Cümə axşamı günü, 05 noyabr 2026
     

Qarabağda kilsənin məscidə çevrilməsi növbəti ağ erməni yalanıdır...

Image


Faiq İsmayılov: "Hansısa bir kilsənin, bir məbədin, bir bazilikanın, bir sövmənin kilsə formatından çıxarılıb məscidə çevrilməsi xalqımızın, mütəxəssislərimizin düşüncəsində belə yoxdur"    

Erməni yalanları bitib-tükənmək bilmir, günü-gündən yeniləri "doğulur". Növbəti "ölü doğulan" yalanlardan birini də bu günlərdə ortaya atıblar. 

Ermənistan Milli Assambleyadakı "Mənim şərəfim var" fraksiyasının üzvü Hayk Mamicanyan iddia edib ki, Azərbaycanın Hadrutdakı "Surb Astvatsatsin" "erməni kilsəsi" guya Azərbaycan hakimiyyəti tərəfindən dəyişdirilərək məscidə çevrilib. Guya kilsənin "erməni və xristian irsi silinib".

Məsələ burasındadır ki, XII əsrə aid olan və Hadrutun Hünərli kəndində yerləşən bu kilsə erməni kilsəsi deyil, qədim alban xristian kilsəsidir. İşğal dövründə qondarma "Tsakuri" adı verdikləri bu kənddə mövcud olan xristian irsinin ermənilərlə heç bir əlaqəsi yoxdur. Sadəcə, onlar işğal dövründə o kilsələri saxtalaşdırmaqla məşğul olub. Onu da vurğulayaq ki, hələ 2021-ci ildə  Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icması erməni işğalından azad ediləndən sonra Hadrut qəsəbəsində yerləşən "Ağ xaç" kilsəsini ziyarət edərkən icma sədri Robert Mobili bəyan etmişdi ki, ermənilər Hadrutdakı bütün alban irsini saxtalaşdırıblar, kilsələri heç bir əsas olmadan erməniləşdiriblər. İcma sədri ermənilərin bu saxtalaşdırma addımlarını kəskin pisləmişdi.  

İndi də erməni tərəfi utanmadan yalandan iddia edir ki, guya Hadrutdakı kilsəni Azərbaycan məscidə çevirib.

Niyə, bizim öz məscidlərimiz azdır ki, ermənilərin girib-çıxdığı yeri özümüz üçün məscidə çevirək? Erməni kilsəsi başdan-ayağa oğurluqdur, nadürüstlükdü, haramçılıqdı. Bunlar alban kilsələrini saxtalaşdıraraq "erməni kilsəsi" ediblər. Biz isə heç zaman kilsələri məscid etmərik. Məscid halallıq əlamətidir, elə saxta erməni kilsəsi xaric, kilsələr də müqəddəs yerdir. Oğurluq kilsənin üzərində məscid qurmaq Azərbaycana yaraşmaz, bu, Azərbaycanın tərzi deyil. Azərbaycan dövləti ərazisindəki bütün xristian irsinə qayğı və diqqətlə yanaşır, onları qoruyur. 

"Erməni tərəfin bu uydurmaları böhtan xarakterlidir" 

Erməni yalanlarına şərh verən AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı, maddi-mədəni irs üzrə ekspert Faiq İsmayılov "Bakı-Xəbər"ə bildirdi ki, bu, heç bir əsası olmayan, şər-böhtan xarakterli bir iddiadır.  "Azərbaycan dövləti Hadruta keçmiş məcburi köçkünlərin qayıdışını hələ həyata keçirməyib. Çünki proses mərhələli şəkildə gedir, ora da növbə çatacaq. Hadrutda hansısa "Surb Astvatsatsin" adlı kilsənin olduğu, bu adın hansı mənbədən götürüldüyü mənə məlum deyil. Ona görə ki, işğal dövrünə qədər heç bir mənbədə, heç bir mətbuat orqanında Hadrut bölgəsində bu adda kilsənin olduğu qeyd olunmayıb. Ümumiliklə, Qarabağda Amaras, Gəncəsər, Xudavəng, Ağoğlan, Ağkilsə və sairləri var ki, onlardan kilsə, monastır kimi istifadə olub. Adı olanlar bunlardır, qalanlarının adına rast gəlməmişəm, yoxdur. Onların kilsə dediklərinin çoxunu biz sövmə, bazilika adlandırırıq. Onların da böyük əksəriyyətindən kəndlərdə Sovet dövründə anbar kimi istifadə olunurdu. Qarabağdakı kilsələr, monastırlar Azərbaycana məxsusdur. Mənim araşdırmalarıma görə, onların sayı 72-dir, amma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bunun 67 olduğunu qeyd edir. Biz onlarla danşırıq, əlaqə saxlayırıq, bu qurumun siyahsında da 72 rəqəmi görsənəcək. Bizim öz məscidlərimiz var və Azərbaycan dövləti onları bərpa edir. Hansısa bir kilsənin, bir məbədin, bir bazilikanın, bir sövmənin kilsə formatından çıxarılıb məscidə çevrilməsi xalqımızın, dövlətimizin, mütəxəssislərimizin düşüncəsində belə yoxdur.  Birincisi, kilsə ilə məscidin memarlıq quruluşları fərqlidir. İkincisi də, bu kilsədirsə o da Allaha ibadət edilən bir məkandır, biz onu da qoruyuruq. Azərbaycanda yaşayan digər xalqların mədəni və dini irs nümunələrini göz bəbəyimiz kimi qoruyuruq"-deyə F.İsmayılov bildirdi. 

O hesab edir ki, vətəndaşlarımız olan başqa xalqlara məxsus olan mədəni-dini abidələr Azərbaycan dövlətinin irsidir. O qeyd etdi ki, hansısa bir dini tikilinin formasını dəyişmək, üzərindən yazıları silmək kimi məsələlər ermənilərə məxsus olan xüsusiyyətdir: "Bu, ermənilərin xarakterinə uyğundur, bizim yoxdur. Əlimdə fakt var ki,   təxminən 55 alban dövrü memarlıq abidəsini ermənilər "erməni kilsəsi statusunda" təbliğ edirlər. O kilsələrin böyük əksəriyyətinin xarici qurluşunu tamamilə dəyişdiriblər. O məbədlərin indiki şəkilləri ilə köhnə şəkilləri üz-üzə qoyanda bu fərqi hər bir insan görə bilir. Bu baxımdan, Azərbaycanda kilsənin məscidə çevrilməsi ənənəsi yoxdur. Tikiriksə orada elə məscid tikərik, niyə kilsəni məscidə çevirək ki? 

Orada əgər məscid tikilərsə, birinci əhali ora köçürülməli və yerləşdirilməli, sonra isə ibadət məsələsi həll edilməlidir. Hesab edirəm ki, erməni tərəfin bu uydurmaları böhtan xarakterlidir. Çünki Azərbaycan dövlətinin, alimlərinin, mütəxəssislərin başqa xalqların adına olan, onlara məxsus hansısa bir abidənin formasını dəyişib məscid formatına salması mümkünsüz bir məsələdir"-deyə F.İsmayılov qeyd etdi. 

İradə SARIYEVA  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ