Bazar günü günü, 01 noyabr 2026
     

Gürcüstan ABŞ-ı hədələdi - Avropaya gedən qaz kəmərləri hədəf ola bilər?

Image


Elşən Manafov: "Gürcüstan neft kəmərləri ilə bağlı problem yaratmayacaq"

"Vaşinqton Tiflis ilə bağlı siyasətini dəyişməsə, Gürcüstan ABŞ-la mövcud münasibətlərinə yenidən baxacaq". Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, Gürcüstan tərəfinin kommunikasiya və ünsiyyətlə bağlı heç bir problemi yoxdur: "Bizim ünsiyyət qurmaq qabiliyyətimiz var. Tbilisidə görüş baş tutub, eləcə də bir neçə gün əvvəl səfirlə görüş olub. Ünsiyyətlə bağlı heç bir problemimiz yoxdur. Biz deyirik ki, Gürcüstan-ABŞ münasibətləri belə davam etməməlidir. Əks halda, mövcud status-kvonu yenidən nəzərdən keçirməli olacağıq. Bu, bizim aydın mövqeyimizdir. Hər şey Birləşmiş Ştatlar tərəfdən asılıdır".

Faktiki olaraq, Gürcüstanın baş naziri Kobaxidze bununla ABŞ-ı dolayı olaraq hədələdi. ABŞ-la Gürcüstan arasında münasibətlərin soyuq olmasının səbəbi bəllidir. Maraqlıdır, Gürcüstan ABŞ-a nə edə bilər? Münasibətlər kəskinləşsə, Gürcüstan Avropaya gedən qaz kəmərlərinə mane ola bilərmi? Avropa ABŞ-ın müttəfiqidir axı.

"ABŞ-a cavab olaraq, rəsmi Tiflis Rusiya ilə münasibətləri yoluna qoyaraq bu ölkə ilə daha yaxın əlaqələr quracaq" 

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən politoloq Elşən Manafov bununla bağlı bir sıra məqamlara toxundu: "Gürcüstan parlamenti tərəfindən "Xarici təsirlərin şəffaflığı" barədə bu ilin mayında qəbul edilmiş qanun rəsmi Tbilisinin Qərblə münasibətlərində gərginlik yaradıb. Qanun maliyyə məsrəflərinin 20 faizdən çoxunu ölkə xaricindən alan QHT-lərin Ədliiyyə Nazirliyində qeydiyyatında problemlər yaradırdı. Gürcüstanda ancaq ABŞ-dakı donor təşkilatlarının maliyyə dəstəyi ilə fəaliyyət göstərən QHT-lərin sayı 24 mini keçmişdi. Bu QHT-lərdə ölkənin 300 minə yaxın vətəndaşı çalışır, məvacib alırdı. Bəlli QHT-lər Gürcüstanın Qərbyönümlü müxalifətinin maliyyələşdirilməsində xüsusi çəki və imkanlara malik idilər. Bəllidir ki, Qərb bu QHT-lər və siyasi partiyalar vasitəsilə Gürcüstan hakimiyyətinin siyasətinə təsir imkanlarını əlində saxlayırdı. Qanunun qəbul olunması Gürcüstanda hakimiyyət və müxalifət arasında ciddi qarşıdurmaların yaranmasına gətirib çıxardı. Etiraz aksiyalarının Qərbdən idarə edildiyi isə şübhəsiz idi. Qanun müxalifət və bəlli QHT-lərin fəaliyyətinin maliyyə təminatında ciddi problemlər yaradır, onların siyasi fəaliyyət dairəsini məhdudlaşdırırdı. Qərb və onunla işbirliyində olan müxalifət Kobaxidze iqtidarını Rusiyanın sifarişi ilə məlum qanunun qəbul edilməsində ittiham edir. Hətta etiraz aksiyaları vasitəsilə legetim hakimiyyəti iqtidardan uzaqlaşdırmaq üçün cəhdlər edirdi. Bu hadisələrdən sonra ABŞ və Avroittifaq Gürcüstan hakimiyyətini ölkənin Qərbə məlum inteqrasiyası kursundan döndərməkdə ittiham edir. ABŞ Gürcüstanı sanksiyalar tətbiq edəcəyi ilə hədələyir və bu sanksiyaların bir qismi artıq tətbiq edilib. Bu ilin iyununda keçirilməsi nəzərdə tutulan ABŞ-Gürcüstan birgə təlimlərindən Vaşinqton artıq birtərəfli şəkildə imtina edib. Aİ Gürcüstanla münasibətlərin format və mahiyyətinə yenidən baxa biləcəyi ilə bağlı açıqlamalar verir. Bu günlərdə isə, ABŞ prezident administrasiyası Gürcüstan hakimiyyətini açıq formada aşağıladı. BMT 79-cu sessiyasının işində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ABŞ tərəfindən verilən ziyafət iştirakçılarının siyahısından Gürcüstanın baş naziri Kobaxidzenin adı çıxarıldı. Paradoks ondadır ki, baş nazirin adı əvvəlcə bu siyahıda var idi. Bu insidentlə bağlı Gürcüstan parlamentinin spikeri Papauaşvili bəyanatla çıxış edərək, ABŞ-ın üzr istəməli olduğunu bildirib. Gürcüstanın məlum neft kəmərləri ilə bağlı qərar qəbul edərək, bundan ABŞ-a qarşı təzyiq vasitəsi kimi istifadə edəcəyi gözlənilən deyil. Əvvəla, bu kəmərlərin ABŞ-ın enerji təhlükəsizliyində heç bir payı yoxdur. O başqa məsələdir ki, onlar Avropanın enerji təhlükəsizliyində müəyyən çəkiyə malikdirlər. ABŞ isə, onsuz da Ukrayna münaqişəsindən istifadə edərək Aİ-ni özünün enerji asılılığına sala bilib. Rusiyanı müəyyən mənada bu bazarlardan sıxışdırıb çıxarıb. Digər tərəfdən, bu kəmərlərin rəsmi Tiflis üçün böyük maliyyə və geosiyasi üstünlükləri var. Gürcüstan tranzit ölkə olaraq kəmərlərin onun ərazisindən keçməsindən ciddi dividendlər qazanır. Nəhayət, kəmərlərlə bağlı Gürcüstan hakimiyyətinin qəbul etdiyi qərar onun bəlli region və bəzi Avropa dövlətləri ilə münasibətlərində rəsmi Tiflisin maraqlarına cavab verməyən problemlərin yaranmasına gətirib çıxara bilər. Çox güman ki, ABŞ-a cavab olaraq, rəsmi Tiflis Rusiya ilə münasibətləri yoluna qoyaraq bu ölkə ilə daha yaxın əlaqələr quracaq".

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenskini də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ