çərşənbə günü, 26 avqust 2026
     

Azərbaycan-Ermənistan sülhünü pozan ən böyük əngəl aydınlaşdı - çıxış yolu da göründü...

Image


Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu  Azərbaycanda olarkən prezident İlham Əliyevlə müzakirə etdiyi məsələləri açıqlayıb. TASS-ın xəbərinə görə, Sergey Şoyqu bildirib ki, Bakıya işgüzar səfəri zamanı Qərbin Cənubi Qafqazda təhlükəsizliyin yaradılması prosesinə müdaxilə cəhdləri müzakirə olunub: 

"Məsələlərin ən geniş spektri müzakirə edilib. Bu, ilk növbədə, Cənubi Qafqazda təhlükəsizliklə bağlıdır. Yəni Ermənistanın Azərbaycana 10-cu təkliflər paketi və təbii ki, Qərbin bu prosesə çox fəal müdaxilə cəhdləri də bura daxildir". 

Konkret bu fikirlərə, hələlik, Qərb ölkələrinin rəsmilərindən münasibət bildirilməyib. Rusiyalı ekspert Yevgeni Mixaylov da iddia edir ki, Cənubi Qafqazda vəziyyət gözlənilməz və çox təhlükəli olacaq: "Bu hər şeyə təsir edəcək. Qərb regionda aqressiv antirusiya vektoru aşılayacaq. O, Rusiya ilə Azərbaycanı bir-birinə qarşı qoymaqda davam edəcək. Bundan əlavə, inanmıram ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlansın. Çünki Qərb bu məsələdə manipulyasiya etməyə, bir növ Ermənistanın maraqlarını qorumağa çalışır. Sülh müqaviləsi olmasa, Qərb Ermənistana silah tədarükünü artıracaq. Və yeni hərbi əməliyyatların baş verməsi mümkündür. Yaxın Şərqdə, İsraillə Fələstin arasında, İsraillə İran arasında uzun müddət - keçən ilin payızından bəri hadisələrin necə cərəyan etdiyini və son günlərdə vəziyyətin yenidən son dərəcə təhlükəli tendensiyalar aldığını nəzərə alsaq, istənilən vaxt Cənubi Qafqaz və Xəzər regionunun qovşağı alovlana bilər". Amma bu yaxınlarda Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Senatda "Avropanın Gələcəyi" mövzusunda dinləmələr zamanı demişdi ki, ölkəsi Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına güclü dəstək verir. Dinləmələrdə Moskvanın iki ölkənin sülh səylərini əngəlləməsi barədə suala cavab olaraq o vurğulayıb ki, Rusiya hər şeyin onun şərtləri çərçivəsində gerçəkləşməsini istəyir: "Səmimi deyim ki, hər iki ölkə bu durumdan məyusdur. Biz çox çalışırıq ki, tərəflərin ifadə etdiyi sülh istəyi saziş formasında əks olunsun". Göründüyü kimi, ABŞ-da da regionun təhlükəsizliyi ilə bağlı tam əksini düşünürlər. Azərbaycan və Ermənistan arasında son illər həm Qərbin, həm də Rusiyanın ayrı-ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları gedir, hələlik, təşəbbüslər real nəticə vermir. Bunun səbəblərindən biri də kənar qüvvələrin prosesə müdaxilə cəhdləridir. Eyni zamanda Rusiya və ABŞ rəsmilərinin açıqlamalarından bəlli olur ki, onlar biri-birlərini regionda sülh prosesinə əngəl olmaqda ittiham edirlər. Bütün bunlar fonunda ikitərəfli əsaslarda danışıqlar daha effektiv görünür. Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya prosesinin başlanılması iki ölkə arasında nizamlanmada mühüm irəliləyiş olub. Cari ilin aprelin 19-da iki ölkənin komissiyalarının keçirdiyi iclas zamanı Ermənistan Azərbaycanın Qazax rayonunun daha öncə işğal olunmuş 4 kəndinin qaytarılmasına razılıq verib. Daha əvvəl isə Azərbaycan və Ermənistan ikitərəfli danışıqlarla saxladıqları hərbçiləri dəyişdirdilər, Ermənistan Azərbaycanın xeyrinə COP29 ev sahibliyinə namizədliyini geri götürdü. Bu proseslər Bakı ilə İrəvan arasında birbaşa ikitərəfli danışıqların dəqiq nəticə verdiyinin bariz sübutudur. Amma adətən, Ermənistan Azərbaycanın təklif etdiyi ikitərəfli danışıqlar formatına müsbət yanaşmır. Amma erməni konfliktoloq Artur Martirosyan qeyd edir ki, Azərbaycan erməni məsələsinə son qoymaq, qarşısında duran problemləri həll etmək istəyir.  Onun sözlərinə görə, əgər Ermənistan tərəfi Azərbaycanın tələb etdiyi bütün sülh şərtlərini qəbul etsə, azərbaycanlılar belə sülhə getməyə hazır olacaqlar.

Hələlik ermənistanın yanaşması sülhün daha tez bərqərar olmasına imkan vermir. Təbii ki, burada xarici qüvvələrin, o cümlədən də Fransanın Ermənistana təsirləri öz rolunu oynayır. Elə bu səbəbdən Azərbaycan digər ssenarilərə də hazırdır. Ötən ay baş tutan Şuşa Qlobal Media Forumunda çıxışında prezident İlham Əliyev bu xüsusda qeyd edib: "Biz görürük ki, bu gün beynəlxalq hüquq normaları kobud şəkildə pozulur. Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir. Biz uzun illər bu yanaşmaya məruz qalmışıq. Biz səsimizi ucaldırdıq və deyirdik BMT Təhlükəsizlik Şurası 4 qət¬namə qəbul edib ki, Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycanın ərazi¬sindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və bu gün həmin o ten¬densiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür. Bunu deyərkən, əlbəttə, biz gələ¬cəkdə yarana biləcək təhlükələri istisna et¬məməliyik, çünki dünya və bizim regionu¬muz bu gün çətin proqnozlaşdırılır". Sülhün təminatçısının yal¬nız güc olduğunu təkcə Cənubi Qafqazın ən uzunömürlü münaqişəsinin həlli timsa¬lında deyil, eləcə də dünyanın digər qaynar nöqtələrində müşahidə edilən tendensi¬yalarda görmək olar. Bununla belə Azərbaycan sülh prosesinə sadiqdir. Öü də bunun üçün imkanlar var. Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-ın Hadson İnstitutundakı onlayn seminarda çıxışı zamanı bu xüsusda qeyd edib: "Biz sülh sazişi istiqamətində mühüm irəliləyiş əldə etdik. Biz heç vaxt sülhə bu qədər yaxın olmamışıq. İndi hər iki ölkənin nəhayət, bu düşmənçilik fəslini bağlamaq, Cənubi Qafqaz regionunda vəziyyəti dəyişmək və bölgəni mehriban qonşuluq, sabitlik və sülh məkanına çevirmək üçün tarixi fürsəti var. Bildiyiniz kimi, bu proses uzun müddətdir ki, davam edir. Demək olar ki, otuz ildir vasitəçilik fəaliyyəti mövcud olub. Lakin ötən dekabrda hər iki ölkə qərara gəlib ki,0ə danışıqları davam etdirmək, onları başa çatdırmaq üçün ən effektiv və ən perspektivli format ikitərəfli birbaşa formatdır. O vaxtdan bəri bir sıra mühüm nailiyyətlər, o cümlədən etimadın yaradılması baxımından uğurlar əldə olunub". Hər halda qarşıdakı dövr ərzində sülhlə bağlı nəticənin əldə olunması ermənistanın mövqeyindən asıı olacaq.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

26.08.2026 / 07:48
İran və Oman Hörmüzdən gəmilər üçün müvəqqəti keçid barədə anlaşdı

26.08.2026 / 07:43
Medvedev Finlandiya prezidentini "əsl axmaq" adlandırdı

26.08.2026 / 06:44
MKİ hesabat dərc etdi, kəşfiyyatın rəhbəri Moskvaya uçdu… Müəmma…

26.08.2026 / 06:05
Tramp ölkədə bayraqların endirilməsini əmr etdi - musiqiçi Parton üçün

26.08.2026 / 05:50
İran prezidenti müsəlman ölkələrini birliyə çağırdı

25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi – “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…

25.08.2026 / 21:50
Trampın keçmiş nümayəndəsi Ukraynanı qadınları da müharibəyə göndərməyə çağırdı

25.08.2026 / 21:37
Paşinyan Müstəqillik bəyannaməsini konstitusiyadan birdəfəlik silib atdı...

25.08.2026 / 21:31
Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:25
Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:12
Azərbaycanın və Özbəkistanın “paralel kursla inkişafı”... Yeni mülahizə...

25.08.2026 / 20:53
Mərkəzi Asiyanın daha sıx birləşməsi Azərbaycan və Özbəkistandan çox asılıdır...

25.08.2026 / 20:35
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Tehranı və Moskvanı çox qıcıqlandırdı...

25.08.2026 / 20:16
Nə qədər ki, dəmir yolları Rusiyanın əlindədir, Zəngəzur dəhlizində dəmir yolu olmayacaq - Paşinyan...

25.08.2026 / 19:49
Ermənilər 1406-cı il Naxçıvan döyüşünü də mənimsəməyə başladılar...

25.08.2026 / 19:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda, 1 vaqon taxta göndərdi

25.08.2026 / 19:22
Həbs edilmiş təcavüzkar sabiq prezident görün nələr mənimsəyib... Böyük siyahı...

25.08.2026 / 18:51
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

25.08.2026 / 18:38
İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir - Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

25.08.2026 / 17:39
Tramp İranla bağlı dünya liderlərinə bir-bir zəng vuracaq - xəbərdarlıq və hədə zəngi...

25.08.2026 / 17:25
Paşinyan Köçəryanın bütün gəlir qaynaqlarını da qurudur… Şirkət direktorları saxlandı - 2,6 milyardlıq yeyinti…

25.08.2026 / 17:11
Paşinyan Köçəryan və Sarkisyanı bitirmək üçün hərəkətə keçdi – biri həbs edildi, digərinə cinayət iş açıldı…

25.08.2026 / 16:55
Qazaxıstanda "Ədalət"lə "Əmanət" birləşsə də, Tokayevin planları ilə bağlı qeyri-müəyyənlik qaldı...

25.08.2026 / 16:34
“Azəripək” “Azərxalça”ya birləşdirilir - FƏRMAN

25.08.2026 / 16:32
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevrilir...

25.08.2026 / 16:29
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM

25.08.2026 / 16:25
Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi

25.08.2026 / 16:22
Qeyri-neft ixracı 184 faiz böyüdü - qızılın ölkə iqtisadiyyatında xüsusi çəkisi artır...

25.08.2026 / 16:03
İsrail özünü "Yaxın Şərqdə ən demokratik ölkə" elan etdi - Türkiyə bu bəyanatı cavabsız buraxdı...

25.08.2026 / 15:45
Ukrayna Rusiyanın Afipski və Həştərxan neft-qaz emalı zavodlarını vurdu…

25.08.2026 / 15:30
Ermənistanın Avroittifaqa üzvlük referendumunun vaxtı bəyan edildi...

25.08.2026 / 15:17
Laçında Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçirildi

25.08.2026 / 15:12
Azərbaycan memarlığında xəlvətiyyələr...

25.08.2026 / 15:03
Prezident seçkiləri Ukraynanı məğlubiyyətə sürükləyə bilər...

25.08.2026 / 15:00
Bakı ilə Daşkənd bir-birinə əvəzsiz qapılar açır - biri Mərkəzi Asiyaya, digəri Avroatlantik məkana...

25.08.2026 / 14:52
Moskva ilə İrəvan “səssiz boşanma” mərhələsində?...

25.08.2026 / 14:34
ABŞ İranla əlaqəli ölkələri dollar sistemindən ayırmaqla hədələdi - əlaqələri kəsin…

25.08.2026 / 14:18
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına mane olan yeni qüvvə...

25.08.2026 / 14:02
Pezeşkian ABŞ-ı İranla danışıq tonunu dəyişməyə çağırdı…

25.08.2026 / 13:28
Azərbaycanla Özbəkistan Xəzərdə birgə dəniz donanması yaradır...

25.08.2026 / 13:10
Azərbaycanda bu pulu 250 manata alırlar...

25.08.2026 / 12:55
Özbəkistan nefti Azərbaycan üzərindən Qərbə nəql edilə bilər – qərar verildi...

25.08.2026 / 12:27
ABŞ SEPAH-ın beş yüksək rütbəli komandirinin başına pul qoydu - 10 milyon dollar...

25.08.2026 / 12:15
866 qutu tütünü sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd etdilər....

25.08.2026 / 12:01
Netanyahu İranın oğluna sui-qəsd cəhdi etdiyini açıqladı...

25.08.2026 / 11:47
Köçəryan və oğlu Sedrak saxlandı – ailənin bağlı olduğu bütün şirkətlərdə axtarış aparılır…

25.08.2026 / 11:34
Paşinyan dəmir yolları ilə bağlı Rusiyaya çağırış etdi - üçüncü bir ölkəyə satın...

25.08.2026 / 11:21
Rusiya Ukrayna və Moldova sərhədində daha bir keçid məntəqəsini vurdu…

25.08.2026 / 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə xəbərdarlıq...

25.08.2026 / 09:54
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçdi

25.08.2026 / 09:36
ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləmədi...

25.08.2026 / 09:12
Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ