Cümə axşamı günü, 05 noyabr 2026
     

Fransanın Azərbaycanla Ermənistanın arasına girməsi Qərbdə də narazılıq doğurdu...

Image


Azərbaycan və Ermənistan arasında sülh prosesinə Fransanın əngəl yaratması artıq beynəlxalq miqyasda da açıq mətnlə bəyan edilir. Bu xüsusda ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlikin "news.am"a müsahibəsində səsləndirdiyi fikirlər də qeyd edilənlərin təsdiqidir. 

O bildirir ki, Ermənistanın özünü müdafiə etmək, Fransadan və ya başqa ölkələrdən silah almaq hüququ var, lakin sülh müqaviləsi imzalamağa yaxın olduğumuz üçün Parisin bu addımı Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə yeni təxribatçı elementdir. Ceyms Uorlik hesab edir ki, Fransa  Ermənistanla silah tədarükü ilə bağlı müqaviləni Azərbaycanla sülh sazişi imzalandıqdan sonra bağlamalı idi: "Ermənistanın müdafiə olunmaq hüququ var, ordusu olacaq, onu ləğv etməyəcək, sərhədlərini istənilən xarici təhlükələrdən qoruyacaq, lakin təəssüf ki, sülh sazişinə yaxınlaşdıqca belə bir addım çaşqınlıq yaradır və danışıqları daha da çətinləşdirir". Xatırladaq ki, Fransa Ermənistana yaxın bir ildə 36 ədəd "Caesar" özüyeriyən artilleriya sistemi göndərəcək. Məsələyə rəsmi Bakının kəskin etirazı özünü çox gözlətməyib. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Emmaneul Makron diktaturası daşıyacaq. Xatırladaq ki, bundan əvvəl də Fransa Ermənistana xeyli silah-sursat göndərib. Bundan başqa, 100-ə yaxın fransız ictimai-siyasi xadim Ermənistana silahlı qüvvələrin göndərilməsi xahişi ilə Emmanuel Makrona müraciət ünvanlayıb.

Müraciətdə Fransa hərbçilərinin "sülhməramlı contingent" şəklində Ermənistana göndərilməsinə çağırışın yer aldığı məlum olub. Artıq bunun üçün Ermənistan da müvafiq müraciəti Parisə göndərib. Bunlara paralel olaraq, Ermənistana daha çox silah göndərə bilmək üçün Fransa Ermənistanın KTMT-dən çıxmasını da istəyir. Elə Nikol Paşinyan hökuməti də buna nail olmağa çalışır. Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov bunu Rusiyaya xəyanət kimi qiymətləndirir: "Nikol Paşinyanın 2021-ci ildə yenidən seçilməsi üçün Rusiya əlindən gələni etdi. 2018-ci ilin may hadisələri zamanı Rusiya Dövlət Duması və Xarici İşlər Nazirliyi səviyyəsində İrəvana səfər edib, Nikol Paşinyanla görüşdü. Həmin dövrdə Paşinyan şəxsən Rusiya Prezidenti Vladimir Putini tərifləyirdi. Parlamentin sədri Alen Simonyan isə onda bəyan edirdi ki, Ermənistanda indiki kimi Rusiyayönümlü hakimiyyət olmayıb". Eduard Şarmazanov bildirib ki, Rusiyanı Ermənistandan çıxarmaq üçün Paşinyanı hakimiyyətə gətirdilər. O əlavə edib ki, Ukraynada müharibə başlayandan sonra Paşinyana komanda verilib: "Qərb kuratorları onu hələlik KTMT-ni tərk etməyə çağırıblar. Hədəf Rusiyanın nüfuzunu sıfıra endirmək, onun buradakı mövqeyini zəiflətməkdir".

Hələlik Ermənistan hakimiyyəti ona verilən təlimatları yerinə yetirir, bununla sülh prosesinə də xələl gətirir. Baş verənlər baş nazir Nikol Paşinyanın dedikləri ilə ziddiyyət təşkil edir. Paşinyan bildirir: "Biz artıq döyüşmək, əziyyət çəkmək, özümüzü qurban vermək istəmirik. Biz sadəcə yaşamaq istəyirik. Bu, xalqdan elitaya və hakim çoxluq kimi bizə bir mesajdır". Hökumət başçısı bu mesajın əsl Ermənistanın ideologiyası olduğunu bildirib. Paşinyanın sözlərinə görə, xalq elitadan soruşur ki, onlar sadəcə yaşamağa, uşaqların xoşbəxt və firavan yaşamalarına şərait yarada biləcəklərmi? Siyasətçi bu suala yalnız dövlətin cavab verə biləcəyini vurğulayıb. Baş nazir əlavə edib ki, Ermənistanda son etiraz hərəkatı xalq əsl Ermənistana üstünlük verdiyi üçün uğursuzluğa düçar olub. Onun fikrincə, həyat ideologiyasını dövlət ideologiyasına çevirmək, vətəndaşların yaxşı yaşamaq istəyinə azadlıq vermək lazımdır. Lakin ortada dəyişməyən faktlar və reallıqlar mövcuddur. Fransanın təhriki ilə Ermənistan sülhə qarşı fəaliyyət həyata keçirir. Vaxtilə Azərbaycanla Ermənistan arasındakı münaqişənin guya "tənzimləmə prosesində" vasitəçi kimi rol alan Paris 30 ilə yaxın bir müddətdə bütün mümkün həll variantlarının baş tutmaması üçün əlindən gələni etdi. Nəticədə məsələnin hərbi həlli qaçılmaz oldu. İndi də Fransa regionda gərgin vəziyyət yaratmağa can atır. Düzdür, Fransanın regiondakı maraqları, Ermənistana açıq dəstəyi və Azərbaycana təzyiq göstərmək cəhdləri uğurlu nəticələr vermir. Azərbaycan hər zaman regionda sülhün tərəfdarı olub və bu istiqamətdə bütün addımları atır. Fransa isə bütün qeyri-konstruktiv hərəkətləri ilə sülh prosesinə təhdidlər yaradır. Amma özünə də ziyan vurur. Məsələn, insan haqları, demokratiya, beynəlxalq hüququn aliliyi məzmununda çağırışlar etməklə bir çox dövlətlərin daxili məsələlərinə burnunu soxan Fransa Azərbaycanın yaratdığı yeni reallıq fonunda qeyri-sağlam niyyətləri ucbatından bölgədə oyundan kənarda qalıb. Amma o da faktdır ki, regionda Ermənistan və Azərbaycan arasında yekun sülh prosesinə nail oluna bilinməməsində əsas maneə öz çirkin niyyətlərini həyata keçirə bilməyən Fransadır. Üstəlik, əgər əvvəllər Azərbaycana qarşı siyasətdə dövlətin mövqeyini ifadə etməyən, qanunverici hakimiyyətdə təmsil olunan ayrı-ayrı şəxslər, yaxud qeyri-hökumət təşkilatlarının nümayəndələri aktiv rol alırdısa, bu gün artıq Fransa açıq formada Azərbaycana münasibətdə beynəlxalq hüququn prinsiplərinə zidd mövqeyini gizlətmir. Ermənistan qəbul etməlidir ki, min kilometrlərlə kənarda yerləşən və bölgə ilə heç bir mənəvi, siyasi, hüquqi bağlılığı olmayan Fransa kimi subyektlərin erməni dövlətçiliyinin davamlılığı və erməni xalqının rifahı naminə ortaya qoyacağı heç nə ola bilməz. Azərbaycan isə regionda sülh üçün fəaliyyətini davam etdirir və bunu erməni tərəfi mütləq nəzərə almalıdır. 

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ