Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycan Ərəb Şərqinin mühüm siyasi-iqtisadi oyunçusuna çevrilir...

Image


Daim beynəlxalq ictimaiyyətin xüsusi  diqqət mərkəzində yer alan Yaxın Şərqin gələcəyinin  formalaşdırılmasında bu gün  Ərəb dünyası həlledici rol oynayır. Yenə də ərəb dünyası beynəlxalq münasibətlər sisteminin də formalaşmasına mühüm töhfələr verir. Ərəb dünyasının əhalisi demək olar ki, 500 milyon nəfərə yaxınlaşır, 22 dövlət özünü bu dünyanın təmsilçisi hesab edir.

Real vəziyyətin təhlili göstərir ki, ərəb ölkələri bütün beynəlxalq sistemə təsir etmək üçün 1973-cü ildəkindən qat-qat böyük potensiala malikdir. ən azından o baxımdan ki, "soyuq müharibə" dövründə ərəb dünyasında mövcud olan ideoloji parçalanmalar aradan qalxıb. Ümumiyyətlə, ərəblərin beynəlxalq arenada əsas oyunçularla daha balanslı münasibətləri var. Fars körfəzində yerləşən  ərəb ölkələrinin ABŞ-dan asılılığının xeyli azalması da prosesə təsir edir. Onların Çinlə əlaqələri sürətlə inkişaf edir. Rusiya ilə xüsusilə enerji və silah tədarükü sahələrində əhəmiyyətli əməkdaşlıq mövcuddur. Avropa İttifaqı ilə intensiv əməkdaşlıq intensiv yüksəliş yolundadır. Hazırda ərəb ölkələrinin əlqələrində xüsusi diqqət yetridiyi ölkələrdən biri də Azərbaycandır. Ümumiyyətlə, Azərbaycan uzun illərdir ki, ərəb dünyası ilə əlaqələri inkişaf etdirir. Ölkəmizi Fars körfəzi ölkələri ilə təkcə güclü tarixi-mədəni deyil, həm də siyasi əlaqələr bağlayır. Azərbaycan və ərəb ölkələri arasında yüksək səviyyəli səfərlər mütəmadi olaraq baş verir və ticarət, investisiya, turizm və mədəni mübadilə kimi sahələrdə müxtəlif ikitərəfli sazişlərin imzalanması ilə nəticələnir. Elə prezident İlham Əliyevin bu yaxınlarda Qahirəyə səfəri də bu fonda istisna olmadı. Məsələ ilə  misirli ekspert Taymur Dvidar qeyd edir ki, prezident İlham Əliyevin Misirə səfərini tarixi adlandırmaq olar: "Bu, Misir və Azərbaycan arasında böyük mədəni əlaqələrin başlanğıcı olacaq. Hesab edirəm ki, Azərbaycan prezidentinin Misirə səfərinin öz mühüm istiqamətləri var. Bunlardan biri də ondan ibarətdir ki, Azərbaycan dünyada siyasi və iqtisadi təsirini sürətlə artırır və yaxın gələcəkdə ölkə təkcə Cənubi Qafqaz regionunda deyil, həm də Yaxın Şərq regionunda çox mühüm iqtisadi oyunçuya çevriləcək. İlham Əliyevin Qahirəyə səfəri də şübhəsiz ki, bununla bağlıdır. Bu səfərin növbəti istiqaməti Azərbaycan investisiyalarının Misirə cəlb edilməsidir. Misirdə dünyadakı bütün qabaqcıl texnologiyalara tələbat var. Bunlar dəmir yolu və aviasiya infrastrukturu sahəsində layihələrdir. Azərbaycan burada digər iri investorlarla yanaşı ciddi oyunçu ola bilər. Üçüncü mühüm məqam ondan ibarətdir ki, Misir əsl neft və qaz xəzinəsidir. Burada daim yeni enerji yataqları tapılır və bu mənada Azərbaycan Misir üçün vacib mütəxəssis kimi çıxış edə bilər". Ekspert xatıarladır ki,  bütün əməkdaşlıq üçün çox mühüm bir faktı qeyd etmək yerinə düşər - Azərbaycan üçün Misir ərəb dövlətləri, həm Şimali Afrika dövlətləri, həm də ümumilikdə bütün Afrika bazarına daxil olmaq üçün real pəncərədir: "Azərbaycanın ərəb dünyası ölkələri ilə əməkdaşlığa verdiyi önəmdən danışarkən müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, investisiya, kənd təsərrüfatı, rabitə və sair sahələrdə əməkdaşlığın perspektivlərini qeyd etmək vacibdir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Ərəb Liqasına üzv olan bir sıra ölkələrlə əlaqələrinin daha da genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. 2020-ci ilin oktyabr ayından etibarən Azərbaycan ilə nüfuzlu ərəb ölkələri, xüsusilə də böyük enerji ixracatçıları arasında münasibətlərdə müsbət dəyişikliklər baş verib. Bu bir neçə amilin nəticəsidir. Onlardan ən mühümü enerji sektorunda dövlətlərin maraqlarının üst-üstə düşməsi və bu ölkələrin karbohidrogen ehtiyatlarından yaşıl iqtisadiyyatların inkişafı üçün istifadə edilməsidir. Türkiyə ilə Körfəz Əməkdaşlıq Şurasının əsas üzvləri, başda BƏƏ və Səudiyyə Ərəbistanının yaxınlaşması bölgəyə sərmayə axınına da töhfə verib. Beləliklə, Azərbaycanla ərəb ölkələri arasında siyasi-diplomatik yaxınlaşma ehtimalı yaranıb və uzunmüddətli perspektivdə onun genişlənməsi gözlənilməlidir". Hesab olunur ki, bu, bütün tərəflər üçün faydalıdır. 

Qeyd edək ki, Yaxın Şərqin qlobal iqtisadiyyatda rolunun güclənməsi tendensiyası üç qitəni, yəni Asiya, Afrika, Avropanı birləşdirən regionun əlverişli coğrafi mövqeyi ilə də bağlıdır. Bu, Yaxın Şərq regionunun tranzit potensialını izah edir ki, belə vəziyyətdə Azərbaycan iqtisadiyyatının Şərqə də yönləndirilməsi ölkəyə əlavə dividendlər vəd edir. Yaxın Şərq Azərbaycan məhsullarının ixracı üçün istehlak və tədarük məntəqəsinə çevrilir.Bu, Cənubi və Cənub-Şərqi Asiya ölkələri istiqamətində də yeni bazarlara çıxış imkanı yaradır. Yaxın Şərq regionunun nəqliyyat-logistika potensialının reallaşdırılması üçün perspektivli sahələrdən biri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizidir. Regionun nəqliyyat və logistika potensialını nəzərə alaraq, Yaxın Şərq ölkələrində müvafiq infrastrukturun, o cümlədən dəniz nəqliyyatının inkişafı həm qarşılıqlı, həm də tranzit ticarətinin, eləcə də Azərbaycan ilə region dövlətləri arasında işgüzar əməkdaşlığın artmasına kömək edəcək. Eyni zamanda, dəniz nəqliyyatının inkişafı Yaxın Şərq ölkələrində ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Regionun informasiya texnologiyaları sahəsində potensialı Azərbaycan və Yaxın Şərq şirkətlərinin qarşılıqlı investisiyalarının stimullaşdırılması baxımından perspektiv istiqamət kimi çıxış edir. Bundan başqa, ərəb ölkələrindən Azərbaycana böyük sərmayə axını da müşahidə olunur. Azərbaycanda bütün sahələrdə həyata keçirilən səmərəli islahatlar nəticəsində ölkədə güclü iqtisadi artım müşahidə olunur, əlverişli investisiya şəraiti yaradılıb, valyuta ehtiyatları qat-qat artıb. ununla bərabər, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayan genişmiqyaslı transmilli enerji və nəqliyyat layihələrini uğurla həyata keçirir. Bütün bunlar ərəb dünyasının Azərbaycana marağını daha da artırır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ