çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Yaxın Şərq qarışır - alov Azərbaycanı da qarsa bilər...

Image


İranın HƏMAS lideri İsmayıl Haniyənin ölümünə görə qisas alacağı ilə bağlı xəbərdarlıqlar davam edir. İranın raketlərini gözləyən israillilər bu fonda lazım olan hər şeyi yığıb bomba sığınacaqlarına yerləşirlər. 

O da məlumdur ki, yaranmış vəziyyətdə Benyamin Netanyahu hökuməti təkcə Livandakı iranpərəst "Hizbullah" hərəkatının mövqelərinə deyil, həm də İranın özünə qarşı qabaqlayıcı zərbə endirmə ehtimalını müzakirə edir. Onlarla ölkənin Xarici İşlər Nazirliyi, o cümlədən də Azərbaycan öz vətəndaşlarını təcili olaraq bölgəni tərk etməyə çağırıb.

Hazırda İsrail yaxın günlərdə "Hizbullah" və ya HƏMAS-la adi raket zərbələri mübadiləsindən daha təhlükəli vəziyyətə hazırlaşır. Sonuncu dəfə bu, aprel ayında israillilərin Suriyadakı İran diplomatik binalarına hücumu zamanı baş verib. Sonra İranın cavabı simvolik oldu. İran İsrail ərazisi daxilindəki hədəflərə qarşı üç yüzə yaxın pilotsuz uçan aparat və raket göndərdi, lakin bunu elə etdi ki, zərər cüzi oldu. Eyni zamanda, o zaman vəziyyət indikindən fərqli idi. Çünki indi həqiqətən ciddi və genişmiqyaslı hərbi münaqişə gözləmək üçün daha çox səbəb var. Vəziyyət əvvəlindən fərqlənir. Belə ki, İsrailin aprelin 1-də Dəməşqə həyata keçirdiyi hücumda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 zabiti, o cümlədən "Hizbullah" ilə əlaqəyə cavabdeh olan general Məhəmməd Rza Zahidi həlak olub. Bu, İrana çağırış idi, cavab tələb edirdi və başqa heç nə. İyulda isə israillilər HƏMAS-la danışıqlar prosesinin açıq-aşkar durğunluğu fonunda onlara qarşı çıxan qüvvələrin liderləri üçün əsl "ova" başladılar. Bu fonda Haniyə iyulun 31-də Tehranda öldürüldü. HƏMAS Siyasi Bürosunun rəhbəri  İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən mühafizə olunan evdə, özü də İranın ali dini rəhbəri Əli Xamneyinin qonağı olarkən qətlə yetrilib. Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant Beyrut rayonlarından birində "Hizbullah" rəhbərlərindən olan Fuad Şükrün ləğv edilməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Fuad Şükr hərəkatın hərbi əməliyyatlarının planlaşdırılmasında bilavasitə iştirak edən "Hizbullah" lideri Şeyx Həsən Nəsrullahın sağ əli olub. dir. Və ardınca İsrail Müdafiə Nazirliyi də elan etdi ki, HƏMAS liderlərindən biri olan Məhəmməd Deyfin də öldürülməsinə nail olublar. O, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı hücumunun birbaşa təşkilatçısı olub və israillilər hərbi əməliyyatların bitməsindən asılı olmayaraq onun sağ qalmayacağını gizlətməyiblər. Onun ölümünün sübutu kimi İsrail hərbçiləri Qəzza zolağının Xan Yunis şəhəri yaxınlığında partlayışın yalnız görüntülərini göstəriblər. Hər halda, israillilərin hərəkətləri göstərir ki, Netanyahu hökuməti "Hizbullah" ilə müharibədən qaçmaq və 7-8 oktyabrda əsir götürülmüş israilli girovların azad edilməsi ilə bağlı HƏMAS ilə razılığa gəlmək ehtimalına inamını itirərək ilk addımı atmağa qərar verib. Döyüş potensialı aylarla davam edən müharibədə tam məhv edilməmiş HƏMAS isə indi Haniyənin yerinə yeni bir adam axtarmaqla məşğuldur. Onun vəzifəsinə çoxlu iddialılar var: təşkilat veteranı Musa Əbu Mərzuk, Siyasi Büronun keçmiş rəhbəri Xalid Məşəl, Məşəlin əzəli rəqibi, HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvarın himayədarı olan HƏMAS-ın baş müzakirəçisi Xəlil əl-Həyya və bir sıra başqaları buna misal kimi göstərilə bilər. 

ABŞ da müharibənin qarşısını almaq iqtidarında deyil. ABŞ prezidenti postunu tərk etməyə hazırlaşan Cozef Bayden Netanyahuya fəal şəkildə qarşı çıxmayacaq: o, Amerikanın daxili işləri ilə məşğuldur və Yaxın Şərq işlərinə lazımsız müdaxilə onun üçün sərfəli deyil. Xatırladaq ki, noyabrda ABŞ-da prezident seçkiləri var və onun Demokrat Partiyasının namizədi Kamala Harris nə İsrail, nə də Fələstin tərəfdarı seçiciləri qorxutmamaq istəyir. Bu vəziyyətdə İsrail mediası baş nazirin daha da irəli getməyə hazır olduğunu bildirdi. İddialara görə, hökumət İrana qarşı qabaqlayıcı zərbə ideyasını ciddi şəkildə müzakirə edir. Əvvəllər israilli ekspertlər ölkənin hətta iki cəbhədə - HƏMAS və "Hizbullah"la müharibə aparacağına şübhə ilə yanaşmışdılar. Amma belə çıxır ki, Netanyahu üçüncü cəbhə açmaqdan çəkinmir. "Bloomberg" qeyd edir ki, paytaxtının mərkəzində yüksək rütbəli xarici qonağın öldürülməsindən doğan təhqiri nəzərə alsaq, bu dəfə İranın cavab tədbirləri daha sərt ola bilər: "Tehranın variantları İsrailə növbəti birbaşa hücumdan tutmuş İsrailin bütün dünyadakı hədəflərinə zərbələrə qədərdir". Netanyahu bildirib ki, ölkəsi İranın şər oxuna qarşı çoxcəbhəli müharibə aparır: "Biz onun hər bir silahını böyük güclə vururuq. İstənilən ssenariyə hazırıq - həm hücum, həm də müdafiəyə". Bütün bunlar Yaxın Şərqi ciddi hadisələrin gözlədiyini göstərir. İran-İsrail müharibəsi baş versə, burda təkcə iki dövlət savaşmayacaq. Bu artıq NATO, Penqaton və digər böyük təşkilatların, eyni zamanda, Rusiya və Çinin işə qarışması ilə böyük üçüncü dünya müharibəsinin real olaraq daha geniş miqyasda baş verməsi deməkdir. Təbii ki, bu, Cənubi Qafqaza da təirsiz ötüşməyəcək. Əgər müharibə baş verərsə, o zaman Azərbaycana İrandan xeyli sayda qaçqın axını ola bilər. Bunlar fonunda Azərbaycan bölgədə sabitliyin olmasını istəyir. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
Separatçılığa görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - FOTO

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ