Cümə axşamı günü, 05 noyabr 2026
     

Rusiya Ermənistanı ən zəif yerindən vuracaq - İrəvana xəbərdarlıq edildi...

Image


Rusiya və Ermənistan arasında gərgin münasibətlər, gözlənildiyi kimi, artıq iqtisadi müstəviyə də keçir. Kreml artıq İrəvana qarşı iqtisadi rıçaqlarını işə salmaq qərarına gəlib. Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçukun açıqlamaları da təsdiq edir. 

O qeyd edir ki, Ermənistan Avropa İttifaqına üzv olmaq qərarı qəbul etsə, Rusiya bazarına rüsumdan azad girişini və Moskva tərəfindən verilən digər imtiyazları itirəcək. Overçuk bu xəbərdarlığı Moskvada keçirilən beynəlxalq ekspert forumunda edib.

Bundan bir neçə gün əvvəl Ermənistan hökuməti ölkənin Avropa İttifaqına üzvlüyü məsələsini yenidən gündəmə gətirmişdi. Ermənistanın hökumətyönlü hüquqşünaslarından Arman Yeqoyan bildirib ki, baş nazir Nikol Paşinyan və onun siyasi komandası Aİ-yə üzvlük məsələsini ciddi şəkildə nəzərdən keçirir. Paşinyanın fikrincə, Aİ üzvlüyü Ermənistan iqtisadiyyatına xeyir verə bilər. Yeqoyan parlamentdə Paşinyanı dəstəkləyən qərbyönlü qüvvələrin təşəbbüsü ilə keçirilən dinləməyə sədrlik edib. Onlar hökuməti yaxın üç ay ərzində Aİ üzvlüyünə dair referendumun keçirilməsinə çağırıblar. Bu fonda Overçuk xatırladıb ki, Nikol Paşinyan ölkəsinin Aİ-yə nə vaxt qoşulacağına dair suala cavab verərkən "bu il" demişdi. Rusiya baş nazirinin müavini qeyd edib ki, bu gün Ermənistanın siyasi vektorunun getdikcə daha çox Qərbə meylləndiyini görməzliyə vurmaq mümkün deyil. Overçuk bunu da deyib ki, Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı bir-biri ilə uyuşmayan ittifaqlardır: "Hər hansı bir ölkənin Rusiyaya yaxınlıqdan faydalanması həm də onun bizim təhlükəsizliyimiz və strateji dərinliyimiz üçün ödədiyi bədəldir. Odur ki, ortaya hər hansı qeyri-regional oyunçuların çıxmasının, əlbəttə ki, nəticələri olacaq". Overçuk vurğulayıb ki, Moskva bu məsələdə kiməsə hədiyyə etmək niyyətində deyil. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də xəbərdarlıq etmişdi ki, Ermənistanın Qərbə doğru bundan sonra da meyllənməsinin iqtisadi nəticələri olacaq. Nikol Paşinyan bundan əvvəl bildirmişdi ki, Ermənistan Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dondurub. Qaluzin iddia etmişdi ki, Qərb indi də Ermənistandan Avrasiya İqtisadi İttifaqından çıxmasını tələb edir. Rəsmi vurğulamışdı ki, bu, Ermənistanın əsas ixrac bazarını itirməsi ilə nəticələnəcək. Qeyd edək ki, Ermənistanın ötənilki xarici ticarətinin 35 faizi Rusiyanın payına düşür. Halbuki, bu ixracatda Aİ-nin payı 13 faizdir. Rusiya ötən il Ermənistandan 8.4 milyard dollarlıq mal idxal edib. Bu da qeyd olunmalıdır ki, Ermənistandan Rusiyaya ixrac 2022-ci ildən bəri sıçrayışlı şəkildə artıb. Ekspertlərin fikrincə, bu ona görə baş verib ki, Ermənistan sahibkarları Qərb mallarını Rusiya bazarına çıxarmaqla Moskvanın sanksiyalardan yan keçməsinə kömək etmiş olurlar. Bu da qeyd olunmalıdır ki, Rusiyadan gələn bu və digər gəlirlər Ermənistan ÜDM-nin 2022 və 2023-cü illərdə rekord həddə yüksəlməsinə imkan yaradıb. 

Rusiya Ermənistanın əsas qaz təchizatçısıdır. Rusiya Ermənistana qazı uzun müddətdir ki, beynəlxalq qiymətlərdən xeyli aşağı qiymətə satır. Ermənistanda ölkə iqtisadiyyatının aparıcı sahələrində 100 faiz və ya qismən Rusiya kapitalının iştirakı ilə 40-dan çox iri müəssisə fəaliyyət göstərir. Ermənistanın enerji sektorunda fəaliyyət göstərən rus şirkətləri arasında ən əhəmiyyətli rol respublikada təbii qazın nəqli və paylanması sistemlərinin hamısına sahib olan "Gazprom Armenia" şirkətidir. "Qazprom Armenia" Ermənistan daxili bazarı üçün qaz tədarükünü, həmçinin yanacağın daşınması, saxlanması, bölüşdürülməsi və satışını təşkil edir, respublika ərazisində qaz nəqli sisteminin və yeraltı qaz anbarlarının yenidən qurulması və genişləndirilməsi ilə məşğul olur. Ermənistan və Rusiya hökumətləri arasında müqaviləyə əsasən, Ermənistana ildə 2,5 milyard kub metr qaz nəql edilir. Hazırda Rusiya qazının 1000 kub metri üçün Ermənistan 165 dollar ödəyir. 2006-cı ildən fəaliyyət göstərən İran-Ermənistan qaz kəməri də Rusiyanın "Qazprom" şirkətinə məxsusdur. 2002-ci ildə Ermənistan təxminən 98 milyon dollar borcunu ödəmək üçün 5 müəssisəsini Rusiyaya verib. Borcu müqabilində Rusiya sovet dövründə hərbi-sənaye kompleksinə daxil olan elektron sənayesi məhsulları istehsalında ixtisaslaşan "Mars" qapalı səhmdar cəmiyyəti, İrəvan Materialşünaslıq, Riyaziyyat və Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Elmi Tədqiqat İnstitutlarına, eləcə də Razdan istilik elektrik stansiyasına sahib olub. Elektroenergetika sahəsinə aid enerji hasil edən və onun paylaşması və maliyyə məsələləri ilə məşğul olan bütün müəssisələr Rusiyaya məxsusdur. Ermənistan iqtisadiyyatı əhəmiyyətli dərəcədə Rusiyadan vətəninə pul göndərən əmək emiqrantlarından da asılıdır. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən əvvəl Ermənistandan Rusiyaya mövsüm işlərinə ildə təxminən 80 min adam gedirdi. Onların əksəriyyəti tikinti işlərinə cəlb olunurdu. Rusiya Federal Miqrasiya Xidməti bu rəqəmi 300 minə yaxın göstərir. 2008-ci ildə Ermənistan dəmir yolları 30 il müddətinə Rusiya Dəmir Yolları şirkətinin konsessiya idarəçiliyinə keçib. Hazırda Ermənistanın dəmir yolları Rusiya Dəmir Yolları şirkətinə daxil olan Cənubi Qafqaz Dəmir Yolunun idarəçiliyindədir. Tərəflərin razılığı ilə 20 ildən sonra müqavilə daha 10 il müddətinə uzadıla bilər. 

Rusiya Federasiyası Sərhəd İdarəsinin sərhədçiləri Ermənistanın Türkiyə və İranla dövlət sərhədini qoruyur. Bu, Ermənistan və Rusiya arasında 1992-ci ildə imzalanmış müqaviləyə əsasən həyata keçirilir. Rusiya ilə Ermənistan arasında hərbi və hərbi-texniki əməkdaşlıq "Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi" əsasında inkişaf edir. Bu sənədə əsasən, Moskva və İrəvan tərəflərdən birinə hərbi təhlükə yaranarsa, bir-birinə yardım göstərməyi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyi öhdələrinə götürürlər. Ermənistanla Rusiya arasında 1995-ci ildə bağlanmış dövlətlərarası müqaviləyə əsasən, 102-ci Rusiya hərbi bazası Ermənistanın Gümrü şəhərində yerləşdirilib. Bazanın təxminən 5 min nəfərdən ibarət şəxsi heyəti MDB-nin Birgə Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində döyüş növbətçiliyindədir. Bütün bunlar Rusiyanın Ermənistana təsir üçün əlində xeyli rıçaqların olduğunu göstərir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ