çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Azərbaycanda etnik-dini separatizm “0” səviyyədə - böyük nəticənin tək səbəbi...

Image


Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.

Vətənpərvərlik, eləcə də dövlətçilik kimi təməllərə söykən Azərbaycançılıq ideyası yeni yaranan anlayış olsa da onun mahiyyətinin, konseptual tərəflərinin məhz tədqiqatçılar, ictimai xadimlər tərəfindən şərh edilməsi göstərir ki, bu ideyanın təbliği vacib əhəmiyyət kəsb edir. Azərbaycançılıq ideyası ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin, milli maraqlarının, eləcə də dünya azərbaycanlılarının ümumi maraqlarının qorunmasını, bununla yanaşı, həm də mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, doğma dilimizi yaşatmağı aşılayan ideyadır və məhz buna görə də təbliği bizim üçün vacib hesab olunur. 

Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır 

Məsələ ondadır ki, xalqımıza, ölkəmizə, dövlətimizə məxsus olan dəyərlərin, maraqların müdafiəsində hər birimiz maraqlı olmalıyıq. Hər birimiz bir vətəndaş olaraq bu ideyanın təbliği, cəmiyyətə aşılanması istiqamətində əlimizdən gələni etməliyik. Necə deyərlər, bu, bizim vətəndaşlıq borcumuzdur. Çünkü bütün bunlar Azərbaycançılıq ideyasının qayəsini, əsasını təşkil edir. Bütün bunlar onu deməyə əsas verir ki, azərbaycançılıq ideyası təkcə respublikamızın, ölkəmizin hüdudlarında yaşayan azərbaycanlıların ideyası hesab oluna bilməz. Bu, həm də dünyanın istənilən ölkəsində yaşayan, məskunlaşan soydaşlarımızın ideyası olmalıdır. Dünya azərbaycanlılarının vətənimiz, milli maraqlarımız, ali dəyərləimiz naminə təşkilatlanması, bunun üçün də onların mədəni və mənəvi əlaqələrinin inkişaf etdirilməsi baxımından azərbaycançılıq ideyası olduqca vacibdir. Azərbaycançılıq ideyası bizim milli maraqlarımızın, dəyərlərimizin müdafiəsi, eləcə də azərbaycanlılarının ümumi maraqlarının qorunmasını baxımından həm də əvəzsizdir. Ona görə də bu ideyanın təbliği istiqamətində səylər daha da artırılmalıdır. Məhz bu istiqamətdə dövlətimiz tərəfindən göstərilən dəstək də bu baxımdan tamamilə başadüşüləndir və heç də təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir.

Ermənilər xaric, digər etnikləri ölkəmizdə separatizmə, etnik ayrıseçkiliyə cəlb edə bilməyiblər

O da məlumdur ki, Azərbaycanda mövcud olan dinlər və etniklər arasında olan həmrəylik, qarşılıqlı hörmət və anlayış zaman-zaman bəzi xaricə dairələri, ölkəmizə qarşı düşmən mövqeyindən çıxış edən dövlətləri narahat edib. Azərbaycanda mövcud olan sabitliyi, həmrəyliyi pozmaq üçün müxtəlif təxribatlara əl atırlar. Bütün vasitələrlə ölkəmizdə təfriqə salmağa cəhd edirlər. Ancaq müxtəli xarici təbliğata, təxribat xarakterli cəhdlərə baxmayaraq, ermənilər xaric digər etnikləri ölkəmizdə separatizmə, etnik ayrı-seçkiliyə cəlb edə bilməyiblər. Bununla bağlı göstərilən cəhdlər fiaskoya uğrayıb.

Ona görə də bütün bu təxribat cəhdlərinin uğursuzluğa düçar olmasında azərbaycançılıq ideyası nə kimi rol oynayıb?

Ölkədə etnik separatizmin əsaslarının məhv edilməsində bu amil vacib rol oynayıb 

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən tarix elmələri doktoru, professor Məhərrəm Zülfüqarlı bununla bağlı bir sıra məqamlara toxundu: "Hər bir dövlətin inkişafı üçün ən önəmli məsələ onun seçdiyi ideoloji xəttdir. Ermənilər dünyada 21-ci əsrə xas olmayan Fransa burjua inqilabının olduğu, millətçiliyin yayıldığı 1789-cu il səviyyəsində ideologiya təbliğ edirlər. Yəni qatı etnik millətçilik siyasəti. Ona görə də həmən ərazidə yaşayan digər millət və xalqları da qovub çıxarıblar. Nəticədə mono milli dövlət yaradıblar. Belə özünü təcrid siyasəti həmin xalqın faciəsidir. Çünki hazırkı əsrdə dünyaya açıq olmaq, inteqrasiya etmək lazımdır. Bütün bunlardan təcrid olan ermənilər Azərbaycanda etnik separatizmə dəstək veriblər. Ölkəmizə qarşı ərazi iddiası ilə çıxış ediblər ki, yeritdikləri faşist ideologiyasına haqq qazandırsınlar. Bununla yanaşı, erməni mərkəzləri Azərbaycanda etnik millətçiliyi qızışdırmağa çalışıblar. Ancaq onların bu cəhdləri nəticə vermir. Çünki ölkəmizdə bütün millətlər azərbaycançılıq ideologiyası ətrafında birləşib. Azərbaycan 1995-ci ildə Konstitusiya qəbul etdikdən sonra dövlət millətçiliyinə, yəni azərbaycançılığa önəm verməyə başladı. Ölkədə etnik separatizmin əsaslarının məhv edilməsində bu amil vacib rol oynayıb. Ölkə Konstitusiyası qəbul edilərkən doğru olaraq azərbaycançılıq ideologiyasına önəm verildi. Azərbaycançılıq ideologiyası etnik deyil, dövlət millətçiliyidir. Bu, o deməkdir ki, ölkədə yaşayan hər bir insan etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan xalqının, millətinin üzvüdür, tərkib hissəsidir. O üzdən, məhz bu ideologiya Azərbaycan xalqını birləşdirdi və sonrakı qələbələrdə əsas rol oynadı. Məsələn, 44 günlük müharibədə bizim əsas ideoloji xəttimiz düz olduğuna görə, çoxlu sayda milli azlıqların nümayəndələri vətən uğrunda canlarını fəda etdilər. Vətən məfhumu bizi birləşdirdiyinə görə bu ideologiya ölkəmizin qələbəsində mühüm rol oynadı".

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
Separatçılığa görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - FOTO

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ