Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənilər AŞPA-da hələ "öz müqəddəratının təyini" xülyasından əl çəkməyib...

Image


Akif Nağı: "Azərbaycan ermənilərin üzdəniraq "öz müqəddəratını təyinetmə hüququnu" heç zaman tanımayıb, indən sonra da ümumiyyətlə tanımaq ehtimalı yoxdur"

Ermənistanda hələ də elə qüvvələr var ki, mövcud reallığı dəyərləndirə və "qatarın çoxdan getdiyini" dərk edə bilmirlər, boyat bayatılar çağırmaqda davam edirlər. Yenə də havadarlarının onlara yaratdığı şəraitdən istifadə edib müxtəlif platformalarda öz xülyalarını dilə gətirirlər. 

Bildiyimiz kimi, AŞPA ermənilərə həmişə arxa-dayaq çıxıb və indi də ermənipərəst mövqeyini davam etdirir. Odur ki, hər zaman erməni rəsmiləri, deputatları AŞPA-nın tribunasından Azərbaycana qarşı əsassız iddialar səsləndirirlər. 

Emənistan Milli Assambleyadakı "Mənim şərəfim var" fraksiyasının üzvü Hayk Mamicanyan yazıb ki, AŞPA-nın plenar iclasında danışıb. Danışıb deyəndə, yenə də cəfəng fikirlər səsləndirib. 

Mamicanyan deyib ki, guya gec-tez "Qarabağ ermənilərinin" "öz müqəddəratını təyinetmə hüququ ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin liderləri tərəfindən 5 dəfə razılaşdırıldığı və bəyan edildiyi kimi reallaşacaq". 

Doğrudan da bu boş bir xülyadır. Azərbaycan Prezidenti də dəfələrlə bəyan edib ki, ATƏT-in Minsk qrupu ölü bir qurumdur və onun heç bir hüquqi gücü, funksiyası yoxdur. Əslində, ATƏT-in Minsk qrupu faktiki olaraq fəaliyyətsiz, ölmüş bir təşkilatdır və çoxdan dəfn olunmalı olduğu halda, ermənilər hələ də onun tabutunu buraxmaq istəmirlər.

"ATƏT-in Minsk qrupu faktiki olaraq fəaliyyətsiz, ölmüş bir təşkilatdır və çoxdan dəfn olunmalı olduğu halda, ermənilər hələ də onun tabutunu buraxmaq istəmirlər" 

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində "Azərbaycan ermənilərin üzdəniraq "öz müqəddəratını təyinetmə hüquqnu" heç zaman tanımayıb, indən sonra da ümumiyyətlə tanımaq ehtimalı yoxdur. Azərbaycan öz gücünə bütün problemləri həll edib. Ermənilər ATƏT-in Minsk qrupunun xortlayıb diriləcəyinə və geri qayıdacaqlarına, onların istəklərinə uyğun nələrsə olacağına ümid edirlər, amma bunlar hamısı boş xülyadır. Ermənilər həmişə xülyalarla yaşamağa üstünlük veriblər.   "Böyük Ermənistan", "dünyanın ən qədim erməni əhalisi"  xülyası və sairlə yaşayıblar və hələ də nağıl aləmindən ayılmaq, real həyata qayıtmaq istəmirlər. Ona görə də onların bütün xülyaları iflasa məhkumdur. Paşinyan da onların nağıllar aləmindən oyanmalarına, utopiyadan uzaqlaşmalarına çalışır. Ona görə də real Ermənistan deyə bir ideya ortaya atıb. Onu Ermənistanda milli ideyaya çevirmək istəyir ki, bu gün nəyimiz varsa ona qane olub onun üzərində inkişaf etməliyik. Bu, Ermənistan cəmiyyətində böyük diskussiyalara səbəb olur, əksəriyyət on illərdi, bəlkə yüz illərdi bu erməni xəstəliyinə düçar olub və o xəstəlikdən xilas ola bilmir, utopik xəyallar qururlar. O cümlədən, Minsk qrupu ilə bağlı xəyallar yaradırlar. Başa düşmürlər ki, Azərbaycan artıq Minsk qrupunu heç nə sayır. Yəni Azərbaycan təkidlə bəyan edir ki, Minsk qrupu buraxılsın və Ermənistana da təklif edib ki, buna birgə təşəbbüs edək. Əvvəlcə, Paşinyan komandası buna razı idi və bir "şərt" qoyurdu ki, əvvəlcə sülh müqaviləsi imzalansın, sonra Minsk qrupuna ehtiyac olmayacaq. Yəni bununla da erməni hiyləgərliyini göstərməyə çalışırlar ki, guya bizi arxayın salsınlar, sülh müqaviləsini imzalayandan sonra  Minsk qrupunun buraxılmasını müxtəlif bəhanələrlə uzatsınlar"-deyə bildirdi. 

A.Nağının qeyd etdiyinə görə, bu məsələdə Azərbaycanın  mövqeyi aydındır, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan mövqeyini birmənalı olaraq ifadə etdi və bəyan etdi ki, Minsk qrupuna heç bir ehtiyac yoxdur: "Minsk qrupu həmsədrləri bir neçə dəfə regiona səfər etdilər. Azərbaycan Prezidenti açıq şəkildə onların qarşısına məsələ qoydu ki, bizim artıq buna ehtiyacımız yoxdur, biz sizi dəvət etməmişik, siz niyə gəlmisiniz, izah edin görək nə fikriniz var. Faktiki olaraq da o dövrdə daha çox ABŞ çalışdı ki, Minsk qrupu həmsədrləri fəaliyyətini davam etdirsin, Rusiya da ona cəhd edirdi. Amma sonradan Azərbaycanın mövqeyi ilə Amerika da, Rusiya da, Fransa da hesablaşdı. Onlar bir müddət regiona səfər edən köhnə həmsədrləri "həmsədr" kimi qələmə verməyə çalışırdılar, sonradan regiona gələn hər bir nümayəndəni fərqli şəkildə adlandırdılar. Məsələn, Rusiya tərəf ona Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair xüsusi nümayəndəsi, Amerika ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə ali müşaviri, Fransa da Fransa Xarici İşlər Nazirliyinin mümayəndəsi adını qoydu. Bu şəkildə bu davam edir. Ona görə də yenidən Minsk qrupunun bərpa olunması, orda "ermənilərin öz müqəddaratını təyin etmə hüququnun" ortaya atılması mənasız bir şeydir. Hətta rəqəm də bildirirlər ki, guya Minsk qrupu həmsədrləri 5 dəfə buna razılaşıblar. Bu rəqəmi hardan götürüblər? Saxta, uydurma bir rəqəmdir. Heç bir vaxt elə məsələ olmayıb, heç zaman Minsk qrupunun sənədlərində "öz müqəddəratını təyin etmə hüququ" ortaya ciddi şəkildə qoyulmayıb. Məsələ o şəkildə qoyulurdu ki, dövlətlərin ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə hüququ. İkisinin də adı çəkilirdi. Bir neçə dəfə də həmsədrlərin özləri tərəfindən vurğulanmışdı ki, dövlətlərin ərazi bütövlüyü daha üstün prinsipdir, o əsas götürülməlidir. Millətlərin öz müqəddəratını təyin etmə hüququ ilə bağlı o dövrdə də Minsk qrupu həmsədrləri, bir sıra beynəlxalq ekspertlər belə tövsiyyə edirdilər ki, əgər Qarabağda, Azərbaycanda yaşayan ermənilərin öz müqəddəratını təyin etmə hüququndan danışırlarsa, bu, Azərbaycanın sərhədləri daxilində olmalıdır, Azərbaycanın sərhədlərindən və qanunlarından kənar hər hansı bir öz müqəddəratını təyin etmə hüququ ola bilməz. Məsələ belə qoyulurdu. İndi də onların heç bir yanaşmasına  ehtiyacımız yoxdur. Azərbaycan öz ərazisində öz qanunları çərçivəsində öz işini görür və beynəlxalq təşkilatlar da, böyük dövlətlər də birmənalı şəkildə  Azərbaycanın mövqeyi ilə hesablaşırlar. Ermənilərin boş və mənasız xülyalarla yenidən özlərini aldatmasının yeri yoxdur". A.Nağı əlavə etdi ki, dəfələrlə deyildiyi kimi, onlar Azərbaycanın qanunlarına, mövqeyinə uyğun, Azərbaycana və Türkiyəyə sığınmaqla, himayəsini qəbul etməklə öz gələcəklərini qura bilərlər. "Bunun başqa bir yolu, bir perspektivi, alternativi yoxdur. Bunu ermənilər başa düşməlidir. Nə qədər tez başa düşsələr, bəlkə azdan-çoxdan xeyirlərinə olar, əks halda yenə də uduza-uduza gedəcəklər"-deyə A.Nağı vurğuladı. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ