Cümə axşamı günü, 05 noyabr 2026
     

Fransa Yeni Kaledoniyanı qan çanağına çevirir...

Image


Yeni Kaledoniyanın müstəqillik tərəfdarları liderlərinin Fransaya ekstradisiyasından sonra etiraz aksiyalarını bərpa ediblər. Bununla sözügedən müstəmləkə ərazisində vəziyyət yenidən qarışıb. Regional hakimiyyət iğtişaşların miqyasının genişlənəcəyindən narahatdır. 

O da vurğulanır ki, nümayişçilər yenidən yolları bağlayır və polis maşınlarını yandırırlar. Bundan əlavə, etirazçılar şimal kommunalarından birində bələdiyyə binasını yandırıblar, cənub kommunalarından birində isə əraziləri dağıdıblar. Bütün bunlara səbəb Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının lideri Kristian Teynanın Fransaya ekstradisiyası olub. Teyna adada zorakı etirazları təşkil etmək ittihamı ilə həbs olunub. Onunla yanaşı, daha altı tərəfdarı Yeni Kaledoniyadan ekstradisiya edilib. Onların hamısı Fransa həbsxanalarında olacaq. Onların ailələri və tərəfdarları belə bir qərar gözləmədiklərini bildiriblər. Müstəqillik tərəfdarı, ən böyük siyasi təşkilat olan Kaledoniya İttifaqının sədri Daniel Qoa Teyna və daha altı partiya rəsmisinin deportasiya edilməsindən təəccübləndiyini söyləyib. O, Teyna və başqalarının zorakılıqda ittiham olunması iddiasını rədd edib. Fransa prokurorları müstəqillik fəallarının materik Fransaya istintaqın heç bir təzyiq olmadan, sakit şəkildə davam etməsinə imkan vermək üçün göndərildiklərini deyib. Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron ötən ay Numeaya səfəri zamanı Teyna ilə görüşüb. Fransa Qvianasının sosial azadlığı və dekolonizasiyası naminə Hərəkatının üzvü Moris Pindar baş verənlər fonunda bildirir: "Hazırda Fransanın kolonizasiya siyasəti davam edir. Müstəmləkə keçmişinə malik Fransa qanlı müstəmləkə cinayətlərini və soyqırımı aktlarını bu gün də törətməkdə davam edir. Hazırda bütün dünyaya postmüstəmləkə dövrü barədə car çəksə də, Fransanın neokolonializm siyasəti hələ də davam edir. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etmir". Yeni Kaledoniyanın Xarici məsələlər üzrə daimi müvəkkili Mikael Forrest isə bildirir ki, Yeni Kaledoniya siyasi səviyyədə çox kritik bir dövr yaşayır: "Bizim kimi kiçik, müstəmləkə keçmişi olan xalqlar üçün özümüz haqqında danışa bilmək, kim olduğumuzu, vəziyyətimizin necə olduğunu söyləmək həmişə vacibdir. Ümumiyyətlə, biz Fransanın müstəmləkəyə çevirdiyi əraziyik". O bildirib ki, Fransa Yeni Kaledoniya xalqının öz müqəddəratını özünün təyin etməsi və müstəqil olması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, konstitusiyaya, seçki qanunvericiliyinə müdaxilə edərək yerli xalqın hüquqlarını məhdudlaşdırmağa çalışır. Kanak işçiləri həmkarlar ittifaqının xarici əlaqələr üzrə koordinatoru Rok Haokas isə qeyd edir ki, Fransa hökuməti demokratik şəkildə seçkilərdə iştirakımızı əngəlləyir: "Çünki seçkilər bizim müstəqil olmağımıza imkan verə bilər". Hüquq müdafiəçisi bildirib ki, Fransa Yeni Kaledoniya ərazisində yenidən iğtişaşları alovlandırır və bir çox siyasi fəallar həbs edilib: "Onların başına nə gələcəyini bilmirik. Yeni Kaledoniya sakinlərinin, xüsusən əsas etnik qrup olan kanak xalqının nümayəndələrinin müstəqillik ümidləri təzyiq altındadır".

O qeyd edib ki, iyunun 30-da Fransada növbədənkənar parlament seçkiləri keçiriləcək və hazırda ölkədə siyasi narahatlıq ən yüksək səviyyədədir: "Hava limanları bağlanılır, siyasi fəallar həbs olunur, uşaqlar, qadınlar, yaşlılar polis tərəfindən şiddətə məruz qalır və öldürülürlər. Fransanın Yeni Kaledoniyadakı zülmünə son qoyulması üçün biz bütün gücümüzlə mübarizə aparacağıq. Ötən müddət ərzində Azərbaycan höküməti bizim haqlı mübarizəmizdə yanımızda oldu. Mənim ölkəm böhran içindədir və biz Azərbaycandan yenə də kömək istəyirik. Ümid edirik ki, Bakı Təşəbbüs Qrupu bizim bu haqlı mübarizəmizi BMT-yə üzv olan ölkələrə çatdıracaq və beynəlxaq hüquq Fransanın bu əməllərini dayandıracaq".  Qeyd edək ki, Fransa hakimiyyəti burada müstəqillik ideyalarını boğmağa çalışır. Yeni Kaledoniya da daxil olmaqla Fransanın keçmiş müstəmləkələrində keçirilən aksiyalarda konkret tələblər qoyulur, müstəqilliyin vacibliyi irəli sürülür. O da faktdır ki, bunun səbəblərindən biri də Bakıda keçirilən çoxsaylı beynəlxalq konfranslar, forumlardır. Azərbaycan onlar üçün sadəcə öz problemlərini qabartmaq üçün bir tribunadır. Həmin tədbirlərdə keçmiş koloniyaları təmsil edən şəxslər bildirir ki, artıq müstəqil olmaq istəyirlər, idarə edilmək istəmirlər. Yeni Kaledoniyada baş verən son hadisələr bir daha göstərir ki, problemin dondurulması məqsədəuyğun həll yolu deyil və bölgənin qanuni sahibləri olan yerli əhalinin dekolonizasiya tələbləri ciddi şəkildə nəzərə alınmalıdır. Amma Fransa hələ də bu reallıqla barışmaq istəmir. Hazırda Fransa nekolonializminə qarşı başlanan beynəlxalq hərəkat genişlənir. Özü də bu hərəkat Bakıdan başlayıb. Bakı Təşəbbüs Qrupu bu məsələdə mühüm rol oynayır. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ