çərşənbə günü, 04 noyabr 2026
     

Fransızdilli Frankofoniya forumunun strukturları da ermənilərin alətinə çevrilib...

Image


Akif Nağı: "Əli hər şeydən üzülən Fransa indi də heç bir gücü, heç bir səlahiyyəti olmayan "Frankofoniya" deyilən qondarma bir təşkilatın adından Azərbaycana qarşı əsassız qətnamə qəbul edib"

Dildə sülhdən danışsa da, normallaşma istəyini əldə bayraq etsə də, ölkəmizin ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan etsə də, məqsədi və niyyəti ilə bunun tam əksini göstərən Ermənistan tərəfi, bir qayda olaraq, Azərbaycanın ərazi bütövlüynə qarşı təxribatını davam etdirir, qondarma "erməni irsi" və "erməni qaçqın və köçkünləri" iddiasından əl çəkmir.

Bir müddət əvvəl "Ermənistan Respublikasının ərazi bütövlüyü və Dağlıq Qarabağ erməniləri haqqında" qətnamə qəbul edib. Erməni mediasının yaydığı məlumata görə, bu barədə Ermənistan Parlamentinin deputatı Arman Eqoyan Facebook səhifəsində yazıb.

Başdan-başa böhtandan ibarət olan bu kağız parçasında Azərbaycanın "işğalçı" kimi qələmə verilməsi doğrudan da absurddur. Yazırlar ki, 2023-cü il sentyabrın 19-da Qarabağdan guya 100 mindən çox erməni "məcburi köçkünə" çevrilib, guya Azərbaycan Ermənistanın "ərazi bütövlüyünü pozmaqda davam edir". 

Frankofoniya Parlament Assambleyasının çıxardığı üzdəniraq kağız parçasında əks olunan uydurma fikirlərə baxanda açıq-aşkar bu qurumun erməni mafiyasının əlində alətə, kuklaya çevrildiyini görməyə bilmirsən. Burada "Azərbaycanı 

Ermənistanın öz sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə" çağıranlar unudurlar ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır və bu ölkəyə qarşı heç bir ərazi iddiası yoxdur, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası birbaşa konstitutsiyasında öz əksini tapır. Eyni zamanda Azərbaycan 2023-cü il sentyabrın 19-da Qarabağı işğal etməyib, öz ərazisini separatçılardan təmizləyib, torpaqlarında suverenliyini bərpa edib. Azərbaycan öz ərazisi olan Qarabağda yaşayan erməni əhalisinə qarşı heç bir etnik təmizləmə siyasəti aparmayıb, onlar özləri könüllü şəkildə bizim torpaqlardan çıxıb gediblər. Qarabağda erməni mədəni və dini irsi olmayıb ki, ona qarşı hansısa bir addım da atılsın. Birincisi, Azərbaycan heç zaman başqa xalqların dini və mədəni irsinə düşmən münasdibət bəsləmir, ikincisi,  əgər bizim ərazidə həqiqətən də erməni dini  və mədəni irsi olsaydı, biz, ermənilərdən fərqli olaraq, onları da qoruyardıq. Biz vandal xalq deyilik, vandalizmin ən ağrılı tərəflərini Ermənistan Azərbaycan ərazilərini işağlda saxladığı dövrdə sərgiləyib. Qarabağdan gedən ermənilərin isə "qaçqın və məcburi köçkün" kimi qələmə verilməsi başdan-başa absurddur. 

"Bu qətnamə Makronun növbəti sayıqlamasıdır" 

"Frankofoniya PA-nın strukturunun "Dağlıq Qarabağ erməniləri və Ermənistanın ərazi bütövlüyü ilə bağlı" qətnamə qəbul etməsinə münasibət bildirən Azad Vətən Partiyasının sədri  Akif Nağı "Bakı-Xəbər"ə bildirdi ki, "Frankofoniya" fransızdilli ölkələrin birliyidir və Fransa tərəfindən müstəmləkələri əlində saxlamaq məqsədilə yaradılıb. A.Nağı qeyd etdi ki, dünyada Fransadan başqa ikinci bir fransızdilli müstəqil dövlət yoxdur, vaxtilə Fransanın müstəmləkəsi olan dövlətlər fransız dilindən istifadə edirdilər. "Bu təşkilatın yaranması Fransanın müstəmləkəçilik maraqları ilə bağlı olub, bu da hazırda iflasa uğrayır, şəbəkələri də, bütün planları da dağılır. Ermənistanı da o təşkilata üzv ediblər. Absurd bir məsələdir ki, ermənilər fransızdilli olmadıqları halda, onları "Frankofoniya"ya üzv ediblər. Belə çıxır ki, bu, Fransanın mövqeyində dayananların bir ittifaqıdır, elə bir ciddi tərkibi də, ciddi təsir imkanları da yoxdur. Fransa bununla bacarıqsızlığını göstərir.  

Fransa ilə müqayisədə müasir Azərbaycan dövləti cavan olsa da, dövlətçilik tarixi baxımından  Azərbaycanın dövlətçilik ənənəsi  Fransadan minillərlə çoxdur. Yəni Fransa dövləti yeni eranın birinci minilliyində yaranıbsa, Azərbaycanda dövlətçilik eradan əvvəl III minillikdən formalaşıb. Amma XIX-XX əsrlər hadisələri gedişində respublika tipli dövlətlərin yaranması baxımından fransızlar  bir az bizdən qabaqdadırlar. Lakin bu gün də görsənir ki, qədim dövlətçilik ənənələrinə söykənən Azərbaycan Fransadan da, digərlərindən də öndədir. Fransa indi öz ətrafında kimlərisə cəmləşdirməyə çalışır, amma on illərdir heç nəyə nail ola bilmir. Ancaq azərbaycan az vaxt ərzində Qoşulmama Hərəkatı adlı bir qurumda liderə çevrildi, öz ətrafında böyük bir qüvvəni topladı. Azərbaycan bu gün COP29-a hazırlaşır, dünyanın bütün aparıcı dövlətləri Azərbaycanın ev sahibliyinə razılıq verib, məmnuniyyətlə bu prosesə qoşulublar. Yəni istənilən baxımdan Azərbaycan Fransadan üstündür. 

Frankofoniya Parlament Assambleyası "Qarabağın erməni əhalisi" ilə bağlı mənasız bir qurumdur və mənasız, məntiqsiz bir sənəd qəbul edib. Onlar Azərbaycanı əsassız ittiham etmək üçün bir məqam axtarırlar. 2023-cü ilin sentyabrında Azərbaycan öz qanuni haqlarını reallaşdırdı və ermənilərin də Azərbaycan vətəndaşları kimi yaşamasını tam şəkildə ortaya qoydu ki, hüquqları var yaşasınlar, amma Azərbaycan vətəndaşlığını, konstitutsiyasını, qanunlarını qəbul etsinlər. Azərbaycan öz ərazi bütövlüyünü müdafiə edib, öz süveren hüquqlarını bütün ərazilərində bərpa edib, burda heç bir qanunsuz bir hal yoxdur. Azərbaycana qanunsuz bir addım atsaydı beynəlxalq təşklilatlar, BMT Azərbaycana qarşı hansısa bir qərar qəbul edərdi. Heç bir qərar qəbul olunmadı. Fransanın təşəbbüsü ilə yüngülvari bir cəhd olundu, ancaq o da nəticə vermədi. Əli hər şeydən üzülən Fransa indi də heç bir gücü, heç bir səlahiyyəti olmayan "Frankofoniya" deyilən qondarma bir təşkilatın adından Azərbaycana qarşı əsassız qətnamə qəbul edib. Bununla onlar öz gücsüzlüklərini nümayiş etdirirlər, bu qətnamənin heç bir təsiri yoxdur, çünki reallığı əks etdirmir. Erməniləri güclə Qarabağdan heç kim çıxarmayıb, onlara qarşı heç bir deportasiya, etnik təmizləmə olmayıb. Bu gün süni şəkildə Azərbaycana qarşı bu məsələni qabartmağın heç bir mənası yoxdur və heç yerdə bu ciddi sənəd kimi qəbul olunmur. Heç bir dövlət, heç bir təşkilat onu ciddiyə alıb reaksiya vermir. Bu qətnamə Makronun növbəti sayıqlamasıdır.  Dünya da ona bu cür yanaşır"-deyə A.Nağı bildirdi. 

A.Nağı qeyd etdi ki, qətnamədə Azərbaycanla Ermənistanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıması, Almatı bəyannaməsinə əməl etmələri barədə çağırış absurddur, Fransanın bu məsələyə heç bir aidiyyəti yoxdur, onun fikrinə ehtiyac duyulmur.

A. Nağının sözlərinə görə, "Frankofoniya"nın adından çıxarılan bu qətnamədə əks olunanlar əslində Fransanın mövqeyidir, orda ondan başqa söz sahibi olan dövlət yoxdur. "Azərbaycanın Fransanın məsləhətinə heç bir ehtiyacı yoxdur. Ola bilsin, ermənilər yenə də ortaya bir vasitəçi atmağı planlaşdırır, amma vasitəçiyə ehtiyac yoxdur, Azərbaycan vasitəçisiz  danışıqların tərəfdarıdır. İşi elə qurub ki, danışıqlar tam şəkildə vasitəçisiz davam edir, Azərbaycan Ermənistana təkliflərini verir.  Ermənistan da özünü bir qədər şıltaq aparır, cavab verir, öz şərtlərini qoyur. Onsuz da müəyyən bir məqamda Azərbaycan istənilən vasitə ilə Ermənistana reallığa uyğun olan sülh sənədini qəbul etdirəcəkdi. Sadəcə, hələlik Azərbaycan Ermənistanın şıltaqlıqlarına səbrlə yanaşır. Eyni zamanda burada məqsəd odur ki, Ermənistanla birbaşa təmasları davam etdirməklə ermənilərin və Fransanın, eləcə də bəzi başqa dövlətlərin ssenarisini pozur. Çünki onlar vasitəçi donunda məsələyə müdaxilə etmək istəyirlər. Bilirsiz ki, Minsk qrupu, həmsədrlərlə bağlı Ermənistan da, Fransa da, başqaları da Azərbaycana qarşı kampaniya apardılar, nəticəyə nail ola bilmədilər. Yenə də ölmüş Minsk qrupunu diriltməyə cəhd edirlər, ancaq cəhdlərin mənası yoxdur. 

Bunların qəbul etdiyi bu qətnaməni Azərbaycanın siyasətinə təsir etmək cəhdi kimi də dəyərləndirmək olar. Bu mənasız qurum Azərbaycana təsir etmək məqsədi güdür. Amma mənasızdır. Sözümüz odur ki, Fransa bu cür mənasız hərəkətləri ilə özünü daha da nüfuzdan salır və danışıqlar prosesini Azərbaycan müəyyənləşdirir, proses Azərbaycanın cızdığı yol xəritəsi ilə gedir. Bu mənasız təşəbbüslərin heç bir əhəmiyyəti və danışıqlara təsir imkanı yoxdur"-deyə A.Nağı bildirdi. 

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ