çərşənbə günü, 04 noyabr 2026
     

Fransa və Yunanıstanın Ermənistanı silahlandırması Qərbin özünə ziyan vurmağa başladı...

Image


Azərbaycan Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəfdir. Hazırda sülh sazişi layihəsi üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaları mövcuddur. Bu da prosesin sürətlə getməsinə ciddi əngəl yaradır. Çünki konstitusiyada, eləcə   də  bir sıra qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar, revanşizm cəhdlərinin mövcudluğu ölkəmizə qarşı Ermənistandan irəli gələn təhdidlərin miqyasını nümayiş etdirir.

Bundan əlavə, Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyi olaraq qalır. Özü də bu prosesdə müəyyən Qərb ölkələrinin aktivlik dərəcəsi olduqca yüksəkdir. Onların arasında iki ölkəni xüsusi qeyd etmək lazımdır. Bunlar Fransa və Yunanıstan­dır. Hindistan da prosesdə aktiv rol alır. Xatırladaq ki, Fransa uzun illər Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli üçün vasitəçilik edən, tarixin arxivinə gömülmüş ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biri olub. Ermənistanın müharibədəki məğ­lubiyyəti Fransanın üzündən maskasının düşməsinə səbəb oldu.  Fransanın, Hindistanın və Yuna­nıstanın Ermənsitanı silahlandırması məsələsi cari ilin aprelində ADA Universite­tində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum­da prezident İlham Əliyevin toxunduğu məsələlərdən biri oldu. Dövlət başçısı bildirdi ki, əsas narahatlıq Ermənistanda potensial və mövcud revanşist meyillərdir: "Beləliklə, Er­mənistanda baş verənlərin hamısına çox ciddi yanaşmaq üçün tam haqqımız var. Ancaq biz onların daxili işlərinə və ya uzaqda yerləşən başqa ölkələrlə müna­sibətlərinə heç bir halda qarışmırıq. Biz heç vaxt heç bir ölkənin daxili işinə qa­rışmırıq və bunu bütün qonşularımız bi­lir. Amma bu, bizim milli təhlükəsizliyi­mizlə bağlı bir məsələdir. Biz Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı bizə qarşı necə silahlandırdığını və bunu açıq, nümayişkaranə şəkildə etdiyini, sanki bizə nəyisə sübut etməyə çalışdığı­nı görüb, sakit oturub gözləyə bilmərik. Biz sadəcə oturub gözləyə bilmərik və bu mövqeyi Ermənistan hökumə­tinə, indi Ermənistanın qayğısına qalmaq istəyənlərə açıq şəkildə bildiririk. Bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq. Bəziləri təhlükəli, bə­ziləri isə təhlükəli olmayan, amma bu o dərəcədə vacib deyil, həmin silahlar Er­mənistana çatdırılır". Bu fonda Azərbaycan digər preventiv tədbirlər də görmək məcburiyyətində qalır. Amma bundan uduzan sonda Qərbin olduğuna dair ABŞ və Avropada etiraflar artır. Məsələn, amerikalı təhlilçi Pol Qobl Ceymstaun Fondunun saytında dərc olunmuş təhlildə yazır ki, Azərbaycanın Çin və İranla münasibətlərini genişləndirməsi Moskvanın xeyrinədir, Qərbə ziyan vurur. Müəllif son iki həftədə Azərbaycanın Çin və İranla əlaqələrində əhəmiyyətli istiləşməyə diqqət çəkir. Belə ki, Bakı və Pekin strateji tərəfdaşlıq elan ediblər. Bakı Tehrandakı səfirliyinin işini bərpa edib: "Bu razılaşmalar Cənubi Qafqazda həm Şərq-Qərb, həm də Şimal-Cənub tranzit marşrutlarının inkişafına təsir göstərəcək, Ermənistanın hesabına Azərbaycanın əhəmiyyətini artıracaq, həmçinin regionda güc balansını dəyişəcək".

Təhlilçinin fikrincə, Bakının Moskvanın təbliğ etdiyi antiqərb ölkələrlə daha sıx alyans yaratması Qafqazda və onun hüdudlarından kənarda Rusiyanı gücləndirir, Qərbin mövqeyini zəiflədir. Xatırladaq ki, iyulun 4-də Azərbaycan və Çin liderləri Astanada strateji tərəfdaşlıqla bağlı deklarasiya imzalayıblar. Sənəddə iki ölkənin iqtisadi, hərbi və strateji baxımdan daha sıx işləməsi nəzərdə tutulur. İyulun 15-də isə Azərbaycan Tehrandakı səfirliyinin işini bərpa edib. Səfirlik 2023-cü ilin yanvarında silahlı hücumdan sonra bağlanmışdı. Pol Qobl  qeyd edir ki, Çin və İranla əlaqələri gücləndirən Bakı Cənubi Qafqazda güc balansını dəyişir. Bu halda öz günahı üzündən Qərbin mövqeyi zəifləyir. O, Çinin Qafqazda nüfuzunu genişləndirməyə, Qərblə özü arasında Şərq-Qərb tranzitini təmin etməyə çalışdığını vurğulayır. P.Qoblun fikrincə, elə Azərbaycan da Qərbin Ermənistana dəstəyindən narazılığını bildirmək üçün Çinlə əlaqələrini vurğulamaqda maraqlıdır. Yəni Bakı göstərmək istəyir ki, Azərbaycanın çoxlarının düşündüyündən daha çox manevr imkanı var. Təhlilçi qeyd edir ki, Azərbaycan Çin sərmayəsi sayəsində daha çox hərəkət azadlığı qazanacaq, İranla əlaqələrin yaxşılaşdırılması isə Zəngəzur dəhlizinin açılması yönündə daha çox irəliləyişə malik olmaq imkanı verər: "Ermənistan öz ərazisindən keçən ticarət dəhlizlərində Çin və İranın dəstəyini itirəcək, çünki həm Tehran, həm də Pekin Moskvaya qoşularaq Azərbaycandan keçən marşrutları dəstəkləyə bilər. Belə bir dəyişiklik isə Bakı və digərləri ilə danışıqlarda İrəvanın mövqeyini zəiflədə bilər". Müəllif regiondakı mənzərənin Qərb üçün daha ağır olduğunu yazır. Azərbaycanla əlaqələri gücləndirən Çin təkcə Cənubi Qafqazdakı ticarət marşrutları üzərində nüfuzunu artırmır, həm də İran və Rusiya ilə tərəfdaşlığı möhkəmləndirir. İran Moskvanın müttəfiqi və silah təchizatçısı olaraq mövqeyini gücləndirir. Rusiya isə bu vəziyyətin ən böyük benefisiarıdır. Əslində keçmişdə Moskva Çin və İranın regionda təsirinin artmasına qarşı çıxıb. Amma indi bu ölkələrin Azərbaycanı da antiqərb koalisiyasına cəlb etməsi onu məmnun edir. Azərbaycan rəsmiləri isə ölkənin xarici siyasətdə dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq etdiyini bildirir. Bu ay Azərbaycan BRICS-in tamhüquqlu üzvü olmaq istəyini də dilə gətirib. 2024-cü ilə qədər bu təşkilatın beş üzvü var idi - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası. Bu il isə təşkilata Birləşmiş Ərəb Əmirlikləri, İran, Efiopiya və Misir də qoşulub.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ