çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Xamneyi təhlükəsizlik bloku yaradır - Netanyahu geri çəkilir...

Image


Böyük Yaxın Şərq regionu partlayışa hazır vəziyyətdədir və burada böyük müharibə riski var. Bunun fonunda regional aktorlar belə demək olarsa, saatlarını sinxronlaşdırmağa və bir-birlərinin mövqelərini dəqiq bilməyə çalışırlar. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana, oradan isə Azərbaycana səfərinə də bu fonda yanaşılır.

Sergey Şoyqu ilə görüşdə prezident İlham Əliyev Moskva ilə münasibətləri mühüm təhlükəsizlik amili adlandırıb. Bu xüsusda "news.ru" portalı yazır: "Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu ölkələr üçün də nümunə olduğunu deyən prezident İlham Əliyev bunu Cənubi Qafqazda və daha geniş regionda təhlükəsizliyin mühüm amili kimi dəyərləndirib. Azərbaycan prezidenti qeyd edib ki, iki ölkə arasında əlaqələr çox uğurla inkişaf edir. Şoyqu, öz növbəsində, regional təhlükəsizlik məsələlərində səmərəli qarşılıqlı əlaqəni vurğulayıb və Moskvanın Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəklədiyini bildirib". Burada nəzərə alaq ki, şoyqu Azərbaycana İrandan gəlib. Ekspertlərin fikrincə, Rusiya və İranın strateji hərbi-siyasi ittifaqın formalaşmasına doğru getdiyi göz qabağındadır. Hər iki ölkə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalamağa hazırlaşır. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının hazırkı katibinin əvvəlki vəzifəsində fəaliyyətini nəzərə alsaq, İranın Rusiyadan bir sıra silah və hərbi texnika tədarükünü gözlədiyini istisna etmək olmaz. Tehran həmçinin kəşfiyyat məlumatı mübadiləsi üçün Moskvaya müraciət edə bilər. Artıq Amerikanın "The New York Times" qəzeti öz mənbələrinə istinadən yazır ki, Sergey Şoyqunun Tehrana səfəri zamanı İran Rusiyadan yeni hava hücumundan müdafiə sistemləri istəyib. Moskva artıq onların çatdırılmasına başlayıb. Bununla yanaşı, Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin İran prezidenti Məsud Pezeşkian və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbəri Məhəmməd Baqiri ilə hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə etdiyi iddia edilir. İki İran rəsmisi nəşrə açıqlamasında, Rusiyanın artıq radarlar və digər hava hücumundan müdafiə vasitələrini tədarük etməyə başladığını təsdiqləyib.  Qeyd edək ki, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin sui-qəsd nəticəsində öldürülməsindən sonra rəsmi Tehran İsraildən qisas alacağını elan edib. Hücumun yaxın günlərdə başlayacağı gözlənilir. İran mediası da bildirib ki, İran İsraillə mümkün müharibəyə hazırlıq üçün Rusiyadan qabaqcıl hava hücumundan müdafiə sistemləri tələb edib. Amerika və İsrail rəsmiləri İran və onun regiondakı müttəfiqlərinin İsrailə qarşı koordinasiyalı hücuma keçəcəyini gözlədiklərini bildiriblər. "Müqavimət oxu" kimi tanınan bu qruplara Livandakı "Hizbullah" və Yəməndəki Husilər daxildir.

Amma o da faktdır ki, Rusiya üçün Qərblə və Ukrayna ilə qarşıdurma kontekstində düz qonşuluqda daha bir genişmiqyaslı eskalasiya çox arzuolunmazdır. Ukrayna ilə məşğul olmasına baxmayaraq, Moskvanın Cənubi Qafqaz və Yaxın Şərqdə həyati maraqları var. Şoyqunun Bakıya səfərinə bu prizmadan yanaşanlar da var. Bakı ilə Təl-Əviv arasında kifayət qədər həssas və spesifik münasibətləri nəzərə alaraq, Azərbaycanın Yaxın Şərqdə müharibənin qarşısının alınmasına öz töhfəsini verə  biləcəyi istisna olunmur.  İran da bu məsələdə Azərbaycanın köməyindən istifadə olunmasında maraqlı ola bilər çünki İsraillə müharibə həm də ABŞ-la savaş deməkdir. ABŞ-ın müdafiə naziri Lloyd Ostin bəyan edib ki, Vaşinqton administrasiyası İranın İsrailə hücum edib-etməyəcəyi barədə danışmayacaq, lakin ABŞ hərbçiləri lazım gələrsə, yəhudi dövlətinə dəstək verməyə hazırlaşırlar: "İranın İsrailə hücum edib-etməyəcəyinə dair və nə vaxt İranın bundan sonrakı hərəkətləri barədə spekulyasiya etməyəcəyəm. Hərbçilərimizi qorumaq üçün əlimizdən gələni edirik və istənildiyi təqdirdə İsrailə kömək etmək imkanımız var. Gördünüz ki, qüvvələrimizin mövqelərini gücləndirmək üçün bir sıra addımlar atdıq". ABŞZ-ın savaşa qatılması İran üçün məqbul deyil. Ola bilsin ki, Şoyqu bu mesajlarla Tehrandan Bakıya gedib. Hər halda proseslərin inkişaf axarı yaxın tezlikdə bəlli olacaq. İsrail üçün də İranla genişmiqyaslı savaş arzuedilən deyil. Bu durumda İsrailin baş naziri Benyamin Netanyahu özünün təhlükəsizlik bloku ilə yeni siyasətə start verə bilər. Hökumət başçısı komandası tərəfindən sərhəd perimetri boyunca gərginliyi azaltmaq üçün HƏMAS-la kompromis sazişi imzalamağa inandırılır.  Amerikanın CNN telekanalının son araşdırması göstərir ki, HƏMAS-ın "yerdə" məğlubiyyəti barədə məlumat vermək hələ tezdir. İsrailin sahilyanı anklavda apardığı 10 aydan çox müharibəyə baxmayaraq, HƏMAS-ın Qəzzanın şimalında və mərkəzində yerləşən hərbi batalyonlarının demək olar ki, yarısı döyüş qabiliyyətinin bir hissəsini bərpa edib. CNN qeyd edir ki, bir neçə bölmə şiddətli döyüşlərdən və intensiv bombardmanlardan sonra İsrail ordusu tərəfindən təmizlənmiş əsas ərazilərə qayıdıb. Bu, o deməkdir ki, müharibə ancaq davam edəcək. HƏMAS-ın yenidən qruplaşması təkcə hərbi səviyyədə baş vermir. Qrupun siyasi şurası yeni siyasi lider seçib. Bu, Fələstin təşkilatı daxilində kölgə fiqur sayılan Məhəmməd İsmayıl Dərvişdir. Belə vəziyyətdə İranın və onun dəstəklədiyi qüvvələrin savaşa başlaması İsrail üçün müsbət heç nə vəd etmir. O səbəbdən İsrailin də sülhə ehtiyacı var.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
Separatçılığa görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - FOTO

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ