Bazar günü günü, 01 noyabr 2026
     

Paşinyan əvvəl Londonda, sonra Moskvada Əliyevlə görüşdən qaçdı...

Image


Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniyadan sonra bu dəfə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyevlə görüşə cəsarət etməyib. 

Xatırladaq ki, Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya iki ölkənin liderləri arasında görüşün keçirilməsi təklifi ilə çıxış etmişdi. Qaydaya uyğun olaraq görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı ilə, sonra isə Azərbaycan və Ermənistan liderləri təkbətək görüşməli idilər. Amma Paşinyan görüşdən qaçdı. İndi eyni hal Rusiyada da təkrarlanıb.  

Rusiya prezidentinin siyasi məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərlə söhbətində Moskvanın Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirmək istədiyinə işarə edib: "Yox, üçtərəfli görüşə hazırlıq olmayıb. Belə bir ideya olub, amma bir nəfər bu ideyanı dəstəkləməyib". MDB sammiti çərçivəsində Rusiyanın vasitəçiliyi ilə danışıqların keçirilməsindən məhz Paşinyan imtina edib. Rusiya prezidenti Vladimir Putin Ermənistan və Azərbaycana sülh müqaviləsi danışıqlarında Rusiyanın köməyini avqust ayında Bakıya səfəri zamanı təklif etmişdi. Elə bundan sonra  Paşinyan bu təklifdən imtina etmiş və Bakı ilə birbaşa danışıqlara üstünlük verdiyini demişdi. O, Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılmasını İrəvanın əngəlləməsinə dair Rusiya xarici işlər naziri Sergey Lavrovun tənqidini "tamamilə əsassız" adlandırmışdı. İrəvan Moskvanın vasitəçilik təklifindən bu ilin əvvəllərində də imtina etmişdi. Ermənistan yenə də Bakı ilə birbaşa danışıqlara və ya Qərbin vasitəçiliyinə üstünlük verdiyinə işarə etmişdi. Paşinyanın prezident İlham Əliyevlə son görüşü fevral ayında Almaniya kansleri Olaf Şolts tərəfindən təşkil olunmuşdu. Moskva Ermənistan və Azərbaycan arasında danışıqlara Qərbin vasitəçilik etmək cəhdlərini kəskin tənqid etmişdi. Bu arada MDB dövlət başçılarının sammiti əsnasında jurnalistlər prezident İlham Əliyevə və Nikol Paşinyana ayaqüstü sual verə biliblər: "Sülh müqaviləsi nə vaxt imzalanacaq?". İlham Əliyev bu suala "hər şey razılaşdırılanda" cavabını verib. Nikol Paşinyan isə deyib: "Mən artıq öz təklifimizi irəli sürmüşəm. Düşünürəm ki, sülhü məhz indi imzalamaq üçün kifayət qədər razılaşdırılmış kontent var". Rusiya prezidentinin köməkçisi Yuri Uşakov  vurğulayıb ki, ABŞ və bir sıra Qərb ölkələri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi prosesinə müdaxilə etməyə cəhdlər göstərirlər: "Biz hesab edirik ki, bütün əsas iş Moskvada görülüb. Hazırda qərblilər danışıqlar prosesinə və bununla da regiona soxulmağa cəhd göstərirlər". "Vedomosti" qəzeti yazır ki, Uşakov, habelə, Avropa İttifaqı müşahidə missiyasının Ermənistanda olmasından Moskvanın narazılığını bir daha dilə gətirib. Baş verənlərlə bağlı Rusiyanın "Nezavisimaya qazeta" mətbu orqanı yazır: "Ermənistan-Azərbaycan münaqişəsinin həlli MDB dövlət başçılarının Moskvada keçirilən sammiti çərçivəsində müzakirə olunan əsas mövzulardan birinə çevrilib. Eyni zamanda, Rusiya hakimiyyəti görüşdən əvvəl İrəvanı Cənubi Qafqazda öz təhlükəsizlik sistemlərinin zəif halqası hesab etdiklərini açıqladı. Xüsusilə, Kreml kollektiv Qərbin Qafqaz respublikaları arasında danışıqlar prosesinə öz inkişaf məntiqini tətbiq etmək cəhdlərindən narazıdır. "ABŞ və bir sıra digər Qərb ölkələri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzərində işləmək prosesinə qoşulmağa çalışırlar. Biz hesab edirik ki, bütün ilkin işlər Moskvada görülüb və indi qərblilər sadəcə olaraq danışıqlar prosesinə qoşulmaq və bununla da regional işlərə və regionun özünə qarışmaq istəyirlər. Baxmayaraq ki, yumşaq desək, hətta Ermənistan və Azərbaycan arasında ikitərəfli danışıqlarda iştirak edənlərin heç də hamısı Qərbin bu rolunu və danışıqlar prosesinə qoşulmaq cəhdlərini alqışlamır", - Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

FTX rəhbəri Aleksandr Bortnikov daha radikal idi. "Amerikalılar və avropalılar açıq şəkildə Zaqafqaziyada sabitliyin yaradılmasında maraqlı deyillər. İrəvanı Bakı ilə danışıqları təxirə salmağa inandırmaqla Qərb Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etməyə və regionda öz "sülhməramlı" kontingentinin – de-yure BMT-nin, de-fakto isə BMT-nin himayəsi altında NATO-nun burada yerləşdirilməsinə nail olmağa çalışırlar", - Bortnikov deyib. Görünür, ABŞ və Fransanı Ermənistanı dəstəklədiklərinə görə tənqid edən Azərbaycan rəhbəri İlham Əliyev Qərbin səylərini alqışlamır. "Bizə Qarabağın "müstəqilliyini" tanımağı təklif etdilər. Gəlin, bu gün Rusiya ilə Ukrayna arasında olan münaqişəyə baxaq. Qərb ölkələri, Fransa və ABŞ Ukraynanın ərazi bütövlüyünün təmin edilməsinin zəruri olduğunu bildirir. Onlar Ukraynanı bütün növ silahlarla təmin edirlər. Bəs niyə ərazimiz işğal olunanda özlərini başqa cür apardılar? Bir milyon insan evlərini tərk etmək məcburiyyətində qalanda bizə heç kim kömək etmədi. Niyə belə ikiüzlülük nümayiş etdirirlər? Biz bütün bu suallara cavab tələb edirik", - deyə Əliyev oktyabrın 4-də bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan isə tamam başqa mövqedədir. O, Fransa prezidenti Emmanuel Makronla görüşüb və onunla söhbətində Parisin daimi dəstəyinin vacibliyini və İrəvanın ikitərəfli maraqların bütün sahələrini inkişaf etdirməyə yönəlmiş addımlar atmağa hazır olduğunu vurğulayıb. Öz növbəsində, Makron ölkələr arasında münasibətlərin ardıcıl inkişafına hazır olduğunu bəyan edib. Nə olsun ki, Paşinyan və Əliyev ad günündə Rusiya prezidenti Vladimir Putinlə nahar ediblər, ertəsi gün isə onunla ayrı-ayrılıqda danışıqlar aparıblar. Moskva onlar üçün hər cəhətdən son dərəcə vacib və güclü tərəfdaş olaraq qalır, onun maraqlarına məhəl qoymamaq olmaz. Rusiya lideri azərbaycanlı həmkarı ilə yaxşı və maraqlı infrastruktur və enerji layihələrini müzakirə edib. Erməni baş nazirlə isə  siyasi dialoqun, təhsilin intensivləşməsi və ölkələr arasında ticarət dövriyyəsinin artması barədə danışıb. Eyni zamanda, Uşakovun sözlərinə görə, Kremlin üçtərəfli görüş keçirmək ideyası var idi, lakin "bəziləri tərəfindən dəstəklənməyib". Indi fikirlər səslənir ki, Bakı Qərb dövlətlərinin təzyiqləri fonunda Moskvaya yaxınlaşır. Bəllidir ki, Fransa Azərbaycana qarşı siyasət yürütməklə böyük səhvə yol verdi. Bakı ilə münasibətləri gərginləşdirməklə Cənubi Qafqazda öz maraqlarını gücləndirmək mümkün deyil. Eyni zamanda, Makron Fransa prezidenti seçilməzdən əvvəl bu ölkənin Azərbaycanla normal münasibətləri olub. İndi  ABŞ eyni səhvi təkrarlayır. Amerika Konqresinin Azərbaycan əleyhinə siyasəti və Nümayəndələr Palatasının regionun əsas ölkəsi olan Azərbaycana qarşı sanksiya tələbi artıq Bakı üçün Vaşinqton və Parisin eyni mövqedə olmasına gətirib çıxarıb. Bu arada Rusiya ikinci Qarabağ müharibəsində Azərbaycana müdaxilə etmədi, bunun sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edə bildi. Rusiya sülhməramlılarının Qarabağı vaxtından əvvəl tərk etməsi Bakıda müsbət qarşılanıb. Putinin Azərbaycana avqust səfəri iki ölkənin yaxınlaşmasına nümunə oldu. Rusiya və Azərbaycan hakimiyyətinin mövqelərinin yaxınlaşması Bakının İrəvanla danışıqlar çərçivəsində Moskvanın vasitəçilik xidmətlərinə ehtiyacı olması demək deyil. Əliyev erməni həmkarları ilə birbaşa dialoqda maraqlıdır.

Ermənistanın Strateji Tədqiqatlar və Təşəbbüslər üzrə Analitik Mərkəzinin rəhbəri Hayk Xalatyan isə əksinə, hesab edir ki, Bakı Moskvaya İrəvandan daha yaxın olmayıb. "Yeganə fərq ondan ibarətdir ki, Azərbaycan son vaxtlar açıq anti-Rusiya bəyanatlarından və addımlarından yayınır. Amma Bakı Türkiyənin hərbi-siyasi müttəfiqi olaraq qalır, o cümlədən silahlı qüvvələrini NATO standartlarına keçirməyə davam edir", - Xalatyan bildirib. Eyni zamanda, o etiraf edir ki, İrəvanla Moskva arasında münasibətlər pisləşir: Ermənistan hakimiyyəti də ABŞ və Fransa ilə yaxınlaşmağa "stavka" edir".

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ