çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Ermənilərin Qarabağa qayıdış xülyaları hələ bitməyib - danışıqlarda yeni mövzu...

Image


Abutalıb Səmədov: "Vardan Oskanyanın da, Tovio Klaarın da təklifləri ciddiyə alınmayacaq, sülh danışıqlarında heç vaxt müzakirəyə çıxarılmayacaq və sülh sazişi üçün də heç bir əngəl olmayacaq"

Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının indiki mərhələsində ermənilər və onların havadarları xam xəyallarından əl çəkmək istəmirlər. Sülhə töhfə vermək əvəzinə ənənəvi "boyat bayatılarını" oxuyurlar.  Bunlar və havadarları Qarabağdan köçüb getmiş ermənilərin geri qayıtmaq xülyasından danışırlar. 

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib ki,  kollektiv şəkildə verilmiş tam beynəlxalq zəmanətlə "Artsax xalqının" geri qayıtmaq hüququ danışıqların gündəliyinə daxil edilməlidir.

O qeyd edib ki, bu məsələdə beynəlxalq ictimaiyyətdən dəstək olacaq. Oskanyan deyib ki, bu məsələ gündəmdə olmalıdır (?)

Ermənistan Respublikasının keçmiş xarici işlər nazirinin fikrincə, bu "aqibət" Ermənistan hakimiyyətinin səhvləri ucbatından "Artsax xalqının" başına gəlib.

"Gəlin onların səhvlərini davam etdirməsinə imkan verməyək", - deyə Oskanyan əlavə edib.

Qeyd edək ki, bu postda missiyası başa çatan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar an analoji iddia ilə çıxış edib, onları geri qaytarmaq barədə guya Azərbaycanın öhtəliyi olduğunu deyib. Əlbəttə, bu, başdan-başa absurd bir yanaşmadır...

"Vardan Oskanyan kimi ağlını itirmiş "siyasətçilərin" belə təklifləri..." 

Vardan Oskanyanın müsahibəsində səsləndirdiyi fikirlərə şərh verən "Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə bildirdi ki, Qarabağı tərk edib Ermənistana gedən ermənilərin geri qayıtması məsələsini həm beynəlxalq qurumlar, həm ayrı-ayrı dövlətlərin təmsilçiləri, həm də Ermənistandakı müəyyən şəxslər tez-tez qaldırırlar. "Azərbaycan hakimiyyəti heç vaxt açıq şəkildə bunun mümkünsüzlüyünü bəyan etməyib. Elə ilk gündən başlayaraq Azərbaycan rəhbərliyi, Azərbaycan rəsmiləri Qarabağı tərk edib geri qayıtmasının mümkünlüyünü söyləyiblər. Ancaq təbiidir ki, bu yalnız bir şərtlə mümkündür. Bu dəfələrlə də deyilib. Qarabağdan gedən ermənilərin geri qayıtması məsələsi Ermənistandan qovulan azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması ilə birlikdə müzakirə oluna bilər. Əgər ermənilər geri qayıtmaq istəyirlərsə təbiidir ki, bu məsələ müzakirə oluna bilər, ancaq Ermənistanın ərazisindən qovulmuş azərbaycanlıların geri qayıtması məsələsi ilə birlikdə. Amma çox təəssüf ki, bəzi dövlətlərin təmsilçiləri, hətta bu yaxınlarda Avropa İttifaqının Cənubi Qafqaz üzrə təmsilçisi olan Tovio Klaar bəyan etdilər ki, ermənilərin Qarabağa qayıtması məsələsi müzakirə olunmalıdır və bu məsələ azərbaycanlıların Ermənistana qayıtması məsələsi ilə eyni vaxtda müzakirə oluna bilməz. Bu onların iddiasına görə, guya tamamilə başqa məsələdir. Təbiidir ki, Azərbaycan bunu qəbul etməyib. Bu başqa məsələ deyil. Üstəlik, əgər ermənilər Bakıya da qayıtmaq istəyirlərsə, bu da müzakirə oluna bilər. Amma onların nəinki Bakıya, heç Qarabağa qayıtmaq istəyi də yoxdur. 

Ermənilərin Qarabağa qayıtması üçün beynəlxalq təminat, iri dövlətlərin qarat olmasını istəyirlər. Ermənistan hakimiyyətinə gəldikdə isə onlar bu məsələni qeyri-rəsmi şəxslərlə müqayisədə demək olar ki, səsləndirmir. Baş nazir Paşinyan digəriləri ilə müqayisədə daha realist mövqedədir və o ermənilərin geri qayıtma məsələsini heç vaxt qaldırmayıb. Reallıqlar da bundan ibarətdir ki, ermənilərin özlərinin də belə bir istəyi yoxdur. Onların arzuladığı beynəlxalq təminatın verilməsi, onlar üçün əvvəlki "münbit" şəraitinin yaradılması təbiidir ki, mümkünsüzdür. Bu səbəbdən də ermənilərin geri qayıtması məsələsi də mümkün deyil. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın bu məsələni qaldırması sülh sazişinə mane ola bilərmi? Onun bu məsələni ortaya atması sülh sazişinə mane ola bilməz, çünki heç kim Oskanyanı ciddi adam saymır. O, artıq Ermənistanda daim ağılsız, reallıqdan uzaq təkliflər verən, kifayət qədər yaşlanmış və bu səbəbdən də ağlını itirmək həddində olan bir adam kimi qəbul olunur. Bu adam fasiləsiz təkliflər verir. Çox təkliflərin qəbul olunması təbiidir ki, prosesi ləngidə bilər"-deyə A.Səmədov bildirdi. 

A.Səmədov qeyd etdi ki, ancaq Ermənistan hakimiyyəti, Ermənistanın rəsmi təmsilçiləri heç vaxt sülh sazişinin müzakirəsində bu məsələni qaldırmayıblar. "Təbiidir ki, qaldırsalar, bu, sülh sazişini nəinki illərlə, hətta onillərlə uzada bilər. Bunu Ermənistan rəhbərləri başa düşürlər. Bu səbəbdən Vardan Oskanyan kimi ağlını itirmiş "siyasətçilərin" belə təklifləri bəzən Ermənistan cəmiyyətində də ciddi qəbul olunmur, Qarabağ erməniləri də bunu ciddi qəbul etmir. Narahatlıq doğuran beynəlxalq qurumların təmsilçilərinin bu cür təkliflərlə çıxış etməsidir. Tovio Klaarın son bəyanatına Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi etirazını bildirdi, Avropa İttifaqının təmsilçisinin bu cür mövqe tutmasının, bu cür bəyanatlar verməsinin Cənubi   Qafqaz bölgəsində sülhün və əmin-amanlığın, əməkdaşlığın təmin olunmasına əngəl olduğunu söylədi. Bunun ədalətsiz mövqe olduğu bir daha Avropa İttifaqı rəsmilərinin diqqətinə çatdırıldı. Həmin bəyanatda da açıq şəkildə göstərilirdi ki, Qarabağ ermənilərinin geri qayıtması məsələsi yalnız azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtması məsələsi ilə eyni vaxtda müzakirə oluna bilər və Azərbaycan buna heç zaman etiraz etməyib. Beynəlxalq qurumlarda da, Fransa istisna olmaqla bir sıra digər Avropa dövlətlərində də bəzən bu cür bəyanatlar səsləndirilib. ABŞ-dan olan rəsmi şəxslər bu tələbin real olmadığını yaxşı anlayırlar və onun ortaya atılmasının sülh sazişini ləngidəcəyini də başa düşürlər. Bu səbəbdən, hesab edirəm ki, Vardan Oskanyanın da, Tovio Klaarın da təklifləri ciddiyə alınmayacaq, sülh danışıqlarında heç vaxt müzakirəyə çıxarılmayacaq və sülh sazişi üçün də heç bir əngəl olmayacaq. Azərbaycan Prezidentinin söylədiyi kimi sülh sazişinin imzalanmasın qarşısında duran əsas maneə Ermənistan konstitutsiyasıdır, onun preambulasıdır və o preambula nə qədər tez dəyişdirilsə sülh sazişini o qədər tez imzalamaq mümkün olacaq"-deyə A.Səmədov bildirdi.

İradə SARIYEVA  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
Separatçılığa görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - FOTO

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ