çərşənbə günü, 04 noyabr 2026
     

Avropa İttifaqı türk və yunanların qaytarılmasını Gürcüstandan tələb edəcək...

Image


Xəyal Bəşirov: "Ahıska türklərinin və yunanların geri qayıdışının təmin edilməsi tələbini əks etdirən addım atıla bilər"

Avropa İttifaqı (Aİ) 2024-cü ildə Gürcüstan silahlı qüvvələrinə dəstək üçün Avropa Sülh Fondundan 30 milyon avronun ayrılmasını dayandırıb. Bu barədə xarici media Avropa İttifaqındakı mənbələrinə istinadən məlumat yayıb. 

Gürcüstana ayrılan 30 milyon avronun dondurulması qərarı Gürcüstan Parlamentində qəbul olunan xarici agentlər haqqında qanuna görə verilib.
 "Biz artıq Avropa Sülh Fondu çərçivəsində 2024-cü il üçün Gürcüstan silahlı qüvvələrinə 30 milyon avro məbləğində dəstəyi dayandırmışıq", - yayılan  məlumatda qeyd olunub.

İyulun 9-da Tbilisidə mətbuat konfransı zamanı Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski "Aİ liderləri həmçinin Avropa Sülh Fondu (APF) çərçivəsində Gürcüstanın müdafiə qüvvələrinə dəstək üçün ayrılan vəsaiti dondurmaq qərarına gəliblər. Hazırda Müdafiə Nazirliyinə köçürməyi planlaşdırdığımız 30 milyon avro məbləğində pul dondurulub", - deyə bildirib.

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinski həmçinin bildirib ki, Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi hazırda dayandırılıb. 

"Təəssüf ki, hazırda Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi dayandırılıb. Ümid edirəm ki, seçkilərdən sonra yeni hökumət yenidən Avropa İttifaqına inteqrasiya istiqamətində ciddi işə başlayacaq", - deyə səfir Qerçinski bildirib.

Səfir qeyd edib ki, Gürcüstanın hazırkı hakimiyyətinin niyyətləri Avropa İttifaqı liderlərinə aydın deyil. Onun sözlərinə görə, iyunun 27-də Brüsseldə Aİ liderləri, Aİ ölkələrinin prezidentləri və baş nazirləri, digər mühüm qərarlarla yanaşı, Gürcüstanın Aİ-yə üzvlük prosesinin dayandırılması ilə bağlı da razılığa gəliblər. "Xarici təsirin şəffaflığı haqqında" Qanun ölkəni Avropa Birliyinə daxil olmaq üçün atılan 9 addımı tamamlamaqdan qəti şəkildə uzaqlaşdırır və anti-Qərb, anti-Avropa ritorikası elan edilmiş məqsədlə tamamilə uyğun gəlmir.

Belə ki, təəssüflər olsun ki, hazırda Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi dayandırılıb. Bu, həqiqətən də kədərlidir və məyusedicidir, çünki eyni zamanda biz digər namizəd ölkələrlə sürətlə irəliləyiş əldə edirik. Bildiyiniz kimi, bu qərarın ertəsi günü Avropa İttifaqı Ukrayna və Moldovanın üzvlüyünə dair danışıqlara başladı. Mən ürəkdən ümid edirəm ki, Gürcüstandakı seçkilərdən sonra, oktyabrdan sonra yeni hökumət, nə olursa olsun, yenidən Avropa İttifaqına inteqrasiya istiqamətində ciddi işə başlayacaq", - P. Qerçinski bildirib. 

Aİ səfirinin sözlərinə görə, ölkənin Aİ-yə nə qədər tez üzv olacağı yalnız Gürcüstan və gürcülərdən asılıdır.

Gürcüstan 2023-cü ilin dekabrında Aİ üzvlüyünə namizəd ölkə statusunu alıb. Bununla belə, "xarici agentlər" haqqında qanunun qəbulu Aİ və ABŞ tərəfindən kəskin tənqid edilib və Gürcüstanda minlərlə nümayiş keçirilib. Qanuna əsasən, maliyyə vəsaitlərinin 20%-dən çoxunu xaricdən alan qeyri-hökumət təşkilatları və media orqanları xarici dövlətin maraqlarını müdafiə edən təşkilatlar kimi qeydiyyatdan keçməlidir. Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, qrant alanların maliyyə şəffaflığını təmin etmək üçün belə qanunvericilik zəruridir.

Göründüyü kimi, Avropa İttifaqı Gürcüstana təzyiqləri artırıb. Bu təzyiqlər, xüsusən də Gürcüstanın Rusiyayönümlü xarici agentlər haqqında qanun qəbul etməsindən sonra güclənib. 

Qeyd edək Aİ Gürcüstanla bağlı sərt qərar qəbul edən təşkilat deyil, bir müdət əvvəl BMT Gürcüstan qarşısında konkret tələblər qoyub. Belə ki, BMT Baş Assambleyası Gürcüstandan olan bütün məcburi köçkünlərin və qaçqınların Abxaziya və Sxinvaliyə qayıtmaq hüququnu təsdiq edən qətnamə qəbul edib. 

Qətnaməyə əsasən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün məcburi köçkünlər və qaçqınlar, eləcə də onların övladları Gürcüstanda, o cümlədən Abxaziya və Sxinvali bölgəsində (Cənubi Osetiya) öz evlərinə qayıtmaq hüququna malikdirlər. Qətnamə Gürcüstanda münaqişələrdən zərər çəkmiş bütün məcburi köçkünlərin və qaçqınların mülkiyyət hüquqlarına hörmət edilməsinin və bu hüquqların pozulması ilə əmlak əldə etməkdən çəkinməyin zəruriliyini bir daha təsdiq edir. 

Aİ-dən təzyiqlərin artması, BMT-nin də belə bir qətnamə qəbul etməsi fonunda gözləmək olarmı ki, 1944-cü ildə Gürcüstandan-öz doğma yurdlarından deportasiya edilən Ahıska türklərinin və keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində oradan köçüb getmək məcburiyyətində qalan yunanların yenidən Gürcüstana qaytarılmasının təmin edilməsi ilə bağlı Avropa Şurası qərar versin, bu ölkəyə    təzyiqlərini artırsın, təzyiq göstərsin? 

Avropa İttifaqı ayırdığı 30 milyon avronu dondurubsa, Gürcüstanın Avropa Birliyinə üzvlük prosesini də dayandırıbsa, bu məsələnin də reallaşmasını gözlənilən hesab edən ekspertlərə görə, ola bilər ki, bu kontekstdə vaxtilə Gürcüstandan qovulmuş Ahıska türkləri, eləcə də yunanların qaytarılması məsələsi aktuallaşsın və Aİ də, BMT də, Avropa Şurası da bununla bağlı Gürcüstana təzyiqlər göstərsin. 

Məlumdur ki, hələ neçə illər əvvəl Ahıska türklərinin repatriasiyası barədə Avropa Şurası Gürcüstan qarşısında tələb qoyub. Amma təəssüf ki, hələ də Ahıska türklərinin öz yurdlarına qayıdışı Gürcüstan hökuməti tərəfindən təmin olunmayıb. 

"Belə təzyiq vasitələrindən istifadə edib Gürcüstanı  Rusiyayönümlü deyil, Qərbyönümlü siyasət yürütməyə vadar etməklə əlaqədar addımlar atılacağı da gözlənilməz deyil"     

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Cənubi Qafqaz dövləti olan Gürcüstanla Qərb, xüsusən də Avropa İttifaqı arasında münasibətlər məlumdur. "Gürcüstanın xarici agentlər haqqında qanun qəbul etməsi, təbiidir ki, Aİ ilə münasibətlərə ciddi zərbə vurub. Gürcüstan tərəfi bunun özünün dövləçilik maraqlarına və xalqın mənafeyinə uyğun olduğunu deyir, amma kollektiv Qərb və Avropa İttifaqı, Qərb dövlətləri isə Gürcüstanın Rusiyayönümlü siyasətinin təzahürü kimi qələmə verməyə çalışır. Onlar birmənalı olaraq bu qanunu Rusiyayönümlü qanun hesab edirlər. Halbuki, Gürcüstanın özünün də bununla bağlı həqiqətləri, arqumentləri var ki, 1938-ci ildə ilk dəfə ABŞ analoji qanunu qəbul edib, o qanunda tələblər Gürcüstanın qəbul etdiyi qanundakından daha sərtdir. Amma artıq bizim hansı mövqe sərgiləməyimizdən aslı olmayaraq, bu qanun Gürcüstanla Aİ arasında münasibətlərdə ciddi çat əmələ gətirib". 

X.Bəşirovun sözlərinə görə, bu çat əmələ gəlməzdən, yəni qanun qəbul edilməzdən əvvəl Gürcüstanla Avropa İttifaqı arasında isti münasibətlər vardı və Gürcüstanın Aİ-yə qəbul edilməsi ilə bağlı təşkilat qərar qəbul edib. "Bu qərarı qəbul edən Aİ bu qanundan sonra Gürcüstanın Aİ-yə qəbulu prosesini də dayandırıb, bununla da onun yolu bağlanıb. Bilirik ki, Qərb dövlətləri bu hallarda bütün istiqamətlərdə addımlar atırlar, bütün imkanlarından istifadə edib əllərindən gələni edirlər..."

X.Bəşirovun sözlərinə görə, Aİ miqrantların qarşısını almaq məqsədilə bu yaxınlarda limit tətbiq edilməsi ilə bağlı qərar qəbul edib. Ekspertə görə, Aİ-nin Gürcüstanla münasibətlərin pisləşməsi fonunda Gürcüstanın insan hüquq və azadlıqlarına, demokratiyaya, onların əsas saydığı prinsiplərə zidd addımlar atdığını əsas gətirb miqrantlarla bağlı probelmlərin həlli istiqamətində Gürcüstana münasibətdə də bu addımdan istifadə edə bilərlər. "Yəni Ahıska türklərinin və yunanların geri qayıdışının təmin edilməsi tələbini əks etdirən addım atıla bilər. Belə təzyiq vasitələrindən istifadə edib Gürcüstanı  Rusiyayönümlü deyil, Qərbyönümlü siyasət yürütməyə vadar etməklə əlaqədar addımlar atılacağı da gözlənilməz deyil.  Təbii ki, son addımlar təsadüfən atılmayıb. Belə məsələləri Qərb dövlətləri və təşkilatları   zaman-zaman gündəmdə saxlayırlar ki, vaxtı gələndə bundan istifadə etsinlər. Gürcüstana gəldikdə, indiyə qədər ortada   bəyanatlar, çıxışlar, eyni zamanda da real addımlar var. Məsələn, Aİ Gürcüstana ayırdığı 30 milyon avro həcmində yardımı dondurub, Avropa Birliyinə üzvlük prosesi dayandırılıb"-deyə bildirən X.Bəşirov qeyd etdi ki, həmçinin Gürcüstanla yenidən münasibətlərin qurulması haqda fikirlər səsləndirilir, ABŞ tərəfindən də Gürcüstanla əlaqədar yeni siyasətin formalaşdırılması üçün real addımlar atılır. O vurğuladı ki, bu gün ABŞ-da prezident seçkiləri ili olduğu nəzərə alınarsa, seçkilərdən sonra Gürcüstanla münasibətlərə yenidən baxılması gözləniləndir.

X.Bəşirov əlavə etdi ki, Qərb heç cür Cənubi Qafqazdan qopmaq istəmir və burada qalmaq cəhdlərini davam etdirir. O hesab edir ki, Qərb Gürcüstandan istədiyini ala bilməsə, o zaman miqrantlar və deportasiya olunmuş insanlar məsələsini ortaya atacaq. "Ahıska türklərinin geri qaytarılması məsələsini gündəmə gətirə bilərlər. Hətta Gürcüstana münasibətdə daha sərt addımlar atıla bilər. Məsələn, Gürcüstanın Avropa Şurasındakı, ümumiyyətlə kollektiv Qərbdəki instututlarda, təşkilatlarda fəaliyyətinin məhdudlaşdırılması məsələsi də gündəmə gələ bilər. Təbii ki, bütün bunlar gələcəkdə Gürcüstanın, Gürcüstan hakimiyyətinin atacağı addımlardan aslıdır. Nəzərə alsaq ki, oktyabrda Gürcüstanda parlament seçkiləri keçiriləcək, bu seçkilərdən sonra Gürcüstanda hakimiyyətdə dəyişikliklərin edilməsi, hətta prezidentin belə əvəzlənməsi prosesi baş verə bilər. Bu da onu deməyə əsas verə bilər ki, Gürcüstan kollektiv Qərbin, Qərb dövlətlərinin və institutlarının atdığı bu addımlara rəğmən hansı yolu seçib" - deyə X.Bəşirov vurğuladı. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ