çərşənbə axşamı günü, 03 noyabr 2026
     

ABŞ Ermənistanı 60 illiyə ələ keçirir...

Image


Məlum olduğu kimi, bu günlərdə Ermənistan hökuməti respublikada atom elektrik stansiyalarının tikintisi üçün şirkət yaradıb. Şirkətin əməkdaşları bazardakı təklifləri öyrənməli və ən yaxşı layihəni seçməli olacaqlar. Bu məqsədə çatmaq üçün təşkilata ilyarım-iki il vaxt və 2 milyon dollardan bir qədər çox illik büdcə ayrılıb.

Hazırda Ermənistanın Metsamor şəhərində atom elektrik stansiyası var. O, hələ 2017-ci ildə bağlanmalı idi, lakin xidmət müddəti daim uzadılır. Stansiyanın fəaliyyəti Rusiyanın "Rosatom" şirkətindən asılıdır. 2023-cü ilin dekabrında Ermənistan hökuməti AES-i 2036-cı ilə qədər işlək vəziyyətdə saxlamaq üçün Rusiya dövlət korporasiyası ilə AES-in modernləşdirilməsi və yenidən qurulmasına dair 65 milyon dollarlıq müqavilə imzalayıb. Bundan sonra o, xidmətdən çıxarılmalı olacaq. "Metsamor" Ermənistanın daxili enerji ehtiyacının təxminən 30%-ni ödəyir və hətta ölkəyə elektrik enerjisinin bir hissəsini Gürcüstan və İrana ixrac etməyə imkan verir. Eyni zamanda Azərbaycan və Türkiyə təhlükəsizlik təhdidini əsas gətirərək obyektin bağlanmasını tələb edir. Bundan əlavə, hələ 2018-ci ildə Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı departamentinin rəis müavini Dirk Lorenz bildirib ki, Ermənistandakı AES-i təhlükəsiz etmək üçün kifayət qədər təkmilləşdirmək mümkün deyil. Xatırladaq ki, onun ilk reaktoru 1976-cı ildə işə salınıb, ikincisi 1980-ci ildə qoşulub. 1988-ci ildə baş verən dağıdıcı zəlzələ stansiyaya ziyan vurmasa da, Çernobıl faciəsindən sonra Sovet hakimiyyəti onu bağlamaq qərarına gəldi. 1990-cı illərin əvvəllərində bu, respublikanın sosial-iqtisadi fəlakətində mühüm rol oynadı. Qarabağ uğrunda birinci müharibə ilə əlaqədar Azərbaycan hakimiyyəti Ermənistana qaz nəqlini dayandırdı. Nəticədə bir çox erməni öz vətənini tərk etməyə məcbur oldu. SSRİ-nin dağılmasından sonrakı ilk illərdə birinci enerji bloku yararsız vəziyyətə düşmüşdü, lakin 1995-ci ildə İrəvan hələ də ilkin gücünün 93%-i ilə işləyən və maksimum 1240 meqavat enerji istehsal edə bilən ikincini işə sala bildi. Amma indi erməni tərəfi yeni AES quraşdımaq istəyir. Hakimiyyət Çin, Rusiya, Cənubi Koreya, Fransa və ABŞ-ın yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı təkliflərini nəzərdən keçirir. Eyni zamanda, respublikada insanlar yeni stansiyanın nə qədər güclü olacağından narahatdırlar. Bu fonda amerikalılar bildirirlər ki, 300 meqavata qədər enerji istehsal gücünə malik modul stansiya tikə bilərlər. Düzdür, İrəvanda qeyd edirlər ki, bu, adi nüvə reaktorundan daha təhlükəsiz ola bilər. Öz növbəsində "Rosatom" hər biri 50 meqavat olan ayrı-ayrı bloklardan istifadə etməklə 50-dən 1000 meqavata qədər istənilən gücə malik nüvə reaktorunun tikintisini təklif edib.  

Maraqlıdır ki, atom elektrik stansiyaları Ermənistanda yeganə enerji mənbəyi olmasa da, onların əksəriyyətinə bu və ya digər şəkildə Moskva nəzarət edir. Xüsusilə Göyçə-Hrazdan Kaskadı kimi tanınan yeddi su elektrik stansiyasından ibarət Sovet kompleksi erməni-rus milyarder Samvel Karapetyanın nəzarətində olan, Rusiyada yerləşən Taşir Şirkətlər Qrupuna məxsusdur. Bu köhnəlmiş stansiyaların pis vəziyyətdə olduğu bildirilsə də, onlar hələ də Ermənistanın elektrik enerjisinin təxminən 10%-ni istehsal edirlər. Taşir, eyni zamanda, milli elektrik paylayıcı şirkəti olan Ermənistanın elektrik şəbəkələrinə, həmçinin təxminən 400 meqavat gücündə Hrazdan İES-ə sahibdir. Eyni zamanda, Hrazdan stansiyası İrana gedən boru kəməri də daxil olmaqla, Ermənistanın qazpaylayıcı şəbəkəsinə də sahib olan "Qazprom" tərəfindən Ermənistana verilən təbii qazla işləyir. Burada iki diqqətəlayiq istisna var: Ermənistanın ən cənubunda yerləşən Zəngəzur rayonundakı Vorotan su elektrik stansiyaları kaskadı və 2021-ci ildə istifadəyə verilən Irəvan İES. Birinci əmlak Amerikanın KKR investisiya şirkətinə, ikincisi isə Ermənistana məxsusdur. Qafqaz İnstitutunun tədqiqatçısı Qrant Mikaelyan qeyd edir ki,  "Metsamor" Atom Elektrik Stansiyası fiziki cəhətdən çox köhnəlib: "Ermənistan atom elektrik stansiyasından məhrum qalmaq istəmir. Söhbət digər məsələlərlə yanaşı, ölkənin siyasi statusunu aşağı salmamaq istəyindən gedir. Elektrik enerjisinin istehsalına gəlincə, indi respublikanın "Metsamor"un verdiyi qədər elektrik enerjisinə ehtiyacı yoxdur. Lakin gələcəkdə elektromobillərin sayının artması və kompüter sektorunun inkişafı, qalıq enerji mənbələrindən imtina və sair fonunda vəziyyət dəyişə bilər". Ekspertin sözlərinə görə, əvvəlcə "Rosatom"un təklifi qiymət, texnologiya və istehsal həcmi baxımından ən cəlbedici hesab edilirdi, lakin indi Ermənistan hakimiyyəti Amerika variantına meyllidir. Nə olursa olsun, Sovetin yerində yeni bir stansiya görünəcək: "Atom elektrik stansiyasını hansı ölkənin tikəcəyi İrəvanın təxminən 2080-ci ilə qədər kiminlə bağlı olacağını müəyyən edəcək. Söhbət təkcə stansiya tikmək məsələsi deyil, Rusiya və ABŞ-da bir qədər fərqli olan uran oraya tədarük edilməlidir. Ancaq indi Ermənistanın tikintiyə pulu yoxdur və onu haradan alacağı da məlum deyil. Hələlik biz maliyyə cəhətdən əsaslandırılmış texniki həllərdən daha çox, siyasi danışıqlarla məşğul oluruq".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
Separatçılığa görə beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - FOTO

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ