çərşənbə günü, 04 noyabr 2026
     

Azərbaycan-İran münasibətləri erməniləri qorxuya salmağa başlayıb - qəribə dəyişmə...

Image


Azərbaycan və İran arasında münasibətlər son aylarda normallaşma məcrasına qayıdaraq artıq yeni inkişaf mərhələsinə daxil olub. İranda son prezident seçkilərindən sonra bu istiqamətdə proseslərin daha sürətlə cərəyan edəcəyi gözlənilir. Bunu Azərbaycan prezidenti İlham Əliyevlə İran  dövlət başçısı Məsud Pezeşkian arasında telefon söhbəti də təsdiq edir.

Rəsmi məlumata əsasən, dövlət başçısı Məsud Pezeşkianı İran prezidenti seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Məsud Pezeşkian göstərilən diqqətə və təbrikə, həmçinin prezident seçilməsi münasibətilə dövlət başçısının daha əvvəl göndərdiyi məktuba görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. İran prezidenti gələcəkdə də ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib. Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunub. Dövlət başçıları ölkələrimiz arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Telefon söhbəti əsnasında Azərbaycan və İran prezidentləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. Azərbaycan prezidenti Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət edib. Dəvəti məmnunluqla qəbul edən İran prezidenti dövlət başçısına minnətdarlığını bildirib və öz növbəsində, Azərbaycan prezidentini İrana rəsmi səfərə dəvət edib. İlham Əliyev bu dəvəti məmnunluqla qəbul edib. Beləliklə, gözlənilən odur ki, Azərbaycan və İran arasında münasibətlər bundan sonra uğurla inkişaf edəcək. Bu hal Ermənistanda getdikcə daha böyük narahatlığa səbəb olur. Ermənistanın "Alternativ Layihələr" qrupunun üzvü, erməni politoloq Vahe Hovhannisyan bu xüsusda bildirir: "Pezeşkianın İrandakı qələbəsindən çoxları narahatdır, bu, bəlkə də əsassız deyil, onu azərbaycanlı hesab edirlər. Bundan əvvəl biz Baydenin mümkün məğlubiyyətindən narahat idik, daha öncə isə Makronun məğlubiyyətindən narahat idik, Lukaşenko çoxdan azərbaycanpərəst, Putin isə Ərdoğanın müttəfiqidir. Bəlkə də bütün bu narahatlıqlar əsaslıdır, lakin biz bir neçə əsrdir ki, düzgün nəticəyə gəlməmişik. Hətta Tehranda, Vaşinqtonda, Moskvada, Tiflisdə, Ankarada eyni vaxtda hakimiyyətə azərbaycanpərəst qüvvələr gəlsə belə, Ermənistanda real dövlət təfəkkürünə malik erməni hökuməti olsa, Ermənistan səriştəli siyasət və səriştəli addımlarla həmin ölkələrdən müttəfiqlər qazanaraq, öz maraqlarını qoruya biləcək. İndi bu mümkün görünmür". Ermənistanın "Past" nəşri də Azərbaycan-İran əlaqələrinin güclənməsindən narahatlıq ifadə edir: "Bu yaxınlarda İranda prezident seçkiləri keçirilib və nəticədə Məsud Pezeşkian qalib gəlib". Nəşrə görə, bəzi politoloqlar düşünür ki, bu seçkidən siyasi kursda ciddi dəyişiklik gözləməyə dəyməz, çünki İranda xarici siyasət istiqamətləri ölkənin ali ruhani lideri Ayətullah Əli Xamneyi tərəfindən müəyyən edilir və prezident onun tərtib etdiyi çərçivədə hərəkət edir: "Yəni belə bir fikir var ki, Ermənistan-İran qonşuluq münasibətlərində ciddi dəyişiklik gözləmək lazım deyil. Buna baxmayaraq, müəyyən risqlərin istisna oluna bilməyəcəyinə əmin olan mütəxəssislər az deyil. Ermənistanın beynəlxalq məsələlər üzrə ekspertlərindən biri nəşrimizə açıqlamasında qeyd edib ki, ilk risqlər İran və ABŞ arasında dialoq imkanlarına, eləcə də İran və Azərbaycan arasında münasibətlərə müəyyən qədər yenidən baxılmasına aid ola, bu da Ermənistanın maraqlarına əhəmiyyətli dərəcədə kölgə sala bilər. Həmsöhbətimizin sözlərinə görə, biz İran-Rusiya münasibətləri kontekstində xeyli diqqətli olmalıyıq: burada da dialoqun müəyyən transformasiyası baş verərsə, ölkəmizin maraqları tabe ola bilər. Bəs Ermənistan nə edir? Həmsöbhbətimiz qeyd edib: "Təəssüflər olsun ki, Nikol Paşinyan və onun qrupu Ermənistanı faktiki olaraq geosiyasi sikkəyə çevirir və bunun nəticəsində geosiyasi münaqişə səhnəsinə düşmək təhlükəsi yaranır. İranla münasibətləri gücləndirmək, hətta dost ölkə ilə hərbi təlimlər keçirmək əvəzinə, sonuncunun rəqibi olan ABŞ ilə təlimlər təşkil edir və Qərb şəbəkəsinə daha çox qarışırlar. Bu, son dərəcə təhlükəli ola bilər".

Qeyd edilir ki, Qərblə bu yaxınlaşma İranın da diqqətindən yayınmır. Xatırladaq ki, İran – Ermənistan əməkdaşlığı hər zaman özünün çoxqütb­lülüyü ilə fərqlənib. Bu vaxta kimi Tehran – İrəvan əlaqələrində hansısa diskomfort yaşanmayıb. Amma artıq vəziyyət dəyişir. Ermənistanın Qərblə müdafiə sahəsində əməkdaşlığının dərinləşdirilməsi gələcəkdə İran-Ermənistan münasibətlərinin gərginləşməsinə gətirib çıxara bilər. Çünki Ermənistan, faktiki olaraq, İranın bütün çağırışlarına baxmayaraq bu və ya digər formada Qərblə əməkdaşlığın dərinləşdirilməsinə maraq göstərir. İran üçün Qərbin onun sərhədinə gətirilməsi qəbuledilməz hesab olunur. Ona görə də tərəflər arasında bu məsələdə müəyyən fikir ayrılıqları mövcuddur. Beləliklə, İran və Ermənistan arasında vaxtilə mövcud olan sıx münasibətlərdə hazırda gərginlik sezilir. Bu yaxınlarda İran Ermənistana hərbi ittifaq təklif etmişdi. Açıq şəkildə demişdilər ki, Ermənistan İranla hərbi ittifaqa görə Qərbin təzyiqindən qorxursa, Tehran İrəvanı rəsmi müqavilə imzalanmadan da silah-surat, təlim və digər hərbi vasitələrlə təhciz edə, hərbi yardımlar göstərə bilər. Son vaxtlara kimi Ermənistanın silahla təchiz olunmasında da İran vacib rol oynayıb. Rusiyadan, Hindistandan gələn silahların İran ərazisindən keçirilməsində fəal iştirak edib, öz hərbi sənayesinə aid raketlər bağışlayıb. Amma sonradan İrəvanın Qərbə yaxınlığı vəziyyəti dəyişdi. Ermənistan rəhbərliyi İranın Zəngəzurla bağlı mövqeyini İrəvanın daxili siyasətinə qarışmaq kimi qələmə verdi, İranın öz hərbi mövcudluğunu orda yerləşdirmək təklifini təhdid kimi qəbul etdi. İndi bunlar fonunda İranşünas Vardan Voskanyan bildirir ki, Pezeşkianın yaxın tərəfdarları arasında pantürkist düşüncəli insanlar da var ki, onlar təbii ki, müxtəlif vəzifələr tutacaqlar, İran-Azərbaycan və İran-Türkiyə münasibətlərinin inkişafına çalışacaqlar. Bu səbəbdən o hesab edir ki, Ermənistan üçün əlavə problemlər yaranacaq.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ