Cümə axşamı günü, 05 noyabr 2026
     

Xankəndinin "baş separatçı" canilərinin məhkəməsi açıq keçiriləcək...(?)

Image


Xəyal Bəşirov: "...Bu tələblər ədalət mühakiməsi prinsipləri ilə ziddiyyət təşkil etməyəcəksə separatçıların məhkəməsi açıq şəkildə də həyata keçirilə bilər"

Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmasından sonra yaradılmış qondarma qurumun separatçı rəhbərlərin barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək.

Bu sözləri Baş prokuror Kamran Əliyev Xankəndi şəhərində keçirilən "Ətraf Mühitin Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu" mövzusunda Elmi-Praktik Konfransda deyib.

O bildirib ki, artıq 15 nəfərlə bağlı aparılan ibtidai istintaq başa çatıb: "Onların bütün hüquqları təmin olunub, ölkədaxili qanunlar və beynəlxalq konvensiyaların tələblərinə uyğun bütün hüquqları təmin olunub, vəkil və tərcüməçi ilə təmin olunublar. Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanışolma mərhələsi başa çatandan sonra ittiham aktı məhkəməyə göndəriləcək".

Separatçı cinayətkarların məhkəməsinin ictimiayyətə açıq keçirilməsi məsələsi gündəmə gəlib. Azərbaycan ictimaiyyətinin fikrincə, canilərə açıq məhkəmə keçirilməlidir, onlar hər kəsin gözü qarşısında mühakimə edilməlidir. Dünyada bu  təcrübənin olduğunu əsas gətirən ictimaiyyət hesab edir ki, separatçı canilər də bu şəkildə mühakimə olunmalıdır. 

Separatçıların məhkəməsinin açıq keçirilməsi gözləniləndimi? Canilər üçün açıq məhkəmə keçirilə bilərmi? 

"Bu məsələ ilə bağlı son qərarı müstəqil fəaliyyət göstərən məhkəmələrimiz qəbul edəcək" 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Azərbaycan cəmiyyətində maraqla, diqqətlə izlənilən proseslərdən biri də İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasına gətirib çıxaran 19-20 sentyabr tarixli lokal antiterror tədbirlərinin ardınca Azərbaycan ərazilərində terrorçu qruplaşmalara zaman-zaman rəhbərlik etmiş və qondarma rejimin "vəzifəliləri" kimi özlərini qələmə vermiş şəxslərin həbs edilməsi, onların mühakiməsi ilə bağlı məsələdir. "Əslində, bu təkcə Azərbaycan xalqının və dövlətinin marağında olmamalıdır, dünyada faşizmə, separatizmə, ayrı-ayrı terrorçu qruplaşmaların "liderlərinə" qarşı necə ümumi yanaşma, səfərbərlik olubsa bu məsələdə də eyni münasibət olmalıdır. Ancaq çox təəssüflər olsun ki, biz bu məsələdə də dünyada bəzi qüvvələrin ikili yanaşmasının şahidi oluruq. Amma hər bir halda Azərbaycan bu məsələdə beynəlxalq hüquqa, daxili qanunvericiliyə, eyni zamanda ədalət mühakiməsinə uyğun addımlarını atmaq qərarındadır. Keçmiş o qondarma rejimin əli Azərbaycan xalqının qanına batmış "liderlərinin" mühakimə prosesinin, Azərbaycanın Baş prokurorunun da verdiyi məlumata görə, artıq ibtidai istintaqı bitib. İbtidai istintaqın materialları ilə həmin şəxslərin, həm onlarının müdafiəçilərinin, prosessual qanunverciliklə nəzərdə tutulmuş digər şəxslərin tanış olması mərhələsi başlayıb. Təbii ki, bundan sonra həmin o materiallar prosessual qanunvericiliyimizə uyğun olaraq məhkəməyə göndəriləcək. Bu prosesin açıq, yaxud qapalı keçirilməsi ilə bağlı məsələdən daha çox həmin o şəxslərlə bağlı aparılan ibtidai istintaqın və məhkəmə istintaqının şəffaf, ədalətli aparılması Azərbaycan dövlətinin marağındadır. Eyni zamanda həmin o şəxslərin layiqli cəzalarına məhkum edilməsi məsələsi Azərbaycan dövlətinin maraq dairəsindədir. Təbii ki, separatçı canilərin məhkəməsinin açıq keçirilməsi məsələsində vətəndaşlarımızın, xalqımızın fikirlərini normal başa düşmək olar. Xocalı soyqırımını, Daşaltı, Başlıbel, Qaradağlı, Meşəli, Kərkicahan, Ballıqaya faciələrini, xalqımıza, dövlətimizə qarşı olan genosidi,  təcavüz cinayətlərini törədən həmin o şəxslərin mühakiməsinin açıq şəkildə aparılması ilə bağlı insanların fikirləri də anlaşılandır. Amma təbii ki, bununla bağlı qərarı məhkəmə verəcək"-deyə X.Bəşirov bildirdi.

X.Bəşirov bildirdi ki, Azərbaycan hüquqi dövlətdir, Azərbaycanın 1995-ci ildə ilk müstəqil konstitutsiyasının tələblərinə görə, Azərbaycanda hakimiyyətlərin bölgüsü prinsipi var, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri bir-birindən asılı olmayan, müstəqil şəkildə fəaliyyət göstərən hakimiyyət qollarıdır. O vurğuladı ki, Azərbaycanda ədalət mühakiməsini həyata keçirən məhkəmə müvafiq işə baxarkən həmin o işin açıq, yaxud qapalı keçirilməsini zəruri hesab edirsə, o yöndə qərar verəcək: "Təbii ki, burada dövlətçiliyimizin, ümummili maraqlarımızın, xalqımızın maraqlarının tələbi də üstün tutulacaq, amma bu tələblər ədalət mühakiməsi prinsipləri ilə ziddiyyət təşkil etməyəcəksə separatçıların məhkəməsi açıq şəkildə də həyata keçirilə bilər.

Qeyd edim ki, bu məsələ ilə bağlı son qərarı müstəqil fəaliyyət göstərən məhkəmələrimiz qəbul edəcək. Amma bütün hallarda mən də Azərbaycan xalqının nümayəndəsi, Azərbaycan dövlətinin vətəndaşı olaraq həmin şəxslərin ədalətli və layiqli cəzalarına çatmasını arzulayıram. Bizi hər şeydən əvvəl daha çox yekun qərarlar maraqlandırır. 

Bundan başqa onu da deyim ki, separatçıların İkinci Qarabağ müharibəsindən sonra ərazi bütövlüyümüzün təmin edilməsi zamanı həbs edilərək istintaq təcridxanasına göndərilməsi, təbii, öz-özlüyündə çox uğurlu bir addım idi. Əslində bu, cinayət qanunvericiliyinə görə, cəzanın əsas məqsədlərindən birinə nail olmaq kimi bir addım idi. Nə üçün? Çünki cəzanın əsas məqsədlərindən biri sosial ədalətin bərpası, cinayət törətmiş şəxsin  islah edilməsidir, eyni zamanda bu, həm cinayət törətmiş şəxsin, həm də digər şəxslər tərəfindən cinayət xarakterli addımların qarşısının alınması məqsədilə həyata keçirilib.  Bu şəxslərin həbs edilməsi, onların mühakiməsi prosesi, layiqli cəzalarına çatdırılması ilə bağlı atılan bütün addımlar bir daha gələcəkdə Azərbaycan dövlətinə, xalqına qarşı  bu fikrə düşənlərin öz addımlarından çəkinməsinə səbəb olacaq. Təkcə Azərbaycan xalqına və dövlətinə qarşı deyil, ümumiyyətlə dünyanın ayrı-ayrı yerlərində belə soyqırım, təcavüz, sülh və insanlıq əleyhinə olan müharibə cinayətlərinin törədilməsinin qarşısını almaqda çox ciddi bir uğur oldu"-deyə bildirən X.Bəşirovun sözlərinə görə, bununla bağlı Azərbaycan dövləti, onun rəhbəri Prezident İlham Əliyev əslində kifayət qədər ədalətli adımlar atıb. O vurğuladı ki, Prezident 2023-cü ilin 28 mayında Laçında Ermənistana və erməni xalqına, həmin o terrorçulara silahı yerə qoymaları ilə əlaqədar çağırış etdi, bunu edəcəkləri təqdirdə onlarla bağlı  hümanist addımların atılacağı barədə mövqe bildirdi.  "Amma onlar buna silahla cavab verdilər. Azərbaycan polisinə, hərbiçilərinə qarşı  terror aktı törətdilər. Təbii ki, bunun da məntiqi nəticəsi kimi 19-20 sentyabr tarixli lokal antiterror tədbirləri, həmin o şəxslərin böyük bir hissəsinin həbs edilməsi olmalı idi. 

Düşünürəm ki, bu, hüquqi müstəvidə Ermənistanın Azərbaycana qarşı törətdiyi   cinayətlərə, Ermənistana zaman-zaman rəhbərlik etmiş və yaxud da rəhbərlik edən cinayətkar ünsürlərin havadarlığı ilə Azərbaycan ərazisində terorçuluq fəaliyyəti həyata keçirən şəxslərə qarşı atdığı ən uğurlu addımlardan biri idi. Prezident İlham Əliyev bu məsələdə Azərbaycan xalqının, dövlətinin və dövlətçiliyinin maraqlarından çıxış edərək prinsipial və qətiyyətli mövqeyini ortaya qoyub. Qeyd edib ki,  biz  Azərbaycan xalqına və dövlətinə qarşı atılan bütün addımların layiqili cavabını verəcəyik. Bu məsələdə də, təbii ki, ölkə başçısının prinsipiallığının və qətiyyətinin şahidi oluruq. Düşünürəm ki, bundan sonra Ermənistan dövlətinə və bu dövlətə rəhbərlik etmiş şəxslərə qarşı Azərbaycanın beynəlxalq hüquqi müstəvidə addımları olacaq. Çünki Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, həmin o şəxslər Azərbaycan dövlətinə və Azərbaycan xalqına qarşı törətdiyi genosid cinayətləri ilə paralel olaraq Azərbaycan ərazisində ekosid, tarixi, dini, mədəni abidələrimizə, mədəni irsimizə qarşı kultursid,  şəhərlərimizə, kəndlərimizə, digər yaşayış məskənlərimizə qarşı urbasid  cinayətləri törədiblər. Ağdamın Qafqazın Xirosiması adlandırılacaq həddə qədər vəhşiliyə məruz qalmasını özündə ehtiva edən urbasid həyata keçiriblər. Yəni bütün bu addımların cavabları veriləcək"-deyə X.Bəşirov vurğuladı.  

X.Bəşirov hesab edir ki, Azərbaycanın atdığı və atacağı addımlar ədalətin bərqərar olmasına xidmət edir. Onun sözlərinə görə, bütün bunlar Azərbaycanla Ermənistan arasında, bütövlükdə Cənubi Qafqaz regionunda münaqişənin bütün izlərinin silinməsinə, haqqın, ədalətin bərqərar olmasına, Azərbaycan xalqı ilə erməni xalqı, Ermənistan dövləti ilə Azərbaycan dövləti arasında düşmənçiliyə birdəfəlik son qoyulmasına gətirib çıxaran addımlardır. "Təbii ki, haqq-ədalət bərqərar olmayacaqsa bu məsələ yarımçıq qalacaq. Hər halda düşünürəm ki, bu məsələdə Azərbaycan xalqının, Azərbaycan vətəndaşının tam şəkildə etibar etdiyi və etimad göstərdiyi Azərbaycan Prezidneti İlham Əliyevin atacağı addımlar ən doğru addımlardır. Fikrimcə, biz sona qədər ölkə başçısının bu addımlarını bir xalq, bir cəmiyyət olaraq dəstəkləməkdə davam edəcəyik" - deyə X.Bəşirov qeyd etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ