çərşənbə günü, 04 noyabr 2026
     

Avroparlamentdə Azərbaycana qarşı qərarlar qəbul etdirənlərin biri bu qadın idi - getdi...

Image


Akif Nağı: "Avroparlamentdə Kaljurand kimi keçmiş məmurlarının özləri də bir alət olublar, vəzifədə olduqları müddətdə onlardan hər cür istifadə edilib"

Avropa Parlamentində kök salan antiazərbaycan qüvvələr bütün fürsətlərdə ölkəmizə qarşı qərəzli mövqe tuturlar. Bunlardan biri də beş il Avropa Parlamentində Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri olmuş deputat Marina Kaljuranddır. Erməni mediası yazır ki,  Kaljurandın bu vəzifədə səlahiyyətlərinə xitam verilməsi ilə bağlı rəsmi məlumat yayılıb. Beləliklə, bir ermənipərəst də vəzifəsindən getdi. 

Adıçəkilən deputat bildirib ki, son beş ildə Cənubi Qafqaz kimi mühüm regionla əlaqələr üzrə Avropa Parlamentinin nümayəndə heyətinə rəhbərlik etmək onun üçün şərəfdir. 

O, açıqlamasında Aİ-Ermənistan münasibətlərinin yüksək olduğunu da qeyd edib. 

Bu xanım vəzifəsindən gedərkən son mesajında da Azərbaycana qərəzli yanaşmasından əl çəkməyib. Guya Azərbaycan erməniləri Qarabağdan "güc" tətbiq edərək "deportasiya" edib, o da buna təəssüflənir. 

Kaljurand mesajında "buna baxmayaraq, davamlı sülh və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ehtimalı var və biz buna çalışmalıyıq" deyib.

O, həmçinin, yenə də qondarma "siyasi məhbus" iddiasında bulunub, Azərbaycanı əsassız tənqid edib. Gürcüstana da heç nornal yanaşmayıb, bu ölkənin hökumətinin son siyasi addımlarını dolayısı ilə tənqid edib. Bircə onun gözündə Cənubi Qafqazda Ermənistan "demokratik və sülhpərvər" ölkədir, başqa ölkələri gözü görməyib. 

Guya bunun sözügedən nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə Cənubi Qafqaz məsələsinə obyektiv yanaşılıb. Əlbəttə, tamamilə yanlışdır, o, birmənalı olaraq Ermənistanı və erməniləri müdafiə edib. 

Avroparlamentdə Azərbaycan əleyhinə qətnamələri qəbul etdirənlərdən biri Kaljurand idi. İndi isə vəzifədən getdi. Belələri indiyə qədər bizim əleyhimizə nə qədər iş görüb. 

Bu cür antiazərbaycan qüvvələrin Avroparlamentdə  vəzifələrindən getməsi necə dəyərləndirilə bilər?

"O qadının bizə qarşı qəbul etdirdiyi qətnamələrin heç birinin bizim üçün bir önəmi yoxdur, kağız parçası kimi bir tərəfdə qalıblar"

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Avroparlamentin bu deputatı son açıqlamasında özü özünü ifşa edir, əsl mahiyyətini ortaya qoyur. "Bu adam Cənubi Qafqazla bağlı məsələlərə beş il rəhbərlik etsə də, hər zaman kölgədə qalıb. Estoniyanın xarici işlər naziri olub və sonra Avroparlamnetdə bu vəzifəyə gətirilmişdi. Onun adı o qədər də hallanmayıb. Yəqin özünü göstərmək istəmirmiş. Amma vəzifədə olduğu müddətdə mənfi və mənfur əməllərlə məşğul olub. Çox təəssüflər olsun ki, beş il bu vəzifədə işlədiyini fəxrlə dilə gətirir. Yenə də qərəzli mövqedən çıxış edib, yenə də ermənipərəstliyini göstərib. Ermənistanda guya demokratiyanın inkişafından danışır, sülh danışıqları ilə bağlı guya Ermənistanın sülh təşəbbüsü etdiyini göstərir, Azərbaycanın yox, Ermənistanın sülh danışıqlarını dəstəklədiyini bildirir. Azərbaycana qarşı əsassız iddialarla çıxış edir. Yəni Avropa Parlamentinin mövqeyini bilirik. Orda çalışmış, Cənubi Qafqaz istiqamətinə rəhbərlik etmiş bir adam ən azından özünün qərəzli mövqeyini, tərəf olduğunu gizlətməyə, tərəfsiz olduğunu göstərməyə  çalışmalı idi. Bu açıq-aşkar öz mövqeyini bildirir. Bunların məqsədi odur ki, bütün dövlətlər bunların istədiyi xətlə getsin. Demokratiya, insan haqları kimi alətlərdən dövlətləri özlərinə tabe etmək, özlərinin qoyduğu qaydalara, prinsiplərə əməl etdirmək vasitəsi olaraq istifadə edirlər. Bu, Qərbin, ABŞ-ın yeritdiyi bir siyasətdir. Avroparlament kimi qurumlardan da öz məqsədləri üçün istifadə edirlər. Hansısa bir dövlət onların istəklərinə uyğun hərəkət edirsə, onların maraqlarını ödəyirsə, iqtisadi – siyasi maraqlarına cavab verirsə, o ölkəni tərifləyirlər, müdafiə edirlər"-deyə A.Nağı bildirdi. 

A.Nağının fikrincə, hansı ölkə onların tabeliyinə keçmək istəmir, özünün milli maralarından, dövlət maraqlarından çıxış edir, o dövlətlərə qarşı qərəzli mövqe tuturlar, qarayaxma həyata keçirirlər. "Azərbaycana qarşı niyə belə qərəzli mövqe tutduqlarının səbəbi də aydındır. Həmin o  Kaljurand da digər özü kimiləri kimi iddia edir ki, guya Azərbaycan gücə əl atıb və Qarabağdan erməni əhalisinin çıxmasına səbəb olub. Bu ağ yalandı. Bu, gözümüzün qarşısında baş verən bir hadisənin saxtalaşdırılmasıdır. Demokratiya və insan haqları mücərrəd bir ternindir və onunla bağlı sağa da, sola da fikirlər söyləmək olar. Bununla bağlı hərənin öz fikri ola bilər. Amma fakt ortadadır ki, Azərbaycan erməni əhalinin orda qalması üçün konkret mövqe ortaya qoydu, onlara şərait yaradacağını bildirdi. Məntiqli  şəkildə göstərdi ki, onlar Azərbaycan vətəndaşları kimi Azərbaycan qanunlarına tabe olub yaşayamaq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində fəaliyyət göstərib qalmaq istəyirlərsə qalıb yaşasınlar. Yox, bunu qəbul etmirlərsə, getməlidirlər. Qarabağda yaşayan ermənilərin çoxu cani idi, Azərbaycana qarşı cinayətlərdə iştirak etdikləri üçün yığışıb getdilər. Avroparlamentin Cənubi Qafqaz məsələləri üzrə nümayəndə heyətinin keçmiş rəhbəri bu faktı görmək istəmir. Bu reallığı görmək istəməyib Azərbaycana qarşı əsassız iddialar irəli sürürlər. Məqsədləri Azərbaycanı qaralamaqdır. Çünki Azərbaycan onların sözləri ilə otrurub-durmur, özünün müstəqil siyasətini yeridir. Məsələnin mahiyyəti bundan ibarətdir. Azərbaycan bunların hamısını bilir, bu cür məmurlar özləri özlərini vaxtaşırı ifşa edir. Azərbaycan da bu cür özünüifşalardan istifadə etməli, belələri ilə bağlı məlumatlar yaymalıdır, göstərməlidir. Ən əsası isə odur ki, Azərbaycan öz siyasətini davam etdirməlidir. Azərbaycan rəhbərliyi hər şeyi gözəl görür və onların məqsədlərinin nədən ibarət olduğunu bilir. Dövlət və milli maraqlarımıza uyğun addımlar atılmalıdır. Bunu Avroparlamentin hansısa bir təmsilçisi bəyənəcək, bəyənməyəcək, təqdir edəcək-etməyəcək, bu onların öz işləridir. Bunların bizə heç bir dəxli yoxdur. Bu qadın "arzu" edir ki, Azərbaycan Avropa Parlamentinin iradlarına, təkliflərinə, tövsiyyələrinə əməl etsin. Avroparlamentdə Kaljurand kimi keçmiş məmurlarının (elə indikilər də ) özləri də bir alət olublar, vəzifədə olduqları müddətdə onlardan da hər cür istifadə edilib. Bu baxımdan gedib   öz problemləri ilə məşğul olsun, Estoniyanın problemlərini həll etsin. Avropanın o qədər problemləri var ki, onların həllinə çalşsın. Avropada başdan-ayağa insan haqları pozulur. Estoniyanın özündə rusdilli əhaliyə qarşı ən əcaib formada tədbirlər həyata keçirilir. Halbuki, onlar da insandır, onların da öz dillərində danışmağa haqları var. Bizim rusları və yaxud Rusiyanı müdafiə etmək fikrimiz yoxdur. Amma əgər insan haqlarından danışılırsa, Estoniyanın özündə insan hüquqlarının pozulmasından da, rusdilli əhaliyə göstərilən təzyiqlərdən də danışsınlar. Özlərinin problemlərini həll etsinlər. Bizim üçün onların dedikləri fikrin, hazırladıqları sənədlərin, qəbul etdikləri qərarların heç bir əhəmiyyəti yoxdur. O qadının bizə qarşı qəbul etdirdiyi qətnamələrin heç birinin bizim üçün bir önəmi yoxdur, kağız parçası kimi bir tərəfdə qalıblar. Yəni o da, başqaları da bunu birmənalı şəkildə bilməlidirlər. Azərbaycan çox düzgün şəkildə öz yolunu müəyyənləşdirib. Azərbaycanda kimlərsə onlara züy tutursa və sevinirsə ki, hansısa beynəlxalq hegemon qurum Azərbaycana qarşı fikir səsləndirdi, qərar qəbul etdi, bu adamlar Azərbaycanın düşmənləridir"-deyə A.Nağı bildirdi.

İradə SARIYEVA  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ