çərşənbə günü, 26 avqust 2026
     

Ukrayna müharibəsinə F-16-lar daxil edildi...

Image


Ukrayna prezidenti Volodimir Zelenski tərəfdaş ölkələrin F-16 qırıcılarını Ukrayna ordusuna təhvil verdiyini təsdiqləyib. Zelenski bildirib ki, təyyarələrin qəbulu rəmzi 4 avqust - Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Günündə rəsmiləşib.

"Müharibənin ilk günlərindən Ukrayna Rusiyanın hava hücumlarına müqavimət göstərir" - deyən Ukraynanın dövlət başçısı F-16-larla bağlı Kiyevin müraciətini qəbul edən ölkələrə təşəkkür edib. "The Economist" qəzeti isə yazır ki, Ukrayna Silahlı Qüvvələri vəd edilən 79 ədəd F-16 qırıcısından yalnız 10-nu alıb. Nəşrin müəllifi iddia edir ki, Kiyevə təhvil verilən 10 F-16 Rusiya Hərbi Hava Qüvvələrini məğlub etmək üçün çox azdır, lakin güclü simvolik başlanğıcdır. Qeyd olunur ki, bu ilin sonuna qədər Ukrayna Silahlı Qüvvələri bu tipli 20 təyyarəyə malik olmalıdır, qalan F-16-lar isə Danimarka və Niderlandın dəstəyi ilə 2025-ci ildə partiyalar şəklində gələcək. Belçika, Danimarka, Niderland və Norveç yaxın aylarda Ukraynaya 60-dan çox təyyarə təqdim etməyi öhdələrinə götürüblər, lakin tədarüklər tədricən baş verəcək. Vaşinqtondakı Avropa Siyasəti Təhlili Mərkəzindən Federiko Borsari deyir ki, qırıcı təyyarələr üç əsas missiyanı yerinə yetirəcəklər. Onlar Ukraynanı bombalayan Rusiya raketləri və pilotsuz təyyarələrinin qarşısını almağa, düşmənin hava hücumundan müdafiə sistemlərini sıxışdırmağa, Rusiya qüvvələrinin mövqelərini və sursat anbarlarını hava-yer tipli raketlərlə vurmağa çalışacaqlar. Borsari hesab edir ki, təyyarələr müharibənin bəzi dinamikasına təsir edə bilər. F-16-nın yerləşdirilməsi ilə bağlı bir çox məlumat gizli saxlanılır. Qərb hökumətlərinin bu təyyarələrin hansı hədəfləri vurmasına icazə verəcəyi və təyyarələrin hansı raketlərlə silahlanacağı məlum deyil. F-16-lar Böyük Britaniya tərəfindən təmin edilən 250 kilometrdən çox məsafəni qət edə bilən "Storm Shadow" qanadlı raketlərini daşıya bilər və potensial olaraq Rusiya daxilindəki hədəfləri vura bilər. Onlar həmçinin Rusiya bombardmançı və qırıcılarını təhdid edə biləcək uzaqmənzilli hava-hava tipli raketləri daşıya bilərlər. Təyyarənin təkmilləşridilmiş radarları ukraynalı pilotlara MiQ-29, Su-27 və Su-24 təyyarələrind olduğundan daha böyük məsafələrdə hədəfləri müəyyən etməyə imkan verəcək. Səmada üstünlük quruda hərbi kampaniyanın vacib hissəsidir, belə ki, təyyarələr quruda qoşunları havadan qoruyur. Lakin Rusiyanın qabaqcıl hava hücumundan müdafiə sistemləri nəzərə alınsa, Ukrayna qüvvələrinin cəbhə xəttində hərəkətini dəstəkləmək F-16 üçün çox risqli ola bilər. Ən azı qırıcı təyyarələr Rusiya qüvvələrinə psixoloji təsir göstərə və Ukrayna qüvvələrinin əhval-ruhiyyəsini yüksəldə bilər. London Kral Kollecinin Müdafiə Araşdırmaları Departamentindən Marina Miron Ukraynanın F-16 ilə bağlı aradan qaldırmalı olacağı problemlərin uzun siyahısını gətirir: "Ukraynalı pilotlar üçün ABŞ və Avropada təqribən doqquz aylıq təlim Qərb pilotları üçün Mironun "çox mürəkkəb maşın" adlandırdığı üç illik kursla müqayisədə sürətləndirilmiş kursa bərabərdir. Bu, qırıcı təyyarələrin effektivliyini məhdudlaşdıra bilər. F-16-lar həmçinin ixtisaslı texniki xidmət mühəndisləri, sursat yükləyiciləri, kəşfiyyat analitikləri və fövqəladə hallar qrupları kimi çoxlu sayda dəstək personalı tələb edir. "Bunlarla bağlı bir çox problem həll edilməlidir". 

F-16-da döyüş təcrübəsi olmayan ukraynalı pilotlar döyüşdə iştirak etməkdən çəkinə bilərlər: "Vladimir Putin NATO ölkələrinin tədarük etdiyi F-16-ların məhv edilməsi ilə öyünməkdən məmnunluq duya bilərdi". Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, F-16-lar münaqişənin gedişatını dəyişdirən "sehrli həb" olmayacaq. Peskov Rusiya rəsmilərinin artıq F-16-ları məhv edəcək əsgərlərə mükafat təklif etdiyini də açıqlayıb. Təhlilçilər bildirirlər ki, Ukrayna F-16-ları təhlükəsiz anqarlarda yerləşdirməli, onları müxtəlif yerlərə yerləşdirməli, düşmənin diqqətini yayındırmaq üçün təyyarələrin maketlərini yerləşdirməli və hava hücumu xəbərdarlığı zamanı tez havaya qalxmağa hazır olmalıdır. Ukrayna Rusiyanın zərbələrindən qorumaq üçün bəzi döyüş təyyarələrini xarici bazalarda saxlaya biləcəyini bildirib. Bu, Putinin kəskin cavabına səbəb olub. O, Qərbin Ukrayna qırıcılarının yerləşdirildiyi hər hansı hava bazasının Rusiya qüvvələri üçün "qanuni hədəf" olacağı xəbərdarlığını edib. ABŞ rəsmiləri F-16-ların Ukraynada yerləşdiriləcəyini bildiriblər. Səmada Ukraynanın F-16 təyyarələri eyni anda bir neçə təyyarəni vura bilən Rusiyanın S-300 və S-400 mobil zenit-raket kompleksləri ilə təhdid ediləcək. Rusiya qüvvələri həmçinin bir neçə yüz döyüş təyyarələri, eləcə də müasir hava müşahidə radarlarına malikdir. Borsari hesab edir ki, Rusiyanın Su-35 qırıcısı F-16 üçün ən böyük təhlükələrdən biri olacaq. O, geniş ərazidə eyni vaxtda səkkizə qədər hədəfi izləməyə və vurmağa imkan verən uzaqmənzilli radarla təchiz edilib. Bununla belə, Rusiya qüvvələri daha güclü təyyarə ilə qarşılaşmalı olduqlarını başa düşürlər və çox güman ki, daha ehtiyatlı davranacaqlar.  Ukraynalı aviasiya eksperti Anatoli Xrapçinski deyir ki, Rusiya qüvvələri F-16-ların yerləşdirildiyi hava bazalarını vurmağa çalışsalar da, Ukraynanın qırıcıları qorumaq üçün etibarlı vasitələri var. Xrapçinski "Associated Press" agentliyinə müsahibədə deyib ki, Ukrayna Rusiya hücumlarını dəf etmək üçün öz aerodromlarını zenit qurğuları ilə qorumaq qabiliyyətinə malikdir. Ukraynaya müdaxilə boyu Rusiya fəal şəkildə Ukrayna aerodromlarına zərbələr endirməyə çalışıb, lakin onlar müəyyən mənada uğursuz olub". Onun fikrincə, F-16 Ukrayna Hərbi Hava Qüvvələrinin ölkənin hava məkanını qorumaq və Rusiyadakı strateji hədəflərə hücum dairəsini artırmaq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək: "F-16 təyyarələrini almaqla biz Ukraynanın bu gün üzləşdiyi bir sıra problemləri həll edə biləcəyik. Bunlara Rusiyanın kütləvi raket zərbələri, idarə olunan bombalardan istifadə və S-300 qurğularının sərhəddəki Sumi və Xarkov vilayətlərində yerləşdirilməsi daxildir. Bunlar F-16 təyyarələridir və mənim fikrimcə, onlar Ukraynaya Rusiyanın təcavüzünə qarşı mübarizədə əhəmiyyətli dərəcədə kömək edəcək". Rus hərbi ekspert Aleksey Jivov isə bildirib ki, Rusiyanın, ilkin məlumatlara görə, müttəfiqlər tərəfindən Ukraynaya təhvil verilmiş Amerika F-16 hərbi təyyarələrinə qarşı mübarizə aparmaq imkanı var. Onun sözlərinə görə, belə vasitələrə raket sistemləri və döyüş təyyarələri daxildir. Ekspert qeyd edib ki, xüsusi hərbi əməliyyat çərçivəsində S-300, S-400, S-500 raket sistemləri əsasən Krım və Sevastopolda yerləşdirilib ki, bu da F-16-ya qarşı mübarizədə istifadə oluna bilər: "Su-30 və Su-35 qırıcıları da bu işdə kömək edəcək. Başa düşməliyik ki, düşmən də bizim ov edəcəyimizi çox gözəl anlayır. Təbii ki, onlar Ukraynanın qərb sərhədində və NATO ilə sərhədə yaxın hərbi aerodromlarda gizlənəcəklər. Ola bilsin ki, onlar hələ də Polşa və Rumıniyada gizlənəcəklər. F-16-ların yerləşə biləcəyi Ukrayna aerodromlarında birbaşa atəşlər artıq davamlı olaraq həyata keçirilir, biz onların hərbi infrastrukturunu məhv edirik". Eyni zamanda, Polşaya və NATO ölkələrinə hücumlar mürəkkəb məsələ olaraq qalır, deyə hərbi ekspert yekunlaşdırıb. 

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

26.08.2026 / 08:40
Putin Hindistan MİD rəhbərini Kremldə qəbul etdi - açıq qalan suallar var…

26.08.2026 / 08:20
Amerika parkında Özbəkistan pavilyonları - Mirziyoyev Trampa iki ənənəvi əsər hədiyyə etdi

26.08.2026 / 08:06
Sənətçi Güllünü öldürənin öz qızı olduğu təsdiqləndi - ağırlaşdırılmış ömürlük həbs…

26.08.2026 / 07:48
İran və Oman Hörmüzdən gəmilər üçün müvəqqəti keçid barədə anlaşdı

26.08.2026 / 07:43
Medvedev Finlandiya prezidentini "əsl axmaq" adlandırdı

26.08.2026 / 06:44
MKİ hesabat dərc etdi, kəşfiyyatın rəhbəri Moskvaya uçdu… Müəmma…

26.08.2026 / 06:05
Tramp ölkədə bayraqların endirilməsini əmr etdi - musiqiçi Parton üçün

26.08.2026 / 05:50
İran prezidenti müsəlman ölkələrini birliyə çağırdı

25.08.2026 / 23:10
İrana qarşı iqtisadi müharibə ABŞ-Çin qarşıdurmasını tətikləyə bilər - dünya iqtisadiyyat böyük təhlükə ilə üz-üzə…

25.08.2026 / 22:16
Kreml Britaniyanın məşhur raket zavodunu vurmaqla hədələdi – “Putin təzyiq altındadır, gec-tez bu hücum olacaq”…

25.08.2026 / 21:50
Trampın keçmiş nümayəndəsi Ukraynanı qadınları da müharibəyə göndərməyə çağırdı

25.08.2026 / 21:37
Paşinyan Müstəqillik bəyannaməsini konstitusiyadan birdəfəlik silib atdı...

25.08.2026 / 21:31
Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:25
Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 / 21:12
Azərbaycanın və Özbəkistanın “paralel kursla inkişafı”... Yeni mülahizə...

25.08.2026 / 20:53
Mərkəzi Asiyanın daha sıx birləşməsi Azərbaycan və Özbəkistandan çox asılıdır...

25.08.2026 / 20:35
Azərbaycanın Mərkəzi Asiya ilə yaxınlaşması Tehranı və Moskvanı çox qıcıqlandırdı...

25.08.2026 / 20:16
Nə qədər ki, dəmir yolları Rusiyanın əlindədir, Zəngəzur dəhlizində dəmir yolu olmayacaq - Paşinyan...

25.08.2026 / 19:49
Ermənilər 1406-cı il Naxçıvan döyüşünü də mənimsəməyə başladılar...

25.08.2026 / 19:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 14 vaqon buğda, 1 vaqon taxta göndərdi

25.08.2026 / 19:22
Həbs edilmiş təcavüzkar sabiq prezident görün nələr mənimsəyib... Böyük siyahı...

25.08.2026 / 18:51
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

25.08.2026 / 18:38
İranın şimal-şərqindən qərbinə dəmir yolu çəkilir - Zəngəzur-Naxçıvan-Türkiyə dəmir yoluna alternativ?...

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

25.08.2026 / 17:39
Tramp İranla bağlı dünya liderlərinə bir-bir zəng vuracaq - xəbərdarlıq və hədə zəngi...

25.08.2026 / 17:25
Paşinyan Köçəryanın bütün gəlir qaynaqlarını da qurudur… Şirkət direktorları saxlandı - 2,6 milyardlıq yeyinti…

25.08.2026 / 17:11
Paşinyan Köçəryan və Sarkisyanı bitirmək üçün hərəkətə keçdi – biri həbs edildi, digərinə cinayət iş açıldı…

25.08.2026 / 16:55
Qazaxıstanda "Ədalət"lə "Əmanət" birləşsə də, Tokayevin planları ilə bağlı qeyri-müəyyənlik qaldı...

25.08.2026 / 16:34
“Azəripək” “Azərxalça”ya birləşdirilir - FƏRMAN

25.08.2026 / 16:32
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevrilir...

25.08.2026 / 16:29
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM

25.08.2026 / 16:25
Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi

25.08.2026 / 16:22
Qeyri-neft ixracı 184 faiz böyüdü - qızılın ölkə iqtisadiyyatında xüsusi çəkisi artır...

25.08.2026 / 16:03
İsrail özünü "Yaxın Şərqdə ən demokratik ölkə" elan etdi - Türkiyə bu bəyanatı cavabsız buraxdı...

25.08.2026 / 15:45
Ukrayna Rusiyanın Afipski və Həştərxan neft-qaz emalı zavodlarını vurdu…

25.08.2026 / 15:30
Ermənistanın Avroittifaqa üzvlük referendumunun vaxtı bəyan edildi...

25.08.2026 / 15:17
Laçında Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçirildi

25.08.2026 / 15:12
Azərbaycan memarlığında xəlvətiyyələr...

25.08.2026 / 15:03
Prezident seçkiləri Ukraynanı məğlubiyyətə sürükləyə bilər...

25.08.2026 / 15:00
Bakı ilə Daşkənd bir-birinə əvəzsiz qapılar açır - biri Mərkəzi Asiyaya, digəri Avroatlantik məkana...

25.08.2026 / 14:52
Moskva ilə İrəvan “səssiz boşanma” mərhələsində?...

25.08.2026 / 14:34
ABŞ İranla əlaqəli ölkələri dollar sistemindən ayırmaqla hədələdi - əlaqələri kəsin…

25.08.2026 / 14:18
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına mane olan yeni qüvvə...

25.08.2026 / 14:02
Pezeşkian ABŞ-ı İranla danışıq tonunu dəyişməyə çağırdı…

25.08.2026 / 13:28
Azərbaycanla Özbəkistan Xəzərdə birgə dəniz donanması yaradır...

25.08.2026 / 13:10
Azərbaycanda bu pulu 250 manata alırlar...

25.08.2026 / 12:55
Özbəkistan nefti Azərbaycan üzərindən Qərbə nəql edilə bilər – qərar verildi...

25.08.2026 / 12:27
ABŞ SEPAH-ın beş yüksək rütbəli komandirinin başına pul qoydu - 10 milyon dollar...

25.08.2026 / 12:15
866 qutu tütünü sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd etdilər....

25.08.2026 / 12:01
Netanyahu İranın oğluna sui-qəsd cəhdi etdiyini açıqladı...

25.08.2026 / 11:47
Köçəryan və oğlu Sedrak saxlandı – ailənin bağlı olduğu bütün şirkətlərdə axtarış aparılır…

25.08.2026 / 11:34
Paşinyan dəmir yolları ilə bağlı Rusiyaya çağırış etdi - üçüncü bir ölkəyə satın...

25.08.2026 / 11:21
Rusiya Ukrayna və Moldova sərhədində daha bir keçid məntəqəsini vurdu…

25.08.2026 / 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə xəbərdarlıq...

25.08.2026 / 09:54
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçdi

25.08.2026 / 09:36
ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləmədi...

25.08.2026 / 09:12
Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ