Bazar günü günü, 01 noyabr 2026
     

Fransa parlamenti ilə İşçi qrupun ləğvinə MM daha geniş izah verməli idi - bunu cəmiyyət də gözləyir...

Image


Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup ləğv olunub. Parlamentin 8 oktyabrda  keçirilən iclasında Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qanun layihəsində Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu yer almayıb.

Xatırladaq ki, bundan əvvəl Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi Milli Məclis tərəfindən etirazla qarşılanmış, Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyətini dayandırmışdı.

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qanun layihəsində Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun yer almaması çox yaxşı addımdır. Amma çox yaxşı olardı ki, bununla bağlı Milli Məclis rəhbərliyinin geniş bir izahatı, Milli Məclis adından bir açıqlaması olaydı. Fransa BMT Təhlükəsizlik Şurasının üzvüdür, vaxtilə Azərbaycanla yaxşı münasibətləri olub. Bu gün Azərbaycan parlamenti çox  haqlı olaraq, əsaslı şəkildə bu addımı atıb ki, Fransa ilə parlamentlərarası əlaqəni kəsib. Amma qeyd etdiyimiz kimi, buna Azərbaycan parlamentinin, parlament sədrinin geniş bir açıqlamasının olması arzuolunan idi. Yaxud, heç olmasa, parlament adından rəsmən bir məlumat yayılardı və ya parlament komitələrində bu məsələnin müzakirəsi keçiriləydi, bu addımın hansı əsaslardan atıldığı, hansı səbəbdən Fransa ilə parlamentlərarası əməkdaşlıqdan imtina olunduğu barədə cəmiyyətimizə də, dünyaya da bir məlumat veriləydi. Cəmiyyət bu məlumatı gözləyir. Ona görə ki, Fransa ilə nə münasibətlərdə olduğumuzu cəmiyyət bilir. Ancaq cəmiyyətimiz bunu o formada eşidir ki, filan işçi qrup parlamentdə olmayacaq. Yalnız bunu bilir. Dünya üçün də bu izahatın verilməsi çox vacibdir. Çünki qoy bəzi ölkələrə dərs olsun ki, Azərbaycan belə addımlar ata bilir. Əgər onun bizə faydası yoxdursa, Fransa ilə parlamentlərarası əməkdaşlıq bizim nəyimizə lazımdır, bu dostluq qrupu bizə lazım deyil. Yəni Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun Milli Məclisdə yer almamasının geniş izahının həm bizim cəmiyyətə, həm də dünyaya  verilməsi çox vacib idi. 

Azər Həsrət: "Həqiqətən də Milli Məclis burada daha..."

Siyasi şərhçi Azər Həsrət "Bakı-Xəbər"ə bildirdi ki, ümumiyyətlə, kəsib atmaq çıxış yolu deyil. "Heç olmasa işıq gələn kiçik bir imkan tapmaq və o imkandan istifadə etməyə çalışmaq lazımdır. Fransa yalnız Emmanuel Makrondan və onun komandasından ibarət deyil ki. Yaxud da ki, bütün fransız xalqı Azərbaycanla düşmən deyil ki. Bütün Fransa xalqı ermənipərəst deyil ki. Fransa əhalisinin böyük əksəriyyətinin heç Azərbaycanın harda yerləşməsindən xəbəri yoxdur. Bu baxımdan, düşünürəm ki, Azərbaycandan xəbəri olmayan o çoxluqla işləmək vacibdir. Bunu həm paralment səviyyəsində etmək olar, lazımdır, həm də vətəndaş cəmiyyəti və media səviyyəsində. Yəni Emmanel Makron nəsə etdi, onun antiazərbaycan, ermənipərəst mövqeyi bizim zərərimizədir, bizi əsəbiləşdirdi, biz Fransanı kəsib atdıq, belə yanaşma şəxsən mənim üçün o qədər də məqbul sayılmır. Ümumiyyətlə, diplomatiyada da, siyasətdə də bu cür maksimalist yanaşma yaxşı nəticələr vermir".

Milli Məclisdən bu barədə cəmiyyətə və beynəlxalq ictimaiyyətə izah verilməli olması məsələsinə gəlincə, A.Həsrət qeyd etdi ki, bu izah mütləq şəkildə verilməli idi. "Həqiqətən də Milli Məclis burada daha diplomatik davrana bilərdi. Bunu Fransa ilə əlaqələr üzrə işçi qrupun ləğvi kimi təqdim etməkdənsə, məsələn, Fransa ilə bağlı işçi qrupun formalaşdırılması təxirə salındı, yaxud da daha diplomatik bir ifadə işlədərdim. Yaxud da ki, hələlik Fransa ilə bağlı işçi qrup formalaşdırılmadı. Yəni bu cür ifadələrlə təqdim etmək daha doğru olardı. Yoxsa ki, "ləğv edildi", "kəsdik atdıq" və sair. Bu diplomatiya, siyasət deyil. Düşünürəm ki, Milli Məclisdə bizim bu konstruktiv yanaşmamızı dəyərləndirə biləcək adamlar tapılacaq"-deyə A.Həsrət bildirdi. 

Faiq Ələkbərli: "Hesab edirəm ki, Milli Məclisin sədrinin, yaxud Milli Məsclisin özünün bununla bağlı cəmiyyətə və dünya ictimaiyyətinə bir açıqlaması, izahı olmalı idi"

Siyasi şərhçi Faiq Ələkbərli isə hesab edir ki,  əlbəttə, Fransanın Azərbaycana qarşı xüsusilə də son illərdə apardığı siyasət qəbuledilməzdir. "Fransa əvvəllər də Azərbaycanın əleyhinə bir çox işlər görüb. Yəni bu son dövrlərin məsələsi deyil, əvvəllər də Fransa istər Qarabağ məsələsində, istərsə də digər  məsələlərdə qərəzli mövqe nümayiş etdirib. Ancaq Fransanın, xüsusən də İkinci Qarabağ müharibəsindən sonra qərəzli mövqeyini daha da genişləndirməsi, düşmənçiliyinin səviyyəsini daha da artırması, eyni zamanda Ermənistana həm siyasi, həm də digər anlamlarda dəstək verməsi məlumdur. Fransa özünün əsl mahiyyətini, simasını İkinci Qarabağ müharibəsi dövründə və sonrakı vaxtlarda tam çılpaqlığı ilə ortaya qoydu.  Azərbaycan da, əlbəttə, buna adekvat addımlar atdı və atmağa da davam edir. Bu da təbiidir. Çünki Azərbaycan öz milli maraqlarını müdafiə etməlidir. Ancaq Azərbaycanın Fransaya qarşı atdığı adekvat addımlarından bəziləri yetərincə ictimaiyyətə bəlli olmur. Yəni geniş işıqlandırılmır. Onlardan biri də Fransa ilə əlaqələr üzrə işçi qrupun artıq ləğv olunması ilə bağlıdır. Ancaq çox təəssüflər olsun ki, Fransa ilə parlamentlərarası işçi qrupun ləğv olunması məsələsi, demək olar ki, mətbuatda çox az işıqlandırıldı və çox az adamın bundan xəbəri var. Halbuki, bu məsələ geniş şəkildə Milli Məclisdə müzakirə edilməli idi və qərar birbaşa xalqa açıqlanmalı idi. Azərbaycan cəmiyyəti bilməlidir ki, onun dövlətçiliyinə, müstəqil varlığına qarşı hədyanlar yağdıran, çoxüzlü siyasət aparan Fransa kimi dövlətlərə qarşı ciddi tədbirlər də görülür, adekvat addımlar da atılır. Mənə elə gəlir ki, bu adekvat addımlar həm kütləvi informasiya vasitələrində yetərincə işıqlandırılmalıdır, həm də  ictimiayyət məlumatlandırılmalıdır. Belə demək mümkündürsə, Azərbaycanla hər hanısa mənada yüksək tonla, yaxud hədə dili ilə  danışmağın, bizə qarşı hədyanlar yağdırmağın cavabı və cəzası var. Bu addımlar da atılır. Bu baxımdan hesab edirəm ki, Milli Məclisin sədrinin, yaxud Milli Məsclisin özünün bununla bağlı cəmiyyətə və dünya ictimaiyyətinə bir açıqlaması, izahı olmalı idi".

F.Ələkbərlinin fikrincə, ola bilsin, Milli Məclis hansısa bir iclasında bu məsələnin üstünə qayıdacaq. "Fransanın atdığı bütün qərəzli addımlara, yürütdüyü mürtəce  siyasətə qarşı görülən tədbirlər çox müsbətdir. Bu barədə də geniş izahlar verilməlidir ki, Azərbaycan cəmiyyəti də, dünya ictimaiyyəti də bizim dövlət olaraq konkret mövqeyimizi bir daha bilsin, görsün. Dünya da, cəmiyyətimiz də görsün ki, Fransanı narahat edəcək və başqlarına da dərs olacaq addımlarımız  var"-deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ