məktəb olub. 1999-cu ildən bugünə kimi bizimlə işləyən, bizimlə yoluna davam edən insanlar. Bu qəzetin kollektivində çalışan hər bir insanın öz yeri olub, indi bizimlə  işləyən və işləməyənlərin hər birinə öz təşəkkürümü bildirirəm.  

- "Novoye vremya" olaraq Rusiyada, rus dillinin hələ də işlək olduğu ölkələrdə Azərbaycanın səsinə çevrilə bildinizmi?

- Bəli. Bilirsiz ki, rus dili təkcə Rusiyada işləmir, postsovet məkanında, indiki MDB məkanında da işlənir, hamı danışa bilir. Eyni zamanda keçmişdə sosialist ölkələr deyilən ölkələr vardı, Şərqi Avropadan söhbət gedir. O ölkələrin də çoxunda insanlar rus dilini bilir. Bu gün Asiya ölkələrindən, Çindən, Monqolustandan, Vyetnamdan, Koreyadan, Kubadan tutmuş Afrika ölkələrinin çoxu, o cümlədən də Şərqi Avropa dövlətlərinə qədər rus dilini bilənlər var...

Sözsüz ki, biz rusdilli mətbuat olaraq Azərbaycanın səsinə çevrilə bildik. Bunu deməyə 25 illiyimizlə bağlı redaksiyamıza gələn çoxsaylı təbriklər də əsas verir. Millət vəkilləri, ziyalılar, elm xadimləri, mətbuat xidmətlərinin rəhbərləri, həmkarlarımız, baş redaktorlar, Rusiyanın ölkəmizdəki səfiri, Belarusun Azərbaycandakı səfiri bizi təbrik edib. Azərbaycanın Rusiyadakı sabiq səfiri, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlundan da təbrik almışıq. "İTARTASS"ın direktor müavini, həmyerlimiz, bütün dünyanın tanıdığı Mixail Qusman şəxsən təbrik edib. Rusiya Jurnalistlər İttifaqı ədalətli, prinsipial mövqeyinə və iki xalq arasında körpü rolunu oynadığına görə "Novoye vremya" qəzetini diplomla təltif edib, "Russkiy Mir" fondundan da, Azərbaycanda fəaliyyət göstərən Rus İcmasının rəhbərliyindən də, Moskvadakı bir sıra mətbu orqanlardan, Rusiya Yazıçılar İttifaqının Moskva bölməsindən də təbrik almışıq. Təbriklər həddən çoxdur və bu məktublarda onlar qəzeti tam təcəssüm etdiriblər. Çünki qəzetin oxucularıdırlar həm də. Bunun özü sübut edir ki, "Novoye vremya" qəzeti təkcə Rusiyada yox, həmçinin də rusdilli ölkələrdə  Azərbaycanın səsinə çevrilə bilib. Qəzetimizin böyük saytı var, 157 ölkədə oxunur, gün ərzində 15-20 min adam saytımızın oxucusudur. Gün ərzində yüzlərlə informasiya qoyulur, sayt tez-tez yenilənir.

- Çətinlikləriniz nədir? 

- Çətinliklərimiz bütün dünyada çap mediasının yaşadığı çətinliklərdir. Sosial şəbəkələrin, burda dezinformasiyaların, feyk xəbərlərin tüğyan etdiyi bir vaxtdayıq. Çox təəssüflər olsun ki, dünyanı idarə etmək istəyən dövlətlər, güclər insanları feyk xəbərlərə öyrədiblər. Belə bir vəziyyətdə Azərbaycanda da çap mediası özünün çətinliklərini yaşayır. Həmişə demişəm, yenə də deyirəm, bir şeyi anlamaq lazımdır ki, çap mediası salnamədir, arxivdir, tarixdir. 1917, 1918, 1920-ci il Azərbaycan tarixini bilmək üçün gedib çap mediasını arxivlərdən tapıb oxuyun. Çap mediası yaşamalıdır. 

Çox təəssüflər olsun ki, Azərbaycanın çap mediasında reklam məsələsi sıfır vəziyyətdədir. Mətbuatımız reklamla təmin olunmur. Ölkənin biznes adamları, şirkətlər qəzetlərə reklam verməkdə maraqlı deyil. Məmurlar, dövlət adamları, nazirliklər hətta qəzetlərdə sosial reklamları vermək istəmirlər. Baxmayaraq ki, qəzetlər onların müraciətlərini, məlumatlarını pulsuz çap edir. Bütün məlumatlar qəzetlərdə pulsuz çıxır, sonra da hamı deyir ki, qəzetlər özlərini dolandıra bilmir. Bu da çətinliklər yaradır. Azərbaycan qəzetinin iqtisadi bazası yoxdur. Təbii, Prezident İlham Əliyevə təşəkkür edirik ki, Medianın İnkişafı Agentliyini yaratdı. Bu agentlik neçə illərdir ki, çap mediasının yaşamasında böyük rol oynayır.  

- Bu 25 ildə nəyi özünüzün və qəzetin qazancı sayırsız?

- Özüm 2015-ci ildə Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunmuşam. 2020-ci ildə "Əməkdar jurnalist" fəxri adı almışam, bir çox ölkələrdən diplomlarla, ordenlərlə, medallarla təltif olunmuşam. Təbii ki, bu mənim qəzetdə baş redaktor kimi fəaliyyətimə verilən qiymətdir. Amma mənim və qəzetin ən böyük qazancı, sözsüz ki, oxucu məhəbbəti, ünvanımıza gələn təşəkkür məktubları olub. Oxucuların hansısa bir problemini həll etmişiksə bu bizim qazanclarımız sırasındadır. Qəzetin ən böyük qazancı öz oxucusunu məmnun etməkdi. Azərbaycanın torpaqları 30 ilə yaxın işğal altında olanda "Novoye vremya" qəzetinin daim baş yazısı Qarabağla bağlı olub. Bilirsiz ki, mən özüm qarabağlıyam, ağdamlıyam, bu mənim birbaşa borcum idi ki, Qarabağla bağlı məlumatları, erməni terrorizmi, işğalçılığı ilə bağlı informasiyaları dünya ictimaiyyətinə çatdıraq. Uzun illər erməni terrorizminin dünya terrorizminin tərkib hissəsi olması mövzusunda sisilə yazılar verdik. Hətta bizi hədələyənlər də oldu, amma biz silsiləni dayandırmadıq. Dünya terrorizminin başında duran elə Ermənistandır, ermənilərdir. Ən böyük qazancımız torpaqlarımızın,  ana yurdu Qarabağın, Ağdamın işğaldan azad edilməsi oldu. Yazdıqlarımız və arzuladıqlarımız nəhayət ki, həyata keçdi. Azərbaycan keçən il tam olaraq öz ərazi bütövlüyünü və suverliyini bərpa etdi. Dünyada başı uca gəzirik. 

- İndi rus dilində qəzet buraxmaq çətin deyil ki? 

- Təbii ki, çətindir. İndi ən böyük problem rus dilində yazanların az olmasıdır. Söhbət analitik yazılardan, təhlil yazılarından gedir. Hətta 20 il bundan əvvəlki dövrün rusdilli yazarları demək olar ki, yoxdur. Rusdilli qəzetin çətinliyi burdadır. 

- Arzunuz nədir?

- Ən böyük arzum Qarabağın işğaldan azad olunması idi ki, bu arzuma çatdım. İndi arzum təqaüdə çıxandan, yaxud Ağdam bərpa olunandan sonra doğma Ağdamda yaşamaqdır.  

- Gözləntiləriniz nədir? Çap mediasının yaşamını davam etdirməsi üçün daha çox nəyə ehtiyac var?

- İnanın ki, həm optimist, həm də realist adamam. Optimistəm ki, bu gün çap mediasını davam etdiririk. Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hələ ki, çap mediası çapını davam etdirir. Bu quruma təşəkkür edirəm.  Real baxsam, ciddi irəliləyiş gözləmirəm. Çünki iki-üç il əvvələ qədər bir-iki reklam verən vardısa, indi o da yoxdur. Bunu bütün çap mediası bilir. Getdikcə çap mediasının oxucusu azalır. Oxucu hardasa daha çox ucuz xəbərlərin dalınca qaçır. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ