Cümə axşamı günü, 05 noyabr 2026
     

Avropa təşkilatlarında seçkisonrası vəzifə davası başlayıb - kuluarlarda alver gedir...

Image


Arzuxan Əlizadə: "Böyük dövlətlər Avroittifaqda sədr postlarını öz əllərində saxlamağa çalışırlar"

Avropa Parlamentinə keçirilən seçkilərin nəticələri, sağ-millətçilərin artan təsiri Avropa İttifaqının qurumlarına da təsirsiz ötüşməyib. Artıq bir sıra tanınmış siyasətçi arasında pərdəarxası vəzifə uğrunda mübarizə başlayıb. 

Yaranan vəziyyətdən istifadə edən qüvvələr əllərindəki kartlarla alver edirlər.

Aİ liderləri AP-yə seçkilərdən sonra keçirilən görüşdə növbəti beş il üçün Aİ-nin yüksək vəzifələrinə namizədlər barədə razılığa gələ bilməyiblər. Avropa Şurasının hazırkı prezidenti Şarl Mişel bildirib ki, Aİ liderlərinə daha çox vaxt lazımdır. Aİ liderləri həmçinin digər əsas mövqelər, o cümlədən Avropa Şurası və Avropa Parlamentinin prezidentləri, eləcə də Avropa İttifaqının baş diplomatının mövqeyi barədə razılığa gəlməlidirlər. Ancaq bir neçə şəxsin qurumlara sədirliyə iddia etməsi prosesi uzadır. Slovakiya prezidenti Peter Pelleqrini deyib ki, ölkəsi yeni Avropa Komissiyasında Avropa komissarı vəzifəsinə Maroş Şefçoviçin namizədliyini irəli sürmək qərarına gəlib. Komisar postuna iddiaçılardan biri də Latviya hökuməti hazırkı beynəlxalq ticarət üzrə komissarı və Avropa Komissiyasının ticarət üzrə məsul vitse-prezidenti Valdis Dombrovskidir. 

Avropa Parlamentinə seçkilərdən sonra ən çox mandat əldə edən Avropa Xalq Partiyası sosialist qrupunu Avropa Şurasında yüksək vəzifələrə namizədlərini dəstəkləmək müqabilində 2,5 il müddətinə Aİ-yə öz prezidentini təyin etməyə dəvət edib. Bu barədə "Politico" məlumat yayıb. 

EPP təklifi Avropa Parlamentində ikinci ən böyük qrup olan sosialistlərin Ursula fon der Leyenin ikinci müddətə Avropa Komissiyasının sədri təyin edilməsini dəstəkləyəcəyini nəzərdə tutur. Mühafizəkarlar digər yüksək vəzifələr - Avropa Parlamentinin sədri və Avropa Şurasının sədrini sosialistlərlə yarıya bölməyi təklif edirlər ki, bu qrupların hər birinin nümayəndələri 2,5 il müddətində vəzifə tutsunlar. Avropa Parlamentinə sədr məsələsində söhbət Roberta Metsoladan gedir. İndi Avropa İttifaqı Şurasının prezidenti vəzifəsinə əsas namizəd Portuqaliyanın keçmiş baş naziri, məhz sosialistlərin siyasi qrupunu təmsil edən Antonio Kosto hesab olunur.

Göründüyü kimi, Avropa İttfaqı qurumlarına vəzifə təyinatları məsələsində əməllibaşlı alver gedir. Məsələn, Ursulanın quruma sədrliyi müqavilində 3 mühüm vəzifənin iki il yarım sosialistlərə verilməsindən söhbət gedir. Ümumilikdə, əsasən 4 post uğrunda ciddi alver gedir. Burada söhbət Avropa Parlamentinin sədri, Avropa Şurasının prezidenti, Aİ komisarı və təhlükəsizlik komissarı postlarından gedir. Düzdür, Ursula fon der Leyenin təmsil olunduğu Avropa Xalq Partiyası çox səs aldığı üçün onun sədr olması ehtimalı böyükdür. Ancaq digər 3 vəzifəyə əvvəlkilərin rəhbərlik edəcəyi mübahisəlidir. Məsələ ondadır ki, alınan səslər təkbaşına sədr seçməyə yetərli deyil. Ona görə də kuluarlarda sosialist partiyalarla alver gedir. Yəni onların dəstəyini almaq hesabına planlarını reallaşdırmağa çalışırlar. Bunlar hələ məsələnin görünən tərəfidir. Gör pərdəarxası hansı oyunlar gedir.

"Avroparlamentin bir sıra deputatları korrupsiyaya qurşanıb, rüşvət qalmaqallarında adları hallanır" 

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, bütün bunlar bir sıra məsələlərdən xəbər verir: "Əvvəla, görünən odur ki, Ukrayna müharibəsi Avropa ölkələrindəki seçicilərin mövqeyinə ciddi təsir edib. Ukraynaya ayrılan milyardlar, qaçqın axını, inflyasiya, qiymət artımı oradakı insanların sosial vəziyyətinə mənfi təsir edib. Sosial xərclər azalıb. Üstəlik, miqrantların sayının artması radikal əhval-ruhiyəni gücləndirir. Bu da seçkilərdə özünü göstərdi. Yəni ifrat millətçilərə səs verənlər artdı. Bu da liberalların, sağ mərkəzçilərin manevr imkanlarını məhdudlaşdırıb. Beş il əvvəl, yəni 2019-cu ildəki kimi, Avropa qurumlarına rəhbərləri təyin edə bilmirlər. Belə olduqda Avroparlamentdə sol siyasi qüvvələrlə alverə gedirlər. Təbii ki, nələrinsə müqabilində. Burada əsas diqqəti çəkən məqam ondan ibrarətdir ki, böyük dövlətlər Avroittifaqda sədr postlarını öz əllərində saxlamağa çalışırlar. Halbuki, demokratik seçimdən bəhs edilən qurumda bu, doğru deyil. O baxımdan düşünmürəm ki, Slovakiyadan irəli sürülən namizəd komisar olsun. Çünki bir sıra məsələlər heç də göründüyü kimi deyil. Nəzərə almaq lazımdır ki, Avropa Parlamentinin bir sıra deputatları korrupsiyaya qurşanıb. Rüşvət qalmaqallarında adları hallanır. O baxımdan pərdəarxası vəzifə alveri təəccüblü deyil".

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ