Bazar günü günü, 01 noyabr 2026
     

Böyük Britaniya bir müstəmləkəsinə azadlıq verdi - növbə Fransanındır...

Image


Böyük Britaniya Çaqos arxipelaqı üzərində suverenliyi Mavrikiyə verəcək. Bu, Hind okeanındakı sözügedən adalar qrupunun kimə məxsus olması ilə bağlı iki ölkə arasında uzunmüddətli mübahisələrə son qoyacaq. 

Qeyd edək ki, hələ 2019-cu ildə Beynəlxalq Ədalət Məhkəməsi Böyük Britaniyanın Çaqosun nəzarətini Mavrikiyə təhvil verməsi barədə qərar çıxarıb. Lakin Britaniya hakimiyyəti bu qərarla razılaşmayıb. Bundan sonra Mavrikiy BMT Baş Assambleyasına müraciət edib. Baş Assambleya bu müstəmləkə ərazisinin Mavrikiyə verilməsi barədə sənəd qəbul edib. 2019-cu ilin fevralında  Londona Mavrikiyə "sakinlərin öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini nəzərə alaraq ərazinin dekolonizasiyasını başa çatdırmağa" icazə vermək tövsiyə edildi. Haaqadakı hakimlər adaların ayrılması və Britaniya Hind okeanı ərazisinə daxil edilməsinin "qanunsuz" olduğunu bildiriblər. Böyük Britaniya bu qərara uyğun addım atır.

Adalar üzərində mübahisə 1960-cı illərdə yaranıb. Həmin vaxt Böyük Britaniya keçmiş müstəmləkəsi Mavrikiyəyə müstəqillik verərək, Çaqos arxipelaqını ondan ayırmaq qərarına gəldi. Məsələ burasındadır ki, bura Britaniya-Amerika hərbi bazasının yerləşdiyi Dieqo Qarsiya adası daxildir. İndi də Çaqos arxipelaqının Mavrikiyə verilməsindən sonra baza ən azı 99 il ABŞ və Böyük Britaniyanın yurisdiksiyasında qalacaq. Bu bazadan Amerika təyyarələri Əfqanıstan və İraqa reydlər zamanı istifadə ediblər. Yeni razılaşmanın şərtlərinə görə, Britaniya Dieqo Qarsiyanı Mavrikiydən ən azı 99 il müddətinə icarəyə götürərək ABŞ-a orada hərbi baza saxlamağa icazə verəcək. Yəni buna görə Britaniya hər il Mavrikiyə ödəniş edəcək. Böyük Britaniya və Mavrikiy liderləri regional və qlobal təhlükəsizlikdə mühüm rol oynayan Dieqo Qarsiyadakı mövcud bazanın uzunmüddətli, təhlükəsiz və effektiv fəaliyyətini təmin etməyə sadiq olduqlarını bildiriblər. ABŞ da bu tarixi razılaşmanı alqışlayıb. Məsələ ilə bağlı ABŞ prezidenti Co Bayden bildirib:  "Bu, diplomatiya və tərəfdaşlıq vasitəsilə xalqların uzun müddətdir davam edən tarixi çağırışların öhdəsindən gələ biləcəyinin və dinc və qarşılıqlı faydalı nəticələr əldə edə biləcəyinin əyani nümayişidir". Böyük Britaniyanın baş naziri Keir Starmerin və Mavrikiyanın baş naziri Pravind Jugnautın birgə bəyanatda məsələ ilə bağlı qeyd olunur: "Bu, əlaqələrimizdə mühüm məqamdır və mübahisələrin sülh yolu ilə həllinə və qanunun aliliyinə davamlı sadiqliyimizi nümayiş etdirir". Bir daha qeyd edək ki, Çaqos arxipelaqı 1965-ci ildə, Mavriki hələ Britaniya müstəmləkəsi olanda Mavrikiydən ayrılıb. İngiltərə onu 3 milyon funta alıb və Hind okeanında özünün xaricdəki ərazisi elan edib. Mavrikiy Britaniyanı arxipelaqı qeyri-qanuni müstəmləkə işğalında ittiham edərək, onun müstəqillik müqabilində 1968-ci ildə Çaqosa olan hüquqlarından qeyri-qanuni şəkildə imtina etməyə məcbur olduğunu iddia edib. Baş nazirlər birgə bəyanatda bildiriblər ki, müqavilə "keçmişin səhvlərini aradan qaldıracaq və hər iki tərəfin çaqosiyalıların rifahını dəstəkləmək öhdəliyini nümayiş etdirəcək". Yeni tərəfdaşlığın bir hissəsi olaraq Böyük Britaniya Mavrikiyi, o cümlədən infrastruktur sahəsini maliyyələşdirəcək. Bu, Mavrikiyaya Dieqo Qarsiya istisna olmaqla, Çaqos adalarında köçürmə proqramını həyata keçirməyə kömək edəcək. Beləliklə,  Böyük Britaniya Çaqos adalarında müstəmləkə siyasətindən əl çəkdi. İndi hesab olunur ki, Böyük Britaniya Hind okeanında yerləşən strateji əhəmiyyətə malik Çaqos arxipelaqı üzərində yarım əsrdən çox davam edən suverenliyindən imtina etməsi öz müstəmləkə ərazilərini əldən vermək istəməyən Fransa üçün nümunə olmalıdır.

Amma Fransa hələ də Böyük Britaniya kimi addımlar atmağa özündə cəsarət tapmır. Fransa dənizaşırı departamenti adı altında müstəmləkə siyasətini aparır. Fransa hökuməti müstəmləkə dövrünün mirası olan dənizaşırı ərazilərdə müstəqillik tələbləri irəli sürən insanlara qarşı çox sərt davranır.  Bu koloniyalar müxtəlif siyasi statuslara malikdir. Müstəmləkələrin siyahısına Atlantik okeanında yerləşən Qvadelupa, Martinika, Sen-Martin, Sen-Bartelemi, Sent-Pyer və Mikelon, Hind okeanında Reunion, Mayotte və Fransız Cənub və Antarktika əraziləri, Sakit okeanda Fransız Polineziyası, Yeni Kaledoniya, Uollis və Futuna, Cənubi Amerikada isə Fransız Qvianası daxildir. Onların ən yaxını Fransadan təxminən 4 min kilometr və ən uzaqda olanı isə 17 min kilometr məsafədə yerləşir. Parisdən təxminən 17 min kilometr uzaqlıqda yerləşən Yeni Kaledoniyada Fransa hökumətinin yerli əhalinin seçkilərdə təsirini azaltmaq məqsədilə konstitusiya islahatları təşəbbüsü adadakı müstəqillik tərəfdarlarını səfərbər edib. 1988-ci ildə yerli əhali ilə imzalanan Numea müqaviləsinə zidd olaraq, ən azı 10 ildir adada yaşayan fransızların seçkilərdə səs verməsinin yolunu açmaq cəhdi etirazlara səbəb olub. Digər müstəmləkə - Fransız Qvianası daha çox muxtariyyət istəyir. Cənubi Amerikada, Fransadan 7 min kilometr aralıda yerləşən Fransız Qvianası təhlükəsizlik problemlərindən əziyyət çəkir. Cinayət halları nisbətlərinin materikdən 10 dəfə yüksək olduğu 300 min nəfərlik koloniyanın əsas problemləri arasında Braziliya sərhədində sənədsiz miqrasiya və qeyri-qanuni qızıl hasilatı var. Burada yoxsulluq və işsizlik səviyyəsi yüksəkdir, sakinlər hökumətin infrastruktura və səhiyyə sektoruna sərmayəsinin qeyri-kafi olmasından şikayət edirlər. Fransız Qvianasında gənc əhalinin demək olar ki, 40 faizi təhsil və ya işləmək üçün xaricə gedir. Yerli hökumət Makronun Fransanın Aralıq dənizindəki Korsika adası üçün daha çox muxtariyyət vəd etdiyi halda, Qviana üçün eyni addımın atılmamasına mənfi reaksiya verir. Fransız Qvianası Konqresi 2020-ci ildə xüsusi statusla daha çox muxtariyyət tələb etmək üçün səs verib. Sakinlərin tələbinə baxmayaraq, 4 ilə yaxındır ki, konstitusiya tənzimlənməsi ilə bağlı Paris administrasiyası ilə danışıqlarda heç bir irəliləyiş əldə olunmayıb. Qvadelupa və Martinikada da muxtariyyət tələbləri artır. Fransadan təxminən 7 min kilometr uzaqlıqda yerləşən və 400 min nəfər əhalisi olan Karib dənizindəki Qvadelupa adasında yoxsulluq, cinayətkarlıq ən yüksək həddə çatıb. Fransanın ən yoxsul müstəmləkəsi olan Mayotte isə təhlükəsizlik və su problemləri ilə üzləşib. Hind okeanında, materikdən təxminən 8 min kilometr aralıda yerləşən Mayotte adasında Fransa zülmü artır. Mayotte sakinlərinin həyat səviyyəsi fransızlardan 7 dəfə aşağıdır və sakinlərin 77 faizi yoxsulluq həddinin altında yaşayır. Sakit okeanın cənubunda təxminən 300 min əhalisi olan 100-dən çox adadan ibarət, habelə materikdən təxminən 16 min kilometr uzaqlıqda yerləşən Fransız Polineziyası Fransanın 1966-1996-cı illər arasında keçirdiyi 200-ə yaxın nüvə sınağının təsirinə etiraz edir. Fransadan təxminən 9 min kilometr uzaqlıqda olan Reunion 2022-ci ilin sonunda altı koloniya ilə birlikdə Fransa rəhbərliyinə qarşı daha çox muxtariyyət tələb edərək "Fort-de-France" çağırışını imzalayıb. v Aralıq dənizində Fransadan çox İtaliyaya yaxınlığı ilə tanınan Korsika adası digər koloniyalardan fərqli bir tarixə malikdir, lakin daha çox muxtariyyət tələb etməsi ilə tanınır. Amma Fransa bunlara qarşı çıxır. Halbuki, ortada Böyük Britaniya nümunəsi var.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ