Bazar günü günü, 01 noyabr 2026
     

Ermənistanda qlobal genosid forumu növbəti saxtakarlıqdır...

Image


Akif Nağı: "Ermənistan son 30 ildə Azərbaycan xalqına qarşı törətdiyi soyqırım cinayətlərini etiraf etmək əvəzinə hansısa saxta forum keçirir"

Tez-tez sülhdən danışan Ermənistanın məqsədinin heç də sülh olmadığı aydındır. Çünki rəsmi və qeyri-rəsmi şəxslərin əksəriyyəti qondarma iddialardan əl çəkmirlər və onu hər addımbaşı körükləyirlər.  "Genosid" məsələsi də daim Ermənistanın hökumət və müxalifət dəstələrinin gündəmə daşımaq istədikləri mifik yanaşmalardır. 

Halbuki, Ermənistanın Baş naziri N.Paşinyan dəfələrlə saxta genosid məsələsinə qarşı çıxıb və bunun gündəmə gətirilməsinin tərəfdarı olmadığını, ermənilərin miflərdən əl çəkib reallıqla barışmalı olduğunu bəyan edib.  

Amma bir tərəfdən də Ermənistan rəsmiləri daim saxta genosidlə bağlı iddiaları hətta beynəlxalq gündəmə daşımaqdan çəkinməyiblər. Çox ziddiyyətli məsələdir. 

"Ermənistan dekabrda "Soyqırım cinayətinə qarşı" beşinci Qlobal Forumunu keçirəcək". Bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Sivilizasiyalar Alyansının dostlar qrupunun nazirlər görüşündə bildirib. Tədbirdə "soyqırım və digər vəhşiliklərə qarşı" erkən xəbərdarlıq və reaksiya mexanizmlərinin effektivliyinin artırılmasına diqqət yetiriləcək. Nazir müavini bildirib ki, forum dekabrın 12-dən 13-dək keçiriləcək.

Kostanyan qeyd edib ki, irqi və etnik zəmində nifrət və cinayət diskursu ayrıseçkiliyə və insan hüquqlarının pozulmasına şərait yaradır. O, erməni "mədəni irsinin dağıdılmasını" da xatırladıb.

Bildirib ki, 2022-ci ilin dekabrında İrəvanda "soyqırımın" qarşısının alınması üzrə dördüncü qlobal forum keçirilib.

Saxta erməni genosidi heç bir halda əsas vermir ki, belə mötəbər beynəlxalq tədbirlər Ermənistanda keçirilsin. Amma Ermənistanda indiyə qədər keçirilən və keçiriləcək bu tədbir dünyanın ikili standartlarına bir sübutdur. 

"Saxtakarlıq və yalanlar üzərində belə bir beynəlxalq forumun keçirilməsi yolverilməzdir, buna şərait yaradılması ikili standartların nümunəsidir" 

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində "Ermənilər gündəmdə qalmaq üçün müxtəlif formalardan istifadə edirlər. Hər şey əllərindən çıxıb, başqa məsələlərlə bağlı ortaya heç nə qoya bilmirlər. Bütün dünyanın gözündə   ermənilərin vəhşiliyilə bağlı faktlar artıq Azərbaycan və digər ölkələr tərəfindən  diqqətə çatdırılıb. Ermənistan özü Azərbaycan xalqına qarşı genosid, soyqırım törədib, işğal aktı həyata keçirib,  Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayıb, Azərbaycanın mədəni irsinə qarşı əsl genosid törədib. İndi Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisində minillər bundan əvvəl yaradılmış Azərbaycan mədəniyyətini məhv edib, bu mədəniyyətin izlərini də tamamilə silib. Çalışıb ki, heç bir iz qalmasın. Ermənilərin özlərinin heç vaxt mədəniyyəti olmayıb, xüsusən də indi Ermənistan adlandırılan Qərbi Azərbaycanda. Nə qədər çalışsalar da orda özlərinə heç nə yarada bilmirlər. İrəvanın tarixini süni şəkildə saxtalaşdırırlar. İrəli sürdüklərinin hamısının yalan olduğu məlumdur. Onlar bir memarlıq abidəsi, yaxud başqa bir abidə ortaya qoya bilmirlıər. Hara əl atırlarsa orda Azərbaycan, türk izlərini görürlər. Ona görə də, müxtəlif yollara əl atırlar.  İndi də   beşinci Qlobal Forumu keçirməyə hazırlaşırlar. Guya ermənilərə qarşı "soyqırım" törədilib, bu saxta iddiadan əl çəkmək istəmirlər"-deyə bildirdi. 

A.Nağı qeyd etdi ki, ermənilər saxta erməni "soyqırmı" iddiasından başqa ortaya heç nə ata, dünyanın gündəminə çıxmaq üçün başqa vasitədən istifadə edə bilmirlər.  Erməni toplumunun nə əqli, nə bilik, nə iqtisadi, nə siyasi, nə də digər sahələrdə inkişaf etdiyini deyən müsahibimiz bildirdi ki, ermənilər heç bir sahədə özlərini göstərə bilmirlər.

"Azərbaycana baxın, ən müxtəlif sahələrdə, fərqli mövzularda beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Hər kəs də başa düşür ki, bu, Azərbaycanın nüfuzu, Azərbaycanın mövqeyi ilə bağlıdır. Bundan yüz dəfə kiçik bir tədbiri ermənilər keçirə bilmirlər. Ona görə də, saxta bir mövzuya həsr edilən bir tədbir keçirirlər. Bu, odu söndürüb külü ilə oynamaq kimi bir şeydir. Bütün dünya ermənilərin saxta genosid oyununu bilir və bu saxtakarlığı yalanlayır. 

Ermənistanın xarici işlər nazirinin müavininin açıqlaması çox gülünc görsənir ki, guya orada "genosid hallarının qarşısını almaq, qabaqlamaq" məsələsi müzakirə olunacaq. Ermənistan özü genosid törədibsə, Azərbaycan xalqını soyqırıma məruz qoyublarsa, onlar beynəlxalq aləmə, dünya ölkələrinə nə verə bilərlər?   Təbii ki, heç nə verə bilməzlər. Yəni bu, həyasızlığın son həddidir. Düzdür, nədənsə utanmaq, çəkinmək ermənilərə xas xüsusiyyət deyil. Onların həyatı yalan üzərində qurulub. Yenə də həmin ziyanlı xətti davam etdirirlər və başa düşmək istəmirlər ki, dünyada onların bu xəttini heç kəs qəbul etmir, yalanlarını eşitmək istəmir. Bunu bilsələr də yenə yalanlarını davam etdirirlər. İndiyə qədər 1915-ci il saxta erməni "soyqırımı" məsələsini gündəmə gətirirdilər, ona da heç kəs inanmır. Ermənistan son 30 ildə Azərbaycan xalqına qarşı törətdiyi soyqırım cinayətlərini etiraf etmək əvəzinə hansısa saxta forum keçirir. Ermənilərin Azərbaycana qarşı əsassız iddiaları və ittihamları bitib-tükənmək bilmir. Azərbaycan beynəlxalq hüquqa söykənib 44 günlük müharibə nəticəsində torpaqlarını işğaldan azad edib. 23 ssatlıq lokal antiterror tədbirləri nəticəsində separatizmin kökünü kəsdi. Azərbaycan maksimum çalışdı ki, dinc əhaliyə ziyan dəyməsin, o bu tədbiri dünya təcrübəsində görünməmiş bir incəliklə həyata keçirdi. Azərbaycan öz suveren hüquqlarını öz ərazilərində bərpa etdi.  Bunu da şişirtməyə çalışırlar, beynəlxalq təşkilatlar Ermənistan vasitəsilə Azərbaycana təzyiq etməyə cəhd edirlər. Ermənilər bu məsələdə də alət rolunda qalırlar. Erməni yalanlarından Azərbaycana qarşı bir alət kimi istifadə edirlər. Hesab edirəm ki, bu forumun keçirilməsi də erməni yalanlarının növbəti dəfə gündəmə gətirilməsinə xidmət edir.  Hansısa beynəlxalq mərkəzlər ermənilərə dəstək verməklə bu forumdan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Fikrimcə, Azərbaycan nümayəndələri bu cür saxta və görüntü xatirinə keçirilən tədbirlərdə iştirak etməlidir. Amma Azərbaycana yaxın olan ölkələr, Qoşulmama Hərəkatının üzvləri, Avropada bir sıra Azərbaycanla əməkdaşlıq edən ölkələr var. Bunların vasitəsilə Azərbaycan bütün faktları dünya birliyinin diqqətinə çatdırmalıdır ki, özü genosid, soyqırım törədən bir ölkə bu cür tədbirə ev sahibliyi edə bilməz. Ermənistanın dedikləri yalandır və onların bütün fikirləri yalan üzərində qurulub. Bu gün də həmin yalanlarını davam etdirirlər. Saxtakarlıq və yalanlar üzərində belə bir beynəlxalq forumun keçirilməsi yolverilməzdir, buna şərait yaradılması ikili standartların nümunəsidir"-deyə bildirən A.Nağı qeyd etdi ki, Ermənistanın irəli sürdüyü bu iddia tamamilə absudrddur və yalandır. A.Nağının sözlərinə görə,  Ermənistanda keçiriləcək o forumda kimlərsə hansısa məqsədlə iştirak edə bilər, yaxud kimlərsə ora aldadılaraq gətirilə bilər. "Hesab edirəm ki, Ermənistanın keçirəcəyi bu saxta forumda iştirak etmək heç bir dövlətə, təşkilata başucalığı gətirməz və  dəvət edilənlər bundan imtina etməlidir. Ora gedənlər də obyektivlik göstərib Ermənistanın özünü ifşa etməlidir. Onlar reallığı bilirlərsə həmin forumu ermənilərin özlərinə qarşı çevirməlidirlər"-deyə A.Nağı qeyd etdi. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenskini də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ