Cümə axşamı günü, 05 noyabr 2026
     

Rusiyada miqrantlarla müharibə başlayıb - hakimiyyət daxilində qarşıdurma...

Image


Son dövrlərdə Rusiyada miqrantalara qarşı daha sərt siyasətə start verilməsi müşahidə olunur. Sözügedən ölkədə hələ də xeyli sayda azərbaycanlı miqrantın olması fonunda məsələ Azərbaycan üçün də maraqlıdır. 

Rusiya isə, belə görünür ki, miqrantlara qarşı daha sərt mövqe sərgiləməkdə israrlıdır. Bunu Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin və Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi Komitəsinin rəhbəri Andrey Klişasın açılamaları da təsdiq edir. 

Onlar bildiriblər ki, Rusiya Federasiyasında yerli əhalini yeni gələnlərlə əvəz etmək üçün aparılan kurs qəbuledilməzdir. Bastrıkin miqrasiya böhranının günahkarlarının və lobbiçilərinin hökumətin maliyyə-iqtisadi bloku tərəfindən dəstəklənən biznes olduğunu da iddia edib.  İndi görünən odur ki, həm real idarəetmə, həm də xeyli maliyyə resursları yaradan miqrant sahəsinə nəzarət uğrunda mübarizə hökumət daxilində "təhlükəsizlik" və "iqtisadçı" düşərgələri arasında güclənəcək. Bıstrıkin bütün hakimiyyət orqanlarını miqrasiya siyasətinə və fəaliyyətsizliyinə görə sərt şəkildə qınayıb. Bura hökumətdən və onun sosial-iqtisadi idarələrindən tutmuş, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq, hətta Dövlət Duması da daxil olub. Rusiya Federasiyasının Moskva, Moskva vilayəti və Sankt-Peterburq kimi ən böyük subyektlərinin rəhbərləri də miqrasiya məsələsində onun sərt tənqidi ilə üzləşib. Bastrıkin hətta Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu çərçivəsində miqrasiya siyasətinin müzakirəsi zamanı Dövlət Dumasını "dövlət axmağı" adlandırıb: "Çox istərdim bilim ki, bizim bu dövlət axmaqlarımız nə vaxt yaxşı qanunlar qəbul edəcəklər".  Dumanın aşağı palatanın spikeri Vyaçeslav Volodin bununla bağlı bildirib: "Deputatlar Rusiya Federasiyasının vətəndaşları tərəfindən seçilib, odur ki, Bastrıkin xalqı təhqir etdi". Miqrasiya sessiyasında çıxış edən Klişas da az sərtlik nümayiş etdirməyib. Bastrıkinin ardınca ölkədə bütün qanunvericilik prosesinin əsas fiqurlarından biri Rusiyada miqrasiya sahəsində real siyasətin olmadığını vurğulayıb. Üstəlik, senator bildirib ki, parlament faktiki olaraq hər hansı hüquqi dəyişikliyin edilməsi ilə məhdudlaşır, çünki heç kim qanunverici orqanda xarici işçi qüvvəsi ilə bağlı strateji yanaşmalar formalaşdıra bilməz: "Deyirlər, yeni gələnlər öz adətlərinə uyğun burada  bizim əvəzimizə yaşamaq istəyirlər, həm də bizimlə yaşamaq istəmirlər". Aleksandr Bastrıkin bu fonda qeyd edir ki, Moskva əmək miqrantlarını Ukraynadakı müharibəyə göndərir ki, Rusiyanı tərk etsinlər. Onun sözlərinə görə, orduya 10 minə yaxın miqrant cəlb olunub: "Bilirsiniz, miqrantların Rusiyanı yavaş-yavaş tərk etməyə başlamasına səbəb olan bir hiylə tapdıq. Biz Konstitusiyanın, qanunlarımızın vətəndaşlıq almış şəxslərin hərbi qeydiyyatda durmalı və lazım gələrsə, xüsusi hərbi əməliyyatda iştirak etməli olduğu barədə müddəalarını həyata keçirməyə başladıq". Onun sözlərinə görə, hərbi qeydiyyata alınmaqla onun idarəsinin müstəntiqləri məşğuldur: "Artıq vətəndaşlıq almış, lakin hərbi qeydiyyatdan keçmək istəməyən 30 mindən çox insanı tutub qeydiyyata salmışıq".

Qeyd edək ki, 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzü başlanandan Mərkəzi Asiya ölkələrindən ora iş axtarmaq üçün gedən miqrantların müharibəyə göndərildiyi barədə xəbərlər gəlir. Bu ölkələrin hökumətləri vətəndaşlara müharibədə iştirakı muzdluluq kimi qiymətləndirə biləcəklərini xatırladıblar. 2011-ci ildən Rusiyada İstintaq Komitəsinə rəhbərlik edən Bastrıkin dəfələrlə miqrantlara qarşı çıxış edib və miqrasiya qanunvericiliyinin sərtləşdirilməsini dəstəkləyib. İstintaq Komitəsinin rəhbərinin mövzu ilə bağlı son açıqlamaları Moskva yaxınlığındakı "Crocus City Hall" zalına hücumdan sonra Mərkəzi Asiya ölkələrindən olan miqrantlara qarşı başlayan kampaniya fonunda verilib. Hücumda Tacikistandan bir neçə mühacir ittiham olunur. Bastrıkin iddia edir ki, yalnız daxili əmək resurslarına güvənmək lazımdır. Bununla yanaşı, əmək idxalının tərəfdarları ilə bu qarşıdurmadan ruhlanan Bıstrıkin əsas açıqlamalarından birini də verib. O, miqrasiya lobbiçilərinin adını da çəkib. Məsələn, Prezident yanında İnsan Haqları Şurasının ən məşhur üzvlərindən biri Kirill Kabanovun adı bir neçə dəfə çəkilib. Beləliklə, miqrasiya siyasətini bu və ya digər məzmunla doldurmaq uğrunda "təhlükəsizlik ekspertləri" ilə "iqtisadçılar" adlanan şəxslər arasında hakimiyyətdaxili mübarizə getdikcə şiddətlənməkdə davam edir. Yada salaq ki, bir neçə il əvvəl Rusiya prezidenti Vladimir Putin təkidlə bildirmişdi ki, bu sahədə iqtisadi zərurətlə milli təhlükəsizlik mülahizələri arasında kompromis tapmaq lazımdır. Lakin sonra öz ritorikasında sonuncu aspektə daha çox diqqət yetirməyə başladı. Görünür, müvafiq düşərgə dövlət başçısını öz konsepsiyasını dəstəkləməyə inandırmağa çalışa biləcəklərini hiss edib. İndi isə Bıstrıkin sözün əsl mənasında miqrantlara qarşı səlib yürüşü başladıb. Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrantlar üçün bir sıra qadağalar və məhdudiyyətlər nəzərdə tutan nəzarətli qalma rejimi tətbiq etməyi təklif edir. Miqrantların həyatını çətinləşdirəcək yeni qanun layihəsinə onların avtomobil idarə etməsi, sürücülük vəsiqəsi alması və pul köçürməsinə aid qadağalar daxil edilib.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ