Bazar günü günü, 01 noyabr 2026
     

Paşinyan regionda münaqişəni uzatmaq üçün yeni üsul tapdı...

Image


Faktdır ki, Qafqazda sülh üçün Ermənistanın öz konstitusiyasında dəyişikliklər etməsi zəruridir. Çünki Ermənistanın konstitusiyasında həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiası mövcuddur. Digər tərəfdən, Ermənistandakı proseslər göstərir ki, bu gün hər hansı sülh müqaviləsi imzalansa belə, revanşist qüvvələr sonradan bunu qəbul etməyə bilərlər. Ona görə Azərbaycan haqlı olaraq hesab edir ki, sülh üçün Ermənistan öz konstitusiyasında dəyişiklik etməlidir.

Daha öncə Ermənistanın Konstitusiya İslahatları Şurasının üzvü Artur Sakunts da əsas qanunun dəyişdirilməsinin zəruriliyini gündəmə gətirib: "Bizim konstitusiya quruluşunda ciddi problemlərimiz var, insan haqları sahəsində ciddi problemlərimiz var, parlamentin icra orqanına nəzarəti baxımından ciddi problemlərimiz var, problemlər çoxdur, amma əsasən konstitusiyamızın dəyişməz maddələrindən çıxış etməliyik. Konstitusiyanın preambulasının dəyişdirilib-dəyişdirilməməsi ilə bağlı aydın mövqelər olmalıdır, mən sadəcə olaraq xahiş edəcəm ki, biz başqalarının tələblərindən yayınmaq və ya yerinə yetirməmək məntiqindən deyil, müstəsna olaraq dövlətimizin həyati maraqlarından çıxış edək. Mən mövcud vəziyyəti nəzərə alaraq dediklərim baxımından yeni konstitusiyanın tərəfdarıyam".   Ermənistan parlamentinin deputatı Arusyak Culhakyan bildirib ki, konstitusiyanın optimallaşdırılması yolu ilə getmək və bir neçə şeyi tənzimləyən yığcam konstitusiyaya sahib olmaq lazımdır. Deməli, Ermənistanın özündə də etiraf olunur ki, konstitusiyanın dəyişdirilməsinə ehtiyac var. Amma bunlar fonunda Ermənistanın baş naziri Nikol Paşinyan  Nyu-York görüşlərində iddia edib ki, Azərbaycan konstitusiyasında da Ermənistana ərazi iddiaları var, amma İrəvan bunu mübahisə mövzusuna çevirmir. Çünki sülh müqaviləsinin artıq razılaşdırılmış mətnində deyilir ki, Ermənistan beynəlxalq razılaşmalar üzrə götürdüyü öhdəliklərdən daxili qanunvericiliyə əsaslanmaqla geri çəkilə bilməz: "Amma diqqət edin: biz Azərbaycan Konstitusiyasını sülh sazişinə əngəl saymırıq. Bunun sadə səbəbi var: sülh sazişi layihəsinin razılaşdırılmış hissəsində deyilir ki, tərəflərdən heç biri bu sazişin yerinə yetirməməsini əsaslandırmaq üçün daxili qanunvericiliyə istinad edə bilməz". Paşinyan son bir ayda artıq bir neçə dəfə sözügedən məsələni qaldırıb. Azərbaycan Xarici İşlər Nazirliyi   Ermənistan baş nazirinin bəyanatını yanlış adlandırıb. Qurum qeyd edib ki, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Sözügedən iki sənəddə hansısa ölkəyə qarşı birbaşa ərazi iddiası yer almır. Sadəcə, Müstəqillik aktında Azərbaycanın 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Cümhuriyyətinin varisi olduğu yazılıb: "İlk Azərbaycan Respublikası dövründə hansı ərazilərin Azərbaycanın tərkibində olduğu, onların nə zaman Ermənistan tərkibinə qatıldığı isə tarixi faktlardır və bu faktları danmaq mümkün deyil. Bu heç bir halda hazırda Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddialarının olması anlamına gəlmir".

Bunlar fonunda tarixçi Araz Əliyev "Azadlıq" radiosuna bildirib ki, bu baxımdan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında qonşu ölkələrə qarşı ərazi iddialarının olduğunu demək absurddur. Tarixçi Ermənistan konstitusiyasında ərazi iddiasının daha aydın ifadə olunduğunu və buna görə də Azərbaycanın tələbi ilə konstitusiyaya dəyişikliklərə razılıq verdiyini qeyd edir: "Azərbaycanın Konstitusiya Aktının yalnız ilk səhifələrinə deyil, bütün Akta nəzər salanda aydın olur ki, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı dövlət müstəqilliyi əldə olunarkən sərhədlərin, suverenliyin və ərazi bütövlüyünün tamamilə qorunmasına xidmət edir, nəinki ekspansiv siyasət həyata keçirməyə". Bəllidir ki, Azərbaycan Ermənistan Konstitusiyasının preambulunda özünə qarşı ərazi iddiasının olduğunu deyərək, bu sənədə düzəliş olunmadan sülh sazişinin imzalanmayacığını vurğulayıb. Belə ki, Ermənistan konstitusiyasında ölkənin 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir. Həmin bəyannamədə isə Sovet Ermənistanı ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad olunur. Ermənistan müxalifəti isə hələ ilin əvvəlində konstitusiyaya dəyişikliklər təklifi ortaya çıxanda buna qarşı çıxırdı. Onlar Bakının bu məsələni ortaya atmaqla İrəvanla sülh sazişini imzalamaqdan yayınmağa çalışdığını deyirlər. Paşinyan konstitusiyanın dəyişdirilməsi istiqamətində ilk addım kimi xüsusi islahat şurasına baş qanunun yeni mətninin layihəsinin hazırlanmasını tapşırıb. Görünən odur ki, yeni konstitusiya 2026-cı ilin sonunadək referendumla qəbul olunmalıdır. Beləliklə, Ermənistan Konstitusiyasına dəyişiklik tələbindən dolayı Azərbaycanla sülh sazişinin imzalanması 2027-ci ildən tez baş verə bilməz. Tarixçi Araz Əliyevin fikrincə, belə yubanma regionda münaqişələrin qalmasını istəyən qüvvələrin əlinə oynayır: "Ona görə də sülh müqaviləsi nə qədər tez imzalanarsa, hər iki xalq üçün, bütövlükdə region üçün uğurlu olar".

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenskini də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ