çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Qəzza müharibəsi Cənubi Qafqazı da təhdid edir...

Image


Məlum olduğu kimi, Yaxın Şərq indiyədək gördüyü ən böyük böhranla üz-üzədir. Belə ki, İranla İsrail arasında tammiqyaslı savaş başlaya və bütün bölgəni münaqişəyə sürükləyə bilər. Xatırladaq ki, Fələstinin HƏMAS qrupunun siyasi lideri İsmail Haniyənin iyulun 31-də Tehranda qətlə yetirilməsi bölgədəki gərginliyi aşırı həddə çatdırıb.

Ekspertlər deyir ki, İran, söz verdiyi kimi, İsrailə hərbi cavab verərsə, tammiqyaslı müharibə başlaya, İranla onun bölgədəki proksiləri İsrail və ABŞ-yə qarşı döyüşə bilər. İsraildə fəaliyyət göstərən Milli Güvənlik Araşdırmaları İnstitutunun aparıcı tədqiqatçısı Raz Tsimmt qeyd edir: "Bu, məncə, ilk dəfədir ki, gerçəkdən potensial tammiqyaslı regional qarşıdurma istiqamətində gedirik". Haniyənin qətlindən bəri bütün bölgə İranın İsrailə cavabını gözləyir. İranın ali dini rəhbəri Ayətullah Əli Xamnei bu hücuma hərbi cavab veriləcəyini vəd edib. Gələn xəbərlərə görə,  artıq hərbi cavab verilməsi qərarını təsdiqləyib. Haniyənin qətlindən cəmi bir neçə saat öncə İsrail Beyrutda Livanın İran dəstəkli ekstremist "Hizbullah" təşkilatının yüksək rütbəli komandirini öldürüb. Bundan öncə də İran İslam İnqilab Keşikçiləri Korpusunun bir üzvü İsrailin hava zərbəsilə öldürülüb. Apreldə - Tehranın İsrailə ovaxtadək misli görünməmiş hava hücumundan sonra İran və İsrailin savaşın astanasında olduğu düşünülürdü. Bu hücumdan bir neçə gün sonra İranın mərkəzində yerləşən İsfahan şəhərində bir hərbi baza vuruldu. Bu hücumu İsrailin gerçəkləşdirdiyi düşünülür. İranın hücumu isə aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyinə, yeddi iranlı komandirin qətli ilə nəticələnən hücumuna cavab idi. Ekspertlər deyir ki, Haniyənin İran ərazisində qətlinə Tehranın cavabı aprel hücumundakından daha sərt ola bilər. Raz Tsimmt deyir ki, İran və onun "dirəniş oxundan" – Tehranın bölgədəki pərakəndə silahlı qrup və proksilər şəbəkəsindən, İsrailə qarşı birləşmiş, mərkəzdən yönəldilən hücumun şahidi olacağımız ehtimalı apreldəkindən xeyli çoxdur: "Mənə elə gəlir ki, bu, durumu xeyli çətinləşdirir, axı İran və "Hizbullah"ın hücum nəticələri, çox güman, apreldə baş verənlərdən daha ağır olacaq. Bu da bizi regional hərbi kampaniyanın mümkün olduğu qənaətinə yaxınlaşdırır". İsrailin Qəzzaya qarşı dağıdıcı savaş başlatmasından bəri "Hizbullah", eləcə də İraq, Suriya və Yəməndəki İran dəstəkli silahlı qruplar ona qarşı hücumlar gerçəkləşdirib. İsrailin Qəzzaya qarşı müharibəsi isə HƏMAS-ın oktyabrın 7-də İsrailə hücum edərək 1200-dək dinc sakini öldürməsinə cavab idi. Almaniyanın Beynəlxalq və Güvənlik Məsələləri İnstitutunun tədqiqatçısı Həmidreza Əzizi deyir ki, hətta apreldən sonra İranın İsrailə qarşı düşmənçiliyi azalmış olsa da, iki düşmən tərəf arasında birbaşa qarşıdurmanın növbəti fazası yalnız zaman məsələsi idi: "Bu, bəlkə də son bir neçə ildə bölgədə ən təhlükəli andır".

İran israrla gərginliyi artırmağa çalışmadığını, ancaq İsraili vurmaq üçün legitim hüququ olduğunu deyir. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirir: "Biz öz ərazi bütövlüyümüzlə bağlı heç bir güzəştə getməyəcəyik". İranla İsrail arasında başlaya biləcək birbaşa savaş bütün bölgəni, o sıradan Livandakı "Hizbullah" qrupu, Yəməndəki husilər və İraqdakı iranyönümlü silahlılar da daxil, Tehranın proksi müttəfiqlərini də münaqişəyə sürükləyə bilər. Bölgədə baş verən hər hansı münaqişə İsrailin əsas müttəfiqi olan ABŞ-ı da hərbi fəaliyyətə cəlb edə bilər. ABŞ artıq bölgəyə əlavə döyüş gəmiləri və təyyarələri göndərib. Beynəlxalq Böhran Qrupu İran Layihəsinin direktoru Əli Vaez deyir ki, Tehranın verdiyi siqnallar onun daha ciddi nəticələri olan daha böyük cavab vermək niyyətində olduğunu göstərir: "İranın potensial hücumu ciddi zərər və itkilər doğurarsa, eskalasiya silsiləsini dayandırmaq qat-qat çətinləşəcək". Bu arada CNN televiziya şirkəti kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən məlumat yayıl ki, Livanın "Hizbullah" hərəkatı İranın addımlarından asılı olmayaraq yaxın günlərdə İsrailə zərbələr endirə bilər. Mənbələrin fikrincə, "Hizbullah" İsrailə qarşı əməliyyat keçirmək baxımından İrandan daha yaxındadır, ona görə də qısa müddət ərzində hücum edə biləcək. Mənbələr həmçinin "CNN"ə bildiriblər ki, hərəkat, İrandan fərqli olaraq, İsraillə ortaq sərhədi olması səbəbindən xəbərdarlıq etmədən zərbə endirə bilər.  "The New York Times" yazır ki, "Hizbullah"ın ardınca İran döyüşə qatılacaq. Proseslər Cənubi Qafqaza da təsir edəcək. Xüsusən də nəzərə alınmalıdır ki, hər iki dövlət Azərbaycana bu və ya digər formada yaxındır. Biri Azərbaycanla qonşu dövlətdir, orada az qala ölkə əhalisinin yarıdan çoxunu təşkil edən soydaşlarımız yaşayır. İsraillə də münasibətlər strateji xarakter daşıyır. Azərbaycan əsas etibarilə başqa dövlətlər arasındakı problemin, o cümlədən müharibənin birbaşa tərəfi olmamağa çalışır və bu, doğru strategiyadır. Yəni İran-İsrail gərginliyi də dağıdıcı zərbələrin endirildiyi bir mərhələyə keçsə, Azərbaycan yenə də münaqişə tərəflərindən birbaşa heç birinin tərəfini tutmayacaq, əksinə, onları sülhə-təhlükəsizliyə çağıracaq. Amma istər-istəməz bu, beynəlxalq münasibətlər sistemi baxımından Azərbaycanı müəyyən təzyiq atında da saxlayacaq. Eyni zamanda, ümumi Qafqaza müəyyən qaçqın axınının olması da tam gözləniləndir. Bunlar fonunda Yaxın Şərqdə baş verən hadisələr İsrailin strateji tərəfdaşı olan Azərbaycanı yaxından maraqlandırır. Dünyada baş verən münaqişələrin regiona daha az təsir etməsi üçün regionda sabitliyin təmin edilməsi vacibdir və bunun üçün Ermənistan və Azərbaycan sülh sazişi istiqamətində addımlar atmalıdır. Ümumiyyətlə isə müharibənin Cənubi Qafqaza təsiri onun hansı ssenaridə davam edəcəyindən, quru əməliyyatının olub-olmayacağından, müharibənin müddətindən və hansı ölkələrin savaşda iştirak edəcəyindən də asılıdır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirilir

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ