Bazar günü günü, 01 noyabr 2026
     

İrəvanın saxta “2806 illik” tarixində 1968-ci il hadisəsini Azərbaycan tarixçiləri necə xatırlayır...

Image


Qasım Hacıyev: "Rəhmətlik Rəsul Rza danışırdı ki, həmin tədbirdə tanıdığım bir şairə yaxınlaşıb "Aram, bu daşlara baxırsan, hamısı rənglənmiş daşlardır, qədim deyil"-deyib"

Erməni saxtakarlığı əndazani elə aşıb ki, hədd-hüdud tanımır. Uzun illərdir "Erebini" nağılı ilə həm ermənilərin, həm də dünyanın başını qatmaqla məşğul olurlar. İrəvanın tarixini saxtalaşdırmaqla onu "qədim erməni şəhəri" kimi qələmə vermək işinə hələ keçən əsrin 60-cı illərində, Sovet hökumətinin qılıncının dalı-qabağı kəsdiyi vaxtlarda başlayıblar.   

İrəvanı "Erebini" kimi "tarixə" salmaq istəyirlər. Saxtalaşdırmanı rəsmiləşdirmək üçün "Erebuniyə" yubuleylər keçirirlər. 

Hazırda Ermənistanda "Erebuni"nin "2806 illiyini" keçirməyə hazırlaşırlar. Özləri də yazırlar ki, "Ermənistanın 13-cü paytaxtının 2806-cı ildönümünə həsr olunmuş Erebuni-Yerevan bayramı oktyabrın 13-də  keçiriləcək". 

Erməni mətbuatı yazır ki, ilk "rəsmi" "Erebuni-Yerevan festivalı" 1968-ci ilin oktyabrında "paytaxtın yaradılmasının 2750 illiyi" ilə əlaqədar baş tutub. "Yubiley" şənlikləri təxminən bir həftə davam edib. Yazırlar ki, İrəvanın tarixindən bəhs edən yeni kitablar nəşr edilib, İrəvanın məişətindən bəhs edən yeni filmlər çəkilib, yeni mahnılar yazılıb, müxtəlif yubiley suvenirləri buraxılıb.

Bunlar 1968-ci ildə öz saxta tarixlərinə elə aludə olubmuşlar ki, hətta "gül və mahnı bayramı" keçiriblər, "bu festivalda" 2750 nəfərdən ibarət xor ilk dəfə olaraq "Erebuni-İrəvan" himnini ifa edib. Onu da yazırlar ki, "Arin-Berd" təpəsinin ətəyində "İrəvan Fondu Muzeyinin" açılışı olub. Yazırlar ki, həmin dövrdə muzeyə bitişik küçənin adı dəyişdirilərək "Erebuni" qoyulub, 2750 fəvvarədən ibarət meydan açılıb, "Respublika meydanında" "abidə" ucaldılıb.  

"İrəvanın əsasının qoyulmasının guya 2806 illiyinin təntənəli qeyd edilməsi onların növbəti yalanından xəbər verir"

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə bildirdi ki, erməni saxtakarlığına Sovet hakimiyyəti geniş rəvac verib. "Ermənilərin belə saxta tədbirlər, "bayramlar" keçirməsi yeni deyil. Onlar heç bir sahədə  ciddi nəticələr əldə edə bilməyiblər. Müharibədə uduzdular, siyasi-diplomatik müstəvidə əlləri boşa çıxır, bütün sahələrdə saxtakarlıqları üzə çıxır, üzə çıxdıqca da ifşa olunurlar. Dünyanı aldada bilmirlər, ona görə də yenidən erməni xalqını aldatmaqda davam edirlər. 

"Erebuni" məsələsi tamamilə cəfəngiyatdır. Ermənilər həmişə olduğu kimi, yenə də tarixi saxtalaşdırmaqla məşğuldurlar. İrəvanın əsasının qoyulmasının guya 2806 illiyinin təntənəli qeyd edilməsi onların növbəti yalanından xəbər verir. Ermənilərin İrəvan şəhərini qədim "Erebuni" adlandırmasının özü cəfəngdir. İrəvan Rəvanqulu xanın XVI əsrdə qaya üzərində tikdirdiyi böyük İrəvan qalasından ibarət olub. Onun ətrafında yaşayış məskəni olan İrəvan Azərbaycan türklərinin qədimdən yaşadığı, orta əsrlərdə böyük bir kənd olan yaşayış ərazisidir. İndi görün ermənilər nə ilə məşğuldurlar. Həm əvvəla, Azərbaycan xalqına məxsus olan bu qalanı, şəhəri, əraziləri erməni xalqına məxsus ərazi kimi təqdim edirlər. İkinci böyük saxtakarlıq da odur ki, son orta əsrlərdə yaranmış qalanı qədimləşdirərək, qədim "Erebuni" qalası kimi təqdim edirlər".

Q.Hacıyev bildirdi ki, o vaxt heç "Erebuni" adı yox idi. İrəvan qalasını ermənilərin də bu cür adlandırdığını deyən Q.Hacıyevin sözlərinə görə, sonradan Moskvada vəzifədə olan ermənilər bəzi Sovet alimləri ilə əlbir olub saxtalaşdırma işlərinə başladılar. "1968-ci ildə onlar bu saxtakarlığı Moskvanın dəstəyi ilə həyata keçirdilər. "Yerli" olduqlarını sübut etmək üçün İrəvan qalasının ətrafında arxeoloji qazıntıar apardılar. Maraqlıdır ki, onlar ortaya sonradan rənglədikləri daşlar çıxardılar, guya bunlar qədim daşlar olub. Kremlin köməkliyi ilə saxtalaşdırma aparıb qondarma yubiley keçirdilər. O qondarma yubiley tədbirində iştirak edənlərin şifahi danışıqları var. Heyf ki, onlar o vaxt bu saxtakarlıq barədə fikirlərini çap etdirə bilməmişdilər. Azərbaycandan da həmin saxta tədbirdə iştirak edənlər şahid idlər ki, orada hər şey saxtalaşdırılmışdı. Birincisi, nə şəhərin qalıqları göstərir ki, İrəvan qədim şəhərdir, ikinci də, orada ümiumiyyətlə "Erebuni" qalası olmayıb. Heç "Erebuni" ilə İrəvan bir-birinə uyğun gəlmir. Erməni saxtakarlığı o həddə çatıb ki, dörd yerdə "Erebuni qalası" tapdıqlarını elan edirlər. O "qədim daşların" hətta birini də Şahbulaq ərazisində basdırmışdılar. İkisini də başqa yerə qoyublar ki, guya orda da "Erebuni qalası" olub. Bunların bu işləri başdan-başa saxtakarlıqdır. Bunların hərəkəti pişiyin öz quyruğu ilə oynamasına bənzəyir. Bunun bir tarixi, elmi əsası yoxdur. Özü də onlar belə şeylərdən qıcıq yaratmaq üçün istifadə edirlər. Bir də bunların məqsədi odur ki, saxta "Erebuni" tədbiri keçirməklə burada "qədim xalq" oluduqlarını "isbatlasınlar". Bu qədər qaniçən, bu qədər vəhşi, bu qədər işğalçı, vandal bir xalq istəyir ki, özünü "mədəni xalq" kimi göstərib vəhşiliklərini ört-basdır etsin".

Azərbaycan tarixçilərindən kimlərin 1968-ci ildə saxta  "Erebuninin" "2750 illiyində" iştirakına gəlincə, Q.Hacıyev bildirdi ki, konkret adları xatırlamır, amma o nümayəndə heyətində xalq şairi Rəsul Rza da olub. "Bizim alimlər getmişdi, amma adlarını xatırlamıram. O yadımdadır ki, xalq şairi Rəsul Rza orda olub. Rəsul Rza şifahi olaraq bir söhbət etmişdi, amma onu o barədə yazmağa qoymurdular. Rəhmətlik Rəsul Rza danışırdı ki, həmin tədbirdə tanıdığı bir şairə yaxınlaşıb "Aram, bu daşlara baxırsan, hamısı rənglənmiş daşlardır, qədim deyil"-deyib. Həmin erməni də ona "ara, Rəsulcan, səs eləmə, sakit ol, səni də öldürərlər, məni də" deyib. Yəni Rəsul Rza buna reaksiya verib. Amma erməni şair imkan verməyib ki, onu açıq şəkildə dilə gətirsin. Rəsul müəllim prinsipial adam idi, sözünü deməkdən çəkinmirdi...

Ermənilər həmişə Moskvadan idarə olunan toplum olub, onların öz fikirləri yoxdur. İndi də əllərinə heç nə keçmir, durub yenidən "Erebuni" nağılı ilə camaatın başını qatmaq istəyirlər. 1968-ci ildə "Erebuni"nin saxta 2750 illiyini, bir neçə il əvvəl 2800 illiyini keçirdilər, indi də 2806 illiyini keçirirlər. Bunlar hamısı saxtakarlıqdır. Bunun nə mənası var? "Erebuni" ilə İrəvanın heç bir əlaqəsi yoxdur. İrəvan ermənilərə verilənə qədər onun əhalisinin 80 faizi Azərbaycan türklərindən ibarət olub. O şəhər də Azərbaycan şəhəridir, onun tarixi də, torpağı da, abidələri də Azərbaycan xalqına aiddir. İstəyirlər ki, saxtakarlıqlarının üstünü örtsünlər, amma mümkün deyil. Nə yazırlarsa yazsınlar, xeyri yoxdur. Bir düz yüz əyrini kəsir. Azərbaycan xalqı İrəvanın tarixini çox yaxşı bilir"-deyə Q.Hacıyev qeyd etdi. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ