çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Bu ölkə Ermənistanı keyfiyyətsiz silah poliqonuna çevirir...

Image


Hindistanın hərbi sənaye kompleksindən yazan "Indian Defense Research Wing" saytı bildirir ki, Hindistan istehsalı "Akash S1" raket kompleksləri Ermənistana bu ilin sonunadək çatdırılacaq. Qeyd olunur ki, "Akash S1" kompleksləri qırıcı təyyarələrdən, qanadlı raketlərdən və dronlardan müdafiə funksiyasına malikdir. 

Bu da xəbər verilir ki, Ermənistan ümumi dəyəri təxminən 720 milyon dollar olan 15 "Akash" kompleksini 2022-ci ildə sifariş edib.

Rusiyanın TASS dövlət xəbər agentliyi Hindistanın Maliyyə Nazirliyinə istinadla Ermənistanın Hindistanın ən böyük silah müştərisi olduğunu bildirir. Ermənistan Hindistandan "Pinaka" raket-zenit sistemləri almağı da planlaşdırır. Onu da qeyd edək  ki, 2020-ci il müharibəsindən sonra Hindistanla Ermənistan arasında ikitərəfli hərbi əməkdaşlıq xeyli genişlənib. Bu fonda Hindistan Ermənistanı təkcə "Pinaka" raket sistemləri ilə deyil, həm də haubitsalar, tank əleyhinə raketlər və antidron qurğuları ilə təchiz etməlidir. Hindistan mediası ötən sentyabrda yazmışdı ki, növbəti üç ildə Ermənistana 90 ədəd haubitsa topları veriləcək. Onu da qeyd edək ki, bu ilin may ayında İrəvanda Hindistanın hərbi rəsmilərinin iştirakı ilə ilk Hindistan-Ermənistan müdafiə məsləhətləşmələri keçirilib. Tərəflərin yaratdığı "işçi qrup" 2024 və 2025-ci illər üçün birgə hərəkət planını hazırlayır. İrəvanla Nyu Dehli arasında hərbi əməkdaşlığa təkcə silah təchizatı deyil, habelə hərbi təlimlər, o cümlədən taktiki məşqlər və təcrübə mübadiləsi daxildir.  Burada onu da xatırladaq ki, uzun illər ərzində Rusiya Ermənistanın əsas silah təchizatçısı olub. Lakin Rusiyanın başı Ukraynadakı müharibəyə qarışdığı bir vaxtda Ermənistan başqa silah satıcılarının axtarışına başlayıb. Bundan başqa, Ermənistan rəsmiləri 44 günlük müharibədə həm də Moskvanı, mövcud kontraktlara baxmayaraq, İrəvana lazımi qədər silah verməməkdə ittiham edir. 2022-ci ilin sentyabrından bəri Ermənistan Hindistanla azı 400 milyon dollarlıq müdafiə kontraktları imzalayıb. Ermənistan ordusunun Hindistandan artilleriya sistemləri, tank əleyhinə raketlər, antidron avadanlığı alacağı bildirilir. Daha bir vacin nüans bundan ibarətdir ki,  Hindistanın Ermənistana satdığı eksperimental xarakterli, heç bir müharibə və döyüş sınağından çıxmamış silahların əksəriyyəti, o cümlədən "Akash" hava hücumundan müdafiə kompleksi, "ATAGS"haubitsaları, "MArG 1552 özüyeriyən haubitsalarının keyfiyyəti və dəqiqliyi ciddi sual altındadır. Ümumiyyətlə, Hindistan Ermənistanı bu silah və texnikaların sınaqdan keçiriləcəyi poliqon gözündə görür. Rəsmi Dehli Ermənistandan yalnız öz silahlarını reklam etmək, iri silah ixracatçısı statusu əldə etmək üçün vasitə kimi yararlanır. Təbii ki, hindistanlılar reklamla yanaşı, öz maliyyə maraqlarını da unutmur. 

Hakimiyyətə bağlı deputat Andranik Köçəryan isə bildirir ki, rəsmi İrəvan hər yerdə silah axtarır: "Ermənistan bütün ölkələrdə potensial olaraq ehtiyaclarını ödəyə biləcək silahlar axtarır. Bu ölkələr arasında Hindistan da var. Ermənistan bu silahı ölkəyə çatdırmaq üçün bütün mümkün və qeyri-mümkün vasitə və mexanizmlərdən istifadə edir". Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan isə bildirir: "Bu gün Ermənistanın təkcə Hindistan və Fransa ilə deyil, həm də hərbi-texniki sahədə ciddi irəliləyişə nail olan digər ölkələrlə hərbi-texniki əməkdaşlıq və silah alınması ilə bağlı çox ciddi razılaşmaları var". Onun sözlərinə görə, müharibədən sonra kifayət qədər çətin vəziyyət var idi, silahların əldə edilməsi və hərbi-texniki əməkdaşlıq sahəsində boşluq var idi, lakin bu məsələ təəccüblü dərəcədə qısa müddətdə öz həllini tapıb: "Hər halda, artıq məlum olduğu kimi, bu gün bizim Hindistan, Fransa ilə hərbi-texniki əməkdaşlıq, silah alınması ilə bağlı ciddi razılaşmalarımız var. Deməliyik ki, bizim böyük dövlətlər olan və hərbi-texniki sahədə ciddi irəliləyişlər əldə etmiş dövlətlərlə də müqavilələrimiz var. Təbii ki, bu barədə danışmayacağıq, deməyəcəyik, amma bu, təkcə Fransa və Hindistan deyil". Görünən odur ki, ki, Ermənistanı silahlandırmaqla, Hindistan bu bölgədə gərginliyin davam etməsinə xidmət etmiş olacaq, sülhü, təhlükəsizliyi təhdid edəcək. xatırladaq ki, prezident İlham Əliyev ötən ilin mayında Hindistanın ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən də Hindistanın Ermənistana hərbi yardımından bəhs edərək, sürətlə silahlanmanın yeni təhlükələr yaratdığını vurğulayıb. Dövlət başçısı qeyd edib ki, doğrudan da Ermənistan Azərbaycanla sülh istəyirsə, onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır? Azərbaycan Prezidenti qeyd edib ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər. İndilikdə  Azərbaycan Ermənistanın silah sövdələşmələrini diqqətlə izləyir və buna uyğun əks-addımlar atır. Həm də Ermənistan  və Hindistan bilməlidir ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk üç ölkədən biri, Ermənistanla heç bir əlaqə, diplomatik münasibət qurmayan Pakistanla Azərbaycan hərb sənayesində sıx əməkdaşlıq edir və Pakistan silahları Hindistanla müqayisədə dəfələrlə üstündür. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirilir

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ