Cümə axşamı günü, 05 noyabr 2026
     

ABŞ Azərbaycan siyasətində düzəlişlər edir...

Image


ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın ölkəmizə səfəri fonunda Azərbaycan-Amerika münasibətləri yenidən xüsusi diqqət mərkəzindədir. 

Qeyd edək ki, ötən həftə rəsmi Vaşinqton Bakını yenilənmiş və daha möhkəm ikitərəfli əməkdaşlığa çağırıb. ABŞ-ın dövlət katibi Entoni Blinken bu barədə Azərbaycan prezidenti İlham Əliyevlə son telefon danışığında danışıb.

Öz növbəsində prezident İlham Əliyev də Azərbaycanın ABŞ-la əlaqələrə əhəmiyyət verdiyini və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, keyfiyyətcə yeni səviyyəyə qaldırılmasını dəstəklədiyini bildirib. Daha əvvəlsə ABŞ prezidenti Co Bayden də Bakı ilə güclü ikitərəfli münasibətlərin bərpa olunması imkanı yaranmasını təqdir edib. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin ABŞ-a rəsmi səfəri isə bütün bunlardan az əvvələ təsadüf edib. Bu səfər ikitərəfli münasibətlərin inkişafına əhəmiyyətli dərəcədə təsir edib. Xatırladaq ki, ötən ilin payızında Azərbaycanın Qarabağda antiterror tədbirləri aparmasından sonra Vaşinqton Bakı ilə yüksək səviyyəli ikitərəfli görüş və danışıqları ləğv etdiyini demişdi. Bundan sonra Bakı da buna qarşılıq vermişdi. Yaranmış gərginlikdə hətta tərəflər bir-birinin rəsmilərinin qarşılıqlı səfərlərini bir müddət qadağan da etmişdilər. Sonradan isə hər iki tərəfin yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərləri bərpa olundu. Ötən ay ABŞ-da yüksək səviyyədə müzakirələr aparan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ikitərəfli əməkdaşlığın və əlaqələrin gələcək inkişaf perspektivlərini yenidən nəzərdən keçirildiyini bildirib. Onu da qeyd edək ki, bəzi sferalarda, məsələn enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, sərhəd əməkdaşlığı və hərbi əməkdaşlıq kimi məsələlərdə Azərbaycan və ABŞ-ın maraqları bir çox baxımdan üst-üstə düşdüyündən, bu sahələrdə iki ölkə arasında oturuşmuş əməkdaşlıq modeli mövcuddur. Özü də bu sferalar ABŞ-daki administrasiyaların dəyişməsindən asılı hala düşmür. Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov iki ölkə arasında son aylardakı səfərləri normal münasibətlərinə qayıdış kimi qiymətləndirir: "ABŞ, adətən, seçkiqabağı dövrdə xarici siyasətdə, əsasən strateji müttəfiqlərinin rolunu artırır. Burada Türkiyə ilə yaxınlaşmanı da müşahidə edirik. Bunun fonunda Azərbaycan ilə də müəyyən dərəcədə normallaşma baş verir". Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi şərhçisi Vasif Hüseynov isə BBC-yə bildirib ki, hazırda Bakı ilə Vaşinqton arasında münasibətlər qənaətbəxş səviyyədədir. Siyasi şərhçinin fikrincə, ABŞ-ın Bakı üçün həssas  məsələlərə məhəl qoymaması münasibətlərin korlanmasına səbəb olur: "Ölkəmizin 20 faiz torpağının uzun illər işğalda olması rəsmi Bakının xarici əlaqələrdə bu məqama çox həssaslıqla yanaşmasına səbəb olub. Azərbaycanın ərazi bütövlüyünə dəstək göstərilməsi və hansısa separatist qüvvələrə bu və ya digər yolla dəstək verilməməsi rəsmi Bakı üçün prinsipial məqamdır. 2023-cü ildə ABŞ-da bəzi siyasi dairələr tərəfindən ölkəmizə qarşı böhtan xarakterli bəyanatların səsləndirilməsi, separatizmə dəstək ifadə edilməsi və bədnam 907-cü düzəlişin yenidən qüvvəyə minməsi ikitərəfli əlaqələrdə gərginlik yaratdı". Azərbaycan-ABŞ münasibətləri çərçivəsində müzakirə edilən başqa bir mövzu isə ABŞ konqresində bu ilin aprel ayında Nümayəndələr Palatasının üzvü konqresmen Dina Titusun Azərbaycanın 44 yüksək rütbəli məmurlarına və hərbçilərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan "Azərbaycanda Sanksiyalara Baxış Aktı" adlı sənədi konqresə təqdim etməsi olub. Qanun layihəsi keçən ay təqdim edildikdən sonra Konqres Xarici Əlaqələr və Məhkəmə Komitələrinə göndərilib, lakin bugünə qədər heç bir əlavə tədbir görülməyib. 

Amma ekspertlər bildirir ki, ABŞ Konqresinin təqdim etdiyi bu siyahının sanksiyalar siyahısına çevriləcəyini gözləmək lazım deyil. Çünki bu məsələdə erməni lobbisi əsas rol oynayır. Amma ABŞ üçün Azərbaycan daha önəmli ölkə olduğundan, bu, Bakıya qarşı hansısa ciddi addıma səbəb olmayacaq. Çünki ABŞ-in siyasətində praqmatik xətt hər zaman üstünlük təşkil edir və əsas diqqət əməkdaşlıq imkanlarına yönəldilir. Bu durumda Azərbaycanın ABŞ-dan əsas gözləntisi ərazi bütövlüyünə açıq dəstək ifadə edilməsidir. Bundan başqa, Fərhad Məmmədvonun sözlərinə görə, Azərbaycanı ABŞ-la münasibətlərində narahat edən əsas məsələlərdən biri iki ölkə arasındakı münasibətlərə Azərbaycanın üçüncü ölkə ilə münasibəti kontekstində baxılmasıdır: "Buna misal olaraq, Azərbaycan-Ermənistan normallaşma prosesini, Azərbaycan-Rusiya münasibətlərini, ABŞ-ın Azərbaycanın İran ərazisindən keçən dəmir yolunu çəkməsinə qarşı çıxmasını göstərmək olar". O qeyd edir  ki, ABŞ ilə Azərbaycan arasında yaranan soyuq münasibətlərə baxmayaraq, strateji layihələrin fəaliyyəti hər zaman fasiləsiz olaraq davam edib. İndi ABŞ üçün əsas məqsədlərdən biri Azərbaycan və Ermənistan arasında sülh imzalanması, regional kommunikasiyaların bərpasıdır.  Ceyms O’Brayn da qeyd edir ki, Mərkəzi Asiyadan məhsullar hazırda yalnız Rusiya və Çin vasitəsilə nəql edilə bilər və bu regiondan malların alternativ yollardan, o cümlədən Azərbaycandan keçməklə tədarükü üçün Bakı ilə İrəvan arasında sülh vacibdir. Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri məhsullarını dünya bazarlarına çıxarmaq üçün Azərbaycanla əməkdaşlıq etməlidir: "Belə marşrutlardan biri Gürcüstan vasitəsilə Qara dənizə qədər uzanır. Digəri - potensial olaraq daha böyük marşrut Azərbaycan, Ermənistan və Türkiyədən keçə bilər. Bütün bunlara görə bizə Azərbaycan və Ermənistan arasında 1990-cı illərdən bəri davam edən müharibəyə və dəhşətli münaqişəyə son qoyacaq sülh sazişi lazımdır". Qeyd edək ki, Ceyms O’Brayn iyunun 11-13-də İrəvanda səfərdə olmuş, açıqlamaları ilə diqqət çəkmişdi. O, indi səsləndirdiklərini Ermənistanda da dilə gətirmişdi: "Bizim fikrimizcə, Mərkəzi Asiyadan Aralıq dənizi istiqamətində ticarət dəhlizi inşa etmək üçün bir neçə nəsildən bir üzə çıxan fürsət yaranıb. Bu, yalnız Azərbaycan və Ermənistan arasında sülh olduğu təqdirdə mümkün ola bilər. Bu, bütün dəhliz boyunca yeni sənaye istiqamətləri yaradacaq. Bu, indi baş verə bilər. Bir neçə il sonra indiki qədər əhəmiyyətli olmaya bilər... Ona görə də indi bunu etməyin zamanıdır".

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ