çərşənbə günü, 04 noyabr 2026
     

Azərbaycançılıq - dinamik tərəqqinin təməl daşlarından biridir...

Image


Xaos, gözlənilməzlik və texnoloji innovasiyaların getdikcə daha çox tətbiqi fonunda dünya nizamının dəyişməsi bir çox formalaşmış konsepsiyaları və baxışları yenidən nəzərdən keçirməyi tələb edir.

Bugünkü tendensiya turbulentlik və qeyri-xəttilik, məkan və zamanın təsadüfi və nisbiliyi, dəyişikliklərin birgə təkamülü, təbiət və cəmiyyətlə bağlı qanunauyğunluqların konvensionallığı ilə xarakterizə olunur. Belçikalı fizik İlya Priqojin və onun ardıcıllarının 1970-ci illərdə proqnozlaşdırdığı dünyanın klassik mənzərəsindən indi əsər-əlamət yoxdur. Başqa sözlə, biz tanış olanı qoruyub saxlayan, əvəz edən və çox vaxt onu təqlid edən fərqli qaydaları, məntiqi və metaforaları olan yeni ideoloji dünyaya qədəm qoyuruq.

İdeologiyalar bu gün də ən təsirli vasitələr sırasında yer alır 

Yuxarıda qeyd olunanlar fonunda təsadüfi deyil ki, bugünə qədər ideologiya bəzən elm və ya sənət adlanır və siyasi nəzəriyyə ilə ideologiya arasındakı mübahisə bəzən sonsuz görünən çox şiddətli bir rəqabətdir. Müzakirələr ideologiyanın elmi mahiyyəti, müvafiq olaraq, onun statusu, dili, şüurun manipulyasiyası ətrafında gedir. İdeologiyalar "fikirlər sistemi" olduğundan, simvolik düşüncə sahəsinə aiddir. Bu mövqedən çıxış edınlər olmalı olanla faktiki olan arasındakı qaçılmaz ziddiyyəti əks etdirərək, öz təməlini cəmiyyətdə, sosial münasibətlərdə deyil, cəmiyyətdən transsendental olan mənəvi sferada axtarır. 

Etiraf etmək lazımdır ki, adi insanlar arzulanan gələcəyin imicini proyeksiya edərkən nadir hallarda "yanlış şüur" və ya "reallığın təhrifləri" haqqında düşünürlər. Onların cari siyasi problemlərə münasibəti kifayət qədər kortəbii xarakter daşıyır, bir sıra stereotiplər və sabit düsturlarla seçilir. Özü də bunlar təhsilin, medianın və ümumilikdə mədəniyyətin köməyi ilə adi insanların şüuruna çox uğurla daxil edilir. Məşhur Amerika siyasi mütəfəkkiri Con Plamenatz öz dövründə bu barədə yazırdı, yeri gəlmişkən, o, Amerika universitetlərində siyasi elmlərdə pozitivizmin total hökmranlığına qalib gələ bilmiş ilk şəxslərdən biri olub. O hesab edirdi ki, ideologiya kifayət qədər geniş və tam kodlaşdırılmamış dəyərlər sistemidir və ya başqa sözlə, "fikir", "dünyagörüşü" mentalitetə çox yaxın bir şeydir. Bu, başa düşülməsi, demək olar ki, qeyri-mümkün olan, şüursuz şəkildə həyatımızın çərçivəsi kimi qəbul edilən və əksər insanlar üçün kodlaşdırılması və əsaslandırılması olduqca çətin, hətta qeyri-mümkün olan, qismən irsi, qismən qazanılmış ifadələrin bir növ qarışığıdır. Plamenatz ideologiyaların iki səviyyəsini müəyyən etdi: vahid və qismən. Sonuncu, kortəbii, gündəlik səviyyədə fəaliyyət göstərir, cəmiyyətin "qeyri-qanuni" dəyərlərini əks etdirir və təbii olaraq, dərsliklərdə, o cümlədən "total" ideologiyalarda şərh edildiyi kimi, ideologiyaların bəzi xarakterik xüsusiyyətlərinə malik deyil. Eyni zamanda, onlar ətraf mühit haqqında məlumatları süzgəcdən keçirən "linzalar" rolunu oynayırlar, bu, zamanla qurulan "kollektiv şüursuzluq"dur. Başqa bir məqam budur ki, bir fikir sistemi olaraq ideologiya dünyamızın xüsusiyyətlərinin qiymətləndirilməsini və fərdlərin, sosial qrupların, kütləvi hərəkatların şüurunda onun dəyişməsi perspektivlərini əks etdirən nisbətən vahid, adətən sistemləşdirilmiş dünyagörüşü və baxışlar toplusudur. Bu, siyasi fəaliyyət proqramlarına daxil edilmiş, məqsəd və davranışları əvvəlcədən müəyyənləşdirən konseptual bir sistemdir. İdeologiyalar, adətən, nüfuzlu siyasi liderlər, siyasi qüvvələr, partiyalar və digər ictimai inkişafın təbii prosesinə müdaxilə edir. Güclü məcburiyyət kifayət etmir və onlar bu halda "təkliflər sisteminə" çevrilən ideologiyalara müraciət edirlər. Ancaq ideologiyaların bu cür istifadəsi heç bir şəkildə təhlükəsiz deyil. Bir tərəfdən, o, şübhəsiz ki, ideala çatmaqda və ya proqramın həyata keçirilməsində kömək edə bilər, lakin digər tərəfdən, ənənələr rolunu öz üzərinə götürərək, mümkün yeniliklər arasında süni seçim aparır. Belə halda , ola bilsin, cəmiyyətin normal inkişafını ləngidə bilər.

Fərd, cəmiyyət və dövlət arasında "sosial müqavilə" 

Bütün bunlar ideologiyaların cəmiyyətin, dövlətin tərəqqisində nə dərəcədə önəmli rola malik olduğunu təsdiq edir. Bu mənada ideologiyalar baxımından hazırlıqlı ölkələr inkişaflarında daha çox nailiyyətə imza atırlar. Azərbaycan bunun ən yaxşı nümunələrindən biridir. 

Azərbaycançılıq ideologiyası bu gün ölkənin dinamik tərəqqisinin kökündə dayanan mühüm təməl daşlarından biridir. Qədimdən müasir günümüzə qədər Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, polietnik zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi məhz azərbaycançılıq ideyası təşəkkül tapıb. Qeyd edək ki, Azərbaycan tarixən çoxmillətli ölkə, milli və dini tolerantlığın bərqərar olduğu məkan kimi tanınıb və bu üstün cəhətlər azərbaycançılıq məfkurəsinin əsasını təşkil edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev azərbaycançılıq ideologiyasını irəli sürərəkən ilk növbədə tarix boyu əldə edilən zəngin təcrübədən istifadə etdi. Azərbaycançılığı ümummilli ideologiya olaraq irəli sürülməsi ölkənin yüksəlişində müstəsna rol oynadı və oynamaqda da davam edir. Digər aparıcı ideologiyalar kimi azərbaycançılıq da instrumental və emosionaldır, şüurun stereotiplərinə əsaslanır, təkzibedilməz həqiqətlər kimi qəbul edilir. Siyasi və digər ictimai elmlərdə konstruktivizm kimi yanaşmanın bərqərar olması ilə ideologiyalar yeni forma alır. Həm də bu, təkcə ideologiyaların qurulmasının və onların dekonstruksiyasının mənasını və mexanizmlərini anlamağa çalışmaqdan getmir. İdeologiyalara onların ekzistensial daxili ziddiyyəti ilə post-qeyri-klassik dövrün dünyagörüşü kimi baxılması da mühümdür. Amma ən əsası odur ki, o, mübahisəsizdir və sübuta və dəlillərə ehtiyac duymur. Bu, dövlətin və cəmiyyətin subyektlərarası əlaqəsinin nəticəsidir, fərd, cəmiyyət və dövlət arasında bir növ "sosial müqavilə"dir.  Eyni zamanda, sabitlik və əminliyi getdikcə itirən xaotik dünyada özünü tanıma, öz müqəddəratını təyinetmə və özünü identifikasiya formasıdır.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ