Bazar günü günü, 01 noyabr 2026
     

Rusiya İrəvana növbəti mesajı verdi - "KTMT hərbi təşkilat deyil"...

Image


"Qərb Cənubi Qafqazda təxribat törətməyə çalışır, region ölkələri bu cəhdlərlə mübarizə aparmalıdır". Belə bir açıqlama ilə  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib. 

O qeyd edir ki, Qərb regionda təhlükəli oyunlar oynayır:   "Biz kollektiv Qərb ölkələrinin NATO blokunun bulanıq suda balıq tutmaq arzusunu görürük. Düşünürəm ki, regionun digər ölkələri bunu yaxşı bilir. Qərbin xaosu idarə etmək istəyi ilə əlaqədar dünyanın müxtəlif nöqtələrində gedən ümumi destabilizasiyanın bizim regionumuza sıçramaması üçün əlimizdən gələni etməliyik".

Qeyd edək ki, daha öncə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov da analoji xəbrdarıqla çıxış edib. Bortnikov  vurğulayıb ki, Qərb ölkələri Ermənistanda özlərinə "ayaqyeri" etmək üçün İrəvanın Rusiyanın başçılığı altında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasını istəyirlər. Onun sözlərinə görə, daha münasib silah təchizatı və təhlükəsizlik qarantiyaları müqabilində Qərb İrəvanın KTMT-dən çıxmasına nail olmaq istəyir: "Bu, İrəvanı Bakı ilə münasibətlərində NATO-dan daha çox asılı edərdi. Və NATO-nun dünyanın müxtəlif yerlərində bundan əvvəlki vasitəçilik təcrübəsi göstərir ki, bu blokun Cənubi Qafqazda möhkəmlənməsi regionun sabitliyinə xidmət etmir". Keçmiş sovet respublikaları təhlükəsizlik başçılarının Qazaxıstanda keçirilən iclasında Bortnikov iddia edib ki, İrəvanı Bakı ilə danışıqları uzatmağa təhrik edən Qərb Azərbaycan-Ermənistan sülh prosesinə sahiblənməyə və regiona BMT kontingenti adı ilə NATO sülhməramlılarının yerləşdirilməsinə can atır. Aleksandr Bortnikov məhz bu bucaqdan çıxış edərək, Ermənistanda Azərbaycanla sərhəd boyunca Avropa İttifaqı müşahidə missiyasının yerləşdirilməsini tənqid edib. O, Avropa İttifaqı müşahidəçilərini Rusiya və onun partnyorlarının marağı əleyhinə və spesifik NATO ölkəsi üçün kəşfiyyat tapşırığı yerinə yetirməkdə ittiham edib. Artıq Avropa İttifaqı Bortnikovun iddialarını rədd edib və bildirib ki, Moskva hazırda nəinki Qərblə, hətta özünün köhnə müttəfiqi Ermənistanla da qarşıdurmadadır. Avropa İttifaqının xarici siyasət məsələləri sözçüsü Peter Stano "Armenpress" agentliyinin suallarına cavab verərkən deyib: "Bu bəyanatlar cəfəngiyat, adi yalanlar və Rusiya rejiminə xas manipulyasiyalarla doludur. Rusiya Ermənistanın qarşısında vəd və öhdəliklərini dəfələrlə yerinə yetirə bilməyib". Baş verənlərlə bağlı "armenianreport" portalı yazır: "Rəsmi İrəvan Ermənistanın KTMT-nin fəaliyyətində iştirakını niyə dondurmaq qərarına gəldiyini də bilir. Bunun günahkarı Qərb deyil, Rusiya və təşkilata üzv olan digər ölkələrdir. Eyni zamanda, biz hamımız görürük ki, Rusiya-Azərbaycan və Rusiya-Belarus münasibətləri necə sürətlə inkişaf edir. Yaxşı, niyə biz KTMT-nin tərkibində qalmaqda davam edirik?! Belə bir sualın kifayət qədər ağlabatan olduğu aydındır. Və bunun ortaya çıxmasında Qərbin günahı yoxdur. Onu aktivləşdirən Rusiya və Belarus idi, şəxsən Putin və Lukaşenko. İndiki şəraitdə isə Gümrüdəki Rusiya hərbi bazasının ölkəmizdə mövcudluğunun davam etdirilməsinin məqsədəuyğunluğu barədə yüksək səslə danışmağın vaxtı çatıb. Yeri gəlmişkən, Bortnikovun özü də Ermənistanın ünvanına bu cür açıq şəkildə yersiz bəyanatlar verməklə Gümrüdəki bazadan Rusiya hərbçilərinin göndərilməsinə dəstək verənlərin sayını artırır".

Bunlar fonunda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qeyd edir ki, İrəvan KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün risqləri hesablayıb: "Sirr deyil ki, sabitlik prioritet olmalıdır və baş verə biləcək proses yaxşı hesablanmalı, idarə olunmalıdır; mən risqlərin idarə edilməsini nəzərdə tuturam. Bu sadə məsələ deyil. Ermənistan KTMT-dəki üzvlüyünü dondurub və buna qədər olan münasibətlərə qayıtmaq niyyətində deyil. Biz işləməyən hərbi ittifaqda özümüzü görmürük".  Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər törətdiyini deyib. İrəvanın əsas məqsədi, əslində, KTMT-ni Azərbaycanla üz-üzə qoymaqdır. Lakin bu istiqamətdə bütün cəhdlər iflasa uğrayıb. Bu xüsusda son nöqtəni isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova  qoyub.  O bəyan edib ki, ümumiyyətlə, KTMT hərbi blok deyil: "KTMT öz təhlükəsizliyi ilə bağlı məsələlərdən narahat olan ölkələri birləşdirən təşkilatdır. Nə nizamnamə sənədlərində, nə də fəaliyyət tarixində bu strukturun kiməsə qarşı yönəldiyini təsdiq edən və ya göstərən bir sübut, bir söz belə yoxdur. Olduqca konkret çağırışlar və bu strukturun məşğul olduğu konkret problemlər, məqsədlər, vəzifələr var. KTMT heç kimə qarşı yönəlməyib. O, NATO deyil. KTMT NATO çətiri, brendi və ya françayzinq altında hər hansı yeni birləşmə deyil. Ona görə də bu kimi fikirlərin heç bir halda KTMT-yə aidiyyəti yoxdur". Rusiyalı politoloq Sergey Markov bildirir ki, Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışır. Özlərini danışıqlar platforması kimi göstərirlər. Bunu isə Rusiya və Azərbaycan qəbul etmək istəmir: "Qərb üçün sülh və ya müharibə vacib deyil. Bu sülh və ya müharibənin onların rəhbərliyi altında olması əhəmiyyətlidir". Onun sözlərinə görə, Ermənistanın Azərbaycanla tezliklə sülh sazişi imzalaması ən optimal yoldur: "Azərbaycanla Ermənistan arasında sərhədin açılması bölgəyə böyük sərmayələr cəlb edəcək. İnsanların sərbəst gediş-gəlişinə, səyahətinə şərait yaradacaq".  Qərbin istəyinə uyğun Rusiyanın Ermənistandan çıxacağını, sakitliklə yerini Qərbə verəcəyini heç kim gözləmir. Bu fonda Ermənistan Qərbin geosiyasi maraqlarının qurbanı olmaq təhlükəsi ilə üz-üzədir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ