Bazar günü günü, 01 noyabr 2026
     

MDB ölkələrində "yeni böyük layihələr" Qərblə əlaqələri məhdudlaşdıra bilər?..

Image


Akif Nağı: 'Biz TDT olaraq, MDB-dən və Amerikanin yaratdığı güc mərkəzindən daha güclu və daha perspektivliyik"

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin yeni böyük layihələrin həyata keçirilməsi üçün bütün imkanları var. Bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskva şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında bildirib.

O, MDB çərçivəsində qarşılıqlı əməkdaşlığın Rusiyanın prioriteti olduğunu vurğulayıb: "MDB ölkələri bizim ən yaxın qonşularımız, strateji tərəfdaşlarımızdır. Biz əməkdaşlığı gücləndirmək əzmindəyik".

Putin MDB-nin iclasının zəngin gündəliyə malik olduğunu bildirib: "Biz iqtisadi məsələlərə və ticarətin genişlənməsi perspektivlərinə böyük diqqət ayıracağıq. Yeni böyük layihələrin həyata keçirilməsi üçün bütün imkanlarımız var".

Putin MDB üçün yeni layihələr deyəndə nəyi nəzərdə tutur? Eyni vaxtda Qərbin və NATO-nun MDB məkanında pozucu fəaliyyətlərindən açıq danışır, bu ölkələrə xəbərdarlıq edir. Putinin dediklərindən o qənaətə gəlmək olarmı ki, yeni layihələr MDB ölkələrinin Qərblə əməkdaşlıqlarını məhdudlaşdıra bilər? Belə təhlükə varmı?

Sualımızı cavablandıran siyasi şərhçi Akif Nağı bildirdi ki, Putin postsovet ölkələrini hansısa formada öz ətrafında cəmləşdirməyə çalışır: "Vaxt var idi, Putin SSRİ-nin hansısa formada bərpa edilməsindən danışırdı. Bu, Rusiya rəhbərliyinin istək və iddiaları ilə bağlıdır. Amma Rusiya rəhbərliyinin iddiaları ilə imkanları üst-üstə düşmür, imkanlar daha məhduddur. Rusiyanın bu ölkələri yeniden bir ittifaqda birləşdirməyə ən azi iqtisadi güçü yoxdur. Siyasi cəhətdən isə Rusiya dünyada nüfuzunu itirmis bir ölkədir. Yəni Putinə beynəlxalq səviyyədə axtarış elan edilib. Gedəcəyi ölkədə o, həbs edilə bilər. Bu, dünya dövlətlərinin və beynəlxalq təskilatların Rusiyaya münasibətinin bariz nümunəsidir. Adətən belə qərarlar gücü olmayan, səviyyəsi aşağı olan Afrika diktatorları ilə bağli nadir hallarda qəbul edilir. İndi beynəlxalq təşkilatlar Rusiyanı həmin səviyyəyə endirib. Bu vəziyyətdə Rusiyanın hansısa  ölkələri öz ətrafında birləşdirməsi mümkün deyil. Üstəgəl, bu ölkələrdən Azərbaycan, Özbəkistan, Qazaxıstan və s.-ləri dünyanın münasibətlər sistemində özünəməxsus yerini tutub, nüfuz qazanıblar. Onların Rusiyanın diqtəsinə əməl etməsi artıq mümkün deyil.

SSRİ dağılandan sonra Rusiya postsovet dövlətlərni öz ətrafında hərbi güc vasitəsilə toplaya bilmişdi. İndi artıq həmin hərbi güc yoxdur. Bunu Ukrayna ilə müharibə də sübut etdi. Rusiya kobud və dağıdıcı bir güc kimi ortadadır, buna görə də qonşuları və digər dünya dövlətləri ona ehtiyatla yanaşırlar. Amma indi hərbi-siyasi-iqtisadi baxımdan artiq əvvəlki Rusiya yoxdur. Ona görə də Moskvanın hansısa prosesi təkbaşına həyata keçirməsi mümkün deyil. İstəkləri var, amna o istəklər həyata keçməyəcək. İndiki şəraitdə MDB çoxdan fəaliyyətsiz, formal bir quruma çevrilib.

Dünya qütbləşir, Qərbin qərəzli mövqeyi nəticəsində Rusiya öz istəklərini həyata keçirmək üçün müəyyən fürsətlər qazanır. Məsələn, Qərbin Azərbaycana qarşı mövqeyi qərəzlidir, eyni zamanda Özbəkistan və Qazaxıstana qarşı məntiqə sığmayan diktant mövqedən çıxış etməyə çalışır. Amerika və Qərb dövlətləri Cənubi Qafqaza və Mərkəzi Asiyaya girməyə cəhd göstərirlər. Bu da bizim kimi dövlətlərin xoşuna gəlmir, istəklərinə uyğun deyil. Azərbaycan istənilən ölkə ilə bərabərhüquqlu əməkdaşlıq etmək fikrindədir. MDB cərçivəsində də Azərbaycan həmin mövqedən çıxış edir. Üstəlik, artıq türk dünyasını birləşdirən Türk Dövlətləri Təşkilatı (TDT) qütbləşən dünyada güc mərkəzi kimi ortadadır. Ona görə də bizim MDB-yə heç bir ehtiyacımız yoxdur - MDB-nin bizə ehtiyacı var. Çunki biz TDT olaraq MDB-dən və Amerikanın yaratdığı güc mərkəzindən daha güclu və daha perspektivliyik. Zaman keçdikcə gücümüz və imkanlarımız artir və genişlənir. Böyük bir ərazini əhatə edirik, böyük layihələr ortadadır. Ona gorə də Rusiyanın hansısa böyük layihələrlə MDB-ni "diriltmək" cəhdləri baş tutmayacaq, bu, söz olaraq qalacaq.

Lakin Azərbaycanın Qərbin qərəzli mövqeyi şəraitində Rusiya ilə müəyyən münasibətləri saxlanılır. Amerika açıq şəkildə Azərbaycana qarşı qərəzli mövqedən çıxış edir. Cənubi Qafqaza girmək istiqamətində artıq ilkin addımlarını atıb. Bu işdə ABŞ Ermənistandan bir vasitə kimi istifadə edir. Buna qarşı Rusiya da öz müqavimətini göstərir. Gürcüstanda baş verənlər və Azərbaycana qarşı isti münasibətlərin formalaşması həmin prosesə qarşi yönəlib. Rusiya Amerikanın regiona daxil olmasının qarşısını almaq və ya bu müdaxiləni məhdudlaşdirmaq istəyir.

Amerika və Qərb başa düsmür ki, hazırda hərbi güc vasitəsi ilə hər hansı bir məqsədə nail olmaq mümkün deyil. Dövlətlərarasi münasibətlərdə bərabərhüquqlu əməkdaşlığa gedilməli və qarşılıqlı hörmət mövqeyindən yanaşılmalıdır. Azərbaycan Qərbin və Amerikanın regiona bu cür iddialı daxil olmasının əleyhinədir, bu, Azərbaycanın maraqlarına cavab vermir. Onların, xüsusilə də Ermənistan vasitəsilə regiona girməsi Azərbaycanı narahat edir. Azərbaycan rəhbərliyi dəfələrlə qeyd edib ki, Qərbin bu mövqeyi heç bir ölçüyə sığmır. Azərbaycana qarşi təhdid mövqeyindən çıxıs edirlər, Azərbaycan bu təhdidi heç vaxt qəbul etməyəcək. Bunu da Ermənistanın əli ilə həyata keçirmək istəyirlər. Qərb Azərbaycanın bu mövqeyini görüb addımlarını korrektə etmək əvəzinə, birtərəfli qaydada Ermənistanı müdafiə etməklə təhdid mövqelərini gücləndirir. Ona görə də Azərbaycan regiona Amerika və Qərbin müdaxiləsini məhdudlaşdirmaq üçün Rusiya ilə münasibətlərini normal səviyyədə saxlanağa çalışır. Rusiya artiq anlayıb ki, Azərbaycanla diktant dilində danışmaq olmaz, regionun lider dövləti Azərbaycandir, regionda sürdürülən siyasət Azərbaycan və Türkiyə ilə razılaşdırılmalıdır. Ona gorə də Azərbaycan indiki mərhələdə müəyyən məsafə saxlamaqla Rusiya ilə münasibətlərə daha çox üstünlük verir.

MDB çərçivəsində Putinin dediyi kimi böyük layihələrin həyata keçrilməsi qeyri-mümkündür. Çunki Moskva MDB adi altında hər hansı bir böyük layihə təklif edirsə, onu Rusiya maliyyələşdirməlidir. Rusiyanın isə belə bir imkanı yoxdur. Bu səbəbdən böyük layihələr təklifi kağız üzərində qalacaq.

Hazirda Orta dəhliz, Şimal-Cənub dəhlizi nəqliyyat layihələri, böyük enerji layihələri var ki, Azərbaycan onların mərkəzində mövqe tutub. Reallıq onu göstərir ki, Rusiya məhz bu layihələrin reallaşmasına dəstək verməlidir. Bu baxımdan Azərbaycanın indiki mövqeyi tam doğrudur".

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ