çərşənbə günü, 04 noyabr 2026
     

İran səfiri Qarabağdan erməni köçünün “dahiyanə səbəbini” ixtira edib...

Image


Faiq Ələkbərli: "Bütün bu təhlillər göstərir ki, İranın Ermənistandakı səfiri qəsdən məsələnin mahiyyətini saxtalaşdırır, bu cür qondarma iddialarla Azərbaycan üçün yeni problemlər yaranmasını istəyir"

İranın Ermənistandakı səfiri Mehdi Sobhani yenə də "kor atı minib köndələn çapmaqla" məşğuldur. Özünü gerçəkliklərdən xəbərsiz kimi aparan Sobhani "Azadlıq" radiosuna müsahibəsində "Qarabağın erməni əhalisi öz vətənlərini könüllü tərk etməyib, ona görə də onların öz evlərinə qayıtması üçün şərait yaratmaq lazımdır"-deyib. 

Səfir "İranın Cənubi Qafqazda əsas oyunçulardan biri kimi bu məsələnin həllini konkret olaraq necə gördüyü" sualına toxunaraq bildirib ki, Azərbaycan "Arsax" "ermənilərinin" kollektiv şəkildə qaytarılması hüququna hörmət etməlidir.

"Bizim Qarabağ sakinlərinin hüquqları ilə bağlı mövqeyimiz aydındır. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və bunu vurğulayırıq, lakin eyni zamanda hesab edirik ki, Qarabağın erməni sakinlərinin hüquqlarına hörmət edilməlidir. Bu sual yara kimidir və bu yaranın sağalması lazımdır və əgər bu yara sağalmazsa, bəlkə yenidən açılacaq. Davamlı dünyadan danışarkən bu yara da nəzərə alınmalıdır. Ümid edirik ki, Qarabağ sakinləri evlərini tərk etmək məcburiyyətində qaldıqları kimi, onların da könüllü olaraq öz evlərinə qayıtmaları üçün şərait yaradılacaq", - deyə Mehdi Sobhani bildirib.

Səfir müsahibəsində bir sıra real olmayan mətləblərə toxunub və ermənilərin geri qayıdışının və qayıtdıqdan sonra  "təhlükəsizliklərinin təmin olunmalı olduğunu" deyib. 

İranın Ermənistandakı səfiri elə danışır ki, guya ermənilər Qarabağdan zorla çıxarılıb, onlar buranı könüllü tərk etməyib. Təbii, o da erməni ağzı, erməni düşüncəsi ilə danışıb. 

"Ermənilər Qarabağı məcburi şəkildə tərk ediblər" deyən səfir iddia edib ki, guya köçməyə onları məcbur ediblər,  onlar könüllü olaraq getməyiblər (?), amma onların könüllü qayıdışları üçün şərait yaradılmalıdır. 

Sobhani bu qədər yalan-yamalaq danışıb, beynəlxalq ictimaiyyəti çaşdıran uydurmalar "ixtira" edib. Amma bircə kəlmə deməyib ki, Azərbaycan başdan ermənilərin Qarabağda Azərbaycan vətəndaşları kimi qalıb yaşamaları üçün hər cür şərait yaradılacağını bəyan etmişdi, onların da digər vətəndaşlar kimi bütün hüquq və azadlıqlarının təmin ediləcəyini vurğulamışdı. Səfir deməyib ki,   

Azərbaycan dəfələrlə istənilən vaxt erməniləri geri qaytarmağa hazır olduğunu, "gəlsinlər, könüllü qaydada Azərbaycan vətəndaşlığını qəbul etsinlər" deyib, bunu bəyan edib. 

Ermənilərin Qarabağa könüllü qayıdışlarına şərait yaradılması belə olmur, bəs  necə olur? 

Səfir bütün bunları vurğulamalı idi və ermənilərə çağırış etməli idi ki, Qarabağa qayıtmaq istəyirsinizsə gedib Azərbaycan vətəndaşlığını qəbul edib dinc və təhlükəsizlik şəraitində yaşayın. Səfir bunları demək əvəzinə özündən yeni "ixtiralar" edir və erməniləri haqsız olaraq müdafiə edir, ölkəmizi dolayı yolla onları "qovmaqda" ittiham edir. Bu azmış kimi, hələ bizə məsləhətlər də verir. Yeri gəlmişkən, indiyə qədər İran səfiri bir dəfə də olsun Ermənistanda öz evlərindən, Vətənlərindən zorla qovulan, deportasiya edilən Qərbi azərbaycanlılarının adını çəkməyib. Ölkəsi qaçqınların geri qayıdışında belə maraqlıdırsa, onda  Qərbi azərbaycanlıların qayıdış məsələsini də gündəmə gətirib Ermənistan qarşısında məsələ qaldırsınlar. Qərbi Azərbaycandan deportasiya edilənlər onların müsəlman qardaşlarıdır. Azərbaycan ərazisini könüllü şəkildə tərk edən və bunu bütün dünyaya bəyan edən bir ovuc erməninin "zorla" qovulduğunu iddia edən şəxs öz yurdundan zorla qovulan Qərbi azərbaycanlı qaçqınları da yada salsaydı pis olmazdı. Onda deyərdik ki, obyektiv yanaşıb məsələyə. 

"Azərbaycan dövlətinin mövqeyini unudub, məsələyə birtərəfli yanaşıb reallıqdan uzaq çağırış etmək bir səfirə, onun statsuna yaraşmayan haldır" 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli "Bakı-Xəbər"ə bildirdi ki, İranın Ermənistandakı səfiri ilk növbədə Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edir. "İran adlanan ölkənin bütövlükdə Azərbaycan dövlətinə qərəzli münasibəti hər zaman ortaya qoyulub. Azərbaycan dövlətinin varlığını özünə təhdid saydığı üçün rəsmi Tehranın adından çıxış edənlər mütəmadi olaraq qərəzli yanaşmaları ilə özlərini büruzə veriblər. İranın Ermənistandakı səfiri Sobhaninin də son günlər verdiyi açıqlamalarda qərəzlilik, birtərəfli yanaşma özünü göstərir. Bunlar hamısı gerçəklikdən uzaq məsələlərdir. Sobhani iddia edib ki, Qarabağdakı azsaylı erməni etnik qrupu guya məcburi şəkildə bu torpaqları tərk edib. Bu əsla belə deyil. Səfirin dedikləri tamamilə cəfəngiyatdır, əsası olmayan məsələdir. Sobhaniyə xatırladaq ki, Azərbaycan azsaylı erməni etnik qrupuna burada yaşamlarını davam etdirmələri üçün hər cür şərait yaradılacağını  dəfələrlə bəyan edib. Onlara müraciət edib ki, Qarabağda qalıb Azərbaycan vətəndaşları kimi yaşaya bilərlər. Azərbaycan heç zaman dinc ermənilərə qarşı hər hansı bir hərəkət etməyib. Bizim mübarizəmiz ərazimizdə terror yuvası quran, separatçılıqla, bölücülüklə məşğul olan qruplarla olub. Qarabağdakı ermənilər də Azərbaycan vətəndaşları kimi dinc şəraitdə yaşaya bilərdilər. Ancaq gördük ki, Qarabağdakı erməniləri idarə edən xarici qüvvələrin və Ermənistandakı havadarlarının təkidi ilə bir ovuc etnik erməni Azərbaycan vətəndaşlığını qəbul edib burada qalmaqla razılaşmadı, ərazilərimizi tərk etdilər. Ermənilər  Azərbaycanın Qarabağ bölgəsini könüllü şəkildə tərk ediblər, bu bir gerçəklikdir. İranın Ermənistandakı səfirinin reallıqdan uzaq açıqlamalar verməsi ikiüzlülükdən və həyasızlıqdan başa bir şey deyil. Sobhaninin bir ovuc erməninin Qarabağa qayıtması üçün bu şəkildə canfəşanlıq etməsi qətiyyət təsadüfi ola bilməz. Bu onu göstərir ki, bir tərəfdən rəsmi Tehran guya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, ölkəmizə isti yanaşır, ancaq digər tərəfdən, Azərbaycanın daim problemli vəziyyətlərlə qarşılaşmasına çalışır, Azərbaycanın güclənməsinə qarşıdır.  Erməni kartından istifadə edərək Azərbaycanı zəif görmək istəyirlər".

F.Ələkbərli hesab edir ki, Sobhaninin bu yanaşması sadəcə ermənipərəstlik deyil, bu həm də Azərbaycana münasibətdə qərəzli yanaşmadır, qeyri-insani davranışdır və islam dininə da xas olmayan hərəkətlərdir.   "Sobhani belə insanpərvərdirsə, qaçqınlara, köçkünlərə can yandırırsa, nədən yüzminlərlə azərbaycanlının Qərbi Azərbaycana, öz dədə-baba torpaqlarına qaytarılması məsələsini qaldırmır? Niyə demir ki, Dərələyəzdən, Göyçədən, İrəvandan, Vedidən, Qərbi Zəngəzurdan və başqa bölgələrdən vaxtilə zorla qovulan insanlar yenidən öz yurdlarına qayıtmalıdır? Bu tələbi niyə Ermənistan hökumətinin nəzərinə çatdırmır? Yoxsa, gözü yalnız beş-on nəfər ermənini görür? Bütün bu təhlillər göstərir ki, İranın Ermənistandakı səfiri qəsdən məsələnin mahiyyətini saxtalaşdırır, bu cür qondarma iddialarla Azərbaycan üçün yeni problemlər yaranmasını istəyir.  Görürsüz, bir kəlmə demir ki, ermənilər qayıdıb orada Azərbaycan vətəndaşları kimi yaşamalıdırlar. İddia edir ki, onların qayıdış hüququna hörmət edilməlidir. Yaxşı, bəs o ermənilər Qarabağa hansı sifətlə qayıdır, hansı adla gəlir? Onlar Azərbaycan vətəndaşlığını qəbul etməyəcəklərsə, bura niyə gəlməlidirlər? Yoxsa, səfir bir ovuc erməninin Qarabağa qaytarılması çağırışlarını etməklə bölgədə yeni münaqişə ocağının yaranmasını hədəfləyənlərdəndir? Azərbaycanın ərazi bütövlüyünü, mövqeyini müdafiə etsəydi heç zaman belə gerçəyi əks etdirməyən fikirlər irəli sürməzdi. Azərbaycan dövlətinin Qarabağdan könüllü köçən ermənilərə müraciətini, çağırışını də səfirin yada salması yaxşı olardı. Çünki bu müraciət, bu çağırış məsələnin əsl mahiyyətinə işıq tutur. Azərbaycan dövlətinin mövqeyini unudub, məsələyə birtərəfli yanaşıb reallıqdan uzaq çağırış etmək bir səfirə, onun statsuna yaraşmayan haldır"-deyə bildirən F.Ələkbərlinin sözlərinə görə, beş-on nəfər erməninin Qarabağa qayıtması məsələsi süni şəkildə gündəmə gətirilirsə, onda gerçək məsələ də gündəmə gətirilməli və Qərbi Azərbaycandan zorla qovulan yüz minlərlə azərbaycanın öz ata yurdlarına geri qayıdış hüququ da tanınmalıdır, Ermənistan dövləti onların təhlükəsizlik şəraitində qayıdışını təmin etməlidir. O hesab edir ki, hər şey qarşılıqlı şəkildə olmalıdır. "Bu anlamda İran adlanan  ölkənin səfirinin verdiyi bu sərsəm açıqlamalar həm yanlışdır, həm həddini aşmaqdır, Azərbaycana qarşı qərəzli münasibətin bir nümunəsidir. Aydındır, bütün bunların mahiyyətində Azərbaycanın bütövlüyü, Güney Azərbaycan məsələsi, 50-55 milyonluq azərbaycanlının bir olması məsələsi dayanır. Bu yanaşma da  erməni və fars qardaşlığının münasibətidir. Biz öz yolumuza davam edirik, bu kimi sərsəm açıqlamalar bizim qarşımızı kəsə bilməz. Biz məqsədimizə  doğru gedirik, Azərbaycan gec-tez öz bütövlüyünü ortaya qoyacaq"-deyə F.Ələkbərli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - VİDEO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ