çərşənbə axşamı günü, 25 avqust 2026
     

Bayden İranın neft yataqlarının qayğısını çəkir...

Image


Rəşad Bayramov: "Zərbələrin vurulması dünya bazarında neftin qiymətinin kəskin bahalaşmasına gətirib çıxaracaq"

İranın 200-dən çox ballistik və qanadlı raketlə İsrailə cavab hücumunun əks-sədası davam edir. ABŞ prezidenti Bayden İrana cavab verməyə qərar verən İsrailin İrandakı neft yataqlarını vura biləcəyi iddiaları ilə bağlı yeni açıqlama verib.

Bayden İrana necə cavab veriləcəyi ilə bağlı İsraillə daimi təmasda olduqlarını deyib. ABŞ prezidenti bildirib ki, İranın neft yataqlarına zərbə endirilməsinə alternativlər nəzərdən keçirilməlidir. "Mən İsrailin yerində olsaydım, İranın neft yataqlarını vurmazdım" - deyən Bayden qeyd edib ki, İsrail mümkün hücumla bağlı dərhal qərar verməyəcək. Bayden bundan əvvəl İsrailin İranın neft obyektlərinə hücum ehtimalını müzakirə etdiklərini demişdi.

Ümumən, biz İranın neft obyektlərinin vurulmasının tərəfdarı deyilik. Ancaq maraqlıdır, Bayden indiki şəraitdə İranın neft obyektlərinin vurulmasına niyə belə həssas yanaşır? Neft obyektlərinin vurulmasına qarşı olmaqda ABŞ-ın, Baydenin maraqları nədir? Məntiqlə İran düşməndirsə, əslində ABŞ heç bir güzəşt etməməlidir. Ucdantutma hər şeyin vurulmasına dəstək olmalıdılar. Ancaq buna rəğmən, Bayden neft obyektlərinin vurulmasına qarşıdır. Maraqlıdır, bunda ABŞ-ın güddüyü məqsəd və hədəflər nə ola bilər?

"Belə çağırışlar birbaşa Rusiyanın mövqelərinin güclənməməsinə xidmət edir"

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən AMİP Mərkəzu Şurasının sədri Rəşad Bayramov Baydenin belə mövqe sərgiləməsini bir sıra amillərlə əlaqələndirdi: "Birləşmiş Ştatların və ümumiyyətlə Qərbin İsrailin İranın neft obyektlərinə zərbə vurmaq istəyinə qarşı olacaqları əvvəlcədən bəlli idi. Çünki neft hasil edən sahələrə zərbələrin vurulması dünya bazarında neftin qiymətinin kəskin bahalaşmasına gətirib çıxaracaqdı. Bu da indiki mərhələdə birbaşa Rusiyanın maraqlarına xidmət edir. Sanksiyalar üzündən onsuz da ucuz qiymətə enerji məhsulları satan Rusiya dünya bazarında neftin qiymətinin qalxması ilə özünü bərpa edə və əlavə maliyyə vəsaitləri əldə edə bilər. Bu da nə ABŞ-ın, nə də Avropa İttifaqının marağındadır. Ona görə də Bayden qəti olaraq neft obyektlərinin vurulmasının tərəfdarı deyil. İsraillə aktiv danışıqlar aparır ki, neft obyektlərinə zərbə vurulmasın. Belə çağırışlar birbaşa Rusiyanın mövqelərinin güclənməməsinə xidmət edir. Ancaq məsələ ondadır ki, söhbət İsrail kimi bir dövlətdən gedir. Son müddət ərzində ayrı-ayrı ölkələrin, beynəlxalq qurumların etirazlarına baxmayaraq, İsrailin Qəzzada quru əməliyyatlarını davam etdirməsinə, Rəfah istiqamətində hərbi əməliyyatlar keçirməsinə, Livana hücumuna da şahidlik etmişik. Bütün bunlar azmış kimi, İranda HƏMAS-ın lideri İsmayıl Haniyəni öldürdülər. Ona görə də Benyamin Netanyahunun Baydenin məsləhətlərinə nə dərəcədə qulaq asacağı suallar doğurur. Ancaq fakt ondan ibarətdir ki, bu gün İranla İsrail arasında aktiv müharibənin gedişi indiki halda istənilən formada Rusiyanın maraqlarına xidmət edir. Birinci növbədə ona görə ki, yaranan gərginlik Qərbin silah tədarükünü tam İsrailə yönəltməsinə aparır. Belə olan halda, istər-istəməz, Ukrayna uzun müddət zəif durumda qalacaq. İkincisi isə, dünya bazarında neftin qiymətinin kəskin artmasına səbəb olacaq. Bundan da qazanan Rusiya olacaq. Onu da nəzərə almaq lazımdır ki, Qərb tərəfindən sanksiyalar səbəbindən Rusiya və İranın öz enerji məhsullarını satdıqları ölkələr demək olar eynidir. Hər iki ölkə bu məhsulları əsasən Çin və Hindistana satır. Belə bir mərhələdə İranın oyundankənar qalması həmin ölkələrin Rusiyadan asılılığını daha da artıracaq".

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - FOTO

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

24.08.2026 / 11:07
Prezident İlham Əliyev Zelenskini təbrik etdi

24.08.2026 / 10:52
Bakıdan qəti tələb - Moskvadan konkret tədbirlər gözləyirik…

24.08.2026 / 10:10
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi - üstəlik də 35 milyon manatdan çox cərimə...

24.08.2026 / 09:39
DYP sürücü və piyadalara müraciət etdi - "...telefondan istifadə etməyin"...

24.08.2026 / 09:12
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

24.08.2026 / 06:59
Avropa Birliyindən İsrailə kəskin etiraz - “…iki dövlətli həllin davamlılığını sarsıdacaq”

24.08.2026 / 06:33
İtaliya və Almaniya arasında miqrant gərginliyi artır

24.08.2026 / 06:15
Avropanın 100 diplomatından Fələstin etirazı - İsrailə qarşı sanksiyalar tələb olundu

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

23.08.2026 / 23:21
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyuldu - FOTO

23.08.2026 / 23:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO

23.08.2026 / 22:58
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - FOTO

23.08.2026 / 22:47
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - FOTO/YENİLƏNDİ

23.08.2026 / 22:11
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

23.08.2026 / 21:56
İrandan qonşu ölkələrə müharibə elanı kimi təhdid – bütün Fars körfəzində neft ixracı dayanacaq...

23.08.2026 / 21:18
Prezidentin Özbəkistan səfəri: Azərbaycanı Xəzərdən Qərbə, Özbəkistanı Mərkəzi Asiyadan Xəzərə bağlayan perspektivlər

23.08.2026 / 21:01
Prezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

23.08.2026 / 20:58
"Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir" - Prezident

23.08.2026 / 20:56
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - FOTO

23.08.2026 / 20:54
"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir" - Prezident

23.08.2026 / 20:32
Prezident İlham Əliyev Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

23.08.2026 / 20:30
"Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var" - Prezident

23.08.2026 / 20:27
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

23.08.2026 / 20:25
"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub" - Prezident

23.08.2026 / 20:22
Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

23.08.2026 / 20:19
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

23.08.2026 / 20:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

23.08.2026 / 20:05
İran BƏƏ-dən bütün ərazisini müharibə təzminatı kimi Tehrana verməsini istədi…

23.08.2026 / 19:30
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - FOTO

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ