Cümə axşamı günü, 05 noyabr 2026
     

İsrail-İran savaşı bu dəfə qaçılmaz oldu...

Image


Yaxın Şərqdə cərəyan edən proseslər yaxın tezlikdə burada genişmiqyaslı müharibənin başlama ehtimalının indi olduqca yüksək olduğunu göstərir. Hətta ekspertlər barəsində illərdir bəhs edilən İsrail-İran savaşının bu il başlaya biləcəyini belə istisna etmirlər. 

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Çarlz Braun qeyd edir ki, İsrailin Livana müdaxiləsi İran və onun dəstəklədiyi silahlı qruplaşmaların iştirakı ilə genişmiqyaslı münaqişəyə çevrilə bilər.

Onun sözlərinə görə, İran "Hizbullah" terror təşkilatını HƏMAS-dan daha fəal dəstəkləməyə meyllidir, xüsusən də birincinin ciddi təhlükə altında olduğunu hiss edərsə: "Ümumi imkanlar, raketlərin sayı və bu kimi şeylərə gəlincə, "Hizbullah" HƏMAS-dan daha yüksək döyüş qabiliyyətinə malikdir. Məncə, İran "Hizbullah"a daha çox dəstək verməyə meylli olacaq". İsrail baş naziri Benyamin Netanyahu bundan əvvəl söyləmişdi ki, Fələstinin radikal HƏMAS hərəkatına qarşı müharibənin intensiv mərhələsi tezliklə başa çatacaq və ordunun diqqəti Livanla sərhədə yönələcək. Elə bu fonda "The Associated Press" yazır ki, Yaxın Şərqdə İranın dəstəklədiyi qruplardan minlərlə döyüşçü Livana gələrək Birləşmiş Ştatların terrorçu saydığı "Hizbullah" silahlı qruplaşmasına qoşulmağa hazır olduğunu bildirib. İranın dəstəklədiyi qrupların təmsilçiləri və təhlilçilər deyir ki, "Hizbullah" ilə İsrail arasında münaqişənin müharibəyə çevriləcəyi təqdirdə bu döyüşçülər ikinciyə qarşı vuruşmağa hazırdırlar.  Bir daha xatırladaq ki, ABŞ və bir sıra Qərb ölkələrinin terror qurumlarının siyahısına daxil etdiyi HƏMAS-ın İsrailə hücum etdiyi ötən ilin oktyabrından bəri tez-tez İsrail-Livan sərhədində atışmalar baş verir. Bu ay İsrailin hava zərbəsi ilə Livanın cənubunda "Hizbullah"ın bir yüksəkrütbəli hərbi komandirinin öldürülməsindən sonra vəziyyət daha da gərginləşib. "Hizbullah" bu  hücuma İsrailin şimalına yüzlərlə raket və dron zərbəsi endirməklə cavab verib. İsrail rəsmiləri "Hizbullah"ı danışıq yolu ilə sərhəddən uzaqlaşdırmağın yolu tapılmasa, Livana hərbi hücuma başlayacağı ilə hədələyib. Burada qeyd edək ki, son 10 il ərzində İrandan dəstək alan, Livan, İraq, Əfqanıstan və Pakistandan olan döyüşçülər Suriyada 13 il sürən münaqişədə bu ölkənin prezidenti Bəşər Əsədi dəstəkləmək üçün birlikdə döyüşüblər. Bu qrupların təmsilçiləri deyir ki, onların döyüşçüləri bu dəfə də İsrailə qarşı birləşə bilərlər. "Hizbullah"  lideri Həsən Nəsrulla ötən həftə çıxışında deyib ki, İran, İraq, Suriya və Yəməndən olan döyüşçülərin liderləri daha əvvəl də "Hizbullah"a kömək məqsədilə on minlərlə döyüşçü göndərməyi təklif ediblər. Ancaq o əlavə edib ki, "Hizbullah" ın özünün 100 mindən artıq döyüşçüsü var: "Biz onlara dedik ki, çox sağ olun, ancaq özümüzdə olan say bizə çoxdur".  Nəsrulla əlavə edib ki, döyüşün indiki formasında "Hizbullah"ın canlı qüvvəsinin sadəcə bir hissəsi prosesə cəlb edilib. Ancaq tam müharibə qızışarsa, bu durum dəyişə bilər.

Livan və İraqdan olan, rəsmi Tehranın himayə etdiyi qrupların nümayəndələri deyir ki, müharibə başlayacağı təqdirdə regionun hər yerindən İranın dəstəklədiyi döyüşçülər Livan-İsrail sərhədinə toplanacaq. Oktyabrın 7-də İsrail-HƏMAS müharibəsinin başlanmasından bəri bu qrupların bəziləri artıq İsrail və müttəfiqlərinə hücumlar təşkil edib. "Müqavimət oxu" adlandırılan bu birliyə daxil olan qrupların nümayəndələri "arenaların birliyi strategiyası"ndan istifadə etdiklərini və yalnız İsrail Qəzzada onların müttəfiqi HƏMAS-a qarşı hücuma son qoyduğu təqdirdə dayanacaqlarını deyirlər. İraqda İranın dəstəklədiyi qruplardan birinin nümayəndəsi anonimlik şərti ilə "The Associated Press"in Bağdad müxbirinə deyib ki, onlar tərəfdən bəzi məsləhətçilər artıq Livandadır. "Hizbullah" üzrə ekspert Qasım Qasir də bu  fikirlə razıdır ki, hazırkı döyüşlər, əsasən, raket kimi yüksək texnologiyalara əsaslandığı üçün çox sayda döyüşçüyə ehtiyac duyulmur. Ancaq o deyir ki, genişmiqyaslı müharibə başlayacağı və uzun müddət davam edəcəyi təqdirdə "Hizbullah" Livanın xaricindən dəstək almağa ehtiyac duya bilər. Xarici döyüşçülərin mümkün axınından İsrail də xəbərdardır. İsrail Xarici İşlər Nazirliyinin siyasi planlaşdırma şöbəsinin keçmiş rəhbəri Eran Etzion  Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunda keçirilən panel müzakirədə çoxcəbhəli müharibə ehtimalının yüksək olduğunu düşündüyünü söyləyib. O deyib ki, husilərin, İraq döyüşçülərinin müdaxiləsi, həmçinin Əfqanıstan, Pakistan da daxil olmaqla bir çox yerdən cihadçıların Livana və Suriyanın İsraillə həmsərhəd ərazilərinə kütləvi axını ola bilər. İsrail ordusunun sözçüsü Daniel Haqari a bildirib ki, "Hizbullah" oktyabrın 8-də onlara qarşı hücumlara başladıqdan bəri ölkələrinə 5 mindən artıq raket, tank əleyhinə raket atıb və dron göndərib: "Hizbullah"ın artan aqressiyası bizi daha geniş eskalasiyanın astanasına gətirib çıxarır. Bu eskalasiyanın Livan və bütövlükdə region üçün dağıdıcı nəticələri ola bilər. İsrail bütün cəbhələrdə İranın şər oxuna qarşı vuruşmağa davam edəcək". "Hizbullah" rəsmiləri isə İsraillə geniş müharibə istəmədiklərini, ancaq müharibə başlayacağı təqdirdə ona hazır olduqlarını deyiblər. "Hizbullah" liderinin müavini Naim Qasım bildirib: "Biz qərara gəlmişik ki, nə qədər məhdud olur-olsun, istənilən ekspansiya bu cür hərəkətin qarşısını alan ekspansiya ilə üzləşəcək və İsrailə ağır itkilər verdirəcək". Birləşmiş Millətlər Təşkilatının Livan üzrə xüsusi əlaqələndiricisi Janin Hennis-Plassxart və bu qurumun sülhü qoruma qüvvələrinin komandiri general-leytenant Aroldo Lasaro birgə açıqlamalarında bildiriblər ki, qəfil, geniş münaqişəyə yol açan yanlış hesablama təhlükəsi çox realdır. Xatırladaq ki, İsraillə "Hizbullah" arasında ən son genişmiqyaslı münaqişə 2006-cı ilin yayında olub. O zaman tərəflər arasında 34 günlük müharibədə Livanda 1200, İsraildə isə 140 nəfər şəxs həlak olmuşdu. Sonuncu toqquşmaların başlanmasından bəri Livanda 400-dən çox adamın öldüyü bildirilir. Onların əksəriyyəti döyüşçülər olsa da, 70 nəfərin mülki şəxs olduğu vurğulanır. İsrail tərəfdənsə 16 əsgər və 11 mülki şəxs öldürülüb. Sərhədin hər iki tərəfində on minlərlə insan yaşayış yerlərini tərk edib.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ