Bazar günü günü, 01 noyabr 2026
     

“ABŞ-ın riyakar və ikiüzlü siyasəti regionda sülhə təhdiddir” - Vüqar Rəhimzadə

Image


Kiçik dövlətlərə "ədalət və beynəlxalq hüquq" dərsi keçməyə cəhd edən bəzi dünya güclərinin özləri bu meyarlardan xəbərsizdir

Beynəlxalq münasibətlər sistemində etimad mühitinin möhkəmləndirilməsi, ilk növbədə, ədalət meyarının qorunmasını bir tələb kimi qarşıya qoyur. Təəssüflər olsun ki, ədalət və beynəlxalq hüquq aparıcı dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasəti nəticəsində maraqlara görə arxa plana keçir ki, bu da öz növbəsində ölkələr arasında münasibətlərdə inamı, etimadı sıfıra endirir.

Azərbaycan dövləti daim ən yüksək tribunalardan belə bir çağırışı səsləndirir ki, ikili standartlar dünya güclərinin siyasətində bir meyardırsa, qoy onu bəyan etsinlər. Beynəlxalq hüququn norma və prinsiplərinin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tətbiqi üçün vahid mexanizmin olmaması problemlərə, münaqişələrin dərinləşməsinə gətirib çıxarır. Görünən budur ki, bu halın baş verməsi bəzi dünya güclərini nəinki narahat edir, əksinə onlar öz maraqlarına uyğun olaraq yeni ssenarilər cızmaqda, qərəzli addımlar atmaqda davam edirlər. Azərbaycan bəzi dünya güclərinin ikili siyasətini istər hazırda tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həllində, istərsə də demokratik inkişaf sahəsində aydın şəkildə görüb və hazırda da görməkdədir. Dövlət başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, 30 illik işğal, eyni zamanda, postmünaqişə dövrünün reallıqlarından bəhs edərkən bu məqamlara, bəzi dünya güclərinin riyakarlığına, ikiüzlü siyasətinə diqqət yönəltməsin. Prezident İlham Əliyevin bu günlərdə Cəbrayıl rayonuna səfəri zamanı bu məkandan səsləndirdiyi bəyanatlar sırasında məhz "Riyakarlığın, ikiüzlülüyün dərəcəsi olmalıdır, yoxsa yox?!" çağırışı xüsusi yer tutdu.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Millət vəkili qeyd edib ki, qlobal çağırışlar qlobal məsələlərin həlli üçün səylərin birləşdirilməsini bir tələb kimi qarşıya qoyur. Amma təəssüflər olsun ki, kiçik dövlətlərə "ədalət və beynəlxalq hüquq" dərsi keçməyə çalışan bəzi dünya güclərinin özləri bu meyarlardan xəbərsizdir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək. Antiterror əməliyyatından keçən il ərzində biz bunun şahidi olduq. Daha böyük sanksiyaların tətbiq edilməsi üçün böyük dövlətlər Azərbaycana qarşı müxtəlif beynəlxalq platformalarda açıq hücuma keçmişdilər, soyuq müharibə başlamışdır. Bu gün də bu, davam edir. 

Vüqar Rəhimzadə diqqəti dövlət başçısı İlham Əliyevin "Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər? Bizim dostumuz odur ki, bu günə sevinir" çağırışına yönəldərək bildirib ki, ABŞ 1992-ci ildə ölkəmizə qarşı sanksiya tətbiq etdi. Həmin dövrdə Azərbaycan haqqında məlumatsızlıq, bu fonda dünya güclərinin ikili siyasətinin daha da geniş vüsət alması  erməni yalanlarının həqiqət kimi qəbul olunmasına yol açdı. Yalan, qərəz üzərində qurulan təbliğatın, siyasətin ömrü uzun ola bilməz. Erməni diasporunun gücü sayəsində ABŞ Konqresi "Azadlığı Müdafiə Aktı"na ədalətsiz 907-ci düzəlişi  əlavə etdi. Ermənilər və erməni diasporu belə fikir yaratmışdılar ki, Azərbaycan Ermənistanı blokadada saxlayır. Ölkəmiz işğalçı, Ermənistan isə işğala məruz qalan tərəf kimi təqdim edilirdi. Bu, ermənilərin uzun illərdir ölkəmizə qarşı apardıqları riyakar siyasətdir. Amma ABŞ kimi dünya gücünün heç bir araşdırma aparmadan yeni müstəqillik qazanmış bir dövlətə belə yanaşma nümayiş etdirməsi ədalətsizlik, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması idi.

Milli Məclisin deputatı bildirib ki, dövlət başçısı İlham Əliyev Cəbrayıldan səsləndirdiyi çağırışda ABŞ-ın bu addımını şərtləndirən digər mühüm amillərə də diqqəti yönəltdi. Bildirdi ki, həmin sanksiya tətbiq ediləndə  torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı. Nə üçün? Çünki onların Əfqanıstandakı işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən aradan qaldırılırdı. ABŞ dünyanın gözü qarşısında Əfqanıstandan qaçdıqdan sonra bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi: "Bu nankorluğun dərəcəsi var, yoxsa yox?! Yəni, biz sizə lazım olanda sən bu sanksiyaları aradan qaldırırsan, biz sizə lazım olmayanda yenidən bərpa edirsən, nə üçün?" Təbii ki, Azərbaycanın tarixi Zəfərini, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini, bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərini həyata keçirməsini həzm edə bilməyən ABŞ kimi bəzi dünya gücləri sanksiyalar tətbiq etməklə öz riyakarlıqlarını, ikiüzlü siyasətlərini nümayiş etdirirlər. Hansı ki, bu dövlətlər keçmiş Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək üçün yaradılan uğursuz və bu gün tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun həmsədr ölkələri idi. Bugünümüzün reallıqları Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasına səbəb olan amillərə bir daha aydınlıq gətirir. 44 günlük Vətən müharibəsinin gedişi dövründə də ölkəmizə qarşı sanksiyanın tətbiq edilməsinə cəhd edildi. Bunu təşkil edən uğursuz ATƏT-in Minsk qrupunun həmsədr ölkələri idi. Hansı ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hazırlanmasında və qəbulunda bu dövlətlər iştirak etmişdilər. Bu cəhdin qarşısını alan isə BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına üzv ölkələr oldu. Azərbaycan bu quruma sədrliyi dövründə ədalətin və beynəlxalq hüququn yanında olaraq atdığı qətiyyətli addımları ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin rəğbətini, etimadını qazandı.   

Vüqar Rəhimzadə Ermənistanın silahlandırılmasının davam etdirilməsinin də Qərbin planlarının tərkib hissəsi olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, ABŞ, Fransa kimi ikiüzlü siyasət yürüdən dövlətlər açıq-aşkar regionda sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlı olmadıqlarını nümayiş etdirirlər. O da məlumdur ki, Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət edib. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu müraciət iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir? Ölkəmizə qarşı olan düşmənçilik siyasəti dayanmır. Bu müraciətin müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir. Zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, bizi hədələmək, bizi ittiham etmək üçün özləri özlərinə məktub yazırlar. 

Millət vəkili ABŞ Dövlət Departamentinin mütəmadi olaraq təqdim etdiyi insan hüquqlarına dair illik hesabatlarının da bu kimi məqamların açıqlanmasında yardımçı olduğunu bildirib. Özlərinin  müəllifliyi ilə hazırlanan həmin hesabatlarda Azərbaycanda guya insan hüquqlarının kobud şəkildə pozulduğu iddia edilir, Ermənistan kimi demokratik prinsiplərdən xəbərsiz, atdığı hər bir addımında bu dəyərləri kobud şəkildə pozan bir ölkə  bir az da irəli gedərək "nümunə" kimi qeyd olunurdu. Bu fakt inkaredilməzdir ki, ABŞ-ın yaymağa çalışdığı "demokratiya" hər zaman  bəşəriyyət üçün minlərlə insanın ölümü və xaosla nəticələnib.

Hər bir hesabat, müraciət həmin ölkələrin mövqeyinə, ən əsası beynəlxalq hüquqa, demokratik prinsiplərə hansı meyarlar əsasında yanaşdıqlarına işıq salır. Reallıq budur ki, bu gün beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. Atılan hər bir addım, edilən cəhdlər Azərbaycanın uğurlarının, müstəqil siyasətinin bəzi dünya güclərinin narahatlığına səbəb olduğunu açıq-aşkar nümayiş etdirir. Azərbaycan bütün cəhdlərə baxmayaraq daim müstəqil siyasəti və onun yaratdığı  reallıqları ilə dünyanın diqqətindədir. Heç bir dövlətin diktəsi ilə oturub - durmur, ölkəmizin daxili işlərinə müdaxilələrə yol vermir, edilən hər bir cəhdin qarşısını qətiyyətlə alır. Ölkəmizə qarşı tətbiq  edilən sanksiyalara Azərbaycanın adekvat cavabları da göz önündədir. Siyasətini ədalət və beynəlxaq hüquq prinsipləri əsasında quran bir dövləti əsassız, məqsədli böhtanlarla ittiham etmək, iradəsinə təsir etmək mümkünsüzdür. Dövlətimizin başçısı İlham Əliyevin çağırışlarında da qeyd edildiyi kimi, Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa çalışsınlar. Bu gün əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqları əzməsinlər, hər yerə burunlarını soxmasınlar.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ