Cümə axşamı günü, 05 noyabr 2026
     

Bakıdan Fransaya növbəti zərbə - əlindən nəsə gəlməyən Makron əsarətdə saxladığı xalqlara zülmü artırır...

Image


Fransa polisi Yeni Kaledoniya müstəqillik hərəkatının lideri Kristian Teni saxlayıb. Ondan başqa daha 7 nəfər tutulub. Onların hamısı mayın ortalarından Fransanın müstəmləkəsi olan bu Sakit okean adalarında iğtişaşlar təşkil etməkdə şübhəli bilinirlər.

Bunlar Bakı Təşəbbüs Qrupu tərəfindən BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında "Müstəqilliyə və fundamental azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin rolu" adlı beynəlxalq konfrans keçirilməsi fonunda baş verib. Qeyd edək ki, konfransda Fransa və Niderlandın işğalı altında olan 8 ərazidən - Korsika, Fransız Qvianası, Qvadelup, Martinik, Maohi Nui (Fransız Polineziyası), Kanaki (Yeni Kaledoniya), eləcə də Sent-Martin, Bonayre, həmçinin ABŞ, Fransa, Braziliya, Qəmər Adaları İttifaqı, Qayana və Niderlanddan rəsmi şəxslər, müstəqillik hərəkatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər, deputatlar və tədqiqatçılar iştirak ediblər. Eyni zamanda, El-Salvador, Argentina, Suriya, Əlcəzair, Braziliya, Fələstin və Qəmər Adaları İttifaqının BMT-dəki Daimi nümayəndəliklərinin diplomatları konfransın işinə qatılıb. Bütün bunlar Fransanın müstəmləkəçilik siyasətinin beynəlxalq miqyasda ifşasına xidmət edən mühüm hal hesab olunur. Onu da bildirək ki, dəvət olunmuş bəzi şəxslər tədbirə qatıla bilməyib. Bunun səbəbi Fransa hökumətinin əsas göstərmədən onları öz hava limanlarından buraxmaması olub. Sirr deyil ki, bu, Fransa tərəfindən edilən növbətitəzyiq vasitəsidir. Amma buna rəğmən, tədbir çərçivəsində müstəmləkə ərazilərinin üzləşdiyi problemlər, Fransanın tətbiq etdiyi blokadalar dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. O da xüsusi vurğulanıb ki, Yeni Kaledoniyada baş verən son hadisələr bir daha göstərir ki, problemin dondurulması məqsədəuyğun həll yolu deyil və bölgənin qanuni sahibləri olan yerli əhalinin dekolonizasiya tələbləri ciddi şəkildə nəzərə alınmalıdır. Konfransda iştirak edən Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest qeyd edib ki, yüz yetmiş bir ildir, Fransanın müstəmləkəçiliyi altında yaşayırıq, bütün haqlarımız əlimizdən alınıb. O qeyd edib ki, ölkəsi xüsusi ilə son vaxtlar Fransanın ciddi təzyiqləri ilə üz-üzədir: "Ölkəm Yeni Kaledoniyadır. Biz Sakit okeanda, Melaneziya bölgəsindəyik. 1986-cı ildən indiyədək BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin siyahısındayıq. Məhz 2023-cü ilə qədər Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ərzində sizin ölkənizlə beynəlxalq səviyyədə işləmək üçün yeni imkanlarımız oldu. Ötən müddət ərzində Azərbaycan haqlı mübarizəmizdə yanımızda oldu, xüsusən beynəlxalq ictimaiyyəti ölkəmin hüquqlarına hörmət etməyə çağırdı". Nazir qeyd edib ki, son vaxtlar ölkəsində vəziyyət daha da pisləşib: "Yeni Kaledoniyada çoxsaylı fransız hərbçi var, onlar qadınları, uşaqları hədəf alıblar. Bölgədəki 3 000-dən çox hərbçi sakinləri öldürür və ya şikəst edirlər". Martinik Ədalət Təşkilatının üzvü Arnaud Maurıce-Ingargıola isə qeyd edib ki, Fransa hökuməti Martinik xalqına divan tutur. Fransa mətbuatı öz ölkəsinin ədliyyə sisteminin imicinə xələl gətirməmək üçün susdurulur. O, Fransa hökumətinin Martinik xalqının torpaqlarını əlindən aldığını və müxtəlif bəhanələrlə insanları həbsə göndərdiyini deyib. Martinik nümayəndəsi vurğulayıb ki, Fransa konstitusiyasına görə mülkiyyət toxunulmaz və müqəddəsdir: "Amma Fransanın ədliyyə sistemi istənilən şəxsi bizim mülkümüzə sahib çıxara bilir. Bu, dözülməz bir vəziyyətdir". Maurıce əlavə edib ki, Fransa hökuməti Martinik xalqına qarşı insanlıqdan kənar davranış sərgiləyir və hakimlərin amansızlığının həddi-hüdudu yoxdur.

Korsika Assambleyasının sabiq prezidenti Jan-Qi Talamoni  bildirib ki, Korsika həqiqətən müstəmləkədir, müstəmləkəçiliyin bütün şərtləri bu ərazilərdə öz əksini tapıb: "Əsas məqsədimiz bunu dünyaya çatdırmaqdır. Korsikanın Fransa müstəmləkəsi olması artıq sübuta yetirilib. Hazırda əsas məsələ bizim bu müstəmləkəçilikdən azad olmaq üçün nə edəcəyimizdir. Biz beynəlxalq hüquqa uyğun olaraq dekolonizasiya yolunu tapmaq istəyirik. Buna görə Korsikanın BMT-nin özünü idarə etməyən ərazilər siyahısına salınmasını tələb etmişik. Korsikanın bu siyahıya salınması üçün beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacımız var. Bu cür platformanı bizə yaratdığı üçün Bakı Təşəbbüs Qrupuna təşəkkür edirik". Digər iştirakçılar təmsil etdikləri xalqların tələblərini və səsini dünya ictimaiyyətinə çatdıran Azərbaycana dərin minnətdarlıq ifadə ediblər və beynəlxalq platforma rolunu oynayan Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə müstəqilliyin uzaqda olmadığına inam ifadə ediblər. Görünən odur ki, özünü dünyada insan haqlarının qoruyucusu kimi göstərməyə çalışan Fransa insanlığa qarşı   yaramaz əməllərindən əl çəkmək istəmir. Paris milyonlarla insanın yaşadığı ölkələrdə öz kolonializmini davam etdirməkdə israrlı olması da bunun təsdiqidir. Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dönəmdə məhz bu cür halların qarşısını almaq üçün neokolonial qarşı səylərin birləşdirilməsi üçün dəfələrlə təkidlərlə çıxış edib. Çünki neokolonializm müasir dövrün ən çirkin təzahürlərindən biridir. Bu gün də Fransa bəşəriyyət üçün cinayət hesab ediləbiləcək neokolonializm siyasətinin önündə gedir. Amma əsarət altında olan xalqlar   azadlıqları uğrunda mübarizəyə qalxaraq zülümdən xilas olmaq və müstəqil dövlətə çevrilmək üçün müvafiq addımlar atırlar.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ