çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Şuşanı Şuşi, Laçını Berdzor yazmaq ərazi iddiası deməkdir...

Image


Məhərrəm Zülfüqarlı: "Apardıqları toponim müharibəsi Ermənistan konstitusiyasından qaynaqlanır, konstitusiya dəyişməlidir"

Erməni mətbuatı gecə-gündüz dayanmadan Azərbaycana qarşı əsassız ərazi iddiası irəli sürür, toponim müharibəsini davam etdirir. Elə bir erməni mətbuatı tapılmaz ki, hər gün orada Azərbaycana qarşı ərazi iddiası sərgilənməsin. 

Bunlar bu mənasız və absurd kampaniyanı aparmağı qarşılarına məqsəd qoyublar. Bununla heç nə əldə edə bilməyəcəklərini bilə-bilə yenə də özlərini aldadırlar. Bu da təsadüfi deyil, onlar yalandan qidalanırlar, güc alırlar, vampirin qidası qan, bunlarınkı da saxtakarlıq və yalandır.  

Erməni mediası, bəzi üzdən iraq ekspertlər Azərbaycanı Ermənistana qarşı "toponim müharibəsi" aparmaqda ittiham edirlər, guya biz "toponim müharibəsi" aparırıq, amma özlərini görmürlər. Əsl toponim müharibəsi aparan, ərazi iddiasını dövlət siyasətinə çevirən, bunu konstitutsiyasında əks etdirən Ermənistandır, onu təbliğ edən erməni mətbuatıdır.  

Erməni mediası Azərbaycan Respublikasının rayonlarını qondarma adlarla ifadə edir. Şuşanı "Şuşi", Laçını "Berdzor", Ağdamı "Akna" yazırlar, Xankəndini "Stepanakeret", Ağdərəni "Mardakert" adlandırırlar. Bir sözlə, bütün güclərini bu istiqamətdə saxtalaşdırmaya sərf edirlər. Ermənistan  Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa bəs bu toponim müharibəsi nəyə lazımdır? 

"...Bu kampaniya iflasa uğrayacaq" 

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, tarixən yer-yurd adlarının saxtalaşdırılması, dəyişdirilməsi işğallar dövründə baş verib və işğalçılara nökərçilik edən köçürülən əhali də bundan istifadə edib. "Məsələn, Çar Rusiyasının işğalçı siyasətinə baxaq, Gəncəni 1804-cü ildə işğal edən kimi şəhərin adını dəyişib Yelizavetpol qoydu, Sovet dövründə isə dəyişib Kirovun adı ilə Kirovabad adlandırdılar. Ermənilər də məhz bu xislətin də daşıyıcılarıdır. Yəni onlar da bilirlər ki, bura köçürülmədilər, gəlmədilər, Türkmənçay müqaviləsindən sonra Çar Rusiyası tərəfindən bizim ərazilərə köçürülüblər. İşğalçıya alət olmaq, icraçı rolunu oynamaq üçün burada məskunlaşdırılıblar. Amma nəsillər dəyişdikcə şüurlardan bunu silməyə çalışıblar. Ona görə də toponimləri, yer-yurd adlarını dəyişməyə başlayıblar. Baxın, Qərbi Azərbaycandakı bütün toponimlərin adını dəyişiblər, Qarabağı və ətraf rayonları işğalda saxladıqları dövrlərdə də şəhər, kənd, yer-yurd adlarını saxtalaşdırıblar. Ermənilər Xankəndini "Stepanakeret" adlandırırlar. Stepan Şaumyan Azərbaycan xalqının düşmənidir, "Bakı Sovetinin" rəhbəri olub və mart soyqırımının bilavasitə təşkilatçısı idi. Azərbaycanın qədim şəhəri Xankəndinin adını dəyişib onun adını vermişdilər. İndi biz Xankəndinin tarixi adını özünə qaytarmışıq". 

Ermənilərinin bu cür siyasətinin qarşısını almaq üçün bütün vasitələrdən istifadə etdiyimizi deyən M.Zülfüqarlı hesab edir ki, bu gün Ermənistan mediasının apardığı toponim müharibəsi iflasa uğrayacaq. "Apardıqları toponim müharibəsi Ermənistan konstitutsiyasından qaynaqlanır, konstitutsiya dəyişməlidir. Ermənistan konstitutsiyasından Azərbaycana qarşı ərazi iddları çıxarılmalıdır. 

Bizim şəhərlərə, kəndlərə elə qondarma adlar qoyublar ki, mənası belə bilinmir. Amma onların apardıqları bu kampaniya iflasa uğrayacaq. Bütün dünya artıq hər şeyi bilir. Google-dəki xəritələrdə də Azərbaycan şəhər və kəndlərinin tarixi adları bərpa olunub. Odur ki, onlar nə deyirlər desinlər, gerçəklik dəyişməyəcək. Yaxşı olar ki, konstitutsiyalarına əl gəzdirsinlər"-deyə M.Zülfüqarlı bildirdi. 

M.Zülfüqarlı qeyd etdi ki, biz Qərbi Azərbaycanda erməniləşdirilmiş toponimlərimizin bərpası işinə başlamalıyıq. M.Zülfüqarlının fikrincə, gələcəkdə Ermənistanda normal, demokratik bir rejim hakimiyyətdə olarsa, Rusiyanın və başqa böyük dövlətlərin caynağı o ölkədən çəkilərsə bu qarşılıqlı razılaşma əsasında toponimlərin adlarının bərpası həyata keçirilə bilər. "Bu elə uzaq bir dövr deyil. XIX əsrdən başlayaraq Sovet dövründə və sonrakı mərhələdə davam edən bir məsələdir. Bu yaddaşlarda da, sənədlərdə də var. Ona görə də, toponimləri bərpa etmək asandır. Təki Ermənistandakı rejim əvvəlki separatçı rejimlərə, revanşistlərə dəstək verməsin, torpaq iddiasında olmasınlar. Onlar təkcə bizə qarşı deyil, qardaş Türkiyəyə, qonşu Gürcüstana da ərazi iddiası irəli sürürlər. İndiki rəhbərlik bu xəstəliyi başa düşür, sağaltmağa çalışır, deyir ki, real tarixə inanmaq lazımdır, nağıllara uymaq lazım deyil. Yəni bu proses gedərsə, yer-yurd adları, toponimlərlə bağlı məsələlər həll oluna bilər, hər bir kəndin, hər bir rayonun, hər bir çayın, gölün adlarına özlərinə qaytarıla bilər".

M.Zülfüqarlı vurğuladı ki, ad dəyişmək işğalçının xislətindədir, qanındadır. O, qeyd etdi ki, məsələn, Rusiya ərazisində olan  Kalininqrad şəhərinin əsl adı Köniqsberqdir, o bir alman şəhəridir, amma ona Sovet dövründə Ağsaqqallar Şurasının sədri Kalinin adını veriblər. "Hamı bilir ki, bu qondarma bir addır, gələcəkdə bu cür şəhərlərin tarixi adlarının qaytarılmasına hetiyac var. Yəni demək istəyirəm ki, təkcə bizim ərazilərlə bağlı deyil, Avropada da, Asiyada da, Amerikada da belə proseslər olub. Dövlət gücləndikcə bu problemi həll edə bilir. Azərbaycan da Cənubi Qafqazda ən güclü dövlətdir, nəinki öz problemlərinin həllinə, eləcə də başqa dövlətlərin probleminin həllinə də yaxından dəstək verir" - deyə M.Zülfüqarlı əlavə etdi.

İradə SARIYEVA  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
Separatçılığa görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - FOTO

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ