Cümə axşamı günü, 05 noyabr 2026
     

Rusiya Türkiyəni İrana dəyişir? - Yeni "qaz OPEK-i"...

Image


Tehran və Moskva Rusiyadan İrana təbii qaz tədarük etmək barədə razılığa gəliblər. "Bakı-Xəbər" məlumat verir ki, bu barədə enerji təhlükəsizliyi üzrə erməni ekspert Vahe Davtyan öz Facebook səhifəsində yazıb.

O qeyd edir:

"Sual yaranır: təbii qaz ehtiyatları təsdiqlənmiş dünyanın ilk üç ölkəsindən biri olan İranın məqsədi nədir?

Tərəflər arasında bu yaxınlarda bağlanmış razılaşma Rusiya-İran "enerji dialoqu"nun dərinləşməsi istiqamətində atılan addımdır və bunun ardınca daha ciddi və sistemli qərarlar veriləcək. Bəlkə də onlardan ən çox ehtimal olunanı İranda qaz qovşağının yaradılması proqramının həyata keçirilməsidir ki, bu proqram çərçivəsində təşəbbüsə qoşulmağa hazır olduqlarını bildirən Rusiya,  İran, eləcə də Qətər və Türkmənistan bu layihədə təmsil oluna bilər. 

İranda qaz qovşağının yaradılması qlobal qaz bazarında yeni reallıq yaradacaq, çünki o, təbii qaz ehtiyatlarına görə dünyanın ən zəngin ölkələrini - Rusiyanı (1-ci yer), İranı (2-ci yer) birləşdirəcək. Qətər (3-cü yer), Türkmənistan (4-cü yer). Bu ölkələr faktiki olaraq qlobal qaz hasilatının 50%-nə nəzarət edirlər. Əvvəla bu, Amerika Birləşmiş Ştatlarına çağırışdır.

Aİ-nin enerji təhlükəsizliyi üçün müəyyən risqlər yaradılır. Ənənəvi olaraq Aİ-yə qaz tədarükünün şaxələndirilməsi üçün mühüm istiqamət hesab edilən Qətər faktiki olaraq Rusiya ilə qaz alyansına daxil olur. Digər tərəfdən, Türkmənistan təbii qazının Xəzər dənizi vasitəsilə Azərbaycana, daha sonra isə Cənub Qaz Dəhlizi ilə Avropa bazarına çatdırılması planlaşdırılan layihə olan Transxəzər Qaz Boru Kəmərinin tikintisinin perspektivləri buna hesablanıb. 

Rusiya-İranın bu təşəbbüsü Türkiyə üçün də problemlər yaradır. İlk növbədə, sonuncunun beynəlxalq əhəmiyyətli əsas qaz mərkəzi olmaq ambisiyaları aradan qaldırılır. Rusiya-Türkiyə qaz qovşağının layihəsi iki ildir yerindən tərpənmir və tərəflər indiyədək qazın elektron ticarət platformasının imkanlarını müzakirə etməklə kifayətləniblər. Rusiya-İran qaz əməkdaşlığının dərinləşməsi və dördtərəfli formatda qovşağın formalaşdırılması ilə bağlı bəyanatlar Türkiyənin yeni Avrasiyanın enerji arxitekturasında əhəmiyyətini xeyli azaldır.

Maraqlıdır ki, İran hissəsi üçün coğrafi həllər artıq mövcuddur. Qovşağın Buşehr sahilində tikilməsi planlaşdırılır.

İran qovşağı dünya bazarındakı iştirakçılarının çəkisini nəzərə alaraq, faktiki olaraq əsas bazar tendensiyalarını, qiymət siyasətini və ümumiyyətlə, "enerji geosiyasətini" müəyyən edəcək "qaz OPEK"inin formalaşmasına gətirib çıxaracaq".

Götündüyü kimi, ekspert Türkiyəni oyundan çıxara biləcək bu layihənin reallaşa biləcəyinə böyük ümid bəsləyir. Bunu etmək mümkün olacaqmı?

Bu yöndə apardığımız araşdırmalar onu deməyə əsas verir ki, erməni ekspertin səsləndirdiyi versiya yenilik deyil. Belə müzakirələr uzun müddətdir aparılır, hətta dövlət rəsmiləri səviyyəsində belə səsləndirilir. Rusiya baş nazirinin müavini Aleksandr Novak bu ilin fevral ayında bildirib ki, hazırda Rusiya və İran şirkətləri İranda qaz qovşağının yaradılması ilə bağlı danışıqlar aparır.

Rusiyanın Türkiyəyə öz ərazisində bütün dünyadan "mavi yanacaq" ticarətinin cəmləşəcəyi qaz qovşağı yaratmaq təklifindən isə  təxminən iki il keçir. Türkiyə bu təklifi məmnuniyyətlə qəbul etdi və mərkəz yaratmaq üçün bütün lazımi addımları atmaq niyyətində olduğunu bəyan etdi. Eyni zamanda, bu istiqamətdə əməli addımlar yalnız Türkiyə qaz qovşağının yaradılması üçün əsasların hüquqi rəsmiləşdirilməsi ilə məhdudlaşdı. Belə ki, ötən ilin aprelində Türkiyə parlamenti qaz qovşağı layihəsini həyata keçirmək üçün ölkənin dövlət neft-qaz şirkəti "Botaş"ın strukturunda dəyişiklikləri təsdiqləyib.

Keçən ilin sentyabrında iki ölkə liderlərinin görüşündə Vladimir Putin Rusiya Federasiyası ilə Türkiyənin yaxın vaxtlarda Türkiyə qaz qovşağının yaradılması ilə bağlı razılığa gələ biləcəyini bildirmişdi. Eyni zamanda ekspertlər hesab edirlər ki, Türkiyə və Rusiya bir sıra məsələlər, xüsusən də Rusiya qazının tədarükünün artırılması, Türkiyədə qaz anbarı infrastrukturunun genişləndirilməsi və Türkiyə ərazisində qazın ticarəti mexanizmi ilə bağlı hələlik razılığa gəlməyiblər.

Eyni zamanda İranda qaz qovşağının yaradılması ilə bağlı paralel danışıqlar gedir. Bunu  Rusiya baş nazirinin müavini də təsdiqləyir. 

Bundan əvvəl İran tərəfi bəyan etmişdi ki, İran Rusiya, Qətər və Türkmənistanın iştirakı ilə Fars körfəzi sahillərində Buşehr əyalətinin Assaluye sənaye rayonunda qaz qovşağı yaratmağı planlaşdırır. Beləliklə, qaz qovşağının son nəticədə harada yaradılacağı və hansı ölkənin "mavi yanacaq" ticarəti mərkəzi olmaq şansının daha yüksək olduğu tam aydın deyil. 

Türkiyə hökuməti 2028-ci ilə qədər ölkəni Avropa regionunda üçüncü ən böyük qaz anbarı tutumuna çevirməyi planlaşdırır.

Hazırda ölkənin iki böyük qaz anbarının - Silivri və Tuz Gəlyu UGS-nin tutumu müvafiq olaraq 4,6 milyard və 1,2 milyard kubmetrdir. Ankaranın planları 2028-ci ilə qədər ölkənin ümumi qaz anbar tutumunu 14,4 milyard kubmetrə çatdırmaqdır.

Şübhəsiz ki, Türkiyənin qaz anbar potensialını inkişaf etdirmək üçün böyük miqyaslı investisiyalara ehtiyac olacaq.

Əgər Türkiyə öz ərazisində qaz saxlamağı və satmağı planlaşdırırsa, o zaman qaz anbarının tutumunu ən azı üç dəfə artırmalıdır, çünki ticarət mərkəzinin yaradılması ölkəyə idxalın əhəmiyyətli dərəcədə artmasına səbəb olur. İrana gəlincə, əsas problem ölkəyə qaz tədarükündə qalır. Beləliklə, Rusiya Federasiyası, Türkmənistan və Qətər İran qaz qovşağının etibarlı təchizatçıları hesab olunur ki, onların hər biri bu və ya digər səbəbdən İslam respublikasını təkrar ixrac üçün lazım olan həcmlərlə təmin edə bilməyəcək. Bu baxımdan da hələlik Rusiyanın Türkiyə layihəsindən imtina edib, onu İranla əvəz etməsini söyləmək üçün tezdir. Çünki hər iki istiqamətdə paralel iş gedir.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ