Cümə axşamı günü, 05 noyabr 2026
     

Alban abidələrinin mənimsənilməsinə Ermənistanın idman nazirliyi də qoşuldu...

Image


Faiq İsmayılov: "Ermənistanın bu nazirliyinin Azərbaycana qarşı irəli sürdüyü ittihamlar əsassızdır və absurddur"

Alban irsinin əsl sahibinin Azərbaycan olmasına baxmayaraq, Ermənistan heç bir əsası olmadan bu abidələri özününküləşdirməyə çalışır. Bu ölkənin müxtəlif rəsmi qurumları əsassız iddialar irəli sürərək belə rəy yaratmağa cəhd edirlər ki, guya indiki Ermənistan ərazisində mövcud olan alban irsinin əsl sahibi ermənilərdir. 

Alban abidələrini, monastrları, kilsəsləri ucdantutma erməniləşdirməklə məşğul olurlar.  

İndi də saxtalaşdırma prosesinə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi də qoşulub. Özləri faktları, tarixi dəlilləri saxtalaşdırdıqları halda, Azərbaycanı bunda ittiham etməyə cəhd göstərirlər. Maraqlıdır ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi başlayandan, Qazaxın dörd kəndi geri qaytarıldıqdan sonra Ermənistanın bəzi rəsmi qurumları, o cümlədən də, 

Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi o ərazilərdəki alban irsi ilə bağlı müxtəlif iddialar irəli sürürlər, indiki Tavuş ərazisindəki tarixi abidələrimizi "erməni abidəsi" kimi qələmə verməkdən çəkinmirlər. 

Təbii,  Azərbaycan haqlı olaraq o abidələrin alban irsi olduğunu deyir və faktlarla sübut edir. Ermənistan isə həqiqəti etiraf etmək və tarixi faktları saxtalaşdıran manipulyasiya siyasətinə son qoymaq əvəzinə həqiqətə uyğun olmayan fikirlər tirajlayır. Ermənilərin "Kirants" adı verdiyi Aşağı Əskiparada mövcud olan qədim kilsəyə qarşı iddia irəli sürən Ermənistanın məlum nazirliyi  yalandan deyir ki, guya o kilsə XIX əsrdə tikilən "erməni kilsəsi"dir, guya üzərinə 1888-ci il yazılan divar mətni var.  

Belə yazılsa da, bu ermənilərin bura gəlmə olduğunu bir daha sübut edir. Əskipara monsatrının   VI-VII əsrə aid alban kilsəsi olduğu çoxdan sübut olunub. 

Qeyd edirlər ki, 2024-cü ildə Ermənistan hökuməti tərəfindən ayrılan vəsaitlə abidənin təmiri və bərpası, həmçinin zəng qülləsinin quraşdırılması üçün elmi və layihə sənədlərinin hazırlanması işləri aparılacaq.

Ermənistanın məlum nazirliyi bildirir ki, "Voskepar"dakı "Müqəddəs Astvatsatsin" mərkəzi kilsəsi VII əsrdə tikilib. Maraqlıdır, onlar bu kilsəni də erməni kilsəsi kimi qələmə verməkdən çəkinmirlər. Guya abidə "erkən orta əsr erməni kilsə arxitekturasına xas tikilib". 

Ermənilər saxtakarlıq edərək Şirak  bölgəsindəki "Yereruyk" məbədi də öz adlarına çıxırlar. Saxtakarlıqla onu UNESCO-nun  Ümumdünya Mədəni İrs siyahısına daxil ediblər və Avropa Nostra nəsli kəsilməkdə olan mədəniyyət abidələri siyahısında  yer alıb.

Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən nazirlik Qarabağdakı alban abidələrini də "erməni abidəsi" kimi qələmə verib. Onlar Qarabağa beynəlxalq müşahidə missiyasının səfərinin təşkil edilməli olduğunu iddia edirlər, guya Azərbaycanın nəzarəti altında  "erməni tarix və mədəniyyət abidələri" var və o abidələrin monitorinqi aparılmalıdır.
 Əlbəttə, bunlar sadəcə yalandır, Azərbaycan ərazində heç bir erməni tarixi irsi yoxdur, biz yenidən alban irsini özümüzə qaytarmışıq və onların restavrasiyası ilə məşğul oluruq. 

"Onların memarlıq qurluşunu, tikilmə dövrünü, tarixini analiz etsək görərik ki, onlar alban irsi nümunələridir" 

AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı, maddi irs üzrə ekspert Faiq İsmayılov "Bakı-Xəbər"ə Ermənistanın məlum nazirliyinin ortaya atdığı iddia tamamilə əsassızdır. "Bu erməni xəstəliyinin növbəti təzahürüdür. Ermənistan bütövlükdə alban irsini saxtalaşdıraraq onu "erməni irsi" kimi qələmə verir. Azərbaycan heç zaman saxtalaşdırma, başqasına mənsub abidələri mənimsəməklə məşğul olmayıb. Bu Ermənistana xas davranışdır. Abidələrə gəlincə, onların memarlıq qurluşunu, tikilmə dövrünü, tarixini analiz etsək görərik ki, onlar alban irsi nümunələridir. Bu abidələrin alban abidəsi olması faktdır, bu dəlillərlə sübut olunub. Biz bunu araşdırmışıq. Araşdırma zamanı görmüşük ki, VIII əsrdə Ərəb xilafəti alban dövlətinin fəaliyyətinə son qoydu. Amma buna baxmayaraq XIII əsrə qədər alban əsilli Xaçın knyazlığı Cənubi Qafqazda, Azərbaycan ərazisində yaşadı, mövcud oldu. Xaçın knyazlığı dövründə də, ondan əvvəl də tikilən abidələr alban dövrü abidələri adlanır. Hər kəsə məlimdur ki, Alban dövləti 26 tayfadan ibarət idi və bunların da çox böyük əksəriyyətini türk dilli xalqlar təşkil edirdi. Alban dövrü memarlıq ənənəsindən sonrakı illərdə də istifadə olunub, hətta bu XX əsrə qədər davam edib. Bu baxımdan, ermənilərin Azərbaycanı ittiham etməsi tamamilə əsassızdır. Guya biz o abidələrdə alban izləri axtarırqı. Biz o abidələrdə alban izləri axtarmırıq, o abidələr elə alban abidələridir. Bunu o abidələrin memarlıq qurluşu da təsdiqləyir ki, onlar alban dövrünə aid irsdir".

F.İsmayılov hesab edir ki, bu abidələrin ermənilərə aid olduğunu iddia etmək absurddur. O, qeyd etdi ki, Ermənistanın məlum nazirliyi XIX əsrə aid divar yazısını missal gətir. "XIX əsrdə bizim ərazidə hansı böyük erməni icması yaşayırdı ki, belə bir kilsənin tikilməsinə zərurət yaransın? Bir abidənin mövcudluğunu bu şəkildə izah etmək yanlışdır. İstənilən dini abidə tikilərkən ilk növbədə orada yaşayan əhalinin təlabatı nəzərə alınır. Özləri də sübut edirlər ki, bu abidədən sovet dövründə anbar kimi istifadə edilib. Sovet dövründə elmi ateizm hökm sürürdü. "Müstəqllik" qazanan Ermənistan sonradan niyə bu anbardan kilsə kimi istifadə etmir? Əgər bu doğrudan da ermənilərə məxsusdursa, ermənilərə aid olması üzərində bu qədər inad edirlərsə, üzərinə dəmirdən xaç da gətirib qoyublarsa, mətbuatda onu erməni abidəsi kimi təbliğ edirlərsə, bəs ondan kilsə kimi istifadə etmələrinə nə mane olur? Bu baxımdan, onların danışdıqları boş və mənasızdır. Təklif edirəm ki,  erməni alimləri ilə Azərbaycan alimləri, bu sahə üzrə ixtisaslaşmış mütəxəssilər bir qrup halında birləşsinlər və Cənubi Qafqazdakı tarix mədəniyyət abidələrini tədqiq etsinlər, bunların kimə məxsusluğu ortalığa çıxarılsın, bu məsələyə birdəfəlik son qoyulsun. 

Ermənistanın məlum nazirliyinin beynəlxalq missiya tələb etməsinə gəlincə, o missiya birinci Ermənistan ərazində araşdırma aparsın, monitorinq keçirsin, çünki Azərbaycan abidələri orada tamamilə saxtalaşdırılıb. Azərbaycan ərazisində isə erməni irsi yoxdur, beynəlxalq missiya olmayan irsin monitorinqini necə apara bilər ki. Hesab edirəm ki, Ermənistanın bu nazirliyinin Azərbaycana qarşı irəli sürdüyü ittihamlar əsassızdır və absurddur"-deyə F.İsmayılov əlavə etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ