Bazar günü günü, 01 noyabr 2026
     

Neft bazarı “qaynayır”, dünyanın maliyyə institutları fantastik qiymətlərdən danışır...

Image


Beynəlxalq iqtisadi dairələr  Yaxın Şərqdəki münaqişənin artıq neft qiymətlərinə getdikcə daha çox təsir etdiyini açıqlayıb. Gözlənilən İsrail-İran savaşı fonunda qiymətlərin daha da yüksələcəyi proqnozlaşdırılır. Yeni qiymət artımı ABŞ prezidenti Cozef Baydenin Vaşinqtonun İsrailin İranın neft obyektlərinə mümkün hücumunu müzakirə etdiyini etiraf etməsi səbəbindən özünü daha qabarıq göstərir. 

Mütəxəssislər artıq bu halda neftin nə qədərə başa gələcəyini hesablayırlar və fərqli rəqəmlər səslənir: bir barrel üçün 100, 150, 200 dollar. Bu, həm OPEC+ təşkilatında birləşən ən böyük təchizatçıların, həm də ABŞ-da şist nefti istehsalçılarının istədiləri rəqəmlərdən daha yüksəkdir. Ancaq belə bir artım eyni zamanda bazar balansının pozulmasına, qlobal enerji böhranına səbəb olmaq iqtidarındadır. Neft bazarı Yaxın Şərq münaqişəsinin daha da genişlənməsi xəbərləri fonunda sözün əsl mənasında qaynayır. Yuxarıda qeyd olunduğu kimi, ABŞ prezidenti Cozef Bayden açıqlaması ilə sanki alova benzin töküb. Jurnalistlərlə ünsiyyətlərindən birində Vaşinqtonun İsrailin İrandakı neft obyektlərinə zərbə endirməsinə dəstək olub-olmayacağı ilə bağlı suala cavab olaraq Bayden bu mövzunun müzakirə edildiyini bildirib. Bayden jurnalistlərə bildirib ki, İsrail İrana qarşı hansı cavab zərbəsinin ardınca getməsi ilə bağlı hələ yekun qərar verməyib. Lakin Baydenin fikrincə, İsrailin İrandakı neft yataqlarına hücum etmək əvəzinə bəzi alternativ variantları düşünməsi daha yaxşı olardı. Bununla belə, bu gün hipotetik alternativlərlə bağlı yayılan fərziyyələr, yumşaq desək, heç də az qorxulu deyil. Bütün bu açıqlamaları nəzərə alan Qərb analitikləri İsrailin İranın neft obyektlərinə hipotetik hücumu zamanı "Brent" markalı neftin qiymətinin nə qədər sıçrayacağını hesablamağa başlayıblar. Məsələn, "Goldman Sachs" hesab edir ki, gələn il "Brent" neftinin qiyməti 100 dollara qədər qalxa bilər. "Fitch" analitikləri Yaxın Şərqdə genişmiqyaslı müharibə baş verəcəyi təqdirdə "Brent" markalı neftin qiymətinin potensial olaraq hətta 150 dollara çatacağını bildirib. İsveçin SEB bankının əmtəə analitikləri bir barrel üçün 150 dollar olan həddin növbəti mərhələdə daha da ekstremal qiymətə, 200 dollara çata biləcəyini bəyan edirlər. Xüsusən də münaqişə halında İranın Hörmüz boğazını bağlayacağı təqdirdə neft qiymətlərində belə güclü sıçrayış gözlənilir. Eskalasiyanın ən pis ssenarilərindən biri İranın hər gün dünya neft tədarükünün beşdə birinin keçdiyi Hörmüz boğazını bağlamasıdır. "BCS World of Investments" şirkətinin eksperti Lyudmila Rokotyanskaya da qeyd edib ki, regiondakı digər iki darboğaz Süveyş kanalı və Bab əl-Məndeb boğazıdır.  Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, barrel üçün 150-200 dollar səviyyəsi OPEC+ qurumuna daxil olan ən böyük təchizatçıların ehtiyaclarını tam ödəyə bilər. ABŞ-ın şist nefti istehsalçıları da bundan faydalanacaqlar. "Bloomberg" analitiklərinin əvvəllər bildirdiyi kimi, ABŞ-ın şist sənayesi bütün yataqlarda, o cümlədən bahalı yataqlarda hasilatın xüsusiyyətlərini nəzərə alaraq, bir barel üçün ən azı 86 dollar qiymət səviyyəsini tələb edir.

Bu arada Amerikanın "Wall Street Journal" nəşri mənbələrə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı nümayəndələri kifayət qədər kobud şəkildə digər istehsalçılara xəbərdarlıq ediblər ki, razılaşdırılmış hasilatın azaldılmasına əməl etməsələr, neftin qiyməti 50 dollara düşəcək. Aydınlaşdırıldığı kimi, bu bəyanat digər dövlətlərin razılaşmalara əməl etmədiyi təqdirdə krallığın həqiqətən qiymət müharibəsinə başlamağa hazır olduğuna dair üstüörtülü təhlükə kimi qəbul edilib. Lakin sonra OPEC bu məlumatı təkzib etdi. Bundan əlavə, ötən həftə keçirilən OPEC+ monitorinq görüşündə avqust və sentyabr ayları üzrə razılaşmanın yüksək səviyyədə icra olunduğu qeyd edilib. Rusiya baş nazirin müavini Aleksandr Novak bu xüsusda bildirib: "Müəyyən səbəblərdən neft hasilatı üzrə öhdəliklərini yerinə yetirməyən ölkələr dünya bazarlarına həddən artıq çıxarılan həcmlərə görə kompensasiya cədvəllərini təqdim ediblər. Və tədricən bu cədvəllər azalma istiqamətində kompensasiya ediləcək". Qeyd edək ki, söhbət Rusiyadan da gedir. Bundan əlavə, OPEC+ nazirlərinin monitorinq komitəsi neft hasilatının azaldılması üzrə sazişin cari parametrlərinə sadiqliyini təsdiqləyib. Növbəti iclas dekabrın 1-nə təyin edilib. Novak etiraf edib ki, bir tərəfdən bazar Yaxın Şərqdəki vəziyyətə kifayət qədər kəskin reaksiya verir.  Lakin digər tərəfdən, baş nazirin müavininin fikrincə, bütövlükdə Yaxın Şərqdəki münaqişənin özü artıq qismən qiymətə daxil edilib: "OPEC+ təşkilatının əlaqələndirilmiş tədbirləri olmasaydı, neft qiymətlərində ciddi disbalans yaranardı və bu, qlobal enerji böhranına səbəb olardı". Rusiyanın VEB İnstitutunun analitiklərinin dərc etdiyi proqnoza əsasən  2030-cu ilə qədər OPEC+ üzvü olan ölkələr qiymətlə bağlı aktiv siyasət yürütməyə davam edəcəklər. VEB İnstitutu aydınlaşdırıb ki, "Brent" neftinin qiymətləri yaxın üç-dörd il ərzində bir barrel üçün 80-90 dollar diapazonunda dəyişəcək, real olaraq nisbətən sabit qalacaq.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ