Bazar günü günü, 01 noyabr 2026
     

Paşinyanın "yarımçıq saziş" taktikası beynəlxalq aləmdə də ifşa olunur...

Image


Son günlərdə Ermənistan Azərbaycanla yarımçıq sülh müqaviləsinin imzalanması ilə bağlı davamlı şəkildə təkliflər irəli sürür. Bu məsələ növbəti dəfə Ermənistan prezidenti Vahaqn Xaçatryan  tərəfindən gündəmə gətirilib. Vahaqn Xaçatryan "Reuters" agentliyinə bildirib ki, Ermənistan qarşıdan gələn dörd həftə ərzində Azərbaycanla sülh müqaviləsinin müddəalarını imzalamağa ümid edir.

Ermənistan prezidentinin sözlərinə görə, İrəvan artıq Bakı ilə razılaşdırılmış 16 maddəni Azərbaycan paytaxtında noyabrın 11-22-də keçiriləcək BMT iqlim konfransınadək imzalamaq istərdi: "Bizə qalsaydı, biz bunu elə indi, bu gün imzalardıq. Amma biz ümid edirik ki, gec-tez həmin məqama çatacağıq". "Reuters" yazır ki, razılaşdırılmış maddələr diplomatik münasibətlərin qurulması üçün beynəlxalq aləmdə tanınan əsas prinsipləri ehtiva edir. Agentlik onu da vurğulayır  ki, Xaçatryanın vəzifəsi mərasim xarakteri daşısa da, o, baş nazir Nikol Paşinyanın siyasi müttəfiqidir. Amma davamlı və möhkəm sülh üçün yarımçıq müqavilənin əhəmiyyətsiz və mənasız olduğunu erməni tərəfi də yaxşı bilir. Elə bu fonda rusiyalı politoloq Stanislav Tarasov qeyd edir ki, əslində, sülh müqaviləsini imzalamaqdan imtina edən Azərbaycan yox, Ermənistandır. Sözügedən xüsusda Tarasov "Qraparak" qəzetinə açılamasında bildirib: "Sülh müqaviləsinin 19 bəndindən 16-sı razılaşdırılıb, 3-ü qalır. Ermənistan sənədi həmin 3 bənd olmadan imzalamağı təklif edir, Azərbaycan bundan imtina edir. İndi hansı tərəf müqaviləni imzalamaqdan imtina edir? Bəs onda necə olub ki, üzərində razılaşma olmayan o 3 bənd layihəyə daxil edilib, əgər Ermənistan əvvəldən bunun əleyhinə idisə, niyə onların layihəyə daxil edilməsinə razılıq verib? Bu, demaqogiya və özünü aldatmaqdır. Əvvəl bu paketlə razılaşırsınız, sonra deyirsiniz ki, qısa varianta imza ataq. Bu tamam başqa sənəddir. Burada Azərbaycan haqlıdır". Tarasovun fikrincə, Ermənistanın konstitusiya dəyişikliyinə getməməsi sülh müqaviləsinin imzalanmasını uzadır: "Proses dalana dirənib, bu ona görə baş verir ki, baş nazir Paşinyan qısa varianta imza atmaq istəyir, Prezident Əliyev isə bunu istəmir. Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edir, Paşinyan bunu 2027-ci ilə qədər edəcəyini söyləyir". Rusiyalı politoloq Zəngəzur dəhlizi məsələsinin razılaşdırılmamış üç bənd arasında olduğunu düşünmür: "Azərbaycan sənəddən dəhlizlə bağlı bəndi çıxarıb, qalanı demaqogiyadır". "Azatutyun" radiosu isə qeyd edir ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarı da Azərbaycanın yarımçıq sülhlə bağlı mövqeyini dəyişməyib. Məhkəmə qərarında deyilir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yoxdur. Belə bir qərar da Bakının narahatlığını aradan qaldırmayıb. Azərbaycan Xarici İşlər Nazirliyi bunun səbəbini belə izah edir: "Məhkəmə qərarında hazırda Ermənistana məxsus olan rayonların sadalanmasına baxmayaraq, Azərbaycan ərazilərinə iddianı ehtiva edən Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın əks olunduğu preambulanın konstitusiyanın ayrılmaz hissəsi kimi əhəmiyyəti vurğulanıb. Xüsusən də, məhkəmə qərarında preambula və dolayısı ilə Müstəqillik Bəyannaməsi "erməni dövlətçiliyinin əsas prinsipləri" kimi səciyyələndirilib və onların dəyişilməz müddəalar olduğu qeyd edilib ki, bu da Ermənistanın Azərbaycan ərazilərə qarşı iddialarından irəli gələn təhdidi daha da artırır". Beləliklə, bütün bunlar bir daha göstərir ki, Ermənistan sülhdən danışsa da daha çox imitasiya ilə məşğuldur. Elə yarımçıq sülh müqaviləsi də bu imitasiyaya hesablanıb.

Azərbaycanın yuxarıda göstərilən cavabı ilə bağlı Ermənistanın "Past" qəzeti yazır ki, Azərbaycan Ermənistanda konstitusiya dəyişikliyi tələbini irəli sürməkdə davam edir: "Paşinyan hökuməti hələlik konstitusiya dəyişikliyi tələbinin önünə keçmək üçün Konstitusiya Məhkəməsində sərhəd komissiyalarının əsasnaməsini konstitusiyaya uyğun tanıyıb, həmçinin bu qərarla hakimlər Müstəqillik Bəyannaməsinin heç bir hüquqi qüvvəsinin olmadığını bəyan edib. Əslində, bu qərar Azərbaycanı razı salmayıb, Bakı xatırlatma elədi. Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov yenidən konstitusiyanın dəyişdirilməsi tələbini irəli sürdü. Paşinyan hökuməti indiki halda bu dəyişikliyi edə bilmir, çünki referendum uğursuzluğa düçar olacaq və hakimiyyətin onsuz da kövrək mövqeləri daha da zəifləyəcək.  Ermənistan Xarici İşlər Nazirliyi bir açıqlama verərək bəyan etdi ki, konstitusiyanın mətnində hər hansı ölkəyə qarşı ərazi iddiası kimi şərh edilə biləcək heç nə yoxdur. Bakının Ermənistanın digər hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarının olması ilə bağlı açıqlamasına gəlincə, XİN-in sözçüsü Ani Badalyan Ermənistan konstitusiyasının 5-ci maddəsinin 3-cü bəndinə istinad elədi. Onun sözlərinə görə, sülh müqaviləsi imzalansa, bu, Ermənistan Konstitusiya Məhkəməsi və parlamenti tərəfindən ratifikasiya edildikdən sonra istənilən daxili qanundan daha yüksək hüquqi qüvvəyə malik olacaq. Əslində İrəvan Bakıdan xahiş edir ki, Paşinyan özünü gücləndirənə qədər sülh müqaviləsini imzalasın və hələlik konstitusiyaya dəyişiklik tələbi ilə çıxış etməsin. Bundan sonra konstitusiya dəyişiklikləri onsuz da həyata keçiriləcək". Qeyd edək ki, Ermənistan konstitusiyasında istinad edilən müstəqillik bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Rəsmi Bakı bunun dayanıqlı sülh müqaviləsinə mane olan yeganə faktor olduğunu bəyan edərək, bu hissənin konstitusiyadan çıxarılmasını tələb edib. Ermənistanın bundan boyun qaçırması sazişin imzalanmasını mümkünsüz edir. Azərbaycan yarımçıq sülhlə Ermənistanın mövqeyinin güclənməsinə imkan vermək niyyətində deyil. Bundan başqa, bəzi Qərb dövlətləri də Ermənistanla sülhün imzalanmasına əngəl yaradır. Rus ekspert  İqor Korotçenko qeyd edir ki, Qərb Cənubi Qafqaz regionunda sülhün qarşısını almaq üçün Ermənistanı dəstəkləyir: "ABŞ və Fransanın Ermənistana hərbi və hərbi-texniki dəstəyinə gəlincə, onlar öz milli maraqlarını müdafiə edirlər. Vaşinqton, Paris və Brüsselə sakit, dinc vəziyyətdə, sülh şəraitində olan Cənubi Qafqaz lazım deyil. Onlar Azərbaycana təsir rıçaqlarına malik olmaq istərdilər. Buna görə də Paşinyan rejimi bu gün kəşfiyyat, maddi-texniki və hərbi dəstək alır. Ümumi götürsək, Ermənistan gücləndirilir və bu, yalnız bir məqsəd – Cənubi Qafqazda sülh və əminamanlığın yaranmasının qarşısını almaq üçün edilir". Politoloq vurğulayıb ki, bu regiondan mühüm nəqliyyat dəhlizləri keçir, üstəlik, bölgə enerji ehtiyatları ilə də zəngindir: "Əslində, Ermənistan qeyri-sabitlik mənbəyi olan bir növ Troya atı rolunu oynasa, Qərb üçün yaxşı olardı. Unutmayaq ki, Paşinyan ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenlə və Avropa İttifaqının nümayəndələri ilə görüşəndə orada faktiki olaraq Qərbin Cənubi Qafqazın bütün digər dövlətlərinin zərərinə Ermənistanı dəstəkləyəcəyinə dair razılaşmalar əldə olunub. Reallıqlar isə elədir ki, sülhün ən yaxşı təminatı sülh müqaviləsi olacaq. Lakin Ermənistan sülh müqaviləsi imzalamaq istəmir. Onlar tam razılaşdırılmamış bir sıra məqamları önə çəkərək bunun sülh müqaviləsini əvəz edəcəyini söyləməyə çalışırlar. Bundan əlavə, Ermənistan Azərbaycan ərazisinə birbaşa iddiaları özündə əks etdirən konstitusiyasına dəyişiklik etmək istəmir".

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ