Bazar günü günü, 01 noyabr 2026
     

Azərbaycanda sabitlik və inkişaf tolerantlıq şəraitində əldə olunur

Image


Qədim dövrlərdən bəri Yer kürəsində müxtəlif mədəniyyətlərə, dillərə, adət-ənənələrə, həyat tərzinə, fərqli dinlərə etiqad edən xalqlar məskunlaşıb. Bu fonda ölkəmizin coğrafi baxımdan əlverişli məkanda  yerləşməsi, bir çox dövlətlərlə mədəni əlaqələri dini-mədəni həyata böyük təsir göstərib, özünəməxsus həyat tərzimizi müəyyən edən amillərdən birinə çevrilib. 

Xalqımızın tarixində müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dinc yanaşı yaşaması və əməkdaşlığının, onların tolerantlığının, sülhsevərliyinin, həmrəyliyinin çoxlu nümunələri var. Ona görə də Azərbaycan ərazisində heç vaxt dini münaqişələr yaranmayıb.

Ölkəmizin din sahəsində siyasəti dünya üçün nümunəvi xarakter daşıyır

İslam, xristian və yəhudi dini icmaları arasındakı əlaqələrdə isti münasibətləri  Azərbaycan tarixində daim görmək olar. Azərbaycan yer üzündə fəqrli din təmsilçilərinin birgə yaşamasının, onlar arasında harmoniyanın nadir nümunələrindən biridir. Azərbaycan müxtəlif xalqların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı çoxmillətli və çoxkonfessiyalı ölkədir.

Belə bir dövlətə nail olmaq Azərbaycanın humanizm və ümumbəşəri dəyərlərə əsaslanan milli siyasətinin təbii nəticəsidir. Bu siyasətin mahiyyətindən danışarkən qeyd etmək lazımdır ki, müstəqilliyin ilk günlərindən ölkə rəhbərliyi sosial, iqtisadi və siyasi problemlərin həlli ilə yanaşı, etnik-mədəni dəyərlərin və adət-ənənələrin bərpasına da böyük önəm verməyə başlayıb. Belə siyasətin hüquqi əsası Azərbaycan Konstitusiyasında və onun əsasında yaradılmış qanunvericilik bazasında təsbit edilib. Azərbaycanın bu sahədə milli siyasəti, xüsusilə, aşağıdakı prinsiplərə əsaslanır:  Birincisi, cinsi, irqi, milli, dil, din, sosial mənşəyindən asılı olmayaraq, bərabər hüquq və azadlıqların, vətəndaşların qanun qarşısında bərabərliyinin təmin edilməsi. İkincisi, ictimai həyatın siyasi institutların, ideologiyaların və fikirlərin müxtəlifliyi əsasında inkişafının təmin edilməsi.  Üçüncüsü, müxtəlif xalqların və millətlərin nümayəndələrinin dillərinə, adət-ənənələrinə hörmətin təmin edilməsi, onların inkişafı üçün lazımi şəraitin yaradılması. Azərbaycan ın milli siyasətinin əsas prinsipləri həyatda öz real təcəssümünü tapır.  Qeyd edək ki, milli mədəniyyət mərkəzlərinin çoxşaxəli mənəvi-maarifçilik fəaliyyəti ümumi evimiz   olan Azərbaycanda qarşılıqlı hörmət və millətlərarası tolerantlıq ruhunun bərqərar olmasına töhfə verən mühüm amildir. Bütün yuxarıda deyilənləri qısaca ümumiləşdirsək, qeyd edilə bilər ki, Azərbaycanda əldə edilmiş ictimai-siyasi sabitlik ölkədə millətlərarası sülhün və vətəndaş harmoniyasının təmin edilməsinə yönəlmiş düşünülmüş siyasətin nəticəsidir.  Çünki dünya təcrübəsinin göstərdiyi kimi, iqtisadi, siyasi, mənəvi sahələrdə genişmiqyaslı islahatların uğurla həyata keçirilməsinin mühüm şərti ölkədə siyasi sabitlik, vətəndaş sülhü və millətlərarası harmoniyadır. Azərbaycanda xalqların sülh və əminamanlığı, dostluq və harmoniya, insana hörmət, milli mənsubiyyətindən və etiqadından asılı olmayaraq bütün insanlara yaradılan şərait, cəmiyyətimizdə bərabər mövqe həmişə qarşıya  qoyulan məqsədlərə çatmaq üçün ən mühüm, həlledici şərt olub və təbii ki, belə də qalacaq. Ona görə də bir-biri ilə dərindən əlaqəli olan bu iki vəzifə - bir tərəfdən həyatın bütün sahələrində uğurlu islahatların aparılması və davamlı inkişaf, digər tərəfdən isə ictimai-siyasi sabitliyin qorunması respublikada həyata keçirilən siyasətin əsasını təşkil edir. Cəmiyyətdə sülhün və sabitliyin, inkişafın təmin olunmasında dini tolerantlıq da mühüm rol oynayır.  Xalqımıza xas olan dini tolerantlıq ənənəsinin dərin tarixi kökləri var. Müstəqil Azərbaycanın din sahəsində  siyasəti də bu ənənələrin möhkəmlənməsinə, məzmunca zənginləşməsinə xidmət edir. Dövlət dini qurumlarla münasibətlərində dünyəvi olmaqla aşağıdakı prinsiplərə əməl edir:  Birincisi, dindarların dini hisslərinə hörmət, dini inancların vətəndaşların və ya onların hüquqi birliklərinin şəxsi işi kimi tanınması.   İkincisi, həm dini etiqad edən, həm də onlara etiqad etməyən vətəndaşların bərabər hüquqlarının və təqiblərin yolverilməzliyinin təmin edilməsi. Üçüncüsü, mənəvi dirçəliş və ümumbəşəri əxlaqi dəyərlərin təsdiqi məsələsində onların imkanlarından istifadə etmək üçün müxtəlif dini birliklərlə dialoq axtarmağın zəruriliyi. Qeyd etmək lazımdır ki, bu prinsiplər öz praktiki icrasını tapır. Belə ki, bu gün ölkədə qüzlərlə dini qurum fəaliyyət göstərir.

Dini tolerantlıq xalqımızın ən qiymətli dəyərlərindən biridir

Əvvəlki dövrlərin ən yaxşı nailiyyətlərini özündə cəmləşdirən Azərbyacan mədəniyyəti, öz növbəsində, təkcə İslam mədəniyyətinin sonrakı inkişafına deyil, həm də Qərb intibahına, qlobal miqyasda tolerantlıq prinsiplərinin inkişafına ciddi təsir göstərib.  Ona görə də xalqlarımızın mədəni nailiyyətləri təkcə müsəlman deyil, həm də dünya mədəniyyətinin tərkib hissəsi hesab olunur.

Yeni müstəqilliyinin ilk günlərindən nəhəng mənəvi irsə və tolerantlıq ənənələrinə malik olan Azərbyacan dinə münasibətini əsaslı və dəqiq müəyyən edib. Azərbyacan Konstitusiyası vicdan azadlığını, dini ayinləri maneəsiz yerinə yetirmək, hər hansı dinə etiqad etmək və ya ümumiyyətlə heç bir dinə mənsub olmamaq imkanını təmin edir. Dövlət müvafiq hüquqi sənədlər əsasında din xadimlərinin dini işlərinə qarışmadan vicdan azadlığına imkan yaradır. Ən yüksək keyfiyyətlərə malik şəxsiyyətlərin yetişdirilməsində dinin əhəmiyyəti və zəruriliyi qəbul olunur. Eyni zamanda dövlət dinlərin siyasiləşməsinin qarşısını almaq üçün tədbirlər görür. Dini liderlər harmoniya, sakitlik və qarşılıqlı hörmət yaratmağa ölkəmizdə kömək edirlər. Beləliklə Azərbyacanda xalqları arasında əsrlər boyu mövcud olan əməkdaşlıq, birlik, millətlərarası harmoniya və dini tolerantlıq müstəqillik illərində özünəməxsus məzmun kəsb edib. Bu, həm də çoxmillətli və çoxkonfessiyalı ölkəmizin ərazisində irqindən, millətindən, dinindən və ana dilindən asılı olmayaraq dövlətimizin hər bir vətəndaşına bərabər münasibəti təsdiqləyir. Dini tolerantlıq ənənəsi Azərbaycan xalqının ən qiymətli dəyərlərindən biridir. Bu gün də ölkəmizdə dini tolerantlıq ənənəsi bir tərəfdən qorunur və inkişaf etdirilir, digər tərəfdən isə bu ənənənin tarixi kökləri və nəzəri əsasları ətraflı öyrənilir. Azərbaycan qeyd olunan istiqamətdə təcrübəsini bununla daha zəngin hala gətirir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ