Bazar günü günü, 01 noyabr 2026
     

“Azərbaycanın İranı gizli parçalamaq planı” - Ermənistandan yeni ideoloji təxribatın hədəfi aydındır...

Image


Abutalıb Səmədov: "İranla Azərbaycanın münasibətlərini pozmaq üçün belə iddialar irəli sürürlər ki, guya Azərbaycan bu müharibədə, İranın parçalanmasında maraqlıdır..."

"44 günlük müharibədən sonra Azərbaycanın hərbi qüdrətini artırması bütünlüklə Ermənistana qarşı yönəlməyib". Bunu politoloq Argişti Kiviryan Ermənistan xəbərləri – NEWS.am-ın müxbiri ilə söhbətində deyib.

Erməni politoloq iddia edir ki, Azərbaycanın müharibədən sonra öz hərbi gücünü artırması təkcə Ermənistanla bağlı deyil, Azərbaycan həm də İranı bölüşdürməyə hazırlaşır ki, İranla İsrail arasında müharibə baş verərsə İranı bölməyə çalışacaqlar və Azərbaycan da dərhal ora qoşun yeridib Cənubi Azərbaycanı işğaldan azad edəcək. Bu adamın sözündən belə çıxır ki, guya Azərbaycanın belə bir niyyəti var.

"Bu erməni təxribatına, təbiidir ki, biz uymamalıyıq və buna zəruri reaksiya verilməlidir"

Erməni politoloqun iddiasına şərh verən "Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə "Ermənistanın müxtəlif səviyyəli politoloqları, siyasətçiləri, rəsmiləri Azərbaycanla İran arasında münasibətləri gərginlıəşdirməyə, İranın Azərbaycana münasibətdə daha kəskin mövqe tutmasına çalışırlar. Əllərinə düşən hər imkandan istifadə etməyə cəhd göstərirlər. Azərbaycan Prezidenti sonuncu dəfə İranın mərhum prezidenti ilə görüşərkən qəti şəkildə bir fikir söylədi, "bizim aramıza heç kim girə bilməz" dedi. Bu, Azərbaycanın mövqeyidir. Azərbaycan İranla dost münsibətlər saxlamaq, əməkdaşlıq etmək istəyir və hər dəfə qonşularımıza xatırladır ki, bizi ortaq tarix, dini və mədəni dəyərlər və sair məsələlər birləşdirir, bu dəyərləri qorumalıyıq, xalqlarımızın daha da yaxınlaşmasına çalışmalıyıq. Çox təəssüf ki, İranda müəyyən dairələr, bəzən hətta yüksək dövlət vəzifəsi tutanlar Azərbaycana qarşı təhdid dolu bəyanatlar verirlər, bu da, təbiidir ki, münasibətlərimizə öz təsirini göstərir. Son 10-15 gün ərazində İranın "Zəngəzur dəhlizi" əleyhinə apardığı təbliğat buna bariz nümunədir. İran hətta "Zəngəzur dəhlizinin" açılması ilə bağlı Rusiyanı, Türkiyəni müharibə ilə hədələdi. Baxmayaraq ki, Rusiya İranın bugünlərdə strateji tərəfdaşı olmağa hazırlaşır və müqavilə artıq hazırdır. Digər tərəfdən, İran rəsmiləri dəfələrlə Azərbaycanla sərhəddə hərbi təlimlər keçiriblər və bu təlimləri keçirməklə Azərbaycanı təhdid etməyə çalışıblar. Onların izahı da çox maraqlıdır. Deyirlər,  biz təlimləri ona görə keçiririk ki, Ermənistanın ərazi bütövlüyünə təhlükə yaranmışdı, Naxçıvanda Türkiyə, Azərbaycan və Pakistan hərbi birləşmələri təlim keçirirdi, biz bu səbəbdən Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün hərbi təlimlər keçirdik. Azərbaycan Prezidenti də bu məqamda onlara çox maraqlı bir sual ünvanladı. 30 il 132 kilomertlik Azərbaycan-İran sərhədi Ermənistanın işğalı alında olub, onda o təlimləri niyə keçirmirdiniz? Reallıq bundan ibarətdir"-deyə bildirdi.

A.Səmədov təəssüflə qeyd etdi ki, İran münasibətlərimizdə soyuqluq yaranması üçün əlindən gələni edir. A.Səmədovun sözlərinə görə, ancaq Azərbaycan dəfələrlə öz mövqeyini ortaya qoyub və onu da deyib ki, Azərbaycan ərazisindən heç bir başqa dövlət İrana qarşı istifadə edə bilməz, Azərbaycan buna imkan verməyəcək. "İsraillə İran arasında mövcud olan hərbi qarşıdurma əgər daha kəskin şəkil alarsa və bu prosesə İsrailin müttəfiqləri, ilk növbədə ABŞ qoşularsa, təbiidir ki, İran üçün çox ciddi problemlər yarana bilər. İndidən müəyyən planlar artıq hazırlanır, İrana hansı zərbələrin endirilməsi ilə bağlı müzakirələr gedir. Planlaşdırılır ki, İranın nüvə obyektləri vurulsun, İranın neft bazaları vurulsun və İran böyük gəlirdən məhrum olsun, yaxud İranın əsas idarə mərkəzləri raket atəşinə məruz qalsın. Eyni zamanda digər planlar da var. Bu da, təbiidir ki, Azərbaycanla sərhəddə çox ciddi təhlükələr yarada bilər. Bu, təbii, bizi narahat edir. Biz bunu istəmirik və bunun olmaması üçün də əlimizdən gələni etmişik və edirik. İrana qarşı müharibə onun parçalanmasına, ərazi itkilərinə gətirib çıxara bilərmi? Belə bir təhlükə, təbiidir ki, var. Ermənilər də bunu qabardırlar, İranla Azərbaycanın münasibətlərini pozmaq üçün belə iddialar irəli sürürlər ki, guya Azərbaycan bu müharibədə, İranın parçalanmasında maraqlıdır, çünki belə bir şey olarsa Cənubi Azərbaycan Şimaldakı qardaşları ilə birləşə bilər.  Azərbaycanın heç bir ərazi iddiası yoxdur. Bu dəfələrlə deyilib. Bu erməni təxribatına, təbiidir ki, biz uymamalıyıq və buna zəruri reaksiya verilməlidir. Azərbaycan İranın parçalanmasını istəmir, Azərbaycan hakimiyyəti dəfələrlə öz mövqeyini ortaya qoyub ki, bizim istəyimiz İrandakı soydaşlarımızın hüquqlarının təmin olunmasıdır, onların öz dilində təhsil alması, öz adət-ənənələrini inkişaf etdirməsi üçün şəraitin yaradılmasıdır, Azərbaycanla əlaqələrin daha da yaxşılaşdırılmasıdır".

A.Səmədov qeyd etdi ki, biz İranın parçalanması istiqamətində heç bir iş aparmamışıq, bu istiqamətdə heç bir bəyanat verilməyib: "Bu erməni təxribatıdır, bunun baş vermə ehtimalı çox aşağıdır, çox cüzidir. Çox güman ki, belə bir şey baş verməyəcək. Ancaq məqamdan istifadə edib Azərbaycanla İran arasında daha bir ziddiyyət, soyuqluq yaramağa çalışırlar, münasibətlərimizin pozulmasına cəhd göstərirlər. Təbiidir ki, biz o cür təxribatların qarşısını almalıyıq.  

Bundan sonra nə baş verə bilər? İranla İsrailin və onun müttəfiqlərinin münasibətlərindəki gərginlik hansı həddə qədər gedib çıxa bilər? Baş verən hadisələr İranı hansı vəziyyətə gətirib çıxara bilər? Təbiidir ki, bunu biz gözləməliyik, biz sərhədlərimizdə gərginliyin olmasını istəmirik, biz İranın əminamanlıq içərisində yaşamasını istəyirik. Ancaq nəyin baş verəcəyi, təbiidir ki, bizdən asılı deyil, bu böyük güclərin İranla bağlı planlarından və onu nə cür, hansı vasitələrlə reallaşdıracağından asılı olacaq. Necə deyərlər, yaşayarıq, görərik".

A.Səmədov həmçinin "Azərbaycan İranla müharibə etmək üçün ordusunu gücləndirmir. Bu şərdir, bu yalandır. Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusunun biridir. Ancaq İran ordusu ilə müqayisə oluna bilməz. İran ordusu dünyanın ən güclü ordularındandır. Hardasa ilk 15-liyə, 20-liyə daxil olan ordulardan biridir. Azərbaycan heç bir vaxt öz hərbi gücünü İrana qarşı artırmayıb, belə bir fikri yoxdur. Bu erməni təxribatıdır. Azərbaycan öz hərbi gücünü dövləti, xalqımızı xarici təhdidlərdən  qorumaq üçün gücləndirir. Bizim üçün ən böyük təhdid də, təbiidir ki, Ermənistandır. Biz İrana qarşı heç bir müharibə hazırlığı görmürük və buna heç bir ehtiyac da yoxdur"-deyə bildirdi. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ