Bazar günü günü, 01 noyabr 2026
     

MDB-nin mədəniyyət paytaxtı kimi niyə məhz Mehri seçildi?...

Image


2026-cı ildə Mehri Müstəqil Dövlətlər Birliyinin (MDB) mədəniyyət paytaxtı statusu alacaq. Bu barədə MDB Dövlət Başçıları Şurasının iclası ərəfəsində oktyabrın 7-də Moskvada keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında bildirilib. 

Ermənistan Xarici İşlər Nazirliyinin Media və ictimai diplomatiya departamentindən Armenpress-ə verilən məlumata görə, Ararat Mirzoyan Mehri şəhərinə 2026-cı ildə MDB-nin Mədəniyyət Paytaxtı fəxri statusunun verilməsi qərarına toxunub, şəhərin "qədim mədəni irsini" vurğulayıb. Guya orda "erməni mədəni irsi" var. 

"Azərbaycanın Laçın şəhəri gələn il, Ermənistanın Mehri şəhəri 2026-cı ildə, Belarusun Molodeçno şəhəri isə 2027-ci ildə MDB-nin mədəniyyət şəhəri kimi tanınmalıdır". Bunu  da Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

O bildirib ki, MDB ölkələrinin rəhbərlərinə MDB ölkələrinin mədəniyyət şəhərlərinin siyahısını ayrıca qərarla təsdiq etmək təklif olunub.

2026-cı ildə Mehrinin MDB-nin mədəniyyət paytaxtı kimi seçilməsi məsələsi diqqət çəkir. Burada diqqət çəkən zəruri məqam odur ki, Ermənistanın başqa şəhərləri də var. Elə İrəvanın özü də elan edilə bilərdi. O da məlumdur ki, Ermənistan İrəvanın tarixini saxtalaşdırıb, saxta tarix yazıb, onun 2806 illiyini keçirməyə hazırlaşır.  Bunlara əyalət şəhəri lazımdırsa başqa şəhərlər də var, niyə məhz Mehrini seçiblər? Çermux var, başqa şəhərlərin də adları qeyd oluna bilər. Nəyə görə onlar ən böyük turizm mərkəzi olan Çermuxu paytaxt elan etməyiblər, Mehrini ediblər?

Bu məsələ ətrafında düşünəndə, təbii ki, burda MDB-nin də ikibaşlı oyunu diqqətdən qaçmır. Mehri Qərbi Zəngəzurda olduğu üçün oranın Rusiyanın həssas nöqtəsi olduğu məlumdur. 

2025-ci ildə Laçın MDB-nin mədəniyyət paytaxtı olacaq. Laçın, bəllidir ki, neçə illər işğal altında qalıb, həssas nöqtədi, əhalisi qaçqın düşüb, onun təbliğatı zəruridir. 

Mehridə nə baş verib ki, onu MDB-nin mədəniyyət paytaxtı elan etməyə hazırlaşırlar? Bu nədən qaynaqlanır? Mehri necə 2026-cı ildə MDB-nin mədəniyyət paytaxtı ola bilər? Bunun kökündə nə dayana bilər?

Ekspertlər bildirir ki, Mehri ilə bağlı belə bir məsələnin gündəmə gəlməsi Rusiyanın burada maraqlı olmasından irəli gəlir. Ekspertlərə görə, Rusiya Qərbi Zəngəzurun Mehri şəhərinə bu statusun verilməsini ona görə daha çox istəyir ki, orada öz maraqlarını təmin etsin. Qərbin Qərbi Zəngəzurdan əllərini çəkməsi üçün Rusiyanın bu məsələdə israrlı olduğunu deyən ekspertlərə görə, bunun kökündə "Zəngəzur dəhlizinin" maeəsiz açılması məsələsi də dura bilər. 

Rizvan Hüseynov: "Bu əslində düşünülmüş siyasətdir"

Qafqaz Tarixi Mərkəzinin rəhbəri, politoloq Rizvan Hüseynov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Mehrinin MDB-nin mədəniyyət paytaxtı seçilməsi əslində bizim xeyrimizədir, çünki o tədbirlər sırasında biz Mehrinin qədim bir Azərbaycan şəhəri olduğunu təbliğ edə biləcəyik: "Bu əslində düşünülmüş siyasətdir. Sözsüz ki, MDB-nin rəhbərliyi bunu həm Azərbaycanla, həm də Ermənistanla müzakirə edib və belə nəticəyə gəlib. Yəni burda məqsəd nədir? Bilirik ki, ümumi Zəngəzurdan yol, dəhliz keçəcək. 2020-ci ildən sonra iki dəhliz məsələsi gündəmə gəlmişdi. Biri Laçın dəhlizi, o biri isə "Zəngəzur dəhlizi", bu dəhliz də Mehridən də keçirdi. Sonradan Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, Laçın dəhlizi məsələsi ortadan çıxdı. 

O ki qaldı Mehrinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi barədə səsləndirilən fikirlərə, Mehri qədim Azərbaycan şəhəridir. Bu əslində bizim xeyrimizdədir. Biz burada Azərbaycan şəhərini, Azərbaycan mədəniyyətini yada salacağıq. Biz də öz tərəfimizdən buna diqqət ayıracağıq. Bu MDB səviyyəsində olan bir işdirsə, yəqin ki, burda Azərbaycan nümayəndələri də iştirak edəcək, Mehridəki tədbirlərə qatılacaqlar. Burada faydalı məsələlər çoxdur. Sadəcə olaraq, Azərbaycan bu imkandan istifadə etməlidir".

Akif Nağı: "Mehrinin 2026-cı ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi niyyətinin altında Rusiyanın maraqları dayanır"

Azad Vətən Partiyasının sədri Akif Nağı isə hesab edir ki, burada Rusiyanın və Ermənistanın oyunlarından danışa bilərik: "Burda Rusiyanın öz maraqları var. O, MDB-ni dirçəltməyə çalışır. Çünki MDB deyilən bir qurumun heç bir fəaliyyəti yoxdur, getdikcə də zəifləyir. Amma bu cür vasitələrlə fəaliyyət göstərdiyini, yaşadığını göstərməyə çalışırlar. Bilirsiz ki, Laçın da 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı olacaq. Ermənilər onun üçün də Mehrini ortaya atıblar. Burda Rusiya həm MDB-ni dirçəltmək məqsədi güdür, eyni zamanda regionda mövcudluğunu, itirdiyi mövqeyini hansısa formada bərpa etməyə, qoruyub saxlamağa çalışır. Azərbaycan ərazisində konsulluğun açılması məsələsi ilə yanaşı Rusiyanın belə bir istəyi vardı ki, Qərbi Zəngəzurda Ermənistanın razılığı ilə konsulluq açsın. Belə bir söhbət gedirdi. Görünür, Ermənistan Rusiyanın Qərbi Zəngəzurda konsulluq açmasına hələ razılıq verməyib. Ermənistan Qərblə, ABŞ-la bu məsələni müzakirə edir və daha çox ABŞ-ın, Qərbin hərbi bazasının Qərbi Zəngəzurda olmasına çalışır, Rusiya bu prosesdən kənarda qalır. Son zamanlar hiss olunur ki, Ermənistan Rusiya ilə hansısa məsələlərdə sövdələşməyə getməyə cəhd göstərir. Mehrinin 2026-cı ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi niyyətinin altında Rusiyanın maraqları dayanır, bu onun bu ad altında müəyyən formada regiona qayıtmaq istəyindən xəbər verir.  Ermənistan isə Qərbi Zəngəzurun Ermənistan "ərazisi olduğu" fikrini diqqətə çatdırmağa çalışır. Nə üçün Mehri? Hər kəs, o cümlədən də vicdanlı Rusiya, Qərb siyasətçiləri də bilirlər ki, bu ərazi Azərbaycan ərazisidir. Yəni bütövlükdə Qərbi Zəngəzur Zəngəzurun bir hissəsidir, xüsusən də Mehri bu hadisələr sistemində mühüm yer tutur. Yanlış olaraq, Azərbaycan xalqının iradəsi nəzərə alınmadan, Moskva və Qars müqavilələrinin şərtləri pozularaq Ermənistana verilib. Azərbaycan tam şəkildə Mehrinin Azərbaycana qaytarılması məsələsini də qoya bilər. Ola bilər ki, müəyyən danışıqlarda, müəyyən proseslərdə Azərbaycan bu məsələni hansısa formada səsləndirir. Ona görə də, həm Mehrini özlərinin adına bir daha möhkəmləndirmək, təsbit etmək, dünyaya təqdim etmək üçün ki, guya bura erməni ərazisi olub, orda "erməni mədəniyyət nümunələrini" təbliğ edəcəklər. Onlar nə qədər axtarsalar da, Zəngəzurun heç bir yerində ermənilərə xas olan heç bir mədəniyyət nümunəsi yoxdur. Onlar azərbaycanlılara məxsus mədəniyyət nümunələrini süni şəkildə saxtalaşdıraraq təqdim edə bilərlər. Mehri də bu sahədə əhəmiyyətli ərazidir, şəhərdir, yaşayış məntəqəsidir. Ermənilərin bir niyyəti də ondan ibarətdir ki, oranın onların "olduğunu" göstərsinlər. İstənilən halda bu proseslərə mane olan bir məsələdir. Ermənistan Azərbaycanla proseslərin normallaşmasında, belə görünür ki, qətiyyən maraqlı deyil. O istiqamətdə səy göstərmir. Bu da onun bir işarəsidir. Moskvada bu görüşlər keçirilir, ola bilsin, danışılır, deyilir. Bu gün də ola bilsin, o görüş alınsın. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyi arasında üçtərəfli görüş nəzərdə tutulur. Eyni zamanda Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında da hansısa görüş nəzərdə tutulurdu. Bu proseslər, bu görüşlər regionda sabitlik yaratmaq yönündə də gedə bilər. Amma Ermənistan özünün belə hərəkətləri, bu cür mənasız çıxışları ilə tam şəkildə prosesi pozur. Ermənistsan da bilir ki, Mehrini MDB-nin mədəniyyət paytaxtı elan etməklə Azərbaycana bir çağırış edirlər, nəyisə diqtə etmək mövqeyi tuturlar. Bu hadisənin Azərbaycanı qıcıqlandıracağını bilirlər".

A.Nağı hesab edir ki, bu baxımdan, bu məsələni hər kəs diqqətdə saxlasın, ermənilər nə üçün Azərbaycanı qıcıqlandırmaq istəyir. "Bu prosesdə Rusiya da iştirak edir. Çünki Ararat Mirzoyan özbaşına Rusiyanın ev sahibliyi etdiyi bir tədbirdə hansısa bir təklifi ortaya qoya bilməz ki, Mehri MDB-nin mədəniyyət paytaxtı elan olunsun. Bu hökmən əvvəlcədən Rusiya rəhbərliyi ilə razılaşdırılıb. Deməli, Rusiya rəhbərliyinin bundan xəbəri var. Biz bundan özümüz üçün nəticə çıxarmalıyıq ki, Rusiya bu məsələni Ermənistanın əli ilə ortaya atıb, yəqin bu məsələdə Ermənistana dəstək vəd edib. Bu, Rusiyanın da ikiüzlü, çoxsifətli siyasətini göstərir ki, bir tərəfdən Azərbaycanla münasibətlər qururlar, digər tərəfdən bu cür qərəzli mövqeyə dəstək verirlər, yaxud arxasında dayanırlar..."-deyə bildirən A.Nağı hesab edir ki, tarixi Azərbaycan şəhəri Mehrinin Ermənistan adına 2026-cı ildə MDB-nin mədəniyyət paytaxtı olması yolverilməzdir.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ