Bazar günü günü, 01 noyabr 2026
     

Azərbaycanla savaş istəyən erməni keşiş boykot olundu...

Image


Ötən ildən bəri Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən arxiyepiskop Baqrat Qalstanyan paytaxt İrəvanda etiraz aksiyalarını bərpa etdikdən sonra daha biabırçı vəziyyətə düşüb. 

Belə ki, yeni etiraz aksiyasında Qalstanyan ötən ilin may və iyun ayları ilə müqayisədə xeyli az tərəfdar toplaya bilib. Lakin o, Respublika meydanına toplaşmış azsaylı tərəfdarlarına deyib ki, hakimiyyət dəyişikliyi uğrunda mübarizə yenicə başlanıb.

Qalstanyanın çağırdığı yeni mitinqdə məqsəd etirazlara mümkün qədər çox nümayişçinin cəlb edilməsi idi. Müşahidəşilər bunun baş vermədiyini deyirlər. Qalstanyan müxalifət qruplarını onun hərəkatı ətrafında sıx birləşməyə, təkəbbür və lovğalığı, habelə fikir ayrılıqlarını bir tərəfə qoymağa çağırıb. Keşiş sərvətlərini itirməkdən qorxaraq açıq şəkildə rejimə xidmət edən varlıları tənqid edib. Bununla kifayətlənməyən arxiyepiskop Ermənistan İctimai Televiziyasında canlı efir vaxtı tələb edib. O, bu telekanalı yalan və təbliğatın yuvası adlandırıb.  Qalstanyan bundan sonra tərəfdarları ilə birlikdə telekanalın iqamətgahına yürüş edib. O, polis tərəfindən sıx şəkildə mühafizə olunan televiziya binasına çatdıqdan sonra Qalstanyana vətəndaşlara müraciət etməsi üçün qısa vaxt verilib. O, bunun müqabilində İctimai Televiziyanın xəbərlər proqramının hökumətyönlü redaktoru Petros Qazaryanın suallarına cavab verə biləcəyini deyib. Gecə yarıdan sonra efirə verilən 12 dəqiqəlik monoloqunda keşiş erməniləri "yuxudan oyanmağa və necə bir hadisələrlə üzləşəcəyimiz barədə" düşünməyə çağırıb. Qalstanyan çıxışında yenidən Paşinyanı Azərbaycan və Türkiyənin əmrlərini yerinə yetirməkdə və hakimiyyətdə qalmaq naminə sülh müqaviləsinin imzalanması üçün Bakıya yalvarmaqda ittiham edib.  Qazaryanla müsahibədə Qalstanyan onun özünün proqramı və konkret addımları barədə sualları cavabsız buraxıb. Paşinyanın siyasi müttəfiqləri ötən ay əmin olduqlarını bildirmişdilər ki, keşiş Qalstanyanın planlaşdırdığı yeni etirazlar da iflasa uğrayacaq. Burada bir daha xatırladaq ki, Erməni Kilsəsinin arxiyepiskoplarından Baqrat Qalstanyan ötən aprel ayında sərhəd bölgələrində bəzi sakinlərin Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyasından narazılığından istifadə edərək tərəfdarları ilə birlikdə Tavuşdan İrəvana yürüş edib. O, Ermənistan paytaxtında keçirdiyi bir neçə mitinqdə demarkasiyadan narazılıq barədə söz salmayıb, baş nazir Nikol Paşinyanın istefasını tələb edib. İyunun 12-də keçirilən mitinqdə iştirakçılar polislə toqquşmuş, onlardan bəziləri parlamentin və hökumətin binalarına daxil olmağa çalışmışdılar. Polis etirazçılara qarşı səs qumbaralarından istifadə etməklə izdihamı dağıdıb. Bundan sonra Qalstanyan fəal etiraz aksiyalarından geri çəkilib və bəzi müxalifət liderlərini ona dəstək verməməkdə ittiham edib. Hakimiyyət Qalstanyanın "Vətən naminə Tavuş" hərəkatının zəiflədiyini bildirir.

Baş verənlərlə bağlı "armenianreport" portalı yazır: "Baqrat Qalstanyanın başçılıq etdiyi radikal müxalifətin Respublika meydanında keçirilən mitinqi bir daha bizim iqtidara gəlməyə çalışanların alçaqlığını göstərdi. Biz heç bir şəkildə indiki iqtidarı tərifləməyə və ya siyasi müxalifətə ehtiyacı inkar etməyə çalışmırıq. Sonuncu istənilən demokratik dövlətdə mühüm atributdur. Amma nədənsə məhz bizdə indiki müxalifət təlxəkliklə Rusiyanın 90-cı illərin cəsur cinayətkar dəstəsinin çarpazıdır. Gəlin, bəlkə də Qalstanyanın cəmiyyətimizdə populyarlığından və onun ideyalarından başlayaq. Daha doğrusu, onun iflasından bəhs edək. Baqratın avantürizmi, "Qarabağ klanı"nın marioneti roluni yerinə yetirməsi "müxalifətin yeni liderini" məhv etdi. Onun İrəvandakı ilk mitinqini xatırlayın - ən mühafizəkar standartlarla orada 35 min insan iştirak edirdi. Amma sonunucu mitinqdə ən yaxşı halda 2-3 min adam toplaşdı. Mihran Tsarukyan Respublika meydanında konsert versəydi, daha çox və geniş kütlə toplayardı. Qalstanyanın çağırışına isə bir neçə min insan cavab verdi. Razılaşın, bu, Baqratın cəmiyyətimizdəki reytinqinin əhəmiyyətli göstəricisidir. Amma o, xəyali dünyada yaşamağa davam edir və baş nazir olmaq arzusundadır. Yaxşı, necə deyərlər, yuxu görməyin ziyanı yoxdur.

Mitinq iştirakçılarının sayının cüzi olmasına baxmayaraq, Qalstanyan Ermənistanın İctimai Televiziyasını ələ keçirmək və canlı yayımda çıxış etmək niyyətində idi. Cübbəli adam nəinki qanunu pozmağa hazırlaşırdı, həm də açıq-aşkar yalan danışırdı. Onun sözlərinə görə, guya o, dəfələrlə İctimai Televiziya ilə əlaqə saxlayıb, mövqeyini təqdim etmək üçün ona efir vaxtının ayrılması tələbi ilə müraciət edib, lakin hər dəfə ona rədd cavabı verilib. Tezliklə Qalstanyanın açıq-aşkar yalan danışdığı məlum oldu. İctimai Televiziyanın bəyanatında deyilir ki, yürüş başlayan andan telekanal Qalstanyana efirə çıxmaq üçün dəvət göndərib, lakin o, razı olmayıb. Buna baxmayaraq, Baqrat və onun nadir tərəfdarları İctimai Televiziyaya doğru hərəkət etdilər. Və orada Baqrat  polis əməkdaşları ilə mübahisə edib. Üstəlik, onları adlarla çağırıb, onları məhv etməklə hədələyib. Razılaşın, bu cür davranış normal adam üçün, xüsusən də ölkə rəhbəri olmaq arzusunda olan insan üçün bağışlanmazdır. Baqrat Qalstanyan İctimai Televiziyada Petros Kazaryanın verilişində çıxış edəndə, nəhayət, ölkədə hamıya aydın oldu ki, biz aldadıcı, aqressiv və qeyri-adekvat bir insanla qarşılaşırıq. O, Kazaryana açıq şəkildə etiraf edib ki, polis rəisini tapdalamaqla hədələyib. Baqrat heç bir tərəddüd etmədən dedi: "Polis rəisi özünü zorakı apardı və cavabını aldı. Fikir gücü ilə tapdalayacağam, ruhumla tapdalayacağam, hamını tapdalayacağam". Bəs bu, bir din xadiminin davranışı və lüğətidir? Xeyr, bu, yol quldurunun davranışıdır. Ona görə də eyni quldurlar - Robert Köçəryan və Serj Sarkisyan ona "stavka" edirlər. Artıq bütün ölkə əmin olub ki, Baqrat onların əlində bir marionetdir, birincilər ondan etiraz rəyi lideri formalaşdırmağa çalışırdılar. Bəli, 2018-ci ildən sonra Köçəryanın və Sarkisyanın Ermənistanda hakimiyyətə qayıtmaq şansı yox idi. Onların bunun üçün nə lazımi elektoratı, nə də ki, insanları səfərbər etmək üçün legitimliyi var idi. Beləliklə, insanların onun ardınca gedəcəkləri ümidi ilə cübbəli bir adamı önə çəkdilər. Baqrat keçmiş və indiki siyasi mühitdən kənar bir siyasətçiyə çevrildi, mömin, korrupsioner olmayan etiraz lideri rolunda təsvir edildi. Eyni zamanda, kifayət qədər pul alan mətbuat 2018-ci ildə İrəvana yürüş edən zaman Qalstanyanın Paşinyanı dəstəklədiyini, əslində Anna Akopyanın rəhbərlik etdiyi qəyyumlar şurasına daxil olduğunu xatırlatmamağa çalışırdı. Lakin keçmiş yoldaşları onu satın almağa müvəffəq oldular və 44 günlük müharibədən qısa müddət sonra onu "rejimə qarşı döyüşçü" kimi formalaşdırmağa başladılar. Lakin cəmiyyətimiz tez bir zamanda Baqratdan məyus oldu, anladı ki, hamımız hazırkı hakimiyyəti devirmək üçün şiddətli etirazlara hazırıq. İnsanlar indiki hakimiyyətin süqutundan sonra ölkəyə kimin rəhbərlik edəcəyi sualını özlərinə verməyə başlayanda və hətta buna cavab tapanda - təbii ki, 2018-ci ilin yazında devirdiyimiz şəxslərin siması göz önünə gələndə, o zaman hər şey öz yerinə düşdü. Nəticədə müxalifətin uzun müddətdir və diqqətlə hazırlanmış son mitinqində cəmi iki min insan iştirak edib".

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ